Nobel mükafatına
gedən yol
Bəybala Ələsgərov - 65
Alimin sözü cahilin qılıncından
qiymətlidir. Susuz həyat olmadığı kimi, elmsiz yaşayış qeyri-mümkündür. Allahın
sevərək işığına
yönəltdiyi insanlar
elmə yiyələnməklə
vətəninə, xalqına
və bütün dünyaya misilsiz xeyir verirlər. Hər bir insan
yaşadığı ömür
tarixini özü yazır: arzudan, niyyətdən keçib reallığa qovuşan əməlləri ilə,
onu tanıyanların,
xatırlayanların qəlbində
buraxdıqları isti
duyğularla. Elə dünyamızı mənalandıran,
hər birimizdə yaşamaq şövqünü
alovlandıran da ətrafımızda bu cür insanların olmasıdır. İnsan adına xəlq
olunmuş dəyərlərin
sahmanını qoruyan,
həqiqət tərəzisinin
ədalət daşını
düşməyə qoymayan
tanıdığımız bu cür insanlardır.
Onların sırasında
respublikanın tanınmış
ziyalılarından, zəhmətkeş
alimlərindən biri
olan Bəybala Ələsgərovun xüsusilə
yeri var.
Ələsgərov Bəybala Aydabala
oğlu 1954-cü il may ayının
9-da Qusar rayonunun Köhnə Qazmalar Xudat kəndində dünyaya gəlmişdir.
Orta təhsilini Qusar şəhərinin 1 saylı
məktəbində almış,
müəyyən çətinliklərə
baxmayaraq şərəfli
həyat fəaliyyətində
zəhməti hesabına
elmdə və ictimai həyatda layiqli mövqe tuta bilmişdir. O, iş və həyat fəaliyyətinə
1972-ci ildə Xəzər
Dəniz Gəmiçiliyinin
"Paris Kommunası" zavodunda
başlamış və
sonra 1973-1975-ci illərdə
Sovet ordusu sıralarında (o zamankı
Almaniya Demokratik Respublikasında) xidmət
etmişdir. Xidmətdən sonra o, "Paris Kommunası"
zavoduna qayıtmış
və adi fəhləlikdən növbə
rəisi vəzifəsinə
kimi yüksəlmişdir.
O, zavodda müxbir postunun rəisi, təbiətin mühafizə
cəmiyyətinin sədri
və zavodun partiya təşkilatının
katibi vəzifələrində
işləmişdir. Bu vəzifələrə baxmayaraq
onun həyatda əsas arzularından biri elmə yiyələnmək idi.
O, 1976-cı ildə Azərbaycan
Dövlət Universitetinə
daxil olmuş və 1982-ci ildə müvəffəqiyyətlə bitirmişdir. Respublika Mədəniyyət Nazirliyinin
göstərişinə əsasən
1982-ci ildən M.F.Axundov
adına Dövlət Milli Kitabxanasında metodist, redaktor, böyük redaktor, elmi-tədqiqat şöbəsində baş
aparıcı mütəxəssis
və bölmə müdiri vəzifələrində
işləmişdir. 1988-1992-ci
illərdə Moskva Dövlət Mədəniyyət
İnstitutunda aspiranturada
təhsilini davam etdirmiş və görkəmli alim və general-mayor V.V.Tarakanovun
rəhbərliyi ilə
1993-cü ildə Moskvada
fundamental informatika ilə
məşğul olmuşdur.
1993, 1995, 1997-ci illərdə inkişaf etmiş ölkələrin alimlərinin
iştirak etdiyi "İnformatika və elmşünaslıq" adlı
beynəlxalq konfranslarda
iştirak etmiş və elmi məruzələrlə
çıxış etmişdir. Bu çıxışlar rus
və ingilis dillərdə dərc edilmişdir.
O, 1993 və 1995-ci illərdə
"Nobel mükafatı laureatları"nın görüş
konfranslarında və
Stokholm şəhərində
Nobel mükafatları komitəsində
məruzələrlə çıxış
etmişdir. Qeyd etməyi vacib
hesab edirəm ki, ABŞ, İngiltərə,
Almaniya və Rusiyadan sonra beşinci olaraq Nobel informasiya mərkəzinin Azərbaycanda təşkil
olunmasında xüsusi
rolu olmuşdur və bu mərkəzə
uzun illərdir ki, rəhbərlik etmişdir. Onun bu sahədəki
fəaliyyətini Beynəlxalq
Nobel informasiya mərkəzi
yüksək qiymətləndirmiş
və 1996-cı ildə
xüsusi müdalla təltif edilmişdir.
O, eyni zamanda 2005-ci ildən Beynəlxalq Nobel informasiya mərkəzinin Qafqaz və Orta Asiya ölkələri
üzrə səlahiyyətli
nümayəndəsidir. 2013-cü
ildə isə o, Nobelin yubiley konfransının təşkilat
komitəsinə üzv
seçilməklə elmi
məruzə ilə çıxış etmişdir.
Onun fəaliyyətinə yüksək
qiymət verilmiş və o, "Qızıl qələm" mükafatına
layiq görülmüşdür.
Bəybala Ələsgərov həmişə
axtarışdadır və
yorulmadan çalışan
şəxsdir. Bunun nəticəsidir ki, 2013-cü ildə doktorluq dissertasiyasını
müvəffəqiyyətlə müdafiə etmişdir.
Bəybala müəllim dövlətçilik
ənənəsinə sadiq
şəxsiyyətdir. Respublikamızın yazıçılar və jurnalistlər birliklərinin üzvüdür.
Dövlət siyasətini dəstəkləməklə
dövlətçilik ənənəsinə
sadiq qalaraq "Samur" MM-nin Ali Məcəlləsinin üzvü
olaraq milli məsələlərə Azərbaycan
vətəndaşı və
dövlətçilik nöqteyi-nəzərindən
yanaşır.
Hələ 20-ci əsrin əvvəllərində
Azərbaycan Nobelə
çox yaxın olub. Sona xanım Vəlixan - Azərbaycanın
ilk qadın tibb elmləri doktoru, hələ 1941-ci ildə yazdığı "Endoftalmitin
pataloji anatomiyası"
adlı məqaləsi
ilə Nobel Komitəsinin
diqqətini özünə
cəlb etmiş, sadəcə İkinci Dünya müharibəsinin
başlaması səbəbindən
onun elmi işi müvəffəqiyyət
qazanmamışdır. Bəybala Ələsgərov
Sona xanım Vəlixanın təqdimatını
Stokholmdan - Nobel Komitəsinin
arxivindən tapıb.
Bu, məncə çox dəyərli
işdir.
Bəybala Ələsgərov həyat
mövqeyi olan alimdir. Onun 8 fevral 2013-cü ildə "SalamNews"da
dərc olunmuş
"Nobel Mükafatının Əkrəm Əylislidən
daha çox ermənilər arzulayır"
məqaləsini oxudum.
Bəybala müəllim bu
məqalədə qeyd
etmiş ki ..."Xalq yazıçısı"
adını daşımış
Əkrəm Əylislinin
Nobel Mükafatına göz
dikməsi ictimaiyyət
üçün sirr deyil. Bəybala Ələsgərov deyib ki, ədəbiyyat üzrə Nobel Mükafatını
Əkrəm Əylislidən
daha çox ermənilər arzulayırlar:
"Orxan Pamuk Türkiyə vətəndaşlarının
hissiyyatı hesabına
mükafat aldıqdan sonra Əkrəm kimilər şirnikləniblər.
Türk dünyasından kimsə bu mükafata yenə təqdim olunsa, ermənilərin ayağı yer tutar və onlar
zavallı millət libasında möhkəmlənərlər.
Əfsuslar olsun ki, doğma Vətən təəssübündən yan
keçən yazıçı
bu adi həqiqəti
qəbul etmək istəmir."
B.Ələsgərov xatırladıb
ki, məsələnin
ikinci tərəfinə
gəldikdə Ə.Əylislinin
"Daş yuxular"
kitabında Nobel Ədəbiyyat
Mükafatına layiq keyfiyyət yoxdur: "Axı, üzdəniraq bu yazıçı Azərbaycan üzrə
Nobel Mükafatının Ekspert
Komissiyasına xalqını
aşağılayan kitabını
hansı üzlə təqdim edəcək?! Hadisələrin gedişi göstərir
ki, Nobel xülyası
həm Əkrəm Əylislinin, həm də onun vurğunu
olduğu ermənilərin
yaddaşında yalnız
"Daş yuxular"
şəklində qalacaq.
Bilal Alarlı 04.03.2015-ci il Kultur.az saytında
"SÜLHMƏRAMLI ELÇİ" məqaləsində
Bəybala Ələsgərovun
"Paşazadə - görkəmli
din xadimi, sülhməramlı
elçi" kitabına
öz rəyini belə bildirmiş
"...Bəybala Ələsgərovun
Kitablar mövzusuna görə dəyər alır. Şərəfli ömür yolu
keçmiş insanlar
haqqında olan kitablar xüsusi maraq doğurur. Belə kitablardan biri tarix üzrə fəlsəfə doktoru Bəybala Ələsgərovun
"Paşazadə - görkəmli
din xadimi, sülhməramlı
elçi" adlandırır.
...Bəybala Ələsgərovun
ən böyük xidmətlərindən biri
bu fikirləri bir yerə toplayıb
Şeyxülislamın simasında
mənəvi dəyərlərimizin
qoruyucusu obrazını
yaratmasıdır" demişdir.
Mən bu fikirlə razıyam."
Ələsgərov Bəybala Aydabala oğlu Azərbaycan Yazıçılar Birliyinin
və Azərbaycan Jurnalistlər Birlyinin üzvüdür. İyirmi kitabın və
iki yüz əlliyədək elmi-publisistik
məqalənin müəllifidir.
O, "Şəmsi Bədəlbəyli
- 90", "Paşa Qəlbinur
- 50" "Sədaqət Kərimova - 50", "Elçin
- 60", "Professor Nizami Cəfərovun kitab dünyası", "Professor Buludxan Xəlilovun biblioqrafiyası", "Professor Zahid Xəlilin biblioqrafiyası", "Elçin-ömrün
75-ci baharı", "31 Mart azərbaycanlıların soyqırımı
günüdür", "Boyalarda yaşayan ömür", "Müdriklik
zirvəsinə gedən
yol", "Zamanın
sınaqlarından ömrə
açılan yol",
"Nizami Cəfərov
- 50" (redaktoru Zülfiyyə
Mehdiyeva) və s. elmi-metodiki vəsaitin, irihəcmli "Elçin"
(188 s.), "Hidayət" (400 s.) adlı biblioqrafik vəsaitlərin, "Zəngəzurdan
başlanan yol"
(620 s.) adlı elmi monoqrafiyanın, "Qusarın
şanlı övladları"
(168 s.) adlı tarixi-publisistik
kitabın müəllifidir.
Respublika
Ağsaqqallar Şurasının
üzvü olan Bəybala Ələsgərov
"Qızıl qələm"
mükafatı laureatıdır.
O, 1993-cü ildən Ümumdünya
Nobel Mükafatları Komitəsinin
Beynəlxalq Nobel İnformasiya
Mərkəzinə üzv,
1996-cı ildən həqiqi
üzv seçilmiş
ilk azərbaycanlıdır. Beynəlxalq
Nobel İnformasiya Mərkəzinin
xüsusi medalını
alıb. 2005-ci ildən Beynəlxalq İnformasiya Mərkəzinin
Qafqaz və Orta Asiya ölkələri
üzrə səlahiyyətli
nümayəndəsidir. 2013-cü ildə Beynəlxalq Nobel İnformasiya
Mərkəzinin vitse-prezidenti
seçilmişdir. Həmin ildə
doktorluq dissertasiyası
müdafiə etmişdir.
Bəybala Ələsgərovun mükəmməl təhsili,
işgüzarlığı, məsuliyyəti, təşəbbüskarlığı
və nəhayət, təcrübəli alimliyi
öz bəhrəsini
verdi. 2015-ci
ildə Ümumdünya
Sülh Şurasının
Beynəlxalq Federsiyasının
Sülhməramlı səfiri
seçildi.
Bəybala müəllim çox sadə, xeyirxah insan, işgüzar və zəhmətkeş alim və yaxşı
ailə sahibidir. O, yaxşı
dost və saf insandır.
Hazırda 20 kitabın və 300-dən
çox elmi-publisistik
məqalənin müəllifidir.
Nizami Cəfərov
Akademik
Olaylar.- 2019.- 7-8 may.- S.10.