Azərbaycan vətəndaşlarında
sosial-psixoloji güvənlik yaranıb
Yunus Oğuz: "Vətəndaşlar
arxayındırlar ki,
dövlət istənilən
məsələnin həllində
onların yanında olacaq"
Prezident İlham Əliyev tərəfindən
həyata keçirilən
sosial islahatlar davam etməkdədir. Dövlət başçısı sözügedən islahatın
davamı olaraq yeni sosial islahat
paketini ortaya qoyub. Belə ki, ölkə rəhbərinin ötən
gün imzaladığı
sərəncamlar əsasında
minimum əmək haqqı
180 manatdan 250 manata qalxıb. Bundan başqa bir sıra dövlət qurumlarında çalışan
şəxslərin, eləcə
də hərbi qulluqçuların vəzifə
maaşları artırılıb.
Bununla da Azərbaycanda
sosial problemlərin həllinin, eləcə də əhalinin sosial rifah halının
yaxşılaşdırılmasının
başlıca prioritet
olduğu bir daha təsdiqini tapdı. Müsahibimiz yazıçı-publisist,
"Olaylar" qəzeti
və eyni adlı agentliyin rəhbəri Yunus Oğuzdur.
- Yunus bəy, prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasəti necə dəyərləndirisizniz?
- Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi islahatlar həm də çox ciddi siyasi addımdır.
Burada söhbət təkcə ondan getmir ki,
minimum əmək haqqı
artırıldı, dövlət
və özəl müəssisələrdə çalışan
işçilərin əmək
haqqı yüksəldildi,
şəhid ailələrinə
birdəfələk müavinətlərin
verilməsi təmin olundu, söhbət həm də psixoloji amildən gedir. Bu məqamın
mahiyyəti ondan ibarətdir ki, dövlətin başında
duran insan birbaşa mesaj verib ki, dövlətin
başçısı xalqının
yanındadır, hər
zaman xalqına dəstək verəcək,
dövlət sosial problemlərin ağırlığını
öz üzərinə
götürəcək və
onu həll edəcək. Yəni, burada
psixoloji amil ən böyük rol oynayır. Ola bilsin ki, bundan sonra da
pensiya və müavinətlər, əmək
haqları artırılacaq,
ancaq insanlarda ümid var ki,
bu dövlətdə yaşamaq mümkündür.
Məsələnin maddi tərəfini
nə qədər izah etməyə çalışsaq da mümkündür ki, kimsə bundan razı qalsın, kimsə razı qalmasın. Fakt ondan ibarətdir
ki, cari ilin yanvar ayından
bəri həyata keçirilən sosial islahatlar ondan xəbər verir ki, insanlarda sosial-psixoloji güvənlik
yaranıb. Vətəndaşlar arxayındırlar ki, dövlət istənilən
məsələnin həllində
onların yanında olacaq. Mətbuatda tez-tez məlumatlar
yayılır ki, dövlət sadə vətəndaşlardan tutmuş
ziyalılara qədər
çoxsaylı insanlara
dəstək verir, onların mənzil-məişət
məsələsini həll
edir, müalicəsini
öz üzərinə
götürür və
sair. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişi
ilə mərhum prezident Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə
xanımın cənazəsinin
götürülməsi barədə
göstəriş verməsi
o deməkdir ki, dövlət öz vətəndaşlarına güvənc
verir. Dövlətin öz vətəndaşlarına
dəstək verməsi,
daim onların yanında olması deməyə əsas verir ki, ölkədə
psixoloji gərginlik aradan qalxıb.
- Dövlət başçısı cari
ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində
bir sıra sərəncam imzalayıb.
Prezidentin son cərəncamları vətəndaşların rifah
halının yüksəlməsinə
hansı təsirini göstərəcək?
- Əslində ölkədə
insanların sosial-rifah
halının yüksəldilməsi
istiqamətində ciddi
bir proses davam edir. Bu prosesin əsas mahiyəti qiymətlərin
tənzimlənməsi və
qiymət artımının
qarşısının alınmasından
ibarətdir. Əgər ölkədə
əmək haqları
artırılırsa bu
normaldır, lakin bununla paralel olaraq qiymətlər də artırsa, artıq bu anormal
olur. Ona görə dövlət
minimum əmək haqlarını,
maaşları artırmaqla
yanaşı, qiymətlərin,
xüsusən də gündəlik tələbat
mallarının qiymətlərinin
tənzimlənməsinə də nəzarət etməlidir. Çünki, infilyasiya qeydə alınsa, təbii ki, rifah olmayacaq,
maaşlar qalxsa da rifah halının
yüksəlməzi nəzərə
çarpmayacaq. Qiymət tənzimlənməsi
həyata keçirilməsə,
bu sahəyə müdaxilə edilib nəzarət güclənməsə,
təbii ki, əmək haqlarının
artımı gözə
görünməyəcək. Dövlətin bu məsələyə
müdaxiləsi insanlara
güvənc verir ki, qiymətlər də tənzimlənəcək.
- Məlim olduğu kimi dövlət başçısının sərəncamları
əhalinin bütün
sosial təbəqələrini
əhatə edir. Bu, ölkədə sosial ədalətin bərpa olunması demək deyilmi?
- Sosial ədalətin bərpası yüzillik dövlətlərdə də
birdən-birə təmin
olunmur. Bu məsələ
zaman-zaman həllini tapır. Məsələn, ölkədə işsizliyə görə
müavinət ödənilir,
lakin bu sosial ədalət deyil. Bəzən bizim insanlarda
belə fikirlər səslənir ki, işsiz qalıb. Əli, ayağı sağdır,
ancaq deyir ki, işsiz qalıram. Elə adamlara hansısa
ödəniş etməklə
sosial ədaləti bərpa etmək düzgün deyil. Çünki o adamın işsizlik
səbəbi hansısa
sənət yiyəsi
olmaması üzündəndir.
Gözləyir ki, dövlət
buna hansısa yolla yardım etsin. Ancaq sənəti olan adam heç
vaxt işsiz ola bilməz. Təbii ki, elə insanlar var ki, qışqıracaqlar
ki, "iş yoxdur", "iş tapa bilmirəm" və sair. Ancaq fakt
odur ki, insanlar sənətə yiyələndikcə, hər
hansı bir sənətin sahibi olduqca müəyyən bir gəlir əldə edəcəklər.
Dövlət başçısının sərəncamı da dövlət qulluğunda çalışanlara şamil
olunur ki, insan peşə qazanıb, zəhmətilə
əldə etdiyi gəlirlə ailəsini saxlamalıdır. Sadə insanlarla
bağlı sosial ədalətdən danışırıq,
ancaq dövlət məmuru statusu olmayan yüz minlərlə işçilər
var. Onlar üçün
də sosial ədalət bərpa olunur. Məlum olduğu kimi
hər şeyin bir düzəni var. Söhbət ondan getmir ki, kiminsə əmək haqqına 40 manat əlavə olundu, o, yaxşı yaşayacaq. Amma bununla
insanlarda güvənlik
yaranır ki, bu artımlar mütəmadi olaraq davam etdiriləcək.
Bəzən insanlar sosial
ədaləti düzgün
başa düşmürlər.
Hamıya ucdantutma əlavə
pulun verilməsi sosial ədalətin təmin olunması demək deyil. İordaniyanın kralı
neftdən gələn
gəlirdən ölkə
vətəndaşlarına adambaşına 100 dollar paylayır. Bizimkilər isə buradan
qışqırırlar ki,
hər adama 100 dollar verirlər. Ancaq fikirləşmirlər ki, bununla nə
əldə etmək mümkündür, 100 dollar o vətəndaşın
hansı işinə yarıyacaq? Ancaq şəhidlərlə bağlı
sosial ədalətin bərpa olunması başqa
məsələdir. Uzun illərdi
ki, şəhidlər
ailəsinə heç
bir kompensasiya verilmirdi. İndi isə bu kateqoriyadan olanlara birdəfələk ödənişlər
edilir. Bax, sosial ədalətin
təmin olunması budur. Vətən üçün, dövlət
üçün vuruşub,
indi də sosial ədalət bərpa olunur.
-Ölkənin iqtisadi inkişafı davam edir, dövlət
büdcəsinin gəlirləri
artır. Necə hesab edirsiniz, bundan sonra da
sosial islahatlar davamlı olacaqmı?
-Hesab edirəm ki, ölkədə sosial islahatlar davamlı olacaq. Çünki, bu islahatların əsas mahiyyəti psixoloji baxımdan dövləti insanlara sevdirmək idi. Artıq istənilən azərbaycanlı əmin ola bilir ki, dövlət onun arxasındadır. Məsələn, Fuad Abbasov Azərbaycan vətəndaşıdır, ona görə də onun hüquqlarının müdafiəsi ilə məşğul olunur. Bu isə o deməkdir ki, Azərbaycan vətəndaşı harada yaşamasından asılı olmayaraq dövlətin güvəncini hiss etməlidir. Yaxud, dünən millət vəkili Aqil Abbasın Bayat kəndinə qaz çəkiblər. Əslində bu da sosial ədalətin bərpa olunmasıdır. Çünki, uzun illər idi ki, qonşu kənddə qaz var idi, ancaq bu kənddə yox idi. Demək istəyirəm ki, ölkədə sosial ədalətin bərpa olunması təkcə vətəndaşlara pul ödənilməsilə müşayət olunmur, hətta bütün ucqar kəndlərə işıq, qaz, yeni yollar şəkilir, yeni turizm infrastrukturu yaradılır. Eyni zamanda qeyd edilməlidir ki, Qəbələdə, yaxud Şəkidə turizm infrastrukturu yaradılır, lakin gözəl təbiəti olan digər bölgələrdə bu işlər aparılmır. Bax, bu bərabərsizlik də aradan qaldırılmalıdır. Çünki, təkcə əmək haqlarının artırılması ilə sosial bərabərsizlik aradan qalxmır. Yenə də qeyd etmək istəyirəm ki, əsas məsələ insanların psixoloji baxımdan Azərbaycan dövlətinə inamının artmasıdır.
Alim
Olaylar.- 2019.- 20-21 iyun.- S.9.