Azərbaycanın mədəniyyət
beşiyində ölüm sükutu
Azərbaycan Respublikasının
beynəlxalq səviyyədə tanınmış ərazisinin
ayrılmaz bir hissəsi olan Şuşa şəhəri Azərbaycan
xalqı üçün müstəsna tarixi, mədəni, mənəvi
və rəmzi əhəmiyyətə malikdir.
"Azərbaycan musiqisinin beşiyi" və "Şərqin konservatoriyası" adlandırılan Şuşa şəhərinin işğalı ilə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurulub. Belə ki, 1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə Azərbaycanın musiqi beşiyi olan Şuşa şəhərinə hücuma keçdilər. Uzun sürən artilleriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhər işğal olundu. Artıq 27 ildir ki, Şuşa işğal nəticəsində ölüm sükutuna qərq olub. İndi nə ustad Xan Şuşinski "Şuşanın dağları başı dumanlı, Dərdindən ölməyə çoxdur gümanlı..." oxuyur, nə də Xarı bülbül yanğılı nalə çəkir. İndi yadlar tapdağı olan Şuşa ölüm sükutundan xilas olmaq üçün dad edıb, fəryad çəkir. Şuşanın işğalına gådən yîl Måşəlidən, Êərêicahandan, Malıbəylidən, Quşçulardan, Õîcalıdan... êåçdi. Bütün bunlara baõmayaraq, Şuşanın işğalına håç êəs inanmırdı, ağlına bålə gətirmirdi. Ancaq bu hadisə baş vårdi və Şuşa 1992-il mayın 8-də årməni və rus işğalçıları tərəfindən işğal ådildi. Şuşanın işğal günü bütün Azərbaycan õalqının mənəviyyatına vurulmuş ağır bir zərbə, bizim hamımız üçün ağır bir dərddir.
Bütün dünyanın, beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri bu şəhərdə Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atmışlar. Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıdır, milli arxitekturasını silib, istədikləri kimi yenidən qurmağa cəhd edirlər. Nadir tarix-memarlıq tikililəri, qədim abidələr, inanc yerləri, yaşayış binaları, hətta məzarlıqlar dağıdılmış, zəngin muzey və kitabxanaları muzeyləri talan edilmiş, bir vaxtlar təkrarolunmaz təbiətinə görə "Qafqazın cənnəti" adlandırılan yerlər xarabazara çevrilmişdir. Bir daha xatırlatma üçün qeyd edək ki, Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isədoğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur. Ermənistan silahlı qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib. Şuşa şəhərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Cümə məscidini, Aşağı Gövhər Ağa məscidi, Xurşud Banu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Ermənilər insanlığa sığışmayan vəhşiliyə də əl atdılar: Üzeyir Hacıbəyov, Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəllərini güllələdilər. Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, professional Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəylinin (300-dən çox əşya), vokal sənətimizin əsasını qoymuş böyük müğənni Bülbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib. İşğal olunmuş ərazilərdə erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir. Bu yerdə onu da qeyd edək ki, Şuşaya hücumdan bir neçə saat öncə Tehranda İran prezidentinin vasitəçiliyilə Ermənistan və Azərbaycan dövlət başçıları Qarabağ münaqişəsinin dinc yolla həllinə dair saziş imzalamışdı. Ancaq xəyanətkar, mənfur düşmən bu dəfə də vədinə xilaf çıxdı.
Azərbaycan xalqının mədəniyyətinin, əsrarəngiz musiqisinin beşiyi sayılan, tarixi Azərbaycan torpaqlarının əbədi və ayrılmaz parçası, böyük alimlərin, bəstəkarların, şairlərin vətəni olan Qarabağın paytaxtı - Şuşa şəhəri artıq iyirmi üç ildir ki, təcavüzkar Ermənistan Respublikasının işğalı altındadır. Məlumat üçün qeyd edək ki, çîõsaylı årməni õəyanətinin nəticəsi êimi Şuşa ÕÕ əsrdə 3 dəfə årməni təcavüzünün qurbanı îlmuşdur. 1905-1907-ci illərdə Şuşa şəhəri årmənilər tərəfindən hücuma məruz qalmış və yandırılmışdır. 1920-ci ildə şəhərin õåyli hissəsi årmənilər tərəfindən dağıdılmışdır. 3-cü dəfə 1992-ci ilin mayında årmənilər bu şəhəri tamamilə işğal åtdilər. Ümumiyyətlə, Qarabağ təbiətin bütün gözəlliêlərini özündə əês åtdirən əsrarəngiz bir diyardır və ən səfalı guşəsi Şuşa şəhəridir. Hər daşı, hər qarış tîrpağı õalqımızın həyatında baş vårmiş bir çîõ tariõi hadisələrin şahidi îlan bu şəhər görənləri valåh åtmişdir. Şuşa təêcə cənnət məêanı dåyil, həm də hərbi stratåji əhəmiyyət êəsb ådən bir alınmazlıq, basılmazlıq qalası îlmuşdur. Şuşa dağdan açılan pəncərə, aydınlıq, işıqlıq paylayan ucalıq idı. Şuşa düşmənlərə, yadållilərə göz dağıydı. Şuşa Qarabağ silsiləsində dəniz səviyyəsindən 1400-1500 metr yüksəkliyə malik hamar platoda yerləşən şəhərdir. Dağ-iqlim kurortudur. Müxtəlif növ tikinti materialı yataqları və mineral su bulaqları (Turşsu və Şırlan) var. Lakin ÕÕ əsrdə Şuşa tariõdə görünməmiş faciəli hadisələrlə üzləşdi, işğal îlundu. Övladları yårindən-yurdundan didərgin düşdü, şəhidlər vårdi, ancaq əsrlər bîyu îlduğu êimi sınmadı, əyilmədi və Şuşa indi də yaşayır. Müdrik Azərbaycan xalqı - böyükdən-kiçiyə hamı inanır ki, ən yaxın vaxtlarda Şuşanın başının üstündəki qara duman çəkiləcək, Qarabağ savaşında yüzlərlə şəhid verən Şuşa erməni işğalından azad ediləcək, elindən-obasından didərgin düşən qaçqınlar yenidən öz yurdlarına qayıdacaqdır. Beləcə, Şuşa köhnə yaralara məlhəm qoya-qoya yenə nəğməli-sözlü ömrünü yaşayacaq, yenə havalanacaq "Xanın səsi", "Qarabağın şikəstəsi..."
Bu arada Ermənistan siyasi rəhbərliyinin bu ölkənin hərbi işğalı altında saxlanılan Şuşa şəhərinə səfər edərək burada qondarma "qələbə günü"nü qeyd etməsi Azərbaycan xalqının içini göynədir, sanki qara yarasına duz basır. Lakin bütün bu cəhdlərin perspektivi yoxdur. Ermənistan tərəfi anlamalıdır ki, ərazilərin işğalı yalnız müvəqqəti xarakter daşıyır, Dağlıq Qarabağ bölgəsi həmişə Azərbaycanın ayrılmaz hissəsi olub və olacaq. O günə çox az qalıb.
Alim
Olaylar.- 2019.- 9-10 may.- S.11.