Regional proqramlar turizm sektorunu

geniş və çoxsahəli inkişaf etdirir

 

Müstəqil və gənç respublikamız sosial-iqtisadi cəhətdən uğurlu inkişaf yolunu davam etdirir. Son 15 ilin göstəriciləri də bunu deməyə əsas verir ki, ölkəmiz hədəflədiyi davamlı və hərtərəfli inkişaf yolunda iti addımlarla irəliləyir. Bu cür balanslı inkişafda Regionların sosial - iqtisadi inkişafı Dövlət Proqramı xüsusi yer tutur. Məhz bu Dövlət Proqramının uğurla icrası qeyri neft- sektorunun inkişafına təkan verir. Bu sahəyə dövlət tərəfindən göstərilən qayğı və diqqət nəticəsində Azərbaycan iqtisadiyyatı davamlı və dayanıqlı inkişaf edir.

Regional proqramların uğurla icrası bölgələrdə infrastrukturun inkişaf etdirir. Bu isə bölgələrdə yaşayan əhalinin sosial-rifahının yaxşılaşdırılmasında mühüm rol oynayır. Bu gün Azərbaycanın bütün bölgələrində istər şəhərlərarası istərsə də kəndlərarası yollar, müasir standartlara cavab verən infrastruktur ilə təmin olunub. Bundan əlavə yeni yolların tikilməsi əhalinin yeni iş yerləri ilə təmin oluyuması deməkdir. Bölgələrdə açılan yeni və bir çox istehsal sahələri də məşğulluğu artırır. Bu isə əhalinin işsiziklik probleminin həll olunmasında mühüm əhəmiyyət kəsb edir.

Dövlət proqramları milli iqtisadiyyatımızın inkişafında mühüm rola malik olmaqla yanaşı, vətəndaşlarımızın sosial-rifahının yüksəlişində də əsaslı yer tutur. Regional proqramlarının uğurla həyata keçirilməsinin nəticəsində paytaxt Bakı və bölgələrdə yüz minlərlə daimi yeni iş yeri yaradılıb.

Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsi olaraq bölgələrin inkişafına da əhəmiyyətli şəkildə inkişaf edib.

Uzaqgörən, müasir dövrün çağırışlarına uyğun reallaşdırılan inkişaf strategiyası, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına gətirib çıxarıb. Uğurlu inkişaf Azərbaycanı qısa müddətdə dünyanın sürətlə inkişaf edən, kompleks şəkildə inkişaf edən, daima yeniləşən, müasir dövlətlərindən birinə çevirib.

Bu inkişafda regional proqramlar xüsusi rol oynayır. Bu proqram ölkəmizdə qeyri-neft sektorunun əsas sahalərindən olan turizmin inkişafında mühüm rol oynayıb və oynamaqdadır. Aydındır ki, turizm sənayesinin qeyri-neft sektorunda payı daha da yüksəlməkdədir. Dünyanın turizm mərkəzlərindən birinə çevirilməkdə olan ölkəmizdə bu sahənin inkişafı üçün istənilən şərait mövcuddur. Paytaxt Bakı ilə yanaşı digər bölgələrimiz də ilin bütün fəsillərində turistlər üçün rahat və maraqlıdır. Bu marağın yaranmasnda Azərbaycanının ev sahibliyi etdiyi beynəlxalq yarışlar mühüm əhəmiyyət kəsb edir. Məhz bu yarışlar səbəbilə ölkəmizə gələn turistlər böyük inkişafın şahidi olurlar.

Aydındır ki, turizm sektorunun inkişafı iqtisadiyyatımızı daha da gücləndirir.  Məhz dövlət başçımızın səyləri nəticəsində Azərbaycan dünyanın rahat, təhlükəsiz, cəlbedici turizm ölkəsidir.

Ölkəmizdə turizm sahəsinin inkişafı üçün qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə "Turizm haqqında" yeni qanun layihəsi, həmçinin2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası hazırlanıb. Azərbaycan Turizm Assosiasiyası, Konqreslər Bürosu, Sağlamlıq və Termal Turizm Assosiasiyası, Yaşıl Kənd Turizm Assosiasiyası və digər turizm qurumları ölkəmizdə turizmin inkişafında mühüm rol oynayır.

Bu gün ölkəmizdə Azərbaycanda turizm sahəsində kadrların hazırlanmasına böyük önəm verilir. Dövlətin diqqəti və qayğısı sayəsində 2006-cı ildən Azərbaycan Turizm və Menecment Universiteti fəaliyyət göstərir. Bir sıra ali təhsil ocaqlarının müvafiq fakültələrində turizm kafedraları var. Bakı şəhərində Turizm Peşə Məktəbi, Qəbələ və İsmayıllı şəhərlərində Turizm Peşə Məktəbi və Liseyi, Mingəçevir şəhərində Turizm Kolleci fəaliyyət göstərir.

Məhz dövlət dəstəyi nəticəsində Azərbaycanda turizmin böyük inkişaf potensialı üzə çıxarılaraq, həyata kreçirilir.

Bu gün Azərbaycanın turizm bazasında mövsümlük anlayışı yoxdur. Çünki respublikamızda "Şahdağ" Yay-Qış Turizm Kompleksi dünyadakı bu tipli komplekslərdən müasirliyi və universallığı ilə fərqlənir. Kompleks Azərbaycan tarixində ilk dağ-xizək kurortudur. Bir neçə il öncəyə kimi Azərbaycan vətəndaşları qış mövsümündə turizm məqsədilə digər ölkələrə üz tuturdular. Lakin artıq Azərbaycanda iki qış turizm müəssisəsi fəaliyyət göstərir: Qusardakı "Şahdağ" Yay-Qış İstirahət Kompleksi və Qəbələ rayonunda 2014-cü ilin yanvar ayında açılışı olan "Tufan" Dağ-Xizək Mərkəzi. Bu iri komplekslərin inşası göstərir ki, Azərbaycanda təkcə yay turizminə alternativ turizm növlərinin də inkişafına və bu sahədə infrastrukturun yaradılmasına xüsusi diqqət göstərilir.

Bununla da görürük ki, turizm sektoru ölkə iqtisadiyyatının ən dayanıqlı, effektiv və rəqabətə davamlı sahələrindən birinə çevirilib. Son illər də isə bu sahə daha da güclənməkdədir. Hər il Azərbaycanda yeni mehmanxana, hotel, motel və digər turist yerləşdirmə obyektinin təməli qoyulur. İnkişaf, turizm sektoruna marağı artırdığı üçün iş adamları tərəfindən yeni-yeni turizm şirkətlərinin sayını artırmaqdadır.

Ölkəmizə davamlı olaraq gələn turistlər hər dəfə müxtəlif yeniliklərlə tanış olurlar. Çünki, turistlərin diqqət mərkəzində qalmaq üçün müxtəlif istiqamətlərdə fəal işlər görülür. Ölkənin turizm potensialını təbliğ etmək, yerli adət-ənənələri, milli mətbəxi, mədəni və tarixi irsi tanıtmaq məqsədilə kitablar, bukletlər, disklər hazırlanır və yayılır, dünyanın müxtəlif televiziya kanallarında reklamlar nümayiş etdirilir, həyata keçirilən yeni layihələr barədə reklam və elanlar verilir, bu istiqamətdə internet imkanlarından geniş istifadə olunur.

Azərbaycanın turizm sahəsində əldə etdiyi canlılığı Dünya Turizm Təşkilatı da təstiqləyir. Bütün bunlar ölkəmizdə aparılan soia-iqtisadi siyasətin nəticəsidir ki, regional proqramlar qazanılan bu uğurlarda əhəmiyyətli yer tutur.

Maddi mənəvi irsimiz, zəngin mətbəx mədəniyyətimiz, tarixi rəngarəngliyimiz, ölkəmiz üçün daimi turistlər yaradır. Azərbaycanda turizmin yeni növü, ov turizmi inkişaf edir.

Son illərin statistik göstəriciləri də deməyə əsas verir ki,  turizm Azərbaycanda yüksəlişdə olan sektorlardan biridir. Əgər əvvəlki illərdə paytaxt Bakımız beynəlxalq miqyasda tanınan turizm məkanları ilə biznes və istirahəti üstün tutan turistləri cəlb etmək baxımından daim turizm sektorunun inkişafının əsas təkanverici qüvvəsi idisə, bu gün bölgəlirimiz də yetərincə turist cəlb edir.  Regional proqramların müvəffəqiyyətlə icrası bölgələrə turist axınına səbəb olur.

Qonşu ölkələrdən daha çox turist cəlb etmək, həmçinin qlobal miqyasda daha çox tələbatın olduğu ölkələr üçün ixtisaslaşmış turizm məkanına çevrilən Azərbaycan hər iki sahə üzrə üstünlüyü artırıb. Mövcud imkan və potensialdan səmərəli istifadə etməklə Azərbaycan həm regionda, həm də digər dünya ölkələri arasında cəlbedici turizm məkanlarındandır. Bu sahənin daha da inkişafı üçün hava əlaqəsinin və əlçatanlığın artırılması, çoxsaylı turizm növləri üzrə fiziki və sosial infrastrukturun və s. təkmilləşdirilməsi, yerli dəyərlərin beynəlxalq aləmdə uğurlu təbliği mühüm əhəmiyyət kəsb edir. Birbaşa xarici investisiyaların dəstəyi ilə turizm sektorunda fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektləri bu artımın əsas təkanverici qüvvəsi olacaqdır. İnkişaf prosesləri ekoloji dayanıqlılıq prinsiplərinə əsaslanaraq, Azərbaycanda kəndlərin və bütövlükdə, regionların inkişafının mühüm komponentinə çevriləcəkdir.

Turizm sahəsi Dünya təcrübəsində yüksək gəlir əldə etmək potensialına malik olan turizm məhsulları və xidmətləri daim diqqət və istehlakçı istəklərinə uyğunlaşma tələb edir. Azərbaycan Respublikasında turizm məhsulunun inkişafı üçün özəl təşəbbüslərin dəstəklənməsi, yerli və regional səviyyədə əlverişli koordinasiyanın qurulması, bütün diqqətin istehlakçının tələbinə yönəldilməsi, məhsulun inkişafında regional və tematik hədəfin gücləndirilməsi, həmçinin maraqlı və cəlbedici məhsulların bir-biri ilə əlaqələndirilməsi vacib məqamlardandır. Ümumiyyətlə, Azərbaycanın bir çox turizm növləri üzrə potensialı vardır və həmin potensialın reallaşdırılması üçün dövlətin, eləcə də özəl sektorun davamlı dəstəyi vacib faktorlardandır.

Azərbaycanın istər turizm, istərsə də iqtisadi, siyasi sosial, mədəni sahələrdə əldə etdiyi nailiyyətlərin təməlində Azərbaycan dövlətinin qurucusu, ümummili lider  Heydər Əliyev və bu gün onun daxili və xarici siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin apardığı inkişaf strategiyası dayanır.

Dövlət başçısının inkişaf strategiyasına söykənən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi in­kişafı Dövlət Proqramı" haqqında prezidentin fərmanları ölkə iqtisadiyyatının, o cümlədən turizm sektorunun inkişafı yolun­da mühüm addımlara gətirib çıxarıb.

Bunun nəticəsində Azərbaycan turizmi yük­sələn xətt üzrə inkişaf etməkdədir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2019.- 14 mart.- S.11.