Regional proqramlar
Cəlilabadda uğurla
icra olunur
Azərbaycan Respublikası
Regionlarının sosial-iqtisadi inkişafına dair dövlət
proqramlarında nəzərdə tutulmuş tədbirlərin
uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafında
keyfiyyətcə yeni mərhələnin əsasını
qoyub. Paralel olaraq qeyri-neft
sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və
müəssisələrin yaradılmasına, regionlarda
kommunal, xidmət, sosial və idman infrastruktur təminatının
həcminin və keyfiyyətinin yüksəlməsinə təkan
verib.
Dövlət proqramlarının
icrası müddətində Azərbaycanda idman sahəsi
uğurla inkişaf edib, qarşıda duran bütün vəzifələr
artıqlaması ilə yerinə yetirilib, ölkəmiz
güclənib və hərtərəfli inkişaf edib. Regionlrın sosial-iqtisadi inkişafına dair dövlət
proqramlarının icrası nəticəsində regionlarda
çoxsaylı idman olimpiya kompleksləri inşa edilib,
müasir idman qurğuları ilə təmin edilib. Təsadüfi
deyil ki, prezident İlham Əliyev "Regionların 2014-2018-ci
illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"nın icrasının yekunlarına həsr
olunan konfransda qeyd edib ki, Azərbaycanda
aparılan iqtisadi, siyasi islahatlar, ölkəmizin güclənməsi
bizə dünyada gedən riskli proseslərdən
özümüzü qorumağa imkan yaratdı: "Bir daha
demək istəyirəm, bizim xarici siyasətimizin əsas məqsədi
ondan ibarətdir ki, xaricdən gələn mümkün risklərin
idarə olunmasına, azaldılmasına, aradan
qaldırılmasına imkan versin. Biz buna nail
oluruq. Son 15 il ərzində Azərbaycan
xalqı əmin-amanlıq şəraitində yaşayır. Azərbaycan xalqı rahat yaşayır, qurur,
yaradır. Hesab edirəm ki, hər bir vətənpərvər
insan öz ölkəsi ilə, bugünkü Azərbaycan ilə
haqlı olaraq fəxr edə bilər. Son 15 il ərzində 2 milyon yeni iş yeri
yaradılmışdır. Əhalinin sayı isə 1,6 milyon artmışdır. Bu da
çox gözəl göstəricidir. Əhali
nə qədər çox olarsa, ölkəmiz də o qədər
sürətlə inkişaf edər. Ancaq, əlbəttə,
biz bundan sonra da işimizi elə görməliyik ki, iqtisadi
inkişaf, iş yerlərinin yaradılması əhalinin
artımından daha da sürətlə getsin, artan əhali
işlə təmin olunsun. Yeni iş yerlərinin
yaradılması regionların sosial-iqtisadi inkişafı
proqramlarının tərkib hissəsi idi və qeyd etdiyim
kimi, 2 milyon iş yeri yaradılıb. Bu iş yerlərinin
böyük hissəsi bölgələrin payına
düşür. Kənd təsərrüfatı 1,7 dəfə artıb və əminəm ki,
bundan sonra artım daha sürətli olacaq. Bir sözlə,
bizim bütün iqtisadi göstəricilərimiz deməyə
əsas verir ki, Azərbaycan son 15 il ərzində
çox uğurla, inamla inkişaf edib. Artan
iqtisadi imkanlarımız bizə şərait yaratdı ki,
sosial məsələlərə də çox böyük
diqqət yetirək. Bir neçə rəqəmi
səsləndirmək istərdim. Son 15 il
ərzində maaşlar 7, pensiyalar 9 dəfə artıb. Son 15 ildə 3 min 200-dən çox məktəb əsaslı
təmir edilib və ya yenidən tikilib, 640 tibb müəssisəsi
tikilib və yenidən qurulub, bölgələrdə 44
olimpiya mərkəzi yaradılmışdır. Bu, bir daha onu göstərir ki, bizim siyasətimiz
sosialyönümlüdür və əldə edilmiş gəlirləri
biz, ilk növbədə, sosial sahələrə yönəldirik".
Regionların sosial iqtisadi inkişafı ilə
bağlı dövlət proqramının icrası Cəlilabad
rayonu üçün də uğurlu olub. Regional
proqramlar rayon iqtisadiyyatının inkişafına müsrət
təsir göstərib. Belə ki, keçən il rayonda ümumi məhsulun həcmi 85 faiz
artıb. 2018-ci ildə rayonda 267 milyon manatlıq kənd təsərrüfatı
məhsulları istehsal olunub. Bunun 131 milyon manatı və ya
49,2 faizi
bitkiçiliyin, 134 milyon 935 min manatı və ya 50,8
faizi heyvandarlığın payına düşür. Rayon
üzrə 147,5 min ton buğda, 7,1 min ton arpa, 5,9 min ton vələmir
istehsal edilib. Bu dövrdə, həmçinin 16,1 min ton noxud,
768 ton mərci, 359 ton günəbaxan, 2,1 min ton
qarğıdalı, 8,6 min ton meyvə, 4,3 min ton şəkər
çuğunduru, 16,9 min ton üzüm, 7,5 min ton tərəvəz və
612 ton bostan məhsulları tədarük olunub. Rayonun əkin strukturunda ikinci yeri tutan kartof sahələri
genişləndirilərək 5000 hektara
çatdırılıb. Sahələrdən 110,6 min ton yüksək keyfiyyətli kartof istehsal
edilib. Bunun 80 faizi xarici ölkələrə ixrac olunub.Ötən
il Cəlilabadda 505 hektar sahədə əkilən
pambığın hər hektarından 28 sentner məhsul
götürülərək 1446 ton pambıq istehsal edilib. Bu, respublika üzrə ən yüksək rəqəmdir.
Bu dövrdə rayonda baramaçılığın inkişafı məqsədilə
Çin Xalq Respublikasından gətirilmiş 5000, Ekologiya və
Təbii Sərvətlər Nazirliyi tərəfindən
verilmiş 6000 ədəd tut tingi əkilmişdir. İl ərzində
kümçülər 1172 kiloqram yaş barama istehsal edərək
qəbul məntəqəsinə təhvil veriblər.2018-ci
ildə rayonda 23,7 min ton ət, 70,5 min ton süd, 39,8 milyon ədəd
yumurta istehsal edilib, "Cəlilabad-broyler" ASC tərəfindən
əhaliyə 3750 ton yüksək keyfiyyətli quş əti
satılıb.Diqqətə çatdırılıb ki,
ötən il rayonda sosial məsələlərin həllinə
diqqət artırılıb. Cəlilabad şəhərində
ümumi sahəsi 18740 kvadratmetr olan 25 çoxmənzilli
binanın dam örtüyü dəyişdirilib, Heydər
Əliyev Seyrəngahı, Heydər Əliyev Parkı, 2 və
5 saylı körpələr evi-uşaq bağçaları,
Qurtuluş küçəsindəki hasarlar və piyada
yolları, Heydər Əliyev prospektində və Qurtuluş
küçəsində 500-dən artıq işıq dirəyi
əsaslı təmir olunub.Cəlilabad şəhərinin
işməli su və kanalizasiya sisteminin yenidən qurulması
başa çatdırıldıqdan sonra həmin proses
zamanı dağılmış küçələrin bərpasına
başlanılmış və qısa müddət ərzində
Cavadxan küçəsində 4,8, Mehdi Hüseyn küçəsində 4,5 , Azərtürk küçəsində
2,5, Mirzəli Hüseynzadə küçəsində 1,0
kilometr, Fərid Əhmədov küçəsində 700
metr, Qudrət İsmayılov küçəsində 450 metr
və 28 May küçəsində 600 metr olmaqla cəmi 14,5
kilometr asfalt döşənib.9,7 kilometrlik Cəlilabad-Uzuntəpə
yolunun yenidən qurulub. Eyni
zamanda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Sərəncamlarına əsasən 35 kilometrlik
Maşlıq - Muğan - Kazımabad - Göytəpə -
Privolnoye - Ağdaş - Soyuqbulaq avtomobil yolu çəkilmiş,
Cəlilabad şəhər 8
saylı körpələr evi-uşaq bağçası
üçün 100 yerlik yeni bina tikilmiş, Cəlilabad şəhərində
8 çoxmənzilli binanın dam örtüyünün təmirinə
başlanılmışdır. Yaxın günlərdə
Cəlilabad şəhərinin digər küçələrinə
asfalt döşənəcək, Uzuntəpə kəndində
xalça istehsalı emalatxanası tikiləcəkdir.
Ötən il rayonda 8046 iş yeri
açılıb. Bunun 756-sı daimi iş yerləridir.Rayonun
5 kəndində modul tipli məktəblərin inşası
başa çatdırılıb. Cəlilabad
şəhərinin yeni massivində 624 şagird yerlik tam orta məktəbin,
10 kənddə isə modul tipli məktəblərin tikilməsi
nəzərdə tutulub.
Regionların sosial-iqtisadi inkişafı ilə
bağlı dövlət proqramının icrası cari ildə
də Cəlilabad rayonunun inkişafında əhəmiyyətli
rol oynayıb.
Cəlilabad Rayon İcra Hakimiyyətindən bildirilib ki, 2019-cu ilin
birinci rübündə Cəlilabad rayonunun
iqtisadiyyatını möhkəmləndirmək
üçün daxili imkanlardan səmərəli istifadə
edilmiş, mədəniyyətin və mənəvi dəyərlərin
inkişafına diqqət artırılmış, ictimai-siyasi
sabitlik qorunub saxlanılmışdır. Rayon
iqtisadiyyatının əsasını təşkil edən
aqrar bölmənin inkişaf etdirilməsi üçün
bütün imkanlardan maksimum istifadə edilmiş, kənd əməkçilərinə
nümunəvi xidmət göstərilmişdir. Bunun nəticəsidir
ki, hazırda 62,6 min hektar taxıl, 1624 hektar paxlalı bitkilər,
1500 hektar üzüm, 4800 hektar kartof, 420 hektar çiyələk əkilmiş və həmin sahələri
yüksək aqrotexniki qaydada becərilir.Keçən il 5000
hektar sahədə kartof əkilmiş, hər hektardan 221
sentner məhsul götürülərək 110,5 min ton kartof
istehsal edilmişdir. Bu il əkilmiş 4800
hektar kartof sahəsindən 110 min tondan artıq məhsul
götürüləcəyi gözlənilir. Həmçinin
istixana şəraitində 1500 hektar sahədə kartof becərilmiş,
35 min ton faraş məhsul istehsal edilmiş və Rusiya
Federasiyasına 25 min ton kartof ixrac edilmişdir. Bu il kartof
satışından fermerlərin büdcəsinə 9,1 milyon ABŞ dolları məbləğində
vəsaitin daxil olacağı ehtimal edilir. Rayonda 2018-ci ildə
505 hektar sahədə pambıq əkilmiş və 1446,6 ton və ya əvvəlki ilə nisbətən
446,6 ton çox məhsul istehsal edilmişdir. Ümumi məhsuldarlıq
hər hektardan
28,65 sentner olmuşdur ki, bu da respublika üzrə ən
yüksək göstəricidir.
Pambıqçılığın yenidən bərpa edilməsi
nəticəsində 200 nəfərdən çox sakin
işlə təmin edilmiş, fermerlərə 947,7 min manat vəsait ödənilmişdir.
Əlavə olaraq istehsalçılara son məhsula görə
146,6 min manat subsidiya verilmişdir. Cari ildə isə 507 hektar sahə keyfiyyətlə
şumlanmış, aqrotexniki qaydalara uyğun
hazırlanmış və istehsalçılarla müqavilələr
bağlanmışdır. Sahələrə
çiyid səpini optimal müddətdə başa
çatdırılmış və normal
çıxış alınmışdır. Əkin
suyuna olan tələbatı ödəmək üçün
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 mart
tarixli Sərəncamına əsasən rayonumuzda 20 subartezian
quyusunun qazılması plana salınmış və 2018-ci il
31 avqust tarixli Sərəncamı ilə rayon ərazisindəki
"İncəçay", "Cəfərxanlı",
"Üçtəpə", "Bəylər" və
"Alıcı" su anbarlarında təmir-bərpa işlərinin
aparılması məqsədilə 4,5 milyon manat vəsait
ayrılmışdır. Bununla əlaqədar həmin bəndlərdə
torpaqbərkitmə işləri görülmüş, dəmir-beton
konstruksiyalar quraşdırılmış, siyirtmələr və
suaxıdıcı borular dəyişdirilmişdir.
Hazırda son tamamlama işləri görülən
bəndlərin istifadəyə verilməsi əkin sahələrinin
suvarma suyu ilə təminatının yaxşılaşdırılmasında
mühüm rol oynayacaqdır.
Regionların sosial-iqtisadi inkişafı ilə
bağlı dövlət proqramı çərçivəsində
rayonda kənd təsərrüfatının və sənayenin
inkişaf etdirilməsi əhalinin məşğulluğunun təmin
olunmasına da müsbət təsir göstərmişdir. Belə ki, birinci rübdə
2545 yeni iş yeri açılmış, 755 nəfər
ictimai işlərə, 341 nəfər isə özünüməşğulluq
proqramına cəlb edilmişdir. Yaz mövsümündə Cəlilabad-Uzuntəpə
və Cəlilabad-Qarazəncir-Bayxanlı avtomobil yolunun ətrafında
20 mindən çox bəzək ağacı və gül
kolları əkilmiş, Cəlilabad-Biləsuvar avtomobil yolunun kənarında
tarlaqoruyucu meşə zolaqları salınmışdır. Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 9 aprel tarixli Sərəncamına
əsasən
hazırda 10 kənddə modul tipli məktəb
tikilir. "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən
5 il ərzində Cəlilabad şəhərinin Yeni
yaşayış massivində 624 şagird yerlik tam orta məktəbin,
habelə 15 orta, ümumi və ibtidai
məktəbin tikilməsi, Cəlilabad peşə liseyinin
və 4 tam orta məktəbin təmir edilməsi nəzərdə
tutulmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin tapşırığına əsasən
hər il olduğu kimi, bu il də fevralın 11-dən mayın
1-dək vətəndaşların kütləvi pulsuz tibbi
müayinəsi həyata keçirilir. Uğurla davam edən
bu aksiyada indiyədək 119916 nəfər iştirak
etmişdir ki, onların da 108186-sı sağlam hesab
edilmiş, 10251-i ambulator müalicəyə, 854-ü stasionar
müalicəyə cəlb edilmiş, 625-i isə
ixtisaslaşdırılmış tibb müəssisələrinə
göndərilmişdir.
Sadalanan
faktlar deməyə əsas verir ki, ölkədə həyata
keçirilən "Azərbaycan Respublikası
regionlarının 2019-2023-cü illərdə sosialiqtisadi
inkişafı Dövlət Proqramı"na uyğun
olaraq təbii resurslardan
mümkün qədər tam və səmərəli istifadə
olunması, təsərrüfat subyektlərinin fəaliyyətinin
gücləndirilməsi, yerlərdə yeni innovasiyalara əsaslanan
məhsul və xidmət istehsalı sahələrinin dəyər
zəncirinin bütün həlqələri üzrə
inkişaf etdirilməsi, elmi-texniki tərəqqinin nailiyyətlərinin
tətbiqi ilə yaşıl iqtisadiyyatın inkişafı
üçün münbit şəraitin yaradılması,
bununla da ölkədə neft sektoru ilə yanaşı,
qeyri-neft sektorunun da dayanıqlı inkişafının təmin
olunması, qeyri-neft sektoru üzrə ixrac həcminin
artımına nail olunması, regionlarda, o cümlədən kənd
yerlərində yaşayan əhalinin layiqli məşğulluq
və gəlir əldəetmə imkanlarının artması
və onların sosial rifah halının yüksəlməsi,
beləliklə də regionların davamlı və tarazlı
inkişafının təmin olunmasına səbəb olacaq.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2019.- 14-15 may.- S.15.