Regional proqramlar bölgələrin
sosial-iqtisadi
potensialını inkişaf etdirir
Müstəqil Azərbaycan demokratik
inkişaf yolunda sürətlə irəliləməkdədir. Bu inkişafın təməlində
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin rəhbərliyi ilə uğurla həyata
keçirilən sosial-iqtisadi siyasət dayanır. Aparılan
çevik və məqsədyönlü sosial-iqtisadi siyasət
nəticəsində milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyi
yüksəldilərək, dünya təsərrüfat
sisteminə səmərəli inteqrasiyasına nail olunmaqla,
uzunmüddətli perspektivə ölkədə dinamik
sosial-iqtisadi inkişafın davamlılığı təmin
olunub. Bu gün Azərbaycan gücləndirilmiş iqtisadi
potensialından səmərəli şəkildə istifadə
edir. İqtisadiyyatın gücləndirilməsində
qeyri-neft sektoru xüsu rol oynayır. Məhz bu sektorda baş
verən canlılıq iqtisadiyyatın inkişafına təkan
verir. Vətəndaşların sosial-rifahının yüksəldilməsi
prioritet məsələlərdəndir. Yoxsulluğun
azaldılması üçün paytaxt Bakı və bölgələrimizdə
əhalini daimi işlə təmin edən çoxlu sayda yeni
iş yerləri açılır.
Hərtərəfli
inkişafı hədəf tutan ölkəmizdə, kompleks
şəklində inkişafa nail olunmasında müstəqil
dövlətimizin sosial-iqtisadi inkişaf siyasətinin əsasını
təşkil edən "Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramları xüsusi yer tutur. Dövlət Proqramları
bütün əsas sahə və göstəricilər
üzrə müvvəffəqiyyətlə yerinə yetirilir.
İnkişafı
əsas tutlan sahələrdən biri də aqrar sektordur.
Dövlət başçısınını uzaqgörən,
məqsədyönlü siyasətinin əsas parametrlərindən
biri də aqrar sekutorun inkişafıdır. Aqrara sektorun
inkişafı iqtisadiyyatımızın
dayanıqlığına artırır. Əhalinin məşğulluğunun
və maddi-rifah halının
yaxşılaşdırılmasına təkan verən bu
sektor üzrə aparılan geniş islahatlat bu gün öz nəticəsini
verməkdədir.
Aqrar
sektor müasir dövrün tələblərinə uyğun
inkişaf etdirilir və başlıca olaraq Azərbaycanın ərzaq
təhlükəsizliyində mühüm rol oynayır.
Hər il
pambıqçılıqda, üzümçülükdə,
tütünçülükdə, baramaçılıqda,
çəltikçilikdə,çayçılıqda,
fındıqçılıqda məhsul istehsalında
artım təmin edilir. Bu gün Azərbaycanməhsulların
daxili bazarda satışı ilə yanaşı, xarici
bazarlara ixracını da həyata keçirir. Yəni, ölkəmiz
həm idxalçı, həm də də ixracşı rolunu
oynayır. Bunu isə aqrar sahənin əsas məqsədi
hesab edə bilərik. Aqrar sahə qeyri-neft sektorunun
inkişafında mühüm rol oynayır. İnnovativ
meyarlara uyğun qurulan və böyük əhəmiyyət kəsb
edən bu sahənin əsas istiqamətlərindən biri də
aqroparkların yaradılmasıdır.
Aqroparklar,
əsasən bağçılıq, quşçuluq və
heyvandarlığın xammala olan tələbatının yeni
istehsal hesabına ödənilməsində mühüm əhəmiyyət
kəsb edir. Lakin, başlıca olaraq aqroparklar ərzaq məhsullarının
idxalının maksimum endirilməsinə və kənd təsərrüfatı
məhsullarının ixrac imkanlarının genişlənməsinə
imkan yaradır.
Göründüyü
kimi bu sektorun inkişafına göstərilən diqqət
heç də təsadüfi rol daşımır.
Ölkəmizdə
yeni suvarma layihələrinin, meliorativ tədbirlərin həyata
keçirilməsi davamlı xarakter daşıyır. Qeyd edək
ki, regionlarda meliorativ tədbirlərin həyata keçirilməsinə
əsaslı kapital qoyuluşu dəfələrlə
artıb. Sahənin maddi-texniki bazası xeyli
yaxşılaşdırılıb, minlərlə kilometr
suvarma kanalları və kollektor-drenaj şəbəkələrinin
bərpası, yenidən qurulması və tikintisi həyata
keçirilib.
Regional
proqramların uğurla icrası nəticəsində bu gün
Azərbaycanın bütün bölgələri içməli
su ilə təmin olunub. Əhalinin içməli su ilə təmin
olunmasıdövlətimizin sosial siyasətinin əsas hədəflərindən
biridir. Məhz Dövlət Proqramı çərçivəsində
bölgələrimizdə içməli su təchizatı
yenidən qurulur.
Bütün
bu proseslərin təməlində əsası ümummilli
lider Heydər Əliyev tərəfindən qoyulan və cənab
prezident İlham Əliyev tərəfindənh layiqincə
davam etdirilən balanslı inkişaf stratregiyası
dayanır.
Bün Azərbaycanın
hərtərəfli inkişaf strategiyasında energetika da
xüsusi rol oynayır. Bu sahədə görülən
işlərin miqyası, həyata keçirilən layihələrin
həcmi olduqca böyükdür. Ölkəmizin enerji sistemi
müasir və innovativ texnologiyaların tətbiqi ilə inkişaf etməkdədir.
Əhalinin istənilən mövsümdə fasiləsiz
elektrik enerjisi ilə təmin olunması əsas məsələlərdəndir.
Regionlarının
sosial-iqtisadi inkişafı Dövlət Proqramları əhalinin
kommunal problemlərinin həlllində mühüm əhəmiyyət
kəsb edir. Bu gün bölgələrdə qazlaşma
uğurla həyata keçirilir. Məhz Azərbaycan
prezidentinin tapşırığına əsasən
qazlaşdırma sahəsində çox böyük işlər
görülüb. Qazlaşdırma ilə bağlı həyata
keçirilən layihələr, aparılan islahatlar və təkmilləşdirmə
tədbirləri qaz təsərrüfatının müasirləşməsini
və yenidən qurulmasını sürətləndirib. Qeyd
edək ki, xüsusilə Regionların 2014-2018-ci illəri əhatə
edənsosial-iqtisadi inkişafı Dövlət Proqramı
çərçivəsində yüzlərlə
yaşayış məntəqəsi təbii qazla təmin
edilmişdir.
Beləki,
il ərzində təbii qaz təminatının keyfiyyət
göstəricilərinin
yaxşılaşdırılması, qazın uçot
sisteminin təkmilləşdirilməsi, qaz təsərrüfatının
idarə olunmasında mövcud informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi, qazla təmin edilən
istehlakçı sayının artırılması, bilavasitə
qaz təsərrüfatı ilə məşğul olan
qurumların maddi-texniki bazasının möhkəmləndirilməsi
və s. tədbirlər də həyata keçirilmişdir.
Regional
proqramlar bölgələrdə yol infrastruktunun inkişaf
etdirir. Dövlət Proqramının uğurla icrası nəticəsində
regionlarda nəqliyyat sistemi davamlı inkişaf etdirilir, nəqliyyat
sektoru, o cümlədən nəqliyyat xidmətləri
bazarında rəqabət mühiti daha da təkmilləşdirilir,
ölkənin regionlararası, şəhər və rayondaxili
yol-nəqliyyat infrastrukturunun daha da inkişaf edir, regionlarda
magistral yolların tikintisi və yenidənqurulması,
xüsusi ilə kənd yollarının tikintisi, əsaslı
təmiri ilə bağlı tədbirlər həyata
keçirilir.
Avtomobil
yollarının tikintisi infrastruktur layihələri arasında
önəmli yer tutan sahədir. Bu, həm iqtisadi, həm sosial
sahədir. Məlum məsələdir, yol olmadan bölgələr
inkişaf edə bilməz, nə turizm, nə də sənaye
istehsalı inkişaf edə bilər, kənd təsərrüfatının
inkişafı üçün də problemlər yaranar. Bunu
prezidentimiz özü də çıxışında
xüsusu olaraq qeyd edib.
Yol
infrastrukturu həm insanlara rahatlıq verir, eyni zamanda, iqtisadi
inkişaf üçün də mühüm amildir. Yol yeni
investisiya, yeni iş yeri, yeni bir inkişaf deməkdir. Ona
görə yol infrastrukturuna çox böyük diqqət
verilmişdir. Bununla bərabər, yol tikintisində kifayət
qədər çox işçi qüvvəsi iştirak edir
və beləliklə, biz məşğulluğu təmin edə
bilmişik. Azərbaycanda müasir yol infrastrukturunun
yaradılması prosesi davam etmkdədir. Bunun nəticəsində
, magistral, şəhərlərarası, kənd yolları, fərq
etməz, bütün yollarımız beynəlxalq standartlara
cavab verən vasitələrlər qurulmuşdur.
Qeyd edək
ki, təkcə 2018-ci ildə 90 yol infrastrukturu layihəsi
üzrə tikinti və yenidənqurma işləri başa
çatdırılıb. Vətəndaşların rahat və
maneəsiz şəkildə gediş-gəlişini təmin
etmək, sərnişin və yük daşımasını
asanlaşdırmaq, insanların həyat şəraitinin
yaxşılaşmasına birbaşa təsir edən turizm və
kənd təsərrüfatının inkişafına səbəb
olmaq məqsədi ilə son iki il ərzində ümumi
uzunluğu 3 min km-dən çox olan avtomobil yolları,
prospekt və küçələr tikilib, yenidən qurulub və
təmir olunub. Təkcə 2018-ci ildə 90 yol infrastrukturu layihəsi
üzrə tikinti və yenidənqurma işləri başa
çatdırılıb. Bu layihələrin həyata
keçirilməsi 2,2 mln əhalinin yaşadığı 920
yaşayış məntəqəsini əhatə edib. 2019-ci
ildə də bu istiqamətdə işlər davam etdiriləcək
və kəndlərarası, qəsəbələrarası
avtomobil yollarının tikintisi olmaqla ümumilikdə 50-dən
artıq yol infratsrukturu layihəsinin gerçəkləşdirilməsi
nəzərdə tutulub.
Magistral
yollarımız ölkə iqtisadiyyatının şaxələndirilməsinə,
regionlarımızın sürətli inkişafına, ən əsası
isə, xalqın sosial rifahının yüksəldilməsinə
öz töhfəsini verməkdədir. Bir sözlə,
müasirləşən yol şəbəkəsi infrastrukturu
insanlara həm rahatlıq verir, həm də turizmin və
regionların sosial-iqtisadi inkişafı üçün
mühüm amilə çevrilir.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində iri infrastruktur layihələri reallaşdırılıb və reallaşdırılmağa da davam edəcəkdri. Bölgələrin enerji, qaz, su təchizatının yüksək səviyyədə təmin edilməsi, yol infrastrukturunun yenidən qurulması sahəsində əldə edilən nəticələr də bunu deməyə əsas verir. Bütün bu görülən işlər və əldə olunan yüksək nəticələr hesabına indi Azərbaycan beynəlxalq aləmdə ən etibarlı strateji tərəfdaşa və söz sahibi ölkəyə çevirilib.
Müasir, gənc respublikamızı daha da inkişaf etdirən, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının qəbulu və qarşıya qoyulan vəzifələrin uğurlu icrasının təməlində, Azərbaycan prezidentinin məqsədyönlü, uzaqgörən və balanslı siyasəti dayanır.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2019.- 12 mart.- S.11.