Heydər Əliyevin diplomatiyası

sayəsində Azərbaycanın haqq səsi

dünya ictimaiyyətinə çatdırıldı

 

İlham Əliyevin Qarabağ problemi ilə bağlı mövqeyi Azərbaycanın milli dövlətçilik maraqlarını ifadə edir

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin ədalətli şəkildə, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaq üçün beynəlxalq aləmdə aparılan təbliğat işi böyük önəm kəsb edir. Nəzərə almaq lazımdır ki, Dağlıq Qarabağı öz tərkibinə birləşdirmək istəyən ermənilərin dünyada apardıqları təbliğat əleyhimizə yönələrək saxta faktlar əsasında guya Qarabağın erməni torpağı olmasını iddia edir. Təəssüflər olsun ki, ermənilərin yalan üzərində qurulan iddiaları dünyada geniş yayılmaqdadır. Lakin son illərdə Azərbaycanın təbliğat sahəsində gördüyü işlər bu istiqamətdə mühüm irəliləyişlərin olduğunu təsdiqləyir.

Xatırladaq ki, ümummilli lider Heydər Əliyev dünyanın müxtəlif dövlət başçıları ilə keçirdiyi çoxsaylı görüşlərdə, beynəlxalq və yerli qurumların tədbirlərində mütləq şəkildə Dağlıq Qarabağ probleminə toxunaraq onu ölkəmizin bir nömrəli problemi adlandırırdı. Məhz Heydər Əliyevin diplomatiyası sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti, Azərbaycanın haqq səsi dünya ictimaiyyətinə çatdırıldı, Ermənistanın təcavüzkar siyasəti ifşa edildi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən münaqişənin siyasi həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı 4 qətnamə qəbul edildi. Prezident İlham Əliyev də uzun illərdir ki, beynəlxalq hüquq normalarından çıxış edərək Azərbaycanın ədalətli mövqeyini dünya ictimaiyyətinə çatdırır. Buna rəğmən dövlətin müxtəlif strukturları da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə müntəzəm çatdırılması ilə bağlı müvafiq tədbirlər həyata keçirir. Bu sahədə görülən işlərin miqyası günü-gündən artır və müsbət nəticələr ortaya çıxır. Dövlət başçısının uğurlu xarici siyasəti nəticəsində artıq dünya ictimaiyyəti Azərbaycan həqiqətlərini qəbul edir və atılan addımlar öz səmərəli töhfələrini verir. Ölkə başçısı xarici dövlətlərə səfərləri zamanı keçirdiyi görüşlərdə, nüfuzlu beynəlxalq qurumların tribunalarından etdiyi çıxışlarında , eləcə də Azərbaycanda təşkil olunan beynəlxalq tədbirlərdə Dağlıq Qarabağ probleminin yaranma səbəbləri və onun aradan qaldırılması yollarını dəfələrlə şərh edib.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan  İlham Əliyev "N" saylı hərbi hissədə hərbçilərlə görüşü zamanı qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll ilə bağlı Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur. Bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır: "Dağlıq Qarabağ bizim əzəli, tarixi torpağımızdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bütün mötəbər beynəlxalq təşkilatlar müvafiq qərar və qətnamələr qəbul etmişlər. Bu, tarixihüquqi əsasdır. Heç bir ölkə qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımayıb, əminəm ki, tanımayacaqdır. Ona görə danışıqların davam etdirilməsinin məqsədi işğal edilmiş torpaqların azad olunmasıdır. Siz bilirsiniz ki, Ermənistanın yeni rəhbərliyi danışıqların formatını dəyişdirmək istəmişdir. Verilən bəzi bəyanatlar da ictimaiyyət üçün bəllidir. Ancaq Azərbaycanın birmənalı mövqeyi bunu mümkün etməmişdir. Münaqişə Ermənistan ilə Azərbaycan arasındadır. Bizim torpaqlarımızı Ermənistan işğal edibdir. İşğal edilmiş torpaqlarda qarşı tərəfdə hərbçilərin 80 faizi Ermənistan vətəndaşlarıdır. Ona görə danışıqlar prosesiiki ölkə arasında aparılmalıdır və aparılır. Son Vyana görüşü, o cümlədən ona görə önəmli idi ki, bu mövcud formatı bir daha təsdiqlədi. Həm xarici işlər nazirləri arasında aparılan danışıqlar, həm də rəhbərlik arasında keçirilmiş görüş bir daha onu göstərir ki, bu, Ermənistan-Azərbaycan münaqişəsidir. Biz hər dəfə bu münaqişə ilə bağlı sözümüzü deyəndə bu münaqişəni belə də adlandırırıq: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi. Haqq-ədalət, tarixi həqiqət bizim tərəfimizdədir. İqtisadi güc də, hərbi gücbizim tərəfimizdədir. Son illərdə görülmüş işlər, hərbi sahədə aparılan islahatlar, hərbi gücümüzün artırılması, həm siyasi meydanlarda, həm də döyüş meydanlarında qələbələr bizi daha da ruhlandırır, daha da gücləndirir".

Millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov deyib ki, Dağlıq Qarabağ problemi, Ermənistanın Azərbaycan torpaqlarını işğalı məsələsi hər zaman olduğu kimi, bu gün də ən aktual problemdirPrezident İlham Əliyevin apardığı siyasətdə həmişə ön cərgədə duran məhz bu amildir. Prezident İlham Əliyev hakimiyyət yolunun başlanğıcında Azərbaycanın gələcəyi, Dağlıq Qarabağ məsələsi, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi problemi ilə bağlı mülahizələrini irəli sürürdü.Yəni, onun istər demokratiyanın inkişafı, istər Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsi ilə bağlı irəli sürdüyü əsas tezislərdən biri ondan ibarət idi ki, biz ilk növbədə Azərbaycanı güclü Azərbaycan etməliyik. Çünki iqtisadi cəhətdən güclü olan ölkədə demokratik prosesləri də reallaşdırmaq daha asan olur, ölkənin təcavüzdən azad edilməsi və digər hər hansı bu qəbilən olan hadisələrin baş verməsinin qarşısının alınmasını daha uyğun bir şəkildə reallaşdırmaq mümkün olur: "Ona görə qısa müddət ərzində Azərbaycanın iqtisadi inkişafı təmin edildi. Eyni zamanda, Azərbaycanın hələ çox arxada qalan illərdə qalan bu inkişafının müdafiəyə yönələn səmtini nəzərdə tutmuş olarıqsa, ölkədə çox mütəşəkkil, çox yüksək şəkildə təhciz olunmuş bir ordu yarandı, peşəkarlığa yaxın ordumuz formalaşdı". Millət vəkili hesab edir ki, gələcəyə böyük ümidlərlə baxmağa əsas verən cəhətlərdən biriondan ibarətdir ki, prezident İlham Əliyevin bu illər ərzindəki mövqeyi hər zaman sabit qalıb, bir az da konkretləşib, bir az da sərtləşib: "Bu mövqe ondan ibarətdir ki, Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həll edilə bilər. Ermənistanın dəyişən rəhbərliyinin auditoriyanı nəzərə alaraq irəli sürdüyü populistqeyri-populist addımlarının, çağırışlarının heç bir əsası yoxdur. Ortada münsif varmünsif indiki halda nə dərəcədə uğurludur, nə dərəcədə onun real faydaları var, məsələnin başqa bir tərəfidir. Ancaq beynəlxalq birlik tərəfindən müəyyən edilmiş münsif ATƏT-in Minsk qrupudurMinsk qrupu faktiki olaraq, Azərbaycanın irəli sürdüyü o təklifin tərəfindədir. Həmçinin, dünyanın beynəlxalq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələr Azərbaycanın tərəfindədir ki, problem yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, diplomatik vasitələrlə, sülh yolu ilə həll olunmalıdır.Azərbaycan buna hazırdır. Kim hazır deyilsə, o zaman o daha kəskin həll üsulları ilə barışmağa razı olmalıdır. Bu baxımdan hesab edirəm ki, İlham Əliyevin Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyi son dərəcədə sağlam mövqedir və Azərbaycanın milli dövlətçilik maraqlarını tam ifadə edir. Odur ki, Azərbaycan xalqı sonacan bu mövqeni müdafiə edəcək"

 

Alim

 

Olaylar.- 2019.- 11-13 may.- S.9.