Regional proqramlar Şəmkirdə

bütün sahələrdə inkişafa səbəb olub

 

2004-cü ildən etibarən uğurla həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları həyatımızın bütün sahələrində sürətli inkişafa tərəqqiyə səbəb olub. Dövlət Proqramlarının ən üstün cəhətlərindən biri də ondan ibarətdir ki, bu proqramlar Azərbaycanın bütün bölgələrinin inkişafına zəmin yaradıb, regionların inkişafına təkan verib.

 

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları respublikanın hər bir bölgəsində olduğu kimi Şəmkir rayonunda da uğurla icra edilib. Dövlət Proqramlarının icra edildiyi ötən 15 il ərzində görülən işlər, həyata keçirilən tədbirlər belə deməyə əsas verir. Məlumat üçün qeyd edək ki, respublikanın ən böyük aqrar rayonlarından biri olan Şəmkir rayonunun ərazisi 1.66 min kv. km-dir, əhalisi 01.07.2017-ci il tarixə rəsmi qeydiyyatda 213400 nəfər təşkil edir. Məşğul əhalinin əsas hissəsi kənd təsərrüfatında sənayedə, tikintidə və digər istehsal, ticarət, ictimai-iaşə xidmət sahələrində çalışır. Şəmkir rayonu 1 şəhər,  7 inzibati qəsəbə, (Dəllər, Zəyəm, Çinarlı, Kür) 58 kənd olmaqla  48  inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən    42  bələdiyyədən ibarətdir.

Əsas iqtisadi göstərici hesab olunan ümumi məhsul buraxılışı Regional Proqramların uğurlu icrası nəticəsində dinamik olaraq artıb. Təkcə icrası bir müddət əvvəl başa çatan və 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində qeydə alınan göstəricilər belə deməyə əsas verir. Belə ki, 2017-ci ilin 1-ci yarımili ərzində 219747 min manat, sənaye məhsullarının həcmi 22149 min manat təşkil edib. 2017-ci ilin 1-ci yarımili ərzində ticarət xidmətinin həcmi 65341 min manat, əmtəə dövriyyəsinin həcmi 2016-cı ilin eyni dövrü ilə müqayisədə 17 faiz artaraq 197030 min manat təşkil edib. Bir nəfərə düşən ümumi məhsul buraxılışının həcmi 315 manat təşkil edib. Şərq Ulduzu MMC-ə məxsus ildə 2000 ton üzüm emalı gücünə malik şərab zavodu, gündəlik 300 min ədəd yumurta istehsal edən Şəmkir Quşçuluq fabriki, gündəlik 55 ton un məmulatları istehsal edən Çörək zavodu, Azaqro MMC-ə məxsus ildə 2 mln ədəd gül yetişdirilən İstilikxana kompleksi fəaliyyət göstərir. 2017-ci ilin 1-ci yarımili ərzində Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə Şəmkir rayonu üzrə 112000 manat dövlətin güzəştli kreditləri verilib ki, həmin kreditlər hesabına 17 yeni iş yerinin yaradılması imkanı yaranıb. 2017-ci ilin 1-ci yarımili ərzində 3149 iş yeri açılıb ki, onunda 1984-ü daimi, 1165-i müvəqqəti iş yerlərindən ibarət olub.

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyəti haqqında Əsasnamə"yə uyğun olaraq Şəmkir rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə İcra hakimiyyəti başçısı yanında Şura yaradılıb və əsasnaməsi təsdiq edilib. İcra Hakimiyyəti başçısı yanında Şuranın iclasları "Yerli icra hakimiyyəti haqqında Əsasnamə"yə uyğun olaraq ayda 2 dəfədən az olmayaraq keçirilir. İcra Hakimiyyəti başçısının yanında daimi məşvərətçi orqanı olan Şuranın yaradılması rayonun iqtisadi, sosial, mədəni və digər yerli məsələlərinə baxılıb müzakirə edilməsi və onların həllinə dair konkret təkliflərin hazırlanması məqsədi daşıyır. Müzakirə olunmuş məsələlər üzrə irəli sürülmüş təklif tövsiyyələr əsasında Şuranın qərarları, zəruri hallarda isə rayon İcra Hakimiyyəti başçısının sərəncamları verilir.

Qeyd edək ki, Şəmkir rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayonun iqtisadiyyatında ənənəvi olaraq taxılçılıq, kartofçuluq, tərəvəzçilik, üzümçülük və heyvandarlıq sahəsi aparıcı rol oynayır. Eyni zamanda rayonunun təsərrüfatlarında meyvə, bostan və günəbaxan məhsulları da istehsal olunur. Rayon üzrə 906,7 ha istixana sahəsindən  keyfiyyətli faraş tərəvəz (pomidor, xiyar) yetişdiriilib. 5791 ədəd istilikxananın, 285 ədədi təbii qazla, 637 ədədi neft məhsulları ilə, 2254 ədədi odun və daş kömürlə qizdırılır,  2811 ədədi isə qızdırılmayan istilikxanadlır.

Şəmkir rayonunun sənayesi yeyinti, elektrik enerjisi və tikinti materiallarının istehsalı və bölüşdürülməsi sahələri ilə təmin olunub. 2016-cı ildə fəaliyyət göstərən 13 sənaye müəssisəsindən 8-i  kiçik müəssisələr olub. Emal müəssisələrinin fəaliyyətinin genişləndirilməsinə diqqət artırılıb. "Şərq Ulduzu" MMC-ə məxsus ildə 2000 ton üzüm emalı gücünə malik şərab zavodunda 9 növ şərab məhsulu emal edilməklə, şərab məhsullarından konyak spirti də emal edilir. Şəmkir rayonunda   Azaqro MMC-yə məxsus sahəsi 2.5 hektar  olan  istilikxana kompleksində İl ərzində  iki milyon  ədət  gül yetişdirilir.

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev 15 iyun 2004-cü il, 1 noyabr 2006-cı il, 25 may 2009-cu il, 10 sentyabr 2013-cü il, 15 noyabr 2014-cü il və 20 avqust 2017-ci il tarixlərində Şəmkir Rayonuna səfər edib.

Cənab Prezident Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində Şəmkiirdə istifadəyə verilən bir sıra obyektlərin açılışında da iştirak edib. Belə ki, sayca üçüncü Dövlət Proqramının icrası zamanı Cənab Prezident Şəmkir Olimpiya İdman Kompleksinin təməlini qoyub. İctimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edib. Həmçinin regional proqram çərçivəsində yenidən qurulan Şəmkir-Qazax avtomobil yolunun açılışında iştirak edib. Şəmkir Quşçuluq fabrikində olub. Füzuli qəsəbəsində Heydər Əliyev Fondunun vəsaiti hesabına tikilmiş orta məktəb binasının açılışında iştirak edib. 25 may 2009-cu il tarixində isə  Şəmkir çayı üzərində inşa ediləcək dəryaçanın təməl qoyma mərasimində iştirak edib. Şəmkir Olimpiya İdman Kompleksinin açılışında iştirak edib, orada rayon ictimaiyyətinin nümayəndələri, idmançıları ilə görüşdə çıxış edib, "Şərq Ulduzu" MMC-nin fəaliyyəti ilə tanış olub. Şəmkir Mədəniyyət evində təşkil olunmuş sənaye, kənd təsərrüfatı sərgisinə baxıb.

10 sentyabr 2013-cü ildə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Bayraq meydanı, Gənclər mərkəzi, Heydər Əliyev Mərkəzi, Bakı Oksford məktəbinin Şəmkir filialının 80 yerlik uşaq Akademiyası, "EXCELSİOR"  HOTEL SHAMKİR, Alman Lüteran kilsəsinin açılışında iştirak edib. 15 noyabr 2014-cü ildə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Su elektrik stansiyası ilə birgə Şəmkirçay su anbarının, Çörək zavodunun, Şəmkir hərbi birliyinin hərbi şəhərciyi ərazisində yeni inşa olunmuş qərargah binasının açılışında və Şəmkir Aqroparkın təməlqoyma mərasimində iştirak edib.  20 avqust 2017-ci ildə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun açılışında iştirak edib. Daha sonra Şəmkirdə əsaslı şəkildə yenidən qurulan Tarix-Diyarşünaslıq Muzeyində yaradılan şəraitlə tanış olub. "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Şəmkir avtomat idarəetmə və nəzarət mərkəzinin açılışında iştirak edib. Müdafiə Nazirliyinin Mobil Səhra Cərrahiyyə Hospitalının imkanları ilə tanış olub. "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialının açılışında iştirak edib, orada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə çıxış edib. "Şəmkir Aqroparkı"nın Logistika Mərkəzinin açılışında iştirak edib.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının üçüncü mərhələsinin icrasının sonuncu ilində də Şəmkirdə məqsədyönlü tədbirlər həyata keçirilib, uğurlu fəaliyyətlər ortaya qoyulub.

Belə ki, ölkəmizin sosial-iqtisadi həyatında olduğu kimi, Şəmkir rayonunda da 2018-ci ilin doqquz ayında iqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatı, sənaye, tikinti, eləcə də nəqliyyat, rabitə, ticarət və xidmət sahələrində müsbət nəticələr qazanılıb. İl ərzində rayonun iqtisadiyyatına investisiya qoyuluşunun həcminin artırılması ilə bağlı tədbirlər davam etdirilib. Sahibkarlar tərəfindən ümumi dəyəri 108 milyon 601 min manat olan 254 layihə üzrə kənd təsərrüfatı məhsulları istehsalı və satışı, tikinti, ticarət və digər sahələrə 53 milyon 131 min manat investisiya qoyuluşu həyata keçirilib.

İl ərzində ən çox investisiya qoyuluşu rayonun Dəllər qəsəbəsi (542,5 min manat), Təzəkənd (3,5 milyon manat), Zəyəm Cırdaxan (3.0 milyon manat), Düzqışlaq (2,2 milyon manat), Aşaği Seyfəli (2 milyon 110 min manat), Qılıncbəyli (730 min manat), Dəllər Cəyir (340 min manat), Qaracəmirli (300 min manat), Yeni Həyat (286 min manat), Düyərli (285 min manat) kəndlərinin ərazisində qoyulub.

2018-ci ildə Şəmkir rayonunda ümumi sahəsi 40 min 432 kvadrat metr, ümumi dəyəri 17 milyon 118 min manat olan 317 fərdi yaşayış evi tikilib. Ən çox fərdi yaşayış evləri Şəmkir şəhərində, Dəllər və Kür qəsəbələrində, Zəyəm Cırdaxan, Xuluf, Aşağı Seyfəli, Düyərli, Düzqışlaq Sabirkənd və Tatarlı kəndlərində tikilib.

Şəmkirdə son dövürlərdə təkcə rayon mərkəzində deyil, kənd və qəsəbələrdə də abadlıq işləri aparılır. Rayonun kənd və qəsəbələrində məktəb, uşaq bağçası və xəstəxanaların təmir və tikintisin davam etdirilib.

 

Olaylar.- 2019.- 8-11 mart.- S.11.