Regional proqramlar ölkə
iqtisadiyyatını
inkişaf etdirib
Regional proqramların müvəffəqiyyətlə
icrası nəticəsində Azərbaycanda qeyri-neft sektoru
davamlı inkişaf edir, yeni müəssisələr və
iş yerləri yaradılır.
Regionların
inkişafına dair uğurla icra edilən ölkənin
regionlarının sosial-iqtisadi inkişafı üzrə
dövlət proqramları Azərbaycanın bütün
bölgələrində icra olunduğu ilk gündən tərəqqi
prosesi yaratdı. Regional proqramların uğurlu icrası
ökədə iqtisadiyyatın diversifikasiyasını və
onun dünya təsərrüfat sisteminə səmərəli
inteqrasiyasını, infrastruktur və kommunal xidmətlərin
səviyyəsinin daha da yaxşılaşdırır.
Dövlət Proqramının prioritet məsələlərindən
biri də əhalinin həyat səviyyəsinin davamlı
olaraq yüksəldilməsidir ki, bu məqsədə də
nail olunub. Azərbaycan prezidenti İlham Əliyevin həyata
keçirdiyi islahatlar əhalinin sosial-iqtisadi həyat səviyyəsini
davamlı olaraq yüksəldir.
Əhalinin
həyat səviyyəsinin yüksəldilməsində əhəmiyyətli
rol oynayan regional proqramların müvəffəqiyyətlə
icrası nəticəsində Azərbaycanda qeyri-neft sektorunun
davamlı inkişaf edir, yeni müəssisələr və iş yerləri
yaradılır. Regionlarda, eləcə də ölkə
paytaxtında kommunal xidmət və sosial infrastruktur təminatının
həcmi və keyfiyyəti yüksəldilir. Bundan əlavə
sahibkarlıq mühitinin daha da
yaxşılaşdırılır.
Əminliklə
deyə bilərik ki, Dövlət Proqramının uğurla
icrası nəticəsində ölkədə əhalinin məşğulluq
səviyyəsi artıb, yoxsulluq isə əhəmiyyətli dərəcədə
azalmışdır.
Məhz
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci
rübünün sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında da söylədi ki, son 15 ildə
iqtisadi baxımdan dünyada Azərbaycan qədər
inkişaf edən ikinci ölkə olmayıb.
Cənab
prezident qeyd etdi ki, əlavə gəlirlərimiz imkan verir ki,
biz sosial məsələlərin həllində daha fəal
olaq: "Əsas iqtisadi və sosial göstəricilər
müsbətdir, dinamika təmin edilir. Əlavə gəlirlərimiz
imkan verir ki, biz sosial məsələlərin həllində
daha fəal olaq və daha böyük işlər görək.
Bildiyiniz kimi, ilin əvvəlindən çox böyük həcmli
sosial paket təqdim edildi, təsdiqləndi, müvafiq fərmanlar
imzalandı. Bu prosesə hazırlığı biz keçən
ildən başlamışdıq və prezident seçkilərindən
sonra andiçmə mərasimində əslində,
görüləcək işlərlə bağlı mənim
tərəfimdən göstərişlər verildi, yeni
yanaşmanın konturları müəyyən edildi."
"Minimum
əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz,
sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi
köçkünlərə verilən müavinət 50 faiz
artmışdır, tələbələrin təqaüdü,
şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə
verilən müavinətlər artmışdır. Nəyin
hesabına, əlbəttə ki, islahatların hesabına. Ona
görə ki, biz daha səmərəli işləyirik, şəffaflığı
təmin edirik, biznes mühiti yaxşılaşır. Bu, bizə
imkan verir ki, bu məsələləri həll edək."
İqtisadiyyatımızın
güclənməsi bütün bölgələrimizi hərətərli
inkişaf etdirir. Regional proqramlar isə davamlı və
dayanıqlı iqtisadiyyata təkan verir.
Məhz
son dövrlərdə respublikanın kənd və qəsəbələrini
birləşdirən yolların inşası, müasir tələblər
səviyyəsində yenidən qurulması ümumilikdə,
ölkəmizin iqtisadi potensialını artırır. Bu layihələrin
icrasında əsas məqsəd, ilk növbədə, vətəndaşların
sosial məsələlərinin həllini, nəqliyyat vasitələrinin
maneəsiz və rahat hərəkətini təmin etməkdir.
Elə bu məqsədlə də Tərtər rayonunda 21.5 km
uzunluğunda yeni avtomobil yolu inşa edilib.
Tərtər
rayonunun Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı
avtomobil yolu 7 minə yaxın əhalinin
yaşadığı 6 yaşayış məntəqəsini
birləşdirir. Lakin yolun torpaq və çınqıl
örtüklü olması sözügedən
yaşayış məntəqələri arasında nəqliyyat
əlaqəsini xeyli çətinləşdirirdi, əhalinin
rahat gediş-gəlişinə maneə yaradırdı. Bu
üzdən sözügedən yol ölkə rəhbərliyinin
tapşırığı ilə respublikada bu il yenidən
qurulmasına ehtiyac olan yolların siyahısına daxil edilərək
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən
tikintisinə start verilmışdi.
Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı
avtomobil yolu texnoloji ardıcıllığa uyğun olaraq 2 hərəkət
zolağı enində IV texniki dərəcəyə uyğun
inşa edilib.
Tikinti
layihəsinə uyğun olaraq yolun torpaq yatağının bərpası
üçün yararsız qrunt müxtəlif dərinliklərdə
qazılaraq çıxarılıb, əvəzinə
çınqıl qruntu tökülərək kipləşdirilib.
Yolun relyefdən aşağı olan hissələrində torpaq
yatağının qaldırılması üçün
0.8-1 metr hündürlükdə yararlı qrunt tökülərək
yayılıb, yolun genişləndirilməsi işləri
aparılıb. Bundan başqa torpaq yatağı hazır olan
hissələrdə yeni yol əsası inşa edilib. Yol əsasının
alt layının tikintisi optimal qırmadaş, üst
layının tikintisi isə qum-çınqıl
qarışığı ilə aparılıb. Bu işlərə
paralel olaraq çiyinlərin optimal-çınqıl
materialı ilə bərkidilməsi işləri də
görülüb.
Avtomobil
yolunun altından suların ötürülməsini təmin
etmək məqsədi ilə mövcud boruların yeniləri ilə əvəz
olunması, zəruri yerlərdə yenilərinin inşa edilməsi
layihədə nəzərdə tutulan işlərdən idi.
Bu məqsədlə 32 yerdə 384 paqon-metr uzunluğunda
müxtəlif diametrli dəmir
və dəmir-beton boruların tikintisi işləri
aparılıb.
Tikinti
norma və qaydalarına uyğun olaraq növbəti mərhələ
üzrə yolun asfaltlanması işləri aparılıb.
Bunun üçün 130 min kv.m sahəyə 2 laydan ibarət
yeni asfalt-beton örtüyü döşənib.
Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin
birbaşa nəzarəti altında yüksək keyfiyyətlə
icra olunan layihə əsasında yol boyu zəruri yerlərdə
avtobus dayanacaqları, yol nişanı, km göstəricisi və
siqnal dirəkləri quraşdırılıb. Bundan başqa
hərəkətin normal təşkili üçün
üfüqi nişanlama xətlərinin çəkilişi də
aparılıb.
Yeni yolun
inşası ilə yol boyu yaşayan əhalinin rayon mərkəzinə
və qonşu rayonlara rahat gediş-gəlişi təmin
olunacaq, onların yetişdirdikləri məhsullarının
tez və xarab olmadan daşınması imkan yaranmaqla
sözügedən ərazidə kənd təsərrüfatı
daha da inkişaf edəcək. Bu isə öz növbəsində
vətəndaşların sosial rifah halının yüksəlməsinə
gətirib çıxaracaq.
Cənab
Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə
əsasən ölkə əhəmiyyətli yollarla
yanaşı, yeni kənd yollarının inşası,
mövcudlarının isə müasir səviyyəyə
çatdırılması sahəsində mühüm layihələrin
icrası uğurla davam edir. Onlardan biri də 25 km uzunluğa
malik Xudat-Nabran avtomobil yoludur.
Respublika əhəmiyyətli
Gəndob-Xaçmaz-Yalama-Rusiya federasiyası ilə dövlət
sərhədi avtomobil yolunun49-74-cü km-lik hissəsini təşkil
edəm Xudat-Nabran yolunun bərpası Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyi tərəfindən yüksək
sürətlə və keyfiyyətlə aparılır.
1977-ci ildə
inşa olunan Gəndob-Xaçmaz-Yalama avtomobil yolu uzun illər
istismar olunduğundan, yolun hərəkət hissəsində
çökmələr, sürüşmə xarakterli
deformasiyalar əmələ gəlmişdi və əsaslı
şəkildə təmirinə ehtiyac yaranmışdı.
Gəndob-Xaçmaz-Yalama-Rusiya
federasiyası ilə dövlət sərhədi avtomobil yolunun
Xudat-Nabran hissəsi III texniki dərəcəyə uyğun bərpa
olunur. Tikinti layihəsinə uyğun yolun köhnə
asfalt-beton örütüyünün üst qatı frezlənərək
kənara daşınır, zəruri olan yerlərdə yol
yatağı bərkidilir, həmçinin çiyin hissələrin
də xüsusi material verilərək bərkidilməsi
işləri aparılır.
Yolun hərəkət
hissəsi hazır olan ərazilərdə isə artıq
asfaltlanma işlərinə başlanılıb. Bu işlər
yolun hərəkət hissəsi 7.5 m enində nəzərə
alınmaqla və 2 layın döşənməsi işləri
aparılmaqla 180 min kv.m-dən çox sahəni əhatə
edir.
Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin
birbaşa nəzarəti altında texnoloji
ardıcıllığa riayət olunmaqla aparılan bərpa
işləri yol boyu yerləşən 15 yaşayış məntəqəsinin
əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib
çıxarmasından başqa, yoldan istifadə edən
xarici qonaqların və turistlərin də rahat şəkildə
mənzil başına çatmasına imkan yaratmaqla yük və
sərnişin daşımasının asanlaşmasına gətirib
çıxaracaq.
Tərtib
olunmuş qrafikə uyğun işlərin qısa müddət
ərzində aparılaraq yekunlaşdırılması
planlaşdırılır. Bunun üçün əraziyə
lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
Ümumiyyətlə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
2018-ci ilin may ayının 4-də Xaçmaza səfəri
çərçivəsində Gəndob-Xaçmaz-Yalama-Rusiya
Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun
24-48 kilometrlik hissəsini təşkil edən Xaçmaz-Xudat
avtomobil yolunun açılışını edib.
İstər paytaxt Bakı, istərsə də bölgələrimizdə görülən kompleks tədbirlər ölkə iqtisadiyyatımızı gücləndir və əhalinin sosial rifahına xidmət edir. Görülən bütün işlərdə vətəndaş amili başlıca rol oynayır. Bu isəAzərbaycan Prezidentinin, dövlətinin öz vətəndaşına göstərdiyi diqqətin bariz nümunəsidir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2019.- 2-3 may.- S.15.