Regional proqramlar ölkənin hər

bir bölgəsində inkişafa səbəb olub

 

Respublikamızın bütün bölgələrində uğurla icra edilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları ötən 15 il ərzində bütün sahələrdə inkişafa, tərəqiyyə yol açıb, respublikamızın simasını başdan-başa dəyişib. Dövlət Proqramlarının icra edildiyi bu illər ərzində   əhalinin sosial problemlərinin həllindən tutmuş, işsizlik probleminin aradan qaldırılımasına, yol infrastrukturunun yaxşılaşdırılmasından digər zəruri sahələrin inkişafına qədər bütün istiqamətlərdə onun uğurlu nəticələri, inkişafa gətirib çıxaran detalları özünü göstərib.

Tam əminliklə deyə bilərik ki, günümüzdə Azərbaycanda bütün sahələrdə inkişaf yolu keçməsinə təsir edən başlıca amillərdən biri də Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramıdır.  Elə Beyləqanda həyata keçirilən bir sıra sosial layihələrin aktiv iştirakçısı Asif Quliyevbu qənaətdədir.  "OLAYLAR"-a verdiyi müsahibədə Asif Quliyev Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu nəticələri, bu proqramların icrasının ölkə iqtisadiyyatının inkişafı, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına olan müsbət təsirləri, eləcə də digər bu kimi amillər barədə danışıb.

-Asif bəy, Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları Azərbaycana nə verdi?

- 2004-cü ildən icrasına start verilən bu Dövlət Proqramları ölkəmizin simasını dəyişdi desək yanılmarıq. Dövlət Proqramlarının uğurlu icrası nəticəsində regionlarda zəruri infrastruktur yaradıldı, müəyyən iqtisadi çətinliklər səbəbindən baxımsız qalan bölgələrimizdə zəruri tədbirlər həyata keçirildi. Bu Dövlət Proqramlarının üstün cəhətlərindən biri ondan ibarət idi ki, həmin proqramlar konkret bir sahəni əhatə etmirdi. Yəni bu proqramlar çoxşaxəli idi.  Ümumiyyətlə, qeyd etdiyimiz Dövlət Proqramı müstəqil Azərbaycanın yeni dövrdə inkişafına hesablanmış bir strategiya, platforma idi. Adətən Dövlət Proqramları qəbul edilərkən həmin sənəddə konkret bir sahə əsas götürülür, əsas diqqət həmin sahənin inkişafına yönəldilir. Ancaq Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının üstün cəhətlərindən biri ondan ibarət idi ki, həmin sənəddə bütün sahələrin inkişafı nəzərdə tutulur, başlıca prioritet hesab olunurdu. Dövlət Proqramı çərçivəsində görülən işlərdən ən diqqət çəkəni və təqdir ediləni isə yeni-yeni yerlərinin açılması və əhalinin məşğulluq qabiliyyətinin artırılması oldu.

- Regional Proqramlar çərçivəsində görülən işlər sırasında diqqət çəkən məqamlardan biri də yol infrastrukturunun yaradılmasıdır. Beyləqan da bu baxımdan geridə qalmayıb.

-Tamamilə doğru buyurursunuz. Təsadüfən deyilməyib ki, yol mədəniyyətdir. Açığını etiraf edək ki, Beyləqan rayonunda uzun illər bu problem yaşanıb. Əsas magistral yolların bərbad vəziyyətdə olması Beyləqanın ümumi inkişafına mənfi təsir göstərirdi. Ancaq sevindirici haldır ki, son illərdə bu istiqamətdə respublikanın hər bir bölgəsində olduğu kimi Beyləqan rayonunda da əsaslı işlər görülüb. Belə ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq son illərdə yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Prezident İlham Əliyevin sərəncam göstərişlərinə əsasən, indi əsas diqqət regionlarda kənd qəsəbələri birləşdirən, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə yenidən qurulmasına yönəldilib. Bu tədbirlər, ilk növbədə, Azərbaycan iqtisadiyyatının gücünü göstərməklə yanaşı, vətəndaşların rifahının yaxşılaşdırılmasına yönələn layihələrin davamlı olduğunu nümayiş etdirir. Belə layihələrdən biri Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun  digəri isə Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolunun tikintisidir. Bu yollar ümumilikdə 48 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləsdirir. Sevindirici haldır ki, həmin yolun rəmzi açılışını bildirən lenti məhz dövlət başçısı rayinuma səfəri zamanı kəsib.

Dövlət Proqramları çərçivəsində rayondaxili yollarda da xeyli işlər görülüb, yolların asfalt örtüyü yenilənib. Belə ki, bu dövrdə şəhərin Səttar Bəhlulzadə, Əhməd Cavad, Mirzə Şəfi Vazeh, Əzim Əzimzadə, Zəlimxan Yaqub, Mikayıl Müşfiq, Nəbi Xəzri digər  küçələrində rayon büdcəsində nəzərdə tutulmuş vəsait hesabına ümumilikdə 20603 kv.m sahədə yeni asfalt örtüyü salınaraq əhalinin gediş-gəlişi yaxşılaşdırılıb.

Bundan başqa  Bəhrəmtəpə-Ağcəbədi magistralından Beyləqan şəhəri istiqamətinə gələn yeddi yaşayış məntəqəsini əhatə edən respublika əhəmiyyətli avtomobil yolu əsaslı təmir edilib, yolun üzərində yerləşən Birinci Aşıqlı kəndinin girişini bildirən müasir memarlıq üslubunda Panno tikilərək ətrafında abadlıq işləri aparılıb.  Bununla yanaşı əhalinin gediş-gəlişinin yaxşılaşdırılması üçün şəhərin Magistral, M.Ə.Rəsulzadə, Akif Əkbərov, Zərifə Əliyeva, Gəray Əsədov, Fərman Kərimzadə küçələrində 20 min kvm-dən artıq yeni asfalt örtüyü salınıb, küçələrin kənarlarında 2500 paqonometr bardurlar düzülüb, həmin küçələrin barıları mişar daşından tikilərək 1800 kvm hissəsi müasir üslubda qaya daşları ilə üzlənib.

-Bildiyimiz kimi, Beyləqan rayonu əsas etibarilə kənd təsərrüfatı rayonu kimi tanınır. Bəs Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları Beyləqanda kənd təsərrüfatının inkişafına hansı təsiri göstərib?

-Qeyd etdiyiniz kimi rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edir. Heyvandarlıq isə kənd təsərrüfatı məhsullarının əsas sahəsidir. Son illər heyvandarlıqda əsasən heyvanların baş sayının deyil, sürünün cins tərkibinin yaxşılaşdırılması prioritet təşkil edib, bu sahədə görülmüş stimullaşdırıcı tədbirlər heyvandarlıq məhsullarının istehsalına müsbət təsir edib.

Hesabat dövründə rayonda diri çəkidə 7982 (7949) ton ət, 39621(39573) ton süd, 19719 (19640) min ədəd yumurta, 590 (589) ton yun istehsal edilib. İri buynuzlu mal-qaranın baş sayı 58936 (58785) başa çatdırılıb, qoyun keçilərin baş sayı isə 300012 (300803) baş təşkil edib. Bu dövrdə rayonun fərdi təsərrüfatlarında quşların baş sayı 588 baş artaraq 470921 başa çatdırılıb.

Hazırda rayonda kənd təsərrüfatı məhsullarının istehsalına xidmət edən 14 Sudan istifadəedənlər birliyi, 1 Toxumçuluq müəssisəsi, 14 Süd tədarük ilkin emalı məntəqəsi, 9 süni mayalanma məntəqəsi, 2 Pambıq təmizləmə zavodu, 1 Aqroservis müəssisəsi mövcuddur.

"Azərbaycan Respublikası regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın tələblərinə uyğun olaraq Beyləqan rayonunda kənd təsərrüfatının sənayenin inkişafı Ekologiya təbii sərvətlərdən səmərəli istifadə edilməsi, nəqliyyat-yol infrastrukturunun, elektrik enerjisinin, istilik qaz təchizatının, su təsərrüfatı kanalizasiya sistemləri xidmətlərinin yaxşılaşdırılması, aqrar sektorun meliorasiya-irriqasiya digər infrastrukturun təminatı, təhsil, səhiyyə, mədəniyyət idman müəssisələrinin inkişafı   yeniləşməsi kimi həlli vacib olan mühüm tədbirlər nəzərdə tutulmuşdu. Həmin tədbirlərin icrası istiqamətində görülən işlər  sayəsində rayonun  sosial-iqtisadi inkişafında müəyyən irəliləyişlərə nail olunub. 2018-ci ildə rayonda  ümumi məhsul buraxılışı xidmətlərinin dəyəri 2017-ci ilə nisbətən 33,1 milyon manat artaraq 281,5  milyon manat təşkil edib. Hesabat dövründə istifadəyə verilmiş əsas fondlar əsas kapitala yönəldilən investisiyanın həcmi 13,1 milyon manat artaraq 87,6 milyon manata çatdırılıb. Sənaye məhsullarının istehsal həcmi ümumdaxili məhsulun 9,7 faizini təşkil edərək, 27,4 (23,1) milyon manat olub. Hesabat ilində pərakəndə əmtəə dövriyyəsi 159,1 (153,9) milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 28,8 (28,0) milyon manat olub. Orta aylıq əmək haqqı 270,1 manat təşkil etməklə, adam başına düşən pərakəndə əmtəə dövriyyəsi 1614,3 (1575,6) manat olub. Bu dövrdə nəqliyyat xidmətlərinin həcmi 3,2 milyon manat, rabitə xidmətlərinin həcmi 867,2 (784,1) min manat, ticarət xidmətlərinin həcmi isə 52,7 (49,2) milyon manat təşkil edib.

İstehsal olunmuş məhsulların həcmində kənd təsərrüfatı məhsulları 110,9 (98,6) milyon manat, o cümlədən bitkiçilik məhsulları 52,8 (43,3) milyon manat, heyvandarlıq məhsulları isə 58,1 (55,2) milyon manat təşkil edib.

-Tam əminliklə demək olarmı ki, Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları Beyləqan rayonunda uğurla icra edilib?

-Əlbəttə. Respublikanın hər bir bölgəsində olduğu kimi Beyləqan rayonunda da Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları uğurla icra edilib. İndiyə qədər icra edilən hər üç Dövlət Proqramı öz müsbət nəticələri ilə yadda qalıb desək yanılmarıq. Mütəmadi olaraq rayona səfər edən insanlar da hər dəfə Beyləqanda bir yeniliklə qarşılaşır. İstər yol infrastrukturunun yaxşılaşdırılması, istər əhalinin kommunal problemlərinin həlli. Istər sosial rifah halının yaxşılaşdırılması, istərsə işsizliyin aradan qaldırılması digər bu kimi istiqamətlərdə Beyləqan rayonunda ötən illər ərzində çox böyük işlər görülüb. Bütün bunlar da öz növbəsində rayonun sosial-iqtisadi inkişafı, Ümumi Daxili Məhsulun artımı, kənd təsərrüfatının inkişafına təkan verib.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2019.- 15 mart.- S.15.