Azərbaycan Ordusunun qüdrəti gənclərdə
vətənpərvərlik
hissinin artmasına təkan verib
Günümüzdə
"əsl vətəndaş vətənpərvər
olmalıdır, gənclərimizə vətən sevgisi
aşılanmalıdır" kimi ifadələrə tez-tez
rast gəlirik. Əslində bu fikirlərin səsləndirilməsi
gənc vətənpərvər övladların yetişdirilməsinə
hesablanıb. Azərbaycanda isə daim bu istiqamətdə
iş görülüb, bu gün də müvafiq addımlar
atılmaqda davam edir. "Azərbaycanın gələcəyi
gənclərə məxsusdur"- deyən dahi şəxsiyyət,
ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik
etdiyi dövrlərdə gənclərimizin hərtərəfli
inkişafına imkanlar açan müvafiq tədbirlər həyata
keçirmiş və tez bir zamanda müstəqil Azərbaycanımızın
gələcəyini qoruyub saxlaya biləcək gənc nəsillərin
yetişdiyinə əminliyini belə ifadə etmişdir:
"Müstəqil Azərbaycan ifadəsi indi hamı üçün əzizdir, bunu hamı təkrar edir. Ancaq hər kəs də başa düşməlidir ki, müstəqil Azərbaycanın müstəqil yaşaması üçün hər bir vətəndaşın vətəndaşlıq borcu var. Bunu təmin etmək üçün hər bir vətəndaş öz payını verməli, öz xidmətini göstərməlidir". Tariximizə nəzər salsaq görərik ki, elimizin, obamızın ən gözəl ənənlərindən biri də torpağa, ana yurda, vətənə bağlılıq, xalqımızı zaman-zaman yadelli işğalçılardan qorumaq, vətən üçün candan keçmək olmuşdur. Elə buna görə də xalqımızın vətən uğrunda, torpaq uğrunda canından, qanından keçən saysız-hesabsız, unudulmaz qəhrəmanları olmuşdur. Deməli, vətənpərvərlik, vətən sevgisi və bu kimi ifadələrə tərif tapmaq əvəzinə, "bu hissi gənclərimizə hansı vasitə ilə aşılamalıyıq" fikrinin üzərində düşünməliyik və bu ali duyğunu suya, çörəyə olan tələbat kimi övladlarımıza aşılamalıyıq.
Hazırda Azərbaycanın dünya ölkələri arasında tutduğu mövqe, yürüdülən daxili və xarici siyasət gənclərin vətənpərvər ruhda tərbiyyəsində mühüm rol oynayır. Azərbaycan 2019-cu ilin birinci rübündə iqtisadi və sosial sahələrdə olduğu kimi siyasi islahatlar, beynəlxalq xarici əməkdaşlıq məsələlərində də mühüm uğurlara imza atıb. Ölkəmiz Prezident İlham Əliyevin qətiyyətli və balanslaşdırılmış uğurlu xarici siyasət xəttini davam etdirməklə beynəlxalq mövqeyini gücləndirib. Məhz Prezident İlham Əliyevin yürütdüyü Azərbaycanın milli maraqlarını təmin edən müstəqil, çevik və möhtəşəm xarici siyasət kursu xarici dövlətlərlə yüksək səviyyəli görüşlər, siyasi dialoqun güclənməsi, ikitərəfli sıx əlaqələrin möhkəmlənməsi vətənpərvər gənclərin yetişməsində əhəmiyyətli vasitə kimi çıxış edir. Nazirlər Kabinetinin aprelin 30-da keçirilən iclasında dövlətimizin başçısının vurğuladığı kimi 2019-cu ilin birinci rübü beynəlxalq siyasi əlaqələr baxımından Azərbaycan üçün olduqca uğiurlu və əlamətdar olubdur. Belə ki, 2019-cu ilin birinci rübü ərzində Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlar, ATƏT qarşısında öz prinsipial mövqeyini qəti şəkildə bəyan etməklə Ermənistanın yeni hakimiyyətinin siyasi şousunu darmadağın etdi. Rəsmi İrəvan işğal faktında birbaşa iştirakçı olduğunu təsdiqləməklə sülh razılaşmasına əməl etməsini, əks halda ən kəskin addımlarla üz-üzə qalacağını nümayiş etdirdi. Dövlət başçısı qətiyyətli və konkret, açıq bəyanatı ilə dünya birliyinə əsil siyasi-hərbi mənzərəni bir daha təqdim etdi: "Başqa yanaşma yoxdur. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Onu da bildirməliyəm ki, danışıqlar formatı dəyişməz olaraq qalır. Baxmayaraq ki, bəzi cəhdlər olub, ancaq bizim fəaliyyətimiz nəticəsində bu cəhdlərin qarşısı alınıb. Həmçinin Minsk qrupunun həmsədrləri tərəfindən martın 9-da verilmiş açıqlama ünvanlıdır, birmənalıdır və bir daha onu göstərir ki, münaqişənin iki tərəfi var". Qeyd edək ki, cənab Prezidentin vurğuladığı kimi bu məsələ ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr əsasında, Helsinki Yekun Aktına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həll olunmalıdır. "Biz bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq, ölkəmizi, ordumuzu gücləndirəcəyik". Artıq Azərbaycan gəncləri hesab edirlər ki, dövlət başçısının ciddi səyi nəticəsində ölkədə güclü ordi yaradılıb. Odur ki, hər bir Azərbaycan gənci bu orduda xidmət etməyi özünün şərəf borcu hesab edir.
YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayev hesab edir ki, Azərbaycan Ordusunun qüdrəti gənclərdə vətənpərvərlik hissinin artmasında xüsusi əhəmiyyətə malikdir: "Bu günlərdə Naxçıvanda möhtəşəm sonluqla başa çatan Azərbaycan- Türkiyə hərbi təlimləri hələ də gündəmdə əsas mövzulardan biri kimi gənclərin dilindən düşmür. İki qardaş ölkənin Silahlı Qüvvələrinin birgə əməliyyat taktiki təlimlərinin ən əlamətdar günə - 15 İyun - Milli Qurtuluş Gününə təsadüf etməsi isə tədbirin möhtəşəmliyini daha da artırdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikası Silahlı Qüvvələrinin mexanikləşdirilmiş briqada komandiri, general-mayor Ərcan İlhanın birgə izlədiyi təlimlər dünyaya iki qardaşın sarsılmaz gücünü, rəşadətini nümayiş etdirdi. Ümumilikdə 5 minə yaxın şəxsi heyəti, 250-dən artıq zirehli və 500-ə yaxın avtomobil texnikası cəlb edildiyi təlimlər regionda Türk dövlətlərinin artan qüdrətinin bir nişanəsi olmaqla işğala, işğalçıya qarşı bir növ hazırlıq, sınaq əməliyyatlarının bir hissəsi anlamına gəlir. Bu təlimlər işğalçı Ermənistana və havadarlarına növbəti dəfə xəbardarlıq, iltimatum idi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi Ordunun gücü həm də onun sıralarında xidmət edən şəxsi heyətin ruh yüksəkliyi, möhkəm iradəsi, vətənpərvərliyi və peşəkarlığı ilə ölçülür. "Hərbi təlimlərdən çıxan nəticə budur ki, Azərbaycan və Türkiyə Ordusu peşəkar olduğu qədər də vətənpərvərdir. Şəxsi heyətlərimiz ən yüksək mənəvi keyfiyyətlərə malikdirlər. Bu, bizim ən böyük nailiyyətimizdir".
Onun bildirdiyinə görə, dövlətin müstəqilliyinin daimiliyi, dönməzliyi onun Ordusunun Qüdrətindən asılıdır. Təsadüfi deyil ki, ölkədə hökm sürən sabitlik və həyata keçirilən islahatlar Azərbaycan Ordusunu qüdrətlənməsində əsas təməl sütunlardan biri olub: "Bu gün Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvandakı ordu və birləşmələri bu gün Ordumuzun ən güclü istinadlarındandır. Ümummilli lider Heydər Əliyevin memarı olduğu Güclü Azərbaycan Ordusu Naxçıvanda tarix yazır, 26 il əvvəl olduğu kimi Azərbaycanın suverenliyinin, müstəqilliyinin, ərazi bütövlüyünün möhkəmlənməsinə töhfəsini verir. Naxçıvan Muxtar Respublikası öz iqtisadi-siyasi, sosial-mədəni qüdrəti və həm də hərbi gücü ilə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında öz rəşadətini göstərə biləcək Ordumuzun ağır artelleriyası, vuran qolu, döyünən ürəyidir. Düşmən bilməlidir ki, Naxçıvanda ölkəmizin ən peşəkar Ordusu dayanıb. Hazırda qüdrətli, məğlubedilməz Azərbaycan Silahlı Qüvvələrini bu gün regionun ən qüdrətli Ordusudur. Bu gün Azərbaycan Ordusu güclü və qüdrətlidir. Silahlı Qüvvələrimiz işğalçı Ermənistan üzərində qalibiyyət salnaməsi yazmağa qadirdir.Etiraf edilməlidir ki, Azərbaycanın belə rəşadətli ordisinin formaıaşması gənclərin vətənpərvər ruhunun yüksəlməsinə öz töhvəsini vermiş olur".
Alim
Azərbaycan
Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət
Dəstəyi Şurasının maliyyə dəstəyilə
ABUİB-in həyata keçirdiyi "Azərbaycançılıq
və hərbi vətənpərvərlik ideyalarının təbliği"
layihəsi çərçivəsində çap olunur.
Olaylar.- 2019.- 25-26 iyun.- S.10.