100 illik tarixi olan xüsusi
xidmət orqanlarımız
''Əksinqilabla
Mübarizə Təşkilatı''
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin imzaladığı 14
dekabr 2015-ci il tarixli 706 nömrəli Fərman ilə
xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini
artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək
məqsədilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik
Nazirliyinin əsasında Azərbaycan Respublikasının
Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan
Respublikasının Xarici Kəşfiyyat Xidməti
yaradılmışdır.
30
oktyabr 2018-ci ildə dövlət
başçımızın “Azərbaycan Respublikası
dövlət təhlükəsizliyi və xarici kəşfiyyat
orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan
Respublikasının yubiley medalının təsis edilməsi
ilə əlaqədar “Azərbaycan Respublikasının orden və
medallarının təsis edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
imzalanmışdır.Bu günlərdə də Azərbaycan Respublikası dövlət
təhlükəsizliyi və xarici kəşfiyyat
orqanlarının 100 illiyi (1919-2019)”illiyi ilə bağlı,
yüksək dövlət səviyyəsində tədbirlər
həyata keçirilir.Azərbaycan Yazıçılar
Birliyinin üzvü, tanınmış tədqiqatçımız
,Prezident mükafatçısı
Adıgözəl Məmmədov təhlükəsizlik
orqanlarımızın əməkdaşlarını Azərbaycan
Respublikası dövlət təhlükəsizliyi və xarici
kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)”illiyi ilə
bağlı təbrik edir və
Azərbaycan Xalq Cümhuriyyətinin "Əksinqilabla
Mübarizə Təşkilatı" barədə
araşdırmalarını oxuculrımıza təqdim edir.
Rusiyada çar II Nikolay devrildikdən
sonra Zaqafqaziyadakı yerli qüvvələr Peterburqun hadisələrə
hərbi təsir etmək imkanlarının zəiflədiyini
anlayaraq Tiflisdəki hakimiyyəti ələ
keçirmişdilər. Keçmiş Çar
Rusiyasının Tiflis canişinliyində Zaqafqaziyanın
müvəqqəti hökuməti yaradılmışdı.
Zaqafqaziya komitəsi təsis edilmişdi. Bu komitə hökumətin
Zaqafqaziyadakı siyasətini həyata keçirirdi. Bu komitənin
tərkibinə 2kadet, 1menşevik, 1gürcü federalisti və
1 türk müsavatçısı daxil idi. Komitəyə
Xarlamov rəhbərlik edirdi. Lakin Rusiyada hakimiyyətə gəlmək
ərəfəsində olan bolşeviklər Zaqafqaziyada siyasi
qüvvələrini hərəkətə gətirərək
1917-ci ilin oktyabrın 2-7-də Tiflisdə Qafqaz bolşevik təşkilatlarının
I qurultayını keçirdilər. Bu qurultayda Qafqaz dairəsi
formalaşdı. Bu dairə komitəsinə Çxakaya,
Şaumyan, Caparidze, Maxaradze, Nazaretyan, Kasıyan, Mravıyan,
Karqanov və sonradan Mikoyan da buraya daxil oldu. 1917-ci ilin
oktyabrında Lenin başda olmaqla bolşeviklər hakimiyyəti
ələ keçirdilər. Ertəsi gün isə II Sovetlər
qurultayında Almaniya və onun müttəfiqləri ilə
Rusiya arasında “Sülh haqqında dekret” imzalandı. Bunu qəbul
edən Almaniya danışıqlara
razılığını verdi. 1918-ci il martın 1-də
Brest-Litovskda konfrans öz işinə başladı. Vətəndaş
müharibəsində gücdən düşən Rusiya
sülh xatirinə Almaniyaya böyük bir ərazini – Qərbi
Ukraynanı, Pribaltika və digər torpaqları güzəştə
getdi. Elə həmin vaxtlarda Tiflisdə menşevik
E.Qeqeçkorinin rəhbərliyi altında Zaqafqaziya
komissarlığı yaradılmışdı, lakin bu hakimiyyət
də uzun çəkmədi. 1918-ci il bolşeviklər
fevralın 10-da Moskvadan aldıqları hərbi-siyasi dəstək
ilə regiondakı siyasi hakimiyyəti əlində cəmləşdirmiş
seçkili Zaqafqaziya seymini formalaşdırdılar. 1918-ci ildə
Brest-Litovski sazişinə görə Türkiyə tərəfi
Zaqafqaziya seymindən Qars və Batum dairələrini tələb
edirdi. Almanlar isə öz qoşunlarını
Gürcüstandan Bakıya aparmaq istəyirdilər.
Almanların Bakıya keçişinin qarşısını
almağ üçün 1918-ci il aprelin 1-də Türk ordusu
Batuma daxil olur. Türk tərəfi, həmçinin Zaqafqaziya
seyminin buraxılmasını və Zaqafqaziya
respublikalarının müstəqilliyinin elan olunmasını
tələb edirdilər. Dövlətimizin
başçısı İlham Əliyevin qeyd etdiyi kimi məhz
o günlərdə qədim İrəvan
torpağlarımız hesabına qondarma Ermənistan dövləti
yarandı. Bəzi türk paşalarının çox ciddi təzyiqi
ilə bu bağışlanılmaz səhfə imza
atdılar.Təsadüfi deyil ki, o dövrdə qondarma Ermənistan
dövlətini ilk tanıyanlardan da biri də elə
Osmanlı imperiyası oldu. Qeyd etmək lazımdır ki,
Osmanlı imperiyasının o zamankı liderləri bu qəbildən
olan strateji səhvlərə yol verərək
İmperiyanın sürətli
çöküşünü qaçılmaz edirdilər.
Osmanlı iqtisadiyyatının modernləşdirilməsi,
ölkəyə müasir Avropa texnologiyalarının cəlb
edilməsi, təhsilin və sənayenin inkişaf etdirilməsi
əvəzinə sultanlar imperiyanı diplomatik manevrlərlə
qoruyub saxlamağa cəhd göstərirdilər. Beləliklə,
1918-ci il aprelin 9-da Seym öz fəaliyyətinin
dayandırğını elan etdi. Türk ordusunun komandanı
Ənvər Paşa Ərəb cəbhəsindən ordusunun
böyük hissəsini çıxararaq Cənubi Qafqaza
istiqamətləndirdi. Baxmayaraq ki, bu addım çox riskli
addım idi və sonradan bunun nəticəsində Ərəb
cəbhəsində Türk ordusunun mövqeləri zəiflədiyindən
bu vəziyyət 1918-ci ildə İngilis kəşfiyyatçısı
T.Lourens Hicazın şerifi Hüseynin oğlu Feysəlin və
Fransız ordusu generalı Allenbinin
başçılığı altında olan Antanta qüvvələrinin
Dəməşqə qədər irəliləməyinə
imkan verdi. Bu ərazi itkilərinin bahasına xilaskar Türk
ordusu Qafqaza girərək azərbaycanlılara qarşı ermənilər
tərəfindən törədilən soyqırımının
qarşısını aldı və Azərbaycana gəlmiş
bu ordu ölkəmizin milli müstəqilliyinin yaranmasına təkan
verdi. 1918-ci il mayın 28-də Gəncədə Azərbaycan
Xalq Cümhuriyyəti (Demokratik Respublika) elan olundu. Beləliklədə
Azərbaycan xalqı Şərqdə ilk respublika qurdu.
Türk ordusu ilə Azərbaycan milli ordusunun Gəncədən
Bakıya istiqamət götürmüş hücumunun
qarşısını heç bir mənfur qüvvə ala
bilmədi. Bakı milli qüvvələrin əlinə
keçdi. Tezliklə Azərbaycan Xalq Cümhuriyyətinin
parlamenti və Fətəlixan Xoyskinin başçılığı
ilə ilk hökuməti təşkil olundu. Azərbaycan
Demokratik Respublikası fəaliyyət göstərdiyi 23 ay ərzində
Milli Ordunun təşkili prosesində və həmçinin
dövlətin təhlükəsizliyi baxımından general Səməd
bəy Mehmandarov, general Əliağa Şıxlinski və
general Məmməd bəy Sulkeviç xüsusi rol
oynamışlar. Belə ki, 1919-cu il mart ayının 28-də
hərbi nazir Səməd bəy Mehmandarovun və Baş Qərargah
rəisi Məmməd bəy Sulkeviçin imzaladıqları
157 saylı əmrlə Hərbi Nazirliyin Baş Qərargahının
general-kvartirmeystr şöbəsində kəşfiyyat və
əks-kəşfiyyat bölməsi yaradıldı. Bu əmrdən
sonra bölmənin komplektləşdirilməsi, əsas fəaliyyət
istiqamətlərinin müəyyənləşdirilməsi
sahəsində xeyli iş görüldü, lakin hərbi idarə
çərçivəsində olan bu struktur fəaliyyətini
yalnız təhlükəsizliyin hərbi aspektlərinə
yönəldirdi. 1919-cu il aprelin 2-də Nazirlər
Şurası sədrinin adına göndərdiyi məktubunda
Səməd bəy Mehmandarov yazırdı (Məmməd Cəfərli.
"Azərbaycan Demokratik Respublikasının milli təhlükəsizlik
orqanları", Bakı-2004): "Hərbi əks-kəşfiyyatın
başlıca vəzifəsi dövlət daxilində hərbi
casuslarla mübarizədir, bolşevizmlə mübarizə
ümumdövlət işi olduğundan tək hərbi idarə
onun öhdəsindən gələ bilməz...". Beləliklə,
1919-cu il aprelin 13-də dövlət hakimiyyətinin
bütün strukturları Azərbaycan hökumətinin
ixtiyarına keçdikdən sonra mərkəzləşdirilmiş
kəşfiyyat və əks-kəşfiyyat haqqında məsələnin
müzakirəsi mümkünləşdi. Nəhayət 1919-cu
il iyunun 9-da Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin qərarı
ilə Vətənin müdafiə sahəsində fövqəladə
səlahiyyətlərə malik olan xüsusi orqan-Dövlət
Müdafiə Komitəsi yaradıldı. Respublikanın
daxilində və sərhədlərində vəziyyət
daha da gərginləşdiyindən Dövlət Müdafiə
Komitəsi 1919-cu il iyun ayının 11-də Azərbaycanda
fövqəladə vəziyyət elan etdi və elə həmin
günlərdə də müvafiq qərarla Azərbaycanın
dövlət sistemində ilk dəfə idarə
tabeçiliyi olmayan xüsusi xidmət orqanı-
"Əksinqilabla Mübarizə Təşkilatı"nı
yaratdı. Qısa müddət ərzində Bakıda təşkilatın
yeddi rayon bölməsi yaradıldı. Yeni yaradılan bu
strukturun rəhbəri Məmməd Bağır
Şıxzamanov olur. Ancaq çox keçmir ki, paritet əsaslarla
formalaşan "Əksinqilabla Mübarizə Təşkilatı"
fəaliyyətsiz hala gəlir.
Parlament 120 nəfərdən ibarət
idi. Amma de-fakto
parlamentin iclaslarında 120 nəfərin hamısı müntəzəm olaraq
iştirak etmirdi. Hətta
parlament yaradılandan sonra
1919-cu ilin əvvəllərində 79 nəfər iştirak
edirdi. Parlamentdə“Müsavat”partiyası,onlarla müttəfiq olan
bitərəf
demokratlar qrupu,
sağçı mövqedən çıxış edən,
daha çox klerikal əhval-ruhiyyəli insanların,
qrupların
maraqlarını ifadə etməyə çalışan “İttihad”
partiyası təmsil olunmuşdu. Bunlardan əlavə,
Sosialist Bloku çox
güclü bir qüvvə idi. Bu bloka Sosial-Demokrat və
“Hümmət”partiyalarının üzvləri daxil idi. 1919-cu
ildə “Əhrar”partiyası ölkənin partiya sisteminə
qoşuldu.Əhrarçılar sosializmin və
liberalizmin
ideyalarını
öz proqramında birləşdirməyə çalışırdılar. Milli
azlıqlar Slavyan-Rus İttifaqı, Milli azlıqlar, Erməni
və “Daşnaksütyun” fraksiyalarında cəmləşmişdilər.
Çox paradoksal bir məsələ
ondan ibarətdir ki,müstəqilliyimizi tanımayan bu daşnaklar qüvvələrdə
parlamentdə fəaliyyət göstərirdilər.Bu baxımdan
yeni yaradılan "Əksinqilabla Mübarizə Təşkilatı"nda
təmsil olunmuş partiyaların nümayəndələri səmərəli
işləmək əvəzinə, daha çox bir-birilərini
pusur və pozuculuqla məşğul olurdular. Bu da kəşfiyyat
və əks-kəşfiyyat işini iflic hala
salmışdı. Ona görə də bu paritet əsaslı
struktur formalaşmasına etiraz edən Məmməd
Bağır Şıxzamanov istefa verir.Məhz bu paritet sistemi əsasında
gələcəkdə marşal rütbəsinə qədər
boyüyən, sovet dövlətinin Stalin dönəminin əsas
simalarından birinə çevriləcək Lavrenti Beriya Azərbaycan
Demokratik Respublikasının xüsusi xidmət orqanlarına,
sol yönümlü "Hümmət" siyasi təşkilatının
görkəmli nümayəndələrindən biri olan Mirzə
Balanın təqdimatı ilə işə
götürülmüşdü. Məmməd Bağır
Şıxzamanovun bu addımından sonra paritet əsaslı
struktur formalaşmadan imtina edilir. Xüsusəndə Türkiyənin
müharibədə məğlubiyyəti ilə Azərbaycanda
marağı olan ölkələrlin kəşfiyyat
orqanların tuğyan etdiyi bir yerə çevrilmişdi. Yeni
səviyyədə kəşfiyyat işinin təşkilinə
çox ehtiyac vardı. İmperialist dairələr Osmanlı
imperiyasının itkiləri ilə kifayətlənməyib,
Parisdə konfrans (1919-1920-ci illər)
çağırmışdılar, onlar Türkiyəni
parçalamaq, türk xalqını qula çevirmək, Azərbaycanı
isə İtaliyaya vermək istəyirdilər. Təsadüfi
deyil ki, həmin vaxt Azərbaycan nümayəndə heyətinin
rəhbəri Əlimərdan bəy Topçubaşov ABŞ
prezidenti Vilsonla görüşərək ondan Azərbaycanın
müstəqilliyinin tanınmasını xahiş
etmişdi.Onun xahişinə Vilson belə cavab verir:
“Düşünürsünüz ki, biz müharibəni
cırtdan dövlətlər yaransın deyə
aparmışıq?” Lakin müstəqilliyimizin son aylarında
bolşevik işğalı təhlükəsindən əndiləşənən
ABŞ, həm də İngiltərə Azərbaycan Demokratik
Respublikasını müstəqilliyini tanıyırlar. Amma
artlğ bu gec atılmış addım idi. Bu baxımdan milli
marağlara qulluğ edə biləcək, kəşfiyyat məlumatlarının
bu konteksdən toplayacağ peşakar komandaya çox ehtiyac
duyulurdu. Ona görə də "Əksinqilabla Mübarizə
Təşkilatı"nın yeni rəhbəri Nağı
Şıxzamanov isə çox ciddi kadr islahatları həyata
keçirərək əsasən sədaqətli peşəkarlardan
ibarət komanda formalaşdırır. Bax bu zaman Beriyanın sədaqətinə
tam inanan Nağı bəy ona daha məsul vəzifəni tapşırır.
O, "Əksinqilabla Mübarizə Təşkilatı"nın
məktubların yoxlanılması şöbəsinin rəisi
təyin edilir. Əslində, Beriyaya çox ciddi strateji bir
sahə tapşırılmışdı. Ona görə ki, o
dövrdə məktublar rabitənin ən birinci növü
idi. Beriyanın bu təyinatı gələcəkdə onu
ittiham atəşinə tutanların ən əsas arqumentinə
çevriləcəkdi. Məntiqlə "Hümmətin
"Əksinqilabla Mübarizə Təşkilatı"ndakı
nümayəndəsi paritet" prinsiplərə son qoyulandan
sonra istefa verməli idi, lakin Beriya nəinki bu strukturda öz vəzifəsini
qorudu və hətta daha məsul vəzifəyə irəli
çəkildi. Əlbəttdə, Beriya sonrakı tərcümeyi-halında
bunları tamamən yazmır və gizlədir.
Olaylar.- 2019.- 29 mart.- S.13.