Regional proqramlar
Samuxda uğurla icra
edilir
Dünyada davam edən iqtisadi
katakilizmlər fonunda Azərbaycan inkişaf, tərəqqi,
sabitlik ölkəsi olaraq, öz müstəqil inkişaf yolu
ilə uğurla irəli gedir. Məhz bu uğurun nəticəsidir
ki, regionların üçüncü sosial-iqtisadi
inkişafı Dövlət Proqramı uğurla başa
çatıb, bölgələrdə infrastruktur layihələrinin
icrası daha sürətlə həyata keçirilib, yüz
minlərlə yeni iş yerləri, sənaye müəssisələri
yaradılmış, kənd təsərrüfatında
müsbət nəticələr əldə olunub.
Regionların
sosial-iqtisadi inkişafı ilə bağlı dövlət
proqramlarının icrası Samux rayonunun inkişafına səbəb
olub. Sözügedən dövlət proqramlarının
icrası nəticəsində Samux rayonunda da istehsal və xidmət
sahələrinin genişləndirilməsi, sosial obyektlərin
təmiri-tikintisi, abadlıq
quruculuq işlərinin aparılması istiqamətində həyata
keçirilən tədbirlər davam etdirilib, iqtisadiyyatın
dinamik inkişafı təmin olunub. Ötən ildə
respublikamızın ümumi inkişaf tempinə uyğun
olaraq Samux rayonunun da iqtisadi
göstəricilərində artım qeydə alınıb.
Regionların sosial-iqtisadi inkişaf proqaramlarının
icrası nəticəsibdə rayonda tikinti-quruculuq və
abadlıq işləri daha da sürətləndirilib. Belə
ki, "Azərbaycan Respublikasının şəhər və
rayonlarında çoxmənzilli binaların dam örtüklərinin
təmiri ilə bağlı əlavə tədbirlər
haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına
müvafiq olaraq Samux şəhərində Qarabağ
müharibəsi əlilləri və şəhid ailələrinin
yaşadığı 36 mənzilli 4 mərtəbəli
çoxmənzilli yaşayış binasının dam
örtüyü sökülərək yenidən qurulub. Eyni
zamanda təmirə ehtiyacı
olan 4 çoxmənzilli
yaşayış binalarında təmir bərpa işləri
aparılıb ki, onlardan 2 bina Cobanabdallı, 2-si isə
İstixana kəndlərindədir. Çobanabdallı kəndində yataqxana tipli, ikimərtəbəli,
bir bloklu, hər biri 16 mənzilli, ümumi sahəsi 2020 kv.m.
olan iki binada və İstixana kəndində ikimərtəbəli,
iki bloklu, hər biri 12 mənzilli, sahələri 1445 kv.m olan
iki binada təmir bərpa işləri həyata
keçirilmişdir. Binaların dam örtükləri yenilənib,
bloklar təmir edilmiş, yeni
qapı və pəncərələr
quraşdırılıb. Beləliklə son üç ildə
rayonda 81 coxmənzilli yaşayış binaları əsaslı təmir
edilib. Həmçinin Burunqovaq kəndində inşa
edilmiş modul tipli 80 şagird yerlik yeni məktəb
binasının tikintisi başa çatdırılaraq istifadəyə
verilib. Əhmədbəyli kəndində yeni əsaslı təmir
edilmiş 80 yerlik körpələr-evi uşaq
bağçasının istilik sistemi qurulub. Bundan başqa,
Qarayeri qəsəbəsində
ümumi sahəsi 1,5 hektar olan istirahət parkında təmir-bərpa
işləri aparılaraq, sakinlərin istifadəsinə
verilib. Parkın ətrafında 390 metr uzunluğunda hasarlama işləri
aparılıb, gəzinti yollarının kənarına 450
p.metr bordür düzülüb, 500 kv.m üzlük daşları
döşənib, hasarların üzərinə dekorativ
barmaqlıqlar vurulub. Parkda 2 ədəd
fəvvarə quraşdırılıb ki, onların
hovuzlarının içərisinə
150 kv.metr mozayka vurulub, kənarları aqlay daşları ilə
üzlənib. Əhalinin dincəlməsi üçün 2 ədəd istirahət köşkü quraşdırılıb. Parkın suvarma sistemi
üçün 250 metr
uzunluğunda 25 mm diametrli kapron boru ilə su xətti çəkilib.
1100 kv.metr rəngləmə işləri aparılıb.
Dövlət proqramına uyğun olaraq rayon mərkəzinin Heydər Əliyev və Kolayır
prospektlərində, Nəriman Nərimanov, Elçin Məmmədov,
Arif Nəbiyev küçələrində, Kür yolunda
aparılan yenidənqurma və bərpa işləri başa
çatdırılıb. Yararsız bort daşları və
tavalar sökülərək yenilənib, keyfiyyətsiz
hasarlar yenidən hörülüb, suvanma və rəngləmə işləri həyata
keçirilib. Heydər Əliyev prospektində və Arif Nəbiyev
küçəsində hasarların "Aqlay" tava
daşları ilə üzlənməsi və bərpa işləri
aparılıb. Kolayır prospektində 54, Elçin Məmmədov
küçəsində 27, Kür küçəsində
27, Nəriman Nərimanov küçəsində 8 ədəd
olmaqla, ümumilikdə 116 ədəd, eyni zamanda Qarayeri qəsəbəsində
14 ədəd müasir işıqlandırıcı
quraşdırılmış və abadlıq işləri həyata
keçirilib. Şəhərin Heydər Əliyev
prospektinin 300 metrlik hissəsi,
Göygöl, Qalalı küçələrində əsaslı
təmir işləri aparılmış və yeni asfalt
örtüyü salınıb. Misginli küçəsində
yenidən qurma işlərinə başlanıb, 6 ədəd
dəmir boru ilə su keçidi quraşdırılıb,
küçəyə balans verilərək hamarlanıb. İsmət Qayıbov
küçəsində yerləşən Qarabağ
müharibəsi əlilləri və şəhid ailələri
üçün inşa edilib 8
mənzilli binanın ətrafında abadlıq işləri
aparılmış və yeni
asfalt örtüyü salınıb.
Regionların
sosial-iqtisadi inkişafı ilə bağlı dövlət
proqramının icrası nəticəsində rayonun uzunluğu 15,3 km olan İnstitut -
Çobanabdallı - Lək - Sarıqaya və uzunluğu 12,7
km olan Yenikənd-Köbər-Qaraağaclı kəndlərarası
avtomobil yollarında yenidənqurma və bərpa işlərinə
başlanılıb. Həmin
yollarda işlər əsasən başa
çatdırılıb, yeni asfalt örtüyü
salınıb. Yenikənd - Köbər -Qaraağaclı
avtomobil yolu üzərindəki körpünün
inşasına başlanıb. Körpü bir
aşırımlı olmaqla
uzunluğu 18 metr, eni 8,4 metr, hündürlüyü isə
4,5 metrdir. Texniki qurğuda avtomobillərin hərəkəti
ilə yanaşı piyada zolağı da nəzərdə
tutulub. Körpünün təyinatı Boz dağ silsiləsindən
və Çeyrançöl ərazisindən yaz və
payız aylarında gələn sel sularının Kür
çayına axdılıb. Salahlı kəndində
Qabırrı çayı üzərindəki körpüdə
yaranmış qəza qısa müddət ərzində
aradan qaldırılıb.Təkcə ötən ildə bütün istiqamətlərdə yolların
çiyin hissələri avtoqreyderlə plana
salınıb, torpaq
yatağı maillikləri kol-kosdan təmizlənib. Gəncə - Samux, Samux - Lək,
Samux - İnstitut, Qaraağaclı-Burunqovaq, Samux-Yenikənd-Poylu
avtomobil yollarında və çiyin hissələrində təmir
işləri aparılaraq, 156,9 min m2 sahəyə 26,3 min m3 həcmində
çınqıl materialı və 20,8 min m2 sahəyə isə
3,2 min ton asfalt- beton işlədilmişdir. Qış mövsümünə
hazırlıq məqsədi ilə avtomobil yollarının kənarında 300 kub metr
qum, 10,5 ton texniki duz ehtiyatı yaradılıb.
Samuxda
rayon iqtisadiyyatının inkişafında da mühüm rol
oynayan sahibkarlığın
inkişafına rayonda xüsusi diqqət verilir və təsadüfi
deyildir ki, il ərzində 155 yeni sahibkarlıq subyekti fəaliyyətə
başlayıb ki, onlardan da 30-u hüquqi şəxsdir.
Hazırda rayonda 1930 sahibkarlıq subyekti fəaliyyət
göstərir ki, onlardan da 78-i hüquqi şəxslərdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
ölkədə kənd təsərrüfatının
inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin
edilməsi məqsədilə verdiyi
müvafiq tapşırığa əsasən rayon ərazisində
iri təsərrüfatların yaradılması istiqamətində
işlər davam etdirilib. Hazırda rayonda "AQRO
DAİRY" Məhdud Məsuliyyətli Cəmiyyət,
"Boz dağ"
heyvandarlıq kompleksi,
"Ulduz 2011" MMC, "Qarabağ Region MKT" MMC ,
"Vest Milk" MMC, Murovdağ Kəndli fermer təsərrüfatı,
Heyvandarlıq və Yemçilik müəssisəsi,
"Region Aqro" MMC kimi iri
sahibkar təsərrüfatları fəaliyyət göstərir.
Eyni zamanda rayonda 200-ə
yaxın müasir istixana fəaliyyət göstərir
ki, onların da ümumi sahəsi
80,0 hektar təşkil edir. Bu istixanalarda il ərzində 8000
tondan çox faraş tərəvəz - pomidor, xiyar
yetişdirilir. Bu məhsulların çox hissəsi MDB
ölkələrinə ixrac olunur. 5000 ha ərazidə
yaradılmış "AQRO
DAİRY" Məhdud Məsuliyyətli Cəmiyyət 2018-ci ilin məhsulu
üçün müəssisə
tərəfindən 3000 ha sahədə əkilmiş buğda sahəsindən
10328 ton məhsul əldə olunmuşdur ki, məhsuldarlıq
39,2 sentner təşkil edir. Təkrar əkinlə 2662
payızlıq
qarğıdalı əkilərək 9175 ton məhsul əldə
edilib. "Region Agro" MMC tərəfindən 2018-ci ilin məhsulu
üçün 262 ha buğda sahəsindən 1048 ton, (məhsuldarlıq
40,0 sent/ha), 336 ha arpa sahəsindən 1411 ton, (məhsuldarlıq 41,9 sent/ha) , 64 ha
kartof sahəsindən 640 ton (məhsuldarlıq 100 sent/ha) məhsul
yığılmışdır. 598 ha təkrar əkin
aparılmışdır ki, buradan 2202 ton payızlıq
qarğıdalı əldə edilib. Məlumat
üçün qeyd edək ki, rayon üzrə istehsal olunan
taxıl məhsulunun 35 faizi, qarğıdalının 95 faizi
məhz bu təsərrüfatların payına
düşür. Bu da iri təsərrüfatların nə qədər
effektli olmasının göstəricisidir.
Regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində Azərbaycanda alternativ enerji mənbələrindən istifadəyə xüsusi diqqətin göstərilməsi, bu sahədə yeni və səmərəli layihələrin icrası ilə yadda qalır. Bu layihələrdən biri də Samux Aqroenerji Yaşayış Kompleksidir. Hazırda Aqroenerji Yaşayış Kompleksində birinci mərhələ üzrə işlər başa çatdırılıb, dövlət hesabına 3,8 MVt-lıq günəş - bioenerji elektrik stansiyası, 1,1 MVt-lıq istilik stansiyası, 10/0,4 kV-luq yarımstansiya quraşdırılıb. Həmçinin rezidentlərin iştirakı hesabına Aqroenerji Yaşayış Kompleksinin üçmərtəbəli inzibati binası, heyvandarlıq kompleksi inşa edilib, əkinçilik, bağçılıq, arıçılıq və istixana təsərrüfatları, maşın-mexanizm parkı yaradılıb. Bu layihə çərçivəsində Samux Aqroenerji Yaşayış Kompleksində "Azguntex" zavodunda hazırlanan meyvə quruducuları, soyuducu kameralar və səyyar rejimdə fəaliyyət göstərən günəş işıqlanması ilə təmin olunmuş turist çadırları, günəş əsaslı yol işıqlanma sistemləri tətbiq edilib. Ötən il ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə rayon sahibkarlarına 25 layihə üzrə 279,0 min manat güzəştli kredit verilmiş və bunun hesabına 26 yeni iş yeri yaradılıb. 2002-2017-ci illər ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon sahibkarlarına 740 layihə üzrə 29,0 milyon manat güzəştli kredit verilib ki, bu da öz növbəsində 1937 yeni iş yerinin açılmasına imkan verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsinin daha da sürətləndirilməsi ilə bağlı tapşırıq və tövsiyələrinin, imzaladığı sərəncamlardan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədi ilə, iqtisadiyyatının əsasını aqrar sektor təşkil edən Samux rayonunda cari ildə də sahələrdən yüksək məhsul əldə etmək üçün lazımi tədbirlər həyata keçirilib.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2019.- 30 mart-5 aprel.- S.15.