Regionlarda içməli su layihələrinin

icrası mühüm əhəmiyyət daşıyır

 

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası nəticəsində əhalinin içməli suya olan tələbatının ödənilməsi, həmçinin əyalətlərin su təchizatının yenidən qurulması çərçivəsində çoxsaylı tədbirlər həyata keçirilib. Əhalinin kommunal problemlərinin həllinə yönəlmiş bu tədbirlər 2019-2023-cü illəri əhatə edəcək sayca dördüncü Dövlət Proqramının icrası müddətində də davam edəcəkdir. Bu regionlarda içməli su təchizatının yaxşılaşdırılmasının başlıca məqsədlərdən biri olduğunu göstərir.

Məhz prezident İlham Əliyev içməli su layihələrinin icrasının böyük əhəmiyyət daşıdığını və böyük sosial məsələ olduğunu bildirib. Dövlət başçısı 2003-cü ildən islahatların yeni mərhələsinin başlandığını xatırladaraq qeyd edib ki, o vaxt ən böyük islahat regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbul edilməsi idi. Bu proqram ölkəmizin müxtəlif istiqamətlər üzrə inkişaf strategiyasını müəyyənləşdirməyə və qısa müddət ərzində çox güclü infrastruktur bazasının yaradılmasına imkan verdi. Ötən müddətdə əhalinin elektrik enerjisi, qaz təchizatı və içməli su ilə təminatında ciddi dəyişikliklər baş verib: "Elektrik enerjisi ilə bağlı böyük problemlər, fasilələr var idi, elektrik enerjisi saatlarla verilirdi. Bu gün Azərbaycan nəinki özünü təmin edir, eyni zamanda, böyük həcmdə elektrik enerjisini ixrac edir. Bölgələrdə qaz təchizatı yox idi. Bakı şəhərində qaz təchizatı təqribən, 50 faiz səviyyəsində idi. Bu gün ən ucqar rayonlara, hansılar ki, heç sovet vaxtında qazlaşdırılmamışdı, təbii qaz verilir və qazlaşdırmanın səviyyəsi 95 faizə çatıb. İçməli su layihələrinin icrası böyük əhəmiyyət daşıyır, böyük sosial məsələdir. 2003-cü ildə dayanıqlı və keyfiyyətli içməli su ilə təminat cəmi 20 faiz idi. Bu gün bu, 70 faizə çatıb. Düzdür, 70 faiz də bizi qane edə bilməz. Bakı şəhərində bu, 80 faizdən çoxdur. Ancaq bu, böyük bir islahat idi".

Göründüyü kimi həm paytaxt Bakı eləcə də Azərbaycanın bütün regionlarında əhalinin sosial problemlərinin həlli istiqəmətində aparılan addımlarda məhz dövlət başçısının apardığı məqsədyönlü, balanslı siyasət dayanır.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı mühüm layihələr həyata keçirilir. Respublikamızın qərbbölgəsində əhalinin etibarlı və dayanıqlı  içməli su təminatına hesablanmış Şəmkirçay sutəmizləyici qurğusunda işlər son mərhələdədir.

Şəmkirçay su anbarının ehtiyatının daxili mənbələr hesabına formalaşması ölkəmizin su təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Ümumi sututumu 165 milyon kubmetr olan anbarın potensial ehtiyatı dayanıqlı içməli sutəchizatı baxımından mühüm əhəmiyyət daşıyır. Üstəlik burada toplanan yerüstüsuların təbii durulmadan keçməsi suyun emalını asanlaşdırır. Bütün bunlar nəzərəalınaraq "Azərsu" ASC-nin sifarişi ilə su anbarının yaxınlığında məhsuldarlığısutkada 140 min və ya saniyədə 1,6 kubmetr olan sutəmizləyici qurğu tikilir.Kompleksdə hər birinin tutumu 2500 kubmetr olan 3 ədəd su anbarı, anbarlarınidarəetmə otağı, xlorator qurğusu, elektrik yarımstansiyası inşa edilib, ehtiyatgenerator alınaraq ərazidə quraşdırılıb. Hazırda quruğda emal avadanlıqlarınınquraşıdırlması işləri aparılır.

Qurğunun su təminatı Şəmkirçay su anbarından ayrılan suvarma kanalı hesabınaaparılacaq və artıq kanaldan suyun götürülməsi üçün daşıyıcı xətlər tikilib. Buradangötürülən qurğuda su qum süzgəclərində təmizləndikdən sonra anbarlara ötürüləcək.Anbarlara daxil olan və çıxan suyun miqdarı və təzyiqi, anbarlarda suyun həcmi,siyirtmələrin iş rejimi və işçi vəziyyəti, eləcə də suyun bulanıqlıq səviyyəsi və qalıqxlorun miqdarı onlayn rejimdə tənzimlənəcək. Bütün bu proseslərə SCADA sistemivasitəsilə nəzarət olunacaq.

Regionlarda tikilən ən böyük içməli sutəmizləyici qurğunun bu ilin birinci yarısındaistismara verilməsi nəzərdə tutulur.  Müasir texnologiya əsasında tikilən yeni qurğuGəncə, Şəmkir, Samux şəhərləri və ətraf kəndlərdə 300 mindən artıq insanıkeyfiyyətli və fasiləsiz içməli su təmin edəcək.

Şəmkirçay sutəmizləyici qurğusu istismara verildikdən sonra bu mənbədən Gəncə şəhərinə saniyədə 1141 litr, Şəmkir şəhərinə 187 litr, Samux  şəhərinə 85 litr, kəndlərə isə 50 litr  içməli su veriləcək. Şəmkirçay sutəmizləyici qurğusundanGəncə şəhərinə suyun verilməsini təmin etmək üçün  uzunluğu 27,5 km olanmagistral su kəmərinin tikintisi artıq yekunlaşıb, bu kəmərdən Samux şəhəri vərayonun bəzi kəndlərinə, eləcə də Göygöl rayonunun bir sıra kəndlərinin sutəchizatını yaxşılaşdırmaq məqsədilə çıxışlar verilib. Bununla yanaşı, qurğudanŞəmkir şəhərinədək 16,5 kilometr uzunluğunda magistral su kəməri tikilərək şəhərşəbəkəsinə birləşdirilib.

Qeyd edək ki, son 10 ildə həyata keçirilən içməli su layihələri çərçivəsindəməhsuldarlığı sutkada 1,6 milyon kubmetrdən çox olan 39 yeni içməli su mənbəyiyaradılıb.

Bundan əlavə "Azərsu" Açıq Səhmdar Cəmiyyəti daha bir şəhərdə yeni su vəkanalizasiya layihəsinin icrasına başlayır. Yaxın vaxtlarda Qazax şəhərində içməlisu təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması üzrə tikintiişlərinə start veriləcək. Bu münasibətlə Qazax Rayon İcra Hakimiyyətində layihənintəqdimat mərasimi keçirilib. Rayon ictimaiyyətinin, "Azərsu" ASC-nin,  məsləhətçivə podratçı təşkilatların nümayəndələrinin iştirak etdiyi təqdimatda layihəninməqsədi, faydası, tikinti-quraşdırma işlərinin icra qrafiki, ekoloji əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bölgələrin inkişafını təmin edən uğurlu islahatlardan, dövlət proqramlarından danışıb. Cəbhə bölgəsində yerləşən Qazax rayonunda su və kanalizasiya layihəsinin icrasına başlanmasını əhalinin sosial problemlərinin həllinə göstərilən yüksək qiymət kimi dəyərləndirib.

"Azərsu" ASC-nin sədr müavini Etibar Məmmədov əhalinin içməli su və kanalizasiya xidmətləri ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, Prezident İlham Əliyev  şəhər və rayon mərkəzlərinin, həmçinin kəndlərin  içməli su təchizatının yaxşılaşdırılmasını daim diqqətdə saxlayır. Qazaxda icra olunacaq  yeni layihə bu sahədə görülən işlərin davamıdır.

Layihə və podrat təşkilatların nümayəndələri tikinti-quraşdırma işlərinin vaxtında və keyfiyyətli icrası üçün bütün lazımi tədbirlərin görüləcəyini bildiriblər.

Sonra Qazax şəhərinin su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin tikintisi layihəsinin təqdimatı olub. Təqdimatda bildirilib ki, Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi Azərbaycan hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən "Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı" çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Qazax şəhərində 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Bu layihə çərçivəsində gələcəkdə Qazax rayonunun Ağköynək, Qarapapaq, Hüseynbəyli və Ağstafa rayonunun Dağ Kəsəmən kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə bu layihədən 45 min sakin faydalanacaq.

Qazax şəhərində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 6,4 km magistral su kəməri, ümumi tutumu 10 min kubmetr olan 2 ədəd su anbarı, 106,4 km paylayıcı su şəbəkəsi inşa ediləcək. Bununla paralel olaraq şəhərin kanalizasiya infrastrukturu da yenidən qurulacaq. Şəhər ərazisində 82,3 km uzunluğunda kanalizasiya şəbəkəsi yaradılacaq və  4,4 km kanalizasiya kollektoru tikiləcək. Ümumilikdə şəhərdə 5870 ünvan su və kanalizasiya şəbəkələrinə qoşulacaq və sayğaclar quraşdırılacaq. İçməli su və kanalizasiya şəbəkələrinin tikintisinin 2020-ci ilin sonunda başa çatdırılması planlaşdırılır.

Şəhərdə yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə gələcəkdə məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğu tikiləcək.

Qeyd edək ki, Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən layihə Qazax şəhəri ilə yanaşı, Tərtər, Gədəbəy, Daşkəsən və Astara şəhərlərini də əhatə edir. İndiyədək Tərtər, Gədəbəy  və Daşkəsən şəhərlərində içməli su və kanalizasiya, Astara şəhərində isə içməli su şəbəkələrinin tikintisi başa çatıb.

Göründüyü kimi, regionların sosial-iqtisadi inkişafına dair 2019-2023-cü illəri əhatə edəcək, dördüncü Dövlət Proqramı da uğurla icra edilməkdədir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2019.- 8-11 mart.- S.15.