Yüz minlərlə insanın ümid və pənah
yerinə çevrilən qurum-Heydər
Əliyev Fondu
Bu günlər ümummilli lider
Heydər Əliyevin anadan olmasının 96-cı
ildönümü qeyd edilməklə yanaşı, həm də
dahi şəxsiyyətin adını daşıyan fondun, Heydər
Əliyev Fondunun fəaliyyətə başlamasının 15
ili tamam olur. Ötən 15
ildə həm ölkə daxilində, həm də Azərbaycandan
kənarda yüzlərlə sosialyönümlü
layihə həyata keçirən Heydər Əliyev Fondu bu gün
həm də insanların bir ümid ocağı, ümid
yeri rolunu da oynayır. Fondun rəhbəri,
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın aztəminatlı,
xüsusi qayğıya ehtiyacı olan insanlara, əsasən
də uşaqlara əl tutması,
yardım göstərməsi Heydər Əliyev Fondunu hər kəs üçün
sevilən təşkilata çevirib.
Elə əksəriyyət ekspertlər də Heydər Əliyev Fondunun ötən 15 ildəki fəaliyyətinə nəzər yetirdikdə eyni nəticəni bölüşürlər. Millət vəkili Pərvin Kərimzadə deyir ki, insanlara təmənnasız yaxşılıq etmək, xeyirxahlıq, mərhəmət, ədalət, insanpərvərlik, mənəvi saflıq kimi ülvi dəyərlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Heydər Əliyev Fondunun ana xəttini təşkil edir. Onun sözlərinə görə, əsas missiyası Heydər Əliyevin həyat və fəaliyyətinin, ideyalarının öyrənilməsi və təbliği olan Fond yarandığı ilk gündən xeyirxahlıq, sülh, insanpərvərlik kimi bəşəri amallar uğrunda nəcib fəaliyyəti ilə ölkədə həyata keçirilən çoxşaxəli islahatlara dəyərli töhfələr verir: "Dahi şəxsiyyət Heydər Əliyevin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan ali ideyalarının ictimai şüurda möhkəmlənməsinə çalışan Fond yüz minlərlə insanın ümid və pənah yerinə çevrilib. Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü, fədakar, yorulmaz əməyi sayəsində Ümummilli Liderin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirilməklə yanaşı təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə həyata keçirilən layihələr millətin gələcəyinə xidmət edib. 15 il ərzində Heydər Əliyev Fondu xeyirxahlıq, humanizm, vətənsevərlik hisslərinə, milli düşüncəyə söykənən xeyriyyə fəaliyyəti ilə ölkəmizdə, hətta dünyada bənzəri olmayan təşkilat olduğunu sübut edib". Millət vəkili deyib ki, istər qaçqın və məcburi köçkünlərin üzləşdikləri problemlərin, istər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, Xocalı soyqırımının, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun misilsiz xidmətləri danılmazdır. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyası Xocalı soyqırımın dünyada tanıdılmasına, soyqırım kimi qəbul edilməsinə əvəzsiz töhvə verir: "Kampaniya çərçivəsində bütün dünyada yüzlərlə aksiya keçirilib. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan "Azərbaycan" internet portalı ölkəmiz haqqında geniş informasiyanı dünyaya yayır, Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırır"-deyən millət vəkili əlavə edib ki, Heydər Əliyev Fondu hər zaman sosial imkanları məhdud, aztəminatlı vətəndaşların, əlillərin, kimsəsizlərin, məcburi köçkünlərin, təbii fəlakətlərdən zərər çəkmiş insanların yanında olur. 15 ildə elə bir əlamətdar gün olmayıb ki, Heydər Əliyev Fondu uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan, valideyn himayəsindən məhrum, təhsildə xüsusilə fərqlənən uşaqlar üçün bayram şənlikləri keçirməsin. Hər yeni dərs ilində Heydər Əliyev Fondu tərəfindən qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə məktəbli ləvazimatından ibarət hədiyyələr təqdim edilir. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layıhəsinin icra olunması nəticəsində yeni məktəb binaları tikilir, maddi-texniki bazası gücləndirilir, təhsilin keyfiyyətinin yüksəldilməsinə önəmli töhvələr verilir".
Pərvin Kərimzadə deyib ki, mədəni və tarixi irsimizin qorunmasında, dünyada təbliğ edilməsində də Heydər Əliyev Fondunun müstəsna xidmətləri var: "Azərbaycan muğamının, Qobustan tarixi-bədii Qoruğunun, Qız Qalasının, Şirvanşahlar sarayı Kompleksinin YUNESKO-nun dünya mədəni irs siyahısına, aşıq, xalçaçılıq, tar ifaçılığı, Lahıc misgərlik sənətlərinin, Novruz bayramı, dolma, lavaş və kəlağayının, çövkən oyununun YUNESKO-nun qeyri-maddi mədəni irsi üzrə reprezentativ siyahıya daxil edilmə Heydəl Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın milli maraqları düşünən fəaliyyətinin nəticəsidir. Heydər Əliyev Fondu mühüm humanitar dəyərə malik olan,sivilizasiyalararası dialoqu təşviq edən, ölkələrarası birliyi təbliğ edən layihələri dünyada Azərbaycanın təbliğinə xidmət edir. Bu baxımdan "Tolerantlığın ünvanı Azərbaycan" layihəsi xüsusi diqqətə layiqdir. Pakistanda, Gürcüstanda, Misirdə, Rusiyada məktəblər yenidən qurulub, Vatikanda katakombalar, Strasburqda kafedral kilsə bərpa edilib. Eyni zamanda Pakistanda qızlar üçün məktəb tikilib, xeyriyyə tədbirləri həyata keçirilib. Versal sarayının bir hissəsinin, Luvr muzeyinin qalereyasının birinin bərpası, Rusiyada Knyaz Vladmirə abidənin ucaldılması, Həşətərxanda Azərbaycan-Rusiya körpüsünün inşa edilməsi, əslində Azərbaycanın zəngin ənənələrinin təbliğinə ən böyük töhfədir. 15 il ərzində Heydər Əliyev Fondu misilsiz fəaliyyəti ilə müstəqil Azərbaycanın Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizin həm daxildə, həm xaricdə nüfuz qazanmasına, öndə olan ölkələrdən birinə çevrilməsinə güclü dəstək verib, xalqımızın Heydər Əliyev irsinə olan sevgisini daha da gücləndirib".
Füzuli
Olaylar.- 2019.- 11-13 may.- S.4.