Alternativi olmayan sosial
islahat
Əhalinin sosial müdafiəsinin
gücləndirilməsi, onun aztəminatlı təbəqəsinin
həyat şəraitinin yaxşılaşdırılması
daim Azərbaycan dövlətinin, xüsusilə də Prezident
İlham Əliyevin əsas diqqət mərkəzində olub. Zaman-zaman dövlət
başçısı tərəfindən bu istiqamətdə
atılan addımlar, imzalanan fərman və sərəncamlar,
qəbul edilən Dövlət Proqramları fonunda biz bunun əyani
şahidini çevrilmişik. Keçən ilin
sonlarından etibarən isə ölkədə demək olar
ki, geniş bir masştabı əhatə edən sosial
açılım həyata keçirilir. Bir-birinin
ardınca atılan addımlar haqlı olaraq
sosialyönümlü inqilab, yaxud sosial sıçrayiş
kimi də xarakterizə edilir. Keçən il ərzində
bir neçə dəfə maaş və pensiyaların
artırılması, qaçqın və məcburi
köçkünlərin həyat şəraitinin yüksəldilməsi,
bu məqsədlə onlara verilən yardımın həcminin
nəzər çarpacaq dərəcədə artması, tələbələr,
elmi işçilər, eləcə də bu kateqoriyada olan
şəxslərin təqaüdlərinin
artırılması kimi faktlar deyilənləri təsdiq edir.
Ötən müddət ərzində dövlət
başçısının sosial sahədə atmış
olduğu ən ciddi addımlarda biri də şəhid ailələri
və onlara bərabər tutulan şəxslərə birdəfəlik
yardımın (11 min manat) ayrılması, həmçinin
problemli kreditlərlə bağlı bir neçə ildir ki,
mövcud olan qeyri-müəyyənliyin aradan
qaldırılması oldu. Həqiqətən də dövlət
başçısı tərəfindən atılan bu kimi
addımlar təkcə daxildə deyil, hətta xaricdə
yüksək dəyərləndirilir, təqdir olunurdu.
Ötən gün isə
Cənab Prezident daha bir inqilabi sıçrayışa,
islahata imza atdı desək yanılmarıq. Söhbət minimum əmək haqqının, eləcə
də büdcədən maliyyələşən bir sıra
dövlət qurumlarında çalışanların vəzifə
maaşlarının artırılmasından gedir. Azərbaycada
əhalinin sosial müdafiəsinin gücləndirilmısi
istiqamıtində genişmiqyaslı tədbirlərin
davamı olaraq imzalanan həmin sərəncamlara əsasən
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət
Heyəti və aparatı, Gəncə bölməsinin
aparatı, Heydər Əliyev Mərkəzi, "Azərbaycan
Milli Ensiklopediyası" Elmi Mərkəzi, Azərbaycanda
Atatürk Mərkəzi, Azərbaycan Respublikasının
dövlət arxivləri və onların filialları, rayon
(şəhər) dövlət arxivləri, Azərbaycan
Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin
Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə
üzrə Dövlət Komissiyasının daimi fəaliyyət
göstərən İşçi Qrupu, Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Film
Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının Katibliyi və
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbər
və digər işçilərinin işçilərin
aylıq vəzifə maaşlarının 2019-cu il
sentyabrın 1-dən orta hesabla 40 faiz artırılıb.
Eyni
zamanda Dövlət Təhlükəsizliyi Xidmətinin və
Xarici Kəşfiyyat Xidmətinin hərbi
qulluqçularının,
aylıq pul təminatı və dövlət
qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə
(tarif) maaşları da orta hesabla 40 faizi həcmində
artırılıb.
Sərəncamda
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
dövlət orqanlarının tabeliyində olan dövlət
büdcəsindən maliyyələşdirilən
qurumların dövlət qulluqçusu olmayan işçilərinin
(Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) vəzifə
maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla
40 faiz artırılmasını təmin etmək
tapşırılır. Həmçinin Nazirlər
Kabinetinə tapşırılır ki, qeyd edilən rəhbər
və digər işçilərin vəzifə
maaşlarının yeni məbləğlərini təsdiq
etsin.
Göründüyü
kimi, dövlət başçısının yeni sosial paketi
əhalinin rifahına ciddi dəstək tədbirlərinin
uğurla davam etməsinə, nəticə etibarilə əhalinin
rifah halının yüksəldilməsi sahəsində
ardıcıl irəliləyişlərin
reallaşdırılmasına imkan verir.
Məlumat üçün qeyd edək
ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev tərəfindən dövlət
qulluqçularının, hərbi qulluqçuların,
hüquq-mühafizə orqanı əməkdaşlarının
və digər xüsusi rütbəli şəxslərin,
müəllimlərin, habelə dövlət büdcəsindən
maliyyələşən bir sıra digər təşkilatlarda
çalışan işçilərin əməkhaqlarının
nəzərəçarpacaq dərəcədə
artırılması barədə sərəncamlar
Azətbaycan dövlətinin həyata keçirdoyi sosial siyasətin
inqilabi xarak ter daşıdığını, dövlətin
vətəndaş.üçün olduğunu bir daha əyani
şəkildə göstərir.
Sosial ədalət prinsiplərinin
daha da möhkəmləndirilməsi məqsədi ilə
ölkə başçısı tərəfindən minimum əməkhaqqı
məbləği 40 faizə yaxın artırılaraq 250
manata çatdırılıb ki, bu da özəl sektorda
çalışan 350 min vətəndaşla yanaşı,
dövlət sektorunda Vahid Tarif Cədvəli əsasında əməkhaqqı
alan 600 minə yaxın şəxsin əməkhaqqının
artımına səbəb olacaq.
Ölkə başçısı tərəfindən
aparılan sosial-iqtisadi siyasətin qayəsində Azərbaycan
vətəndaşının, onun sosial təminatının və
rifahının dayandığını özündə
növbəti dəfə bariz şəkildə ehtiva edən
bu qərarlar ümumilikdə 2,0 milyondan çox insanı əhatə
etməklə, həm dövlət orqanlarında, həm də
özəl sektorda çalışan şəxslərin maddi
vəziyyətini əhəmiyyətli dərəcədə
yaxşılaşdıracaq.
Prezident İlham
Əliyev tərəfindən ötən gün
imzalanmış sərəncamlar cəmiyyətin bütün
təbəqələri tərəfindən birmənalı
olaraq müsbət dəyərləndirilib.
Millət
vəkili Aydın Mirzəzadə deyir ki, dövlət
başçısı tərəfindən imzalanan sərəncamlar
faktiki olaraq milyonlarla vətəndaşlarımızın gəlirlərin
əhəmiyyətli dərəcədə artamsına səbəb
olacaq: "Azərbaycan Respublikasının Prezidenti cənab
İlahm Əliyevin sərəncamı ilə ölkədə
minumum əmək haqqı sentyabr ayının birindən 250
manat oldu. Yada salım ki, ilin əvvəlindən
bu məbləğ 130 manat idi, martın birində 180 manata
qaldırıldı. Beləliklə, ilin əvvəlindən
Azərbaycanda nimum əmək haqqı iki dəfə
artırılmış oldu. Bundan başqa
cənab Prezidentin imzaladığı digər sərəncamlarla
dövlət büdcəsindən maliyyələşən
bir sıra təşkilatların işçilərinin, hərbi
qulluqçuların, diaqnostik qiymətləndirmədən
keçən müəllimlərin maaşları və bir
sıra digər təşkilatların işçilərin əmək
haqqı 40 faiz artırılıb. Əmək
haqqlarının aratırılması ilə bağlı sərəncamlar
imzalanmaqda davam edir. Bu faktiki olaraq milyonlarla
vətəndaşlarımızın gəlirlərin əhəmiyyətli
dərəcədə artamsına səbəb olacaq. Maaş artımı Azərbaycan üzrə orta əmək
haqqının da müvafiq olaraq xeyli artmasına gətirib
çıxaracaq". Millət vəkilinin
sözlərinə görə, Cənab Prezident dəfələrlə
öz çıxışlarında əmək
haqqlarının artacağını elan etmişdi və onun
apardığı siyasət növbəti dəfə sadə
vətəndaşın rifahında öz nəticəni
konkret olaraq göstərir.
Millət vəkili Azər Badamov isə hesab edir ki,
ölkəmizin iqtisadi gücü artdıqca dövlət tərəfindən
əhalinin sosial vəziyyətinin
yaxşılaşdırılması istiqamətində
atılan addımlar davamlı xarakter alır: "Bu ilin əvvlində
ölkə başçısının imzaladığı
sosial paketi çərçivəsində 3 milyondan çox
vətəndaşın gəlirləri artmışdı.
Amma bu paketin imzalanmasından sonra qeyd olunmuşdu ki, bu son deyil
və il ərzində yeni artımların
olacağının şahidi olacağıq. Artıq dünən
ölkə başçısı növbəti sosial paketin
icarsına sərəncam verdi. Sərəncama uyğun olaraq ölkədə minimum
əmək haqqı 70 manat artıralaraq 250 manata
çatdırılması nəzərdə tutulur. Minimum əmək haqqının və dövlət
büdcəsindən maliyyələşən işçilərin
əmək haqlarının artırılması ilə
bağlı imzalnmış növbəti sərıcamlar da
ümumilikdə 2 milyondan çox insanın sosial rifahına
müsbət təsir göstərəcək. Bu da hər bir ailəsinin büdcəsini
artmasıdır". Millət vəkili Azər Badamov
deyib ki, minimum
əmək haqqının alıcılıq qabiliyyətinə
görə Azərbaycan MDB məkanında ikinci yerə
çıxıb: "Əsası da odur ki, əhalinin pul gəlirləri
artmasına baxmayaraq ölkədə infilyasiya minimum həddə
qalmaqdadır. Bu da əhalinin artan pul gəlirləri
fonunda alıcılıq qabiliyyətinin yüksəlməsi
deməkdir".
Millət vəkili Eldəniz Səlimov
isə qeyd edib ki, son sərəncamları ilə ölkə prezidenti
bir daha Azərbaycan vətəndaşının yanında,
onun sosial-iqtisadi durumunun, güzəranın yaxşılaşmasında
maraqlı olduğunu göstərdi. Onun sözlərinə
görə, 18 iyun tarixində imzalanmış sərəncamlar
Azərbaycan əhalisinin, ölkə vətəndaşlarının
önəmli bir təbəqəsinin və hissəsinin sosial-rifah halının yaxşılaşmasına mütləq
şəkildə öz müsbət təsirini göstərəcək,
öz müsbət töhfəsini verəcək: "Bu sərəncamlar
gerçəkdən tarixi və inqilabi sərəncamlardır.
Hamısı birbaşa ölkə vətəndaşlarının,
Azərbaycan əhalisinin rifahına, həyat şəraitinin,
güzəranının yaxşılaşmasına yönəlmiş
addımlardır. İnkişaf, tərəqqi
edən, çiçəklənən Azərbaycanımıza
da məhz bunlar yaraşır. İnkişaf, tərəqqi,
çiçəklənmə birtərəfli ola
bilməz, bunlar ilk növbədə həmin ölkənin
sütünları, dayaqları sayılan insanların həyatında,
yaşayışında özündə göstərməlidir.
Azərbaycanda da məhz belədir, bunlar qoşa
qanad kimi birlikdə addımlayır, həm ölkəmiz,
iqtisadiyyatımız inkişaf edir, həm də
insanlarımızın həyat şəraiti, güzəranı
yaxşılaşır". Millət vəkili hesab edir ki, bunlar sonuncu
olmayacaq, indiyə qədər olduğu kimi, bundan sonra da bu
addımlar, bu artımlar
davamlı xarakter daşıyacaq.
"Hilal" təşkilatının
sədri Arzuman Abdulkərimov deyib ki, Prezidentin
imzaladığı sərəncam ən azı iki milyon insanın
sosial rifahını yaxşılaşdıracaq: "Hələ
ilin əvvəlində anons etmişdik ki, çox ciddi sosial
paket hazırlanır. Bu gün
proqnozlarımız özünü doğrultdu. Müəllimlər, hərbiçilər, dövlət
qulluqçularının maaşları 40 faiz
artırıldı. Minimum ənək haqqı 180 manatdan,
250 manata ( ilin əvvəlindən bu
günə kimi 2 dəfəyə yaxın)
qaldırıldı. Mən həmişə demişəm prezident
İlham Əliyevin siyasətinin əsasını Azərbaycan
vətəndaşlarının rifah halının
yaxşılaşdırılması təşkil edir".
Rəsulzadə bələdiyyəsi sədrinin köməkçisi Jalə Tofiqqızı isə deyib ki, dövlət başçısı İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar əmək qabiliyyətli əhalinin böyük əksəriyyətini əhatə edir: "Minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata çatdırılması, dövlət qulluqçularının aylıq vəzifə maaşlarının 50 faiz artırılması, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının 40 faiz artırılması, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz artırılması, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılmasını nəzərdə tutur. Cari ilin əvvəlindən etibarən qəbul edilmiş bu səpgili qərarlar qlobal iqtisadiyyatda baş verən neqativ meyillərin ölkə əhalisinin sosial təminatına mənfi təsirini minimallaşdırmağa imkan vermiişdirsə, hazırki sərəncamlar isə əhalinin gəlirlərinin artmasına, yığım imkanlarının genişlənməsinə şərait yaradacaq". Jalə Tofiqqızı qeyd edib ki, əməkhaqlarının əhəmiyyətli artımı əhalinin alıcılıq qabiliyyətinə müsbət təsir etməklə, iqtisadi aktivliyin daha da artmasına öz təhfəsini verəcək.
İqtisadçı ekspert Qadir İbrahimli isə
bildirib ki, son 6 ayda minimum əməkhaqqı 2 dəfəyə
yaxın artıb və bu artım dinamikasına görə
yaxşı göstəricidir: "Sentyabrda minimum əmək
haqqı 250 manat olacaq, fevralda 130 manat idi, martın 1-dən 180
manat oldu. Ümid edək ki,
davamlı tendensiya olacaq".
Olaylar.- 2019.- 20-21
iyun.- S.10.