Regional proqramlar

Goranboyda uğurla icra edilib

 

2004-cü ildən mərhələli şəkildə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları respublikamızın hər bir bölgəsində olduğu kimi Goranboy rayonunda da uğurla icra edilib. Ötən illər ərzində rayonda həyata keçirilən infrastruktur layihələri, görülən işlər belə deməyə əsas verir. Qeyd edək ki, artıq icrası başa çatan Regionların 2014-2018-ci illər sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində Goranboyda bir sıra tədbirlər həyata keçirilib, yeni istehsal emal müəssisələri yaradılıb nəticə etibarilə yaradılan yeni yerləri hesabına əhalinin sosial rifah halı yaxşılaşıb.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində Goranboyda əhalinin kommunal problemlərinin həlli istiqamətində kifayət qədər işlər görülüb.

Belə ki, Dövlət Proqramı çərçivəsində 110/35/10 kilovoltluq "Dəliməmmədli" yarımstansiyasında hər biri 40 meqavat amper olan iki transformator quraşdırılıb. Bu da rayonun keyfiyyətli, dayanıqlı fasiləsiz elektrik təchizatını tam formalaşdırmağa imkan verir.Məlumat üçün qeyd edək ki, həmin stansiyanın açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev iştirak edib.

Dövlət Proqramları çərçivəsində rayonun suvarma suyuna olan tələbatının ödənilməsi üçün ciddi işlər görülüb. 2017-ci ildə Azərbaycan Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri cənab Əhməd Əhmədzadənin yaxından köməkliyi ilə Şəmkir maşın kanalından Dəliməmmədli şəhərinə kanal altında yerləşən 8 kəndə suvarma suyu verilib. Bu il isə kanalın Nadirkənd kəndinədək 7 km-lik hissəsi istifadəyə veriləcəkdir ki, bu da suvarılan əkin sahələrini daha da genişləndirəcək. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ötən il 16 yaşayış məntəqəsində 19 ədəd subartezian quyusu qazılıb. Bu da suvarma suyuna olan tələbatının ödənilməsinə xeyli təkan verəcək. Bu il isə 18 subartezian quyusu qazılacaq. Möhtərəm Prezidentin tapşırığı ilə respublikada elektrik təsərrüfatı yenidən qurulur. Artıq rayonda da 22 yaşayış məntəqəsində elektrik təsərrüfatı yenidən qurulub,ümumilikdə 550 km-dən çox SİB kabel xətləri çəkilib, 136 ədəd müxtəlif gücdə komplekt transformator məntəqəsi quraşdırılıb. Bu işlərin digər yaşayış məntəqələrində icra olunması üçün "Azərişıq" ASC- müraciət edilib. Yaşayış məntəqələrinin qazlaşması işi davam etdirilir. Ötən il Yəhərçi Qazaxlar, Goranlı Həmənli kəndlərinə təbii qaz verilib. Hazırda rayon üzrə qazlaşma 95 faiz təşkil edir. Təbii qaz almayan digər yaşayış məntəqələrinin qazlaşdırılması üçün müvafiq müraciətlər edilib. Azərbaycan Respublikası Prezidentinin "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 24 fevral 2017-ci il tarixli 17 mart 2017-ci il tarixli sərəncamlarına əsasən Veyisli Abbasqulular kəndlərinə, habelə Veyisli kəndi yaxınlığındakı məcburi köçkün şəhərciyinə Murov-Goranboy su kəmərindən içməli su xətti çəkilib. Veyisli kəndində küçələrdə 5, Abbasqulular kəndində 8 bulaq quraşdırılıb. Məcburi köçkün şəhərciyində 600 evə fərdi qaydada içməli su verilib, şəhərciyə bitişik ərazidə məskunlaşmış məcburi köçkünlər üçün isə 7 bulaq quraşdırılıb. Rayonda telefon xətt təsərrüfatı artıq istismar müddətini başa vurub.

Dövlət proqramları çərçivəsində rayonda tikinti-abadlıq quruculuq işləri davam etdirilib. Müasir memarlıq üslubunda Bayraq Muzeyi tikilib, 72 metr hündürlüyündə Dövlət Bayrağı ucaldılıb. Bayraq Meydanında 930 kv.metr tomet düzülüb, yeni gül kolları əkilib, yaşıllıq salınıb, ərazidə 18 ədəd yeni işıqlandırma dirəyi quraşdırılıb. Həmçinin Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin inzibati binası istismara verilib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına rayon Mərkəzi xəstəxanası üçün 130 çarpayılıq binanın tikintisi başa çatıb. Xəstəxana müasir tibbi aparatlarla avadanlıqlarla təmin edilir.

Dövlət Proqramları çərçivəsində rayonun makroiqtisadi göstəriciləri xeyli yaxşılaşıb. Ümumdaxili məhsul buraxılışının həcmi 220,4 milyon manat, sənaye məhsulunun həcmi 12,2 milyon manat, tikinti işlərinin həcmi 58,2 milyon manat, kənd təsərrüfatı məhsullarının həcmi 87,1 milyon manat təşkil edib. Əhaliyə 60,1 milyon manat ticarət, 3,7 milyon manatlıq nəqliyyat xidməti göstərilib. Əsas kapitala 64,9 milyon manat investisiya yönəldilib. Pərakəndə əmtəə dövriyyəsi 5,8 faiz artıb, orta aylıq əmək haqqı 280,1 manata çatıb ki, bu da əvvəlki illə müqayisədə 2,4 faiz çoxdur.

Əhalinin pul gəlirləri 328,6 milyon manat (əvvəlki illə müqayisədə 8 faiz çox), adambaşına düşən pul gəliri isə 3157 manat ya əvvəlki illə müqayisədə 7 faiz olub.

Ötən il 38 biznes layihəsinin icrası üçün Sahibkarlara Kömək Milli Fondu tərəfindən sahibkarlara 1,8 milyon manat kredit verilib, bu hesaba 219, digər sahələrdə 257 daimi, ümumilikdə isə 6084 yeni yeri yaradılıb. Bütün bu tədbirlərin nəticəsidir ki, ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 95 faiz təşkil edib.

Bildiyimiz kimi Prezident İlham Əliyevin sərəncamı ilə rayonda xalça istehsalı emalatxanası tikilib. Bu, həm yeni yerlərinin açılması, həm goranboyun qədim xalçaçılıq ənənələrinin yaşadılması deməkdir. Emalatxanada ən azı 150 nəfər işlə təmin olunacaq. Hazırda isə 31 nəfər işləyir. Goranboy rayonunda Ailə Uşaqlara Dəstək Mərkəzinin tikintisi davam edir. Mərkəzin əsas məqsədi rayonda sağlamlıq imkanı məhdud olan uşaqları cəmiyyətə inteqrasiya etmək, onlarda müstəqil həyat bacarıqlarını inkişaf etdirməyə kömək etməkdən ibarətdir. Bu məqsədlə Mərkəzdə anaların uşaqların iştirakını nəzərdə tutan məktəbəqədər məşğələlər təşkil ediləcək, xidmətlər göstəriləcək.

Yaşayış binalarının müasir görkəmə salınması ilə bağlı Prezilentin tapşırığına əsasən Goranboy şəhəri M.Məhərrəmov küçəsi 22 saylı yaşayış binasının dam örtüyü, fasad həyətyanı sahələrində təmir işləri görülüb, binanın taxta pəncərə blokları plastik pəncərə blokları ilə dəyişdirilib, fasad hissəsi emulsiya ilə rənglənib. Goran qəsəbəsi 2, 4, 6 saylı binaların fasad hissələri suvanıb, dam örtükləri dəyişdirilib, həyətlərə səki yan daşları düzülüb.

Eyni zamanda Dəliməmmədli şəhərində 20-dək kommunal evlərin dam örtükləri dəyişdirilib, fasad hissələri təmir edilərək emulsiya ilə rənglənib.

Goranboy şəhərinin İsmət Qayıbov, Səməd Vurğun, Gündüz Civəzadə, İlham İsmayılov, Səlahəddin Civəzadə küçələrində 2500 metr səki yan daşları düzülüb, yaşıllıq zolaqlarına torpaq qatı verilib.

Vüqar Bayramov küçəsi Heydər Əliyev prospektində 1200 kv.metr səki bərpa edilib. Hazırda Heydər Əliyev prospektində yeni səki daşları düzülür, yaşıllıq zolağı salınır. Vüqar Bayramov Rövşən Mustafayev küçələrində hasarlara vurulmuş aqlay tavalar bərpa edilib. Səlahəddin Civəzadə küçəsində səkilərə asfalt örtük salınıb, yeni tikilən xəstəxana binası ilə üzbəüz hasarda aqlay işləri aparılır.

Şəhər mərkəzində yerləşən Heydər Bulağının ərazisində təmir işləri aparılıb. Goran tərəfdən şəhərə giriş hissədə İrəvanlı kəndi ərazisində 1600 kv.metr hasar təmir edilib, rənglənib. Şəhərin mənzərələrini əks etdirən fotolar yeniləri ilə əvəz edilib. Heydər Əliyev adına Mədəniyyət istirahət parkında fontanlar təmir olunub.

Rövşən Mustafayev Cəfər Cabbarlı küçələrində 3200 kv.metr hasarda təmir işləri aparılıb, yöndəmsiz darvazalar rənglənib. Hazırda C.Cabbarlı küçəsində hasara dekorativ daşlarla üzlük vurulur.

Küçələrdə 1000 ədəd yeni dekorativ ağac gül kolları əkilib. Şəhərin Mirqalib Nağıyev, Məmməd Məhərrəmov, Cəfər Cabbarlı, Nizami, Nəriman Nərimanov küçələrinə asfalt beton örtük salınıb. Gəncə tərəfdən şəhərə giriş lövhəsinin yeri dəyişdirilib, ətrafında abadlıq işləri aparılır.

Dövlət Proqramı çərçivəsində rayonda yol infrastrukturu da yenidən qurulub. Belə ki, rayonun yaşayış məntəqələrində də abadlıq-quruculuq işləri diqqətdə saxlanılıb. Dağlıq ərazidə yerləşən Rus Borisi, Todan, Mənəşli və Erkəc kəndlərinə gedən yol cari təmir edilib, bu kəndlərə gedən yola asfalt örtük salınması, sonuncu üç kəndin qazlaşdırılması üçün aidiyyəti üzrə müraciətlər edilib.

Dövlət Proqramları çərçivəsində ən yadda qalan tədbirlərdən biri yeni yerlərinin açılması olub. Belə ki, təkcə keçən il 335 yeni ictimai yeri açılıb ki, onlardan 260-ı Goranboy Mənzli-Kommunal Təsərrüfatı İstehsalat Birliyində, 75-i çoxmənzilli binaların təmirində çalışıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təhsilin inkişafına göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir ki, son illərdə 24 məktəb, 3 əlavə tədris korpusu tikilib, 11 məktəb əsaslı təmir edilib. Hazırda 15 məktəbin tikintisinə, 4 məktəbin isə əsaslı təmirinə ciddi ehtiyac vardır.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2019.- 12 mart.- S.15.