Hay-daşnak
iftiraları ərəb alimlərinin
əsərlərində
Azərbaycana qarşı
(V məqalə)
Hay kilsəsi tərəfindən
maliyələşdirilən və
görkəmli hay kartoqrafı kimi tanıdılan Azərbaycan
mənşəli Ruben Qalçyanın (o, Cənubi Azərbaycanın Təbriz şəhərində
doğulub) Azərbaycan tarixinə, coğrafiyasına və
müsəlman-türk xalqlarına qarşı kin-küdurət
dolu və uydurma, yalan, saxta məlumatlar əsasında
çar etdirdiyi nəşrlər əsil hay xislətinin ifadəsi
kimi qəbul edilə bilər. Bu
baxımdan onun 2007-ci ildə ingilis və erməni dillərində "Cənubi Qafqaz ölkələri
orta əsrlər kartoqrafiyasında: Ermənistan,
Gürcüstan, Azərbaycan", 2009-cu ildə ingiliscə
"Tarixin mifləşdirilməsi", 2013-cü ildə
ingilis, rus və erməni dillərində "Azərbaycanın
tarixi-coğrafi saxtalaşdırılması" kitabları
istisnalıq təşkil etmir.
Bu kitablarda əsas məqsəd
Azərbaycan dövlətinin tarixi-coğrafi ərazilərinin
məkanca təhrif edilməsi, dövlətimiz və
xalqımızla bağlı qədim, orta əsrlər və
sonrakı dövr mərhələlərində
dünya alimlərinin əsərlərində yer alan məlumatlarının
qəbul edilməməsi və ya nəzərə
alınmaması, Azərbaycan xalqı ilə bağlı əski
tarixi-coğrafi əsərlər istinad mənbəsi kimi qələmə
verilərək özlərinin saxta uydurmalarının qiymətli
elmi bilgilər şəklində yanlış
yayılması və qiymətləndirilməsi
kimi mürtəce mövqe aydın görünür.
Ermənistan
Milli Elmlər Akademiyasının fəxri üzvü olan R.Qalçyan
"Cənubi Qafqaz ölkələri orta əsrlər
kartoqrafiyasında: Ermənistan, Gürcüstan, Azərbaycan"
kitabınında istinad mənbəyi
kimi daha çox ərəb alimlərinin və səyyahlarının
adını çəkmişdir. Bu sırada Əbu Zeyd ibn Səhl
əl-Bəlxi (850-934), İshaq ibn Muhammad əl-İstəxri
(863-957), Əbu Reyhan əl-Biruni (972-1048), Zəkəriyyə
ibn Muhammad Qəzvini (1203-1283),
ibn Bəttutə Muhammad ibn-Abdullah ibn-Muhammad ibn-İbrahim
(1304-1368/69), Əhməd ibn Yəhya əl-Balazuri (807-892), əl-Müqəddəsi
(945-1000), Əbul Fida,Əbu əl-Həsən Əli ibn
Hüseyn Əli əl-Məsudi, Həmdullah Mustafa əl-Qəzvini
(1281-1349), ibn əl-Fakix əl-Həmədani... kimi orta əsrlər
mütəfəkkirlərinin əsərləri guya təhlil
edilərək dövlətimizə və xalqımıza
qarşı uydurma mülahizələrini irəli
sürmüşlər. Amma, əslində elmi-nəzəri təhlil
hay fikirlərinin əsassızlığını aydın
surətdə təsdiq edir.
R.Qalçyan
və hay kilsəsinin "xor orkesrtri"nin digər üzvlərinin
əsas iddiası odur ki, orta əsrlər ərəb
coğrafiyaşünaslarının həm mətn, həm də
təsviri (xəritə) əsərlərində Azərbaycan
dövlətinin adı qeyd olunmayıb, Azərbaycan xalqı
haqqında heç bir məlumat verilməyib, yəni
coğrafi məkanca bu ərazilər "Böyük Ermənistan"-"Kiçik
Ermənistan" torpaqlarıdır, yaxşı halda Araz
çayının şimal hissəsi bu əsərlərdə Arran və ya Aqvan kimi göstərilmiş,
"Azərbaycan" toponimi İranın şimal-qərb hissəsində
yerləşən "Atrpatakan" vilayətinin farsca
transliterasiyasının ifadəsidir.
Bu "mirzələrin" fikrincə
bəzi hallarda, Araz çayının cənub hissəsində
Cənubi Azərbaycan torpaqlarının olması da
vurğulanır. Haylar öz uydurmalarını elmi-nəzəri baxımdan
"obyektiv" qiymətləndirilməsi
naminə görkəmli alimlərimiz
Z.Bünyadovun və
İ.Əliyevin əsərlərindəki müvafiq mülahizələri,
1994-cü ildə çar edilmiş "Azərbaycanın
tarixi xəritələri" atlasını öz istəklərinə
uyğun təhtif etməkdən də çəkinməmişlər.
Hay-kilsə və daşnak tör-töküntülərini dövlətimizə və
xalqımıza qarşı bu sayaq qarayaxma mərasiminə
yönləndirən amillərdən biri də Sovet
İttifaqı Qəhrəmanı, akademik Z.M.Bünyadovun
(1923-1997) redaktorluğu ilə 1987-ci ildə işıq
üzü görən məşhur "Azərbaycanın
tarixi coğrafiyası"
toplusu olmuşdur ki, bu nəşrdə
hayların iddia etdikləri toponimlərin onlara məxsus
olmasının, ümumiyyətlə bu adda dövlətlərinin,
ittifaq birliyinin mövcudluğunun tarixi-coğrafi dəlillərlə
saxtalaşdırılması sübuta yetirilmiş, müxtəlif
dövrlərdə ermənilərin Anadoluya, Azərbaycan
dövləti ərazisinə və Cənubi Qafqaz regionuna məqsədli
şəkildə köçürülməsi tarixi dəlillərlə
sübut olunmuşdur.
Bir cəhəti
də qeyd etmək lazımdır ki, hay sürüsü
öz uydurma fikirlərini əsaslandırmaq üçün
"Xristian topoqrafiyası" terminindən və bu adda VI əsrdə
İskəndəriyyə şəhərindən olan bizans
taciri Kozma İndikoplov tərəfindən yazılmış əsərdən
istifadə edirlər. Həmin əsər mistik
düşüncə tərzi və kosmoqrafik təfəkkür
üsulu ilə yazıldığından dünyanın
müstəvi təsviri, Günəşin səyyarəsi, Cənnətin
gur axan çayları... barədə olan təsvirdə Azərbaycan
və onun ərazisi ilə bağlı elmi bilgi tələb
etmək yalnız hay təfəkkürünə uyğun gələ
bilər. Hələ utanmadan bildirirlər ki, bu dövrdə
Bizans və İran dövlətlərinin məngənəsində
sıxılan "Ermənistan"da
da feodal mədəniyyəti
inkişaf etmiş və bu dövlətdə qədim yunan
alimlərinin əsərləri, o cümlədən
K.Ptolomeyin "Coğrafiya" əsəri məşhur idi. Həyasız
hay iddialarına görə
artıq VII əsrin əvvəllərində "Ermənistan
coğrafiyası" əsəri yaradılmış, bu
kitaba 15 xəritə daxil edilmiş (dünya xəritəsi
daxil edilməklə, amma itirilib)...
fəqət, müəllifi məlum deyil. Çox
maraqlıdır, hay kilsəsi və
R.Qalçyan saxta mülahizələrinin təsdiqi
üçün qədim dövr xristian və müsəlman
xəritəşünaslarının əsərlərini,
adlarını qeyd edirlər, uydurma "Ermənistan",
"Ermənistan dağlıq yaylası", "Ararat zirvəsi",
"Nuhun dağı" toponimlərinin "təsvirlərini"
xülyalarında canlandıraraq London, Berlin, Paris, Roma... muzeylərində
saxlanılan xəritələrdə "canlandıra"
bilirlər, amma "məçhur" "Ermənistan
coğrafiyası" əsərinin müəllifi, qədim
dövrlərin "məşhur" hay
coğrafiyaşünaslarının adları tapa bilımirlər,
hələ bir hay coğrafiyaşünasının
ünvanını verə bilmirlər, hansı ki, haylar
eramızdan əvvəl III-II minilliyə aid əski
maddi-tarixi mənbələr
tapmaqda çətinlik çəkmirlər. Onların iddiasına görə,
"Ermənistan coğrafiyası" əsəri Qərbi Avropada
K.Ptolomeyin əsərindən əvvəl məlum olmuş və
avropalılar tərəfindən geniş istifadə edilmişdir.
Bununla kifayətlənməyən
erməni kilsəsi və "mirzələri" saxta
uydurmalarını elmi ictimaiyyətə inandırmaq məqsədilə
(tolerantlıq nümunəsi göstərərk) islam-ərəb
dünyasının məşhur alimlərinin əsərlərinə
mürasiət etməyi mənfur siyasətlərinin tərkib
hissəsinə çevirməyi bacarmışlar.
Ərəb
coğrafiyaşünasların əsərlərini saxta
uydurmaları üçün qalxan edən hay-daşnak
sürüsünün müraciət etdiyi kitablardan (ona əlavə
edilən xəritələr) biri də səyyah İbn Bəttutə
Muhammad ibn-Abdullah ibn-Muhammad ibn-İbrahim (1304-1377) olmuşdur.
Guya onun "İbn Bəttutənin səyahətləri"
kitabında erməni dövləti, onun şəhərləri
və erməni xalqı haqqında məlumat verilmiş,
çəkdiyi xəritədə bu barədə qeydlər edilmiş (təsviri
verilmiş), amma Azərbaycan haqqında heç bir bilgi
göstərilməmişdir. Əsl həqiqət isə
başqadır. Bu səyyah Şimali və Şərqi
Afrikanı, Kiçik Asiya və
Ərəbistan yarımadalarını, Xəzər dənizinin
şümal hissələrini, Orta və Mərkəzi Asiya
ölkələrini,uzaq Cin və Hindistanı gəzib
dolaşmış, hətta Cənubi Azərbaycanı səyahət
etmiş və getdiyi əraziləri xəritədə
göstərmişdir. Hay-daşnak sürüsü iddia edir
ki, Araz çayının şimal hissəsi ibn-Bəttutənin
xəritəsində "Arran" kimi yazılıb, Azərbaycan
isə İran əyaləti kimi qeyd edilib. Eləcə də,
hayların iddiasına görə bu iki hissə
ayrı-ayrı xalqların əraziləridir. Hay kilsəsi və
onun üzvləri yəqin bilməmiş olmaz ki, uzun əsrlər
boyu İran dövləti tərəfindən zəbt
edilmiş Azərbaycanın cənub torpaqları, Araz
çayının cənub hissəsi və şimalı (əvvəllər
ruslar tərəfindən işğal edilmiş) vahid,
bütöv Azərbaycan torpağı olub və bu ərazilərin
cənubu da, şimalı da Azərbaycan
türklərinin əzəli torpaqlarıdır. Ərəb səyyahlarının
əksəriyyəti xəritə və kitablarında bu əraziləri
təsvir edərkən Azərbaycan adı ilə
yanaşı daha çox Arran, Aqvan, Şirvan, hətta Xəzər
toponimlərini də işlətmişlər.
Hay
müəllifi R.Qalçyan özü də ərəb xəritəşünası
Əhməd ibn-Yəhya əl-Balazurinin "Ölkələrin
fəthi kitabı"nın
"Azərbaycanın fəth edilməsi" fəslinə istinadən Araz çayının
cənub hissələrinin Azərbaycan
adlandırıldığını bildirmişdir.
Bəs,
ermənilər iddia edirlər ki, Azərbaycan toponimi yalnız
1918-ci ildə yaranıb? Doğurdanda yalançının
yaddaşı olmaz.
İbn
Bəttutənin qeydlərinə əsasən onun səyahət yolları üzərində ermənilərə aid hər
hansı bir şəhərin, dağın, çayın bə
ya dövlətin olduğunu nişan verilməmişdir.
Guya
orta əsrlər ərəb və fars alimlərinin əsərlərində
əsasən Ermənistan dövləti və erməni
xalqı barədə ətraflı məlumat verildiyini iddia edən R.Qalçyan X əsrdə Həmədan
şəhərində yaşayan İbn əl-Fakix əl-Həmədaninin
"Ölkələr barədə xəbərlər"
("Muxtəsər əl-Buldan") kitabını nümunə
gətirmişdir. Və bildirir ki, fars alimi Azərbaycanın sərhəddini
Bərdə şəhərindən Zəncana kimi çəkib
(guya bu yerlər İranın əyaləti Atropatakanın
hüdudlarıdır), Salmas, Xoy, Beyləqan, Marağa, Təbriz
şəhərlərini aid edib, Bərədə (Partav),
Şəki, Qəbələ, Naxçıvan... erməni
şəhərləri kimi qeyd
edilb. Orta əsrlərin avropalı alim və
kartoqraflarının xəritələrində
Xəzər dənizinni qərb hissələri Albaniya, Arran,
Şirvan toponimi kimi göstərildiyini iddia edən R.Qalçyan
indi həmin ərazilərdəki şəhərlərin ermənilərə
aid olduğunu bildirir.
Azərbaycan
ərazisinin tarixi-coğrafi sərhədlərini təhrif etmək
istiqamətində
bağdadlı Əbu əl-Həsən Əli ibn
Hüseyn Əli əl-Məsudinin fikirləri də dövriyyəyə
buraxılmışdır. Guya IX əsrdə oquz-türk
tayfalarının Xəzər dənizinin şimalından cənubuna
doğru yürüşünün qarşısını
almaq üçün Sasani hökmdahı Xosrov Ənuşirəvan
Dərbənd səddini tikdirmişdir. R.Qalçyan unudur ki,
yerli türkdilli xalqlarla dil-din qohumu olan oğuz-türk,
qıpçaq-xəzər və sak-kimmer tayfalarının
Albaniya, Kiçik Qafqaz (indiki Qərbi Azərbaycan, Qarabağ ərazilərində)
yerləşməsi hələ eramızdan əvvəl VII-VI əsrlərdə
müşahidə edilmişdir.
Maraqlı
cəhət odur ki, R.Qalçyan saxta iddiaları (Ermənistan
və şəhərlərinin təsvirinin verilməsi) ilə yanaşı həm də
Qafqaz regoinunda Azərbaycan və Arran bölgələrinin
olduğunu fars alimi-coğrafiyaşünası Əbu
İshaq İbrahim bin Muhammad al-farsi əl-İstaxrinin
"Yollar və ölkələr" adlı ("Kitab əl-məsalik
əl-məmalik") kitabına əsasən (bu nəşrdə
19-21 xəritə verilib) bilmədən
təsdiq etmişdir. Belə ki, ayrı-ayrı tarixi dövrlərdə
Araz çayının şimal və cənub hissələri
həm Azərbaycan, həm də Arran (Aqvan), Muğan,
Şirvan adlanıb, bu adlar həm ərəb-türk alimlərinin
əsərlərində, hətta rus səyyahı Afanasi
Nikitinin 1466-1475-ci illərdə
etdiyi səyahətin nəticəsində yazdığı
chr("39")"Üç dəniz arxasına səyahət"
əsərində və xəritəsində də göstərilmişdir.
Hay-daşnak təbliğatı
üçün Azərbaycan Xalq Cumhuriyyətinin banisi
M.Ə.Rəsulzadənin (1889-1955) 1928-ci ildə İstambul
şəhərində dərc etdirdiy "Qafqaz türkləri" məqaləsi
də seçilmişdir. Guya , M.Ə.Rəsulzadə Azərbaycan
və Albaniya ərazilərinin ayrı-ayrı ölkələrə
və xalqlara aid olduğunu bu məqalədə
bildirmişdir. əslində isə, həmin məqalənin
qayəsi Yaxın və Orta Şərq regionunda bütöv
türk toplumunun, türkdilli xalqların birliyinin diqqqətə
çatdırmaqdan ibarət idi. Vahid türklərin sosial vəziyyəti,
siyasi qurumu, mədəni düşünc sahəsində Qafqaz Türklərinin (Azərbaycan ərazisi də daxil
olmaqla) digər ölkələrdə (İran,
Əfqanıstan, Tacikistan, İraq, Suriya, Türkiyə,
Misir...) yaşayan türkdilli xalqlarla eyni, ortaq dəyərlərə
sahib olduğunu özəlliklə vurğulamışdır.
Böyük mütəfəkkirin digər əsərlərində
də bu ideya əsaslandırılmış şəkildə
inkişaf etdirilmişdir.
Bir cəhəti
vurğulamaq zəruridir ki, hay kilsəsi və hay
sürüsünün üzvlərinin Azərbaycan dövləti
və xalqı barədə elmi-nəzəri və
tarixi-coğrafi uydurmalarının və saxta
böhtanlarının sonu görünməyəcək dərəcədədir.
Bu hücumlara hazır olmaq və əsaslandırılmış
cavab verməklə yanaşı, "hücuma keçmək"
mövqeyinə də yiyələnməyin vaxtı çoxdan
çatmışdır, bəlkə də vaxtı
keçmişdir.
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin
müəllimi
Olaylar.- 2019.- 9-10 may.- S.12.