Regional proqramlar
çərçivəsində
həyata keçirilən
yol infrastruktur layihələri
bölgələrdə
turizmin inkişafına təkan verib
15 ildən
artıqdır ki, uğurla
icra edilən Regionların sosial-iqtisadi
inkişafına dair Dövlət
Proqramları həyatımızın bütün
sahələrində inkişafa, tərəqqiyə
səbəb olub. Regional
proqramlar çərçivəsində
bölgələrdə həyata keçirilən yol infrastruktur layihələri
təkcə həmin bölgələrin nəqliyyat
imkanlarını genişləndirib, əhalinin gediş-gəlişini
yaxşılaşdırmayıb. Paralel olaraq bir sıra regionlarda
turizmin də inkişafına təkan verib.
Məlum
Dövlət Proqramları
icra edilənə qədər turizm zonası olmasına baxmayaraq, hətta yerli turistlərin nadir hallarda üz tutduqları şimal, cənub, eləcə də digər regionlar bu gün
məhz yol infrastrukturunun yüksək
səviyyədə olması
səbəbindən güclü
turist axını ilə qarşılaşır.
Sevindirici hal ondan ibarətdir ki, hər Dövlət Proqramında bu istiqamətdə yeni-yeni işlər görülür,
yeni yol infrastruktur layihələri
həyata keçirilir.
Belə rayonlardan biri də respublikanın şimal zonasının dilbər guşələrindən
sayılan Quba rayonudur. Məlumat üçün qeyd edək ki, Quba rayonunda
turizm imkanlarını
genişləndirən yol
yenidən qurulur.
Vətəndaşların rahat gediş-gəlişinin
təmin olunması, yük və sərnişindşımanın rahatlaşması ilə bərabər bölgələrdə
kənd təsərrüfatı,
turizm və sənayenin birbaşa inkişafına səbəb
olacaq iri miqyaslı yol infrastrukturu layihələrinin
icrası davam etdirilir. Bu cür layihələrdən biri
68 min əhalinin yaşadığı
66 yaşayış məntəqəsini
birləşdirən və
46 km uzunluğa malik Quba-Qonaqkənd avtomobil yolunun yenidən qurulmasıdır.
Regionla proqramlar çərçivəsində
Quba-Qonaqkənd avtomobil
yolu keçdiyi ərazinin relyefinə uyğun olaraq III və Iv texniki
dərəcəyə uyğun
olaraq yenidən qurulur. Müvafiq olaraq yolun torpaq
yatağı 12 və
10 metr, hərəkət
hissəsi isə 7 və 6 metr təşkil edir. Avtomobil yolu uzun müddət
əsaslı təmir
olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən
yuyulmuş, hərəkət
hissəsində qabarmalar,
çalalar əmələ
gəlmişdir. Bu səbəbdən
də layihə çərçivəsində mövcud örtük sökülərək kənara
daşınıb, yararsız
qruntun qazılaraq çıxarılması, əvəzinə
yararlı material tökülərək
kipləşdirilməsi işləri
görülüb, bəzi
yerlərdə yolun normativ eninin alınması üçün
dağ yamaclarının
qaya tipli süxurları kəsilərək
çıxarılıb və
torpaq yatağı genişləndirilərək tələb
olunan hündürlüyə
qaldırılıb, yatağın
yamacları mexaniki üsulla hamarlanıb. Yol boyu tələb
olunan yerlərə su ötürücü boruların quraşdırılması
tələb olunduğu
üçün yol oyu 46 ədəd müxtəlif diametrli
metal, azbest və dəmir-beton suötürücü
borular quraşdırılaraq
izolyasiya olunub. Hazırda yol boyunca əsasın
tikintisi və asfalt-beton örtüyün
salınması işləri
həyata keçirilir.
Bunun üçün
450 min kv.m sahədə
əsasın alt və
üst layı müvafiq olaraq 45 və 16 sm hündürlükdə
qum qırmadaş və optimal qum-çınqıl
qarışığı ilə
tikilir. Yol boyu əsasın
alt layının tikintisi
demək olar ki, yekunlaşıb. Yolun 24 km-lik hissəsində isə hər iki layın tikintisi işləri yekunlaşdırılaraq asfaltlanma
işlərinə başlanılıb.
Əlaqələndirici bitum səpilməklə
yola iri və xırda dənəli asfalt-beton qarışığından örtük
salınır. Artıq yolun
12 km-lik hissəsinin asfaltlanması işləri
bitib. Hazırda digər 12 km-lik
hissədə işlər
aparılır. Yol
boyu mövcud küvetlər tam dolduğu
üçün, həmçinin
yolun yuxarı maillik olan hissələrində
atmosfer sularının
istiqamətləndirilməsi üçün beton küvetlərin tikintisi tələb olunduğu üçün 5 min paqon
metr uzunluğunda yeni dəmir-beton küvetlər inşa olunur, avtonəqliyyat vasitələrinin hərəkətinin
təhlükəsizliyinin təmin
edilməsi məqsədi
ilə istinad divarları tiklir, təhlükəli yerlərdə
yol kənarına dəmir-beton qoruyucu bloklar düzülür. Layihə çərçivəsində
yolun 35, 36 və 41-ci
km-lik hissəsində
kiçik dağ çayları üzərində
hər birinin uzunluğu 26 və 27 metr olan 1 aşırımlı
3 körpü inşa
edilib. Hazırda yolun 43 və
46-cı km-lik hissəsində
Babaçay və Cimiçay üzərində
yeni körpülər
inşa edilir. Babaçay üzərindən salınan
krpünün uzunluğu
126 metr, Cimiçay üzərindəki körpünün
uzunluğu isə 80 metrdir. Hər iki körpünün
ətrafında müvafiq
olaraq 280 və 160 metr uzunluğunda su nizamlayıcı və sahil bərkidici
dəmir-beton istinad divarları tikilir. Yolun yenidən qurulması əhalinin gediş-gəlişini
asanlaşdırmaqla yanaşı,
həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını
və meyvə-tərəvəzi
qısa vaxtda istədikləri ünvanlara
çatdırmağa imkan
yaradacaq. Bu yolun çəkilişi həm də Quba rayonunda turizm imkanlarını genişləndirəcək.
Azərbaycan Respublikası Prezidentinin
18 avqust 2018-ci il 419 nömrəli Sərəncamına
əsasən
Lerik rayonun 9 min 100 nəfər əhalinin yaşadığı 28 yaşayış
məntəqəsini əhatə
edən Piran-Hamarat-Vıjaker
avtomobil yolunun tikintisi də məhz bu regionda
turizmin inkişafına
təkan verən layihələrdən sayılır.
Dövlət Proqramına
əsasən yolu tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə
həvalə edilib, bu məqsədlə 11.3 milyon
manat vəsait ayrılıb və avtomobil yolunun tikintisi başa çatdırılıb. Dağlıq
ərazidə
yerləşən Piran-Hamarat-Vıjaker
avtomobil yolunun tikintisi, əhatə etdiyi yaşayış
məntəqələrinin rayon mərkəzi
ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında,
həmçinin bu bölgədə iqtisadiyyatın, kənd təsərrüfatının habelə
turizmin inkişafında,
mühüm əhəmiyyət
kəsb edir, yük və sərnişin daşımasını
xeyli yaxşılaşdırmağa
imkan verir. Lerik rayonunun Piran-Hamarat-Vıjaker avtomobil
yolunun tikintisi işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin
"45 ¹ li Yol İstismari "MMC tərəfindən
yerinə yetirilib.
Regionların sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı çərçivəsində
bölgələrdə həyata
keçirilən yol infrastuktur layihələrindən
biri də Hirkan-Daşdatük-Biləsər avtomobil yolunun tikintisidir. Azərbaycan Respublikası
Prezidentinin 17 avqust
2018-ci il 418 nömrəli
Sərəncamına əsasən
Lənkəran rayonunun
7 min 400 nəfər əhalinin
yaşadığı 7 yaşayış
məntəqəsini əhatə
edən Hirkan-Daşdatük-Biləsər
avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə
həvalə edilib, bu məqsədlə 9,1 milyon
manat vəsait ayrılıb və avtomobil yolunun tikintisi başa çatdırılıb. Dağlıq
ərazidə yerləşən,
eləcə də Qoruq ərazisindən keçən Hirkan-Daşdatük-Biləsər avtomobil yolunun tikintisi, əhatə etdiyi yaşayış
məntəqələrinin rayon mərkəzi
ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında,
həmçinin bu bölgədə iqtisadiyyatın, kənd təsərrüfatının habelə
turizmin inkişafında,
mühüm əhəmiyyət
kəsb edəcək,
yük və sərnişin daşımasını
xeyli yaxşılaşdırmağa
imkan verir. Lənkəran rayonunda Hirkan-Daşdatük-Biləsər avtomobil yolunun tikintisi işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "7 ¹ li Magistral Yolları İstismarı "MMC tərəfindən
yerinə yetirilib.
Bakı-Şamaxı-Muğanlı avtomobil
yolunun tikintisi Azərbaycan Respublikası
Prezidenti tərəfindən
təsdiq edilmiş
"Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"na
uyğun olaraq, Azərbaycan Hökuməti
ilə Dünya Bankı qrupuna daxil olan Beynəlxalq
Yenidənqurma və İnkişaf Bankı arasında 2010-cu il 11 avqust tarixində imzalanmış
7889 AZ nömrəli Borc
Sazişi və Beynəlxalq İnkişaf
Assosiasiyası ilə
imzalanmış və
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2010-cu il 06 oktyabr tarixli 296s saylı Sərəncamı ilə
təsdiq edilmiş
4723 AZ nömrəli Kredit
Sazişi əsasında
aparılıb. Bakı-Şamaxı-Muğanlı
avtomobil yolunun 4 zolağa yenidən qurulması nəticəsində
müasir, təhlükəsiz yol infrastrukturu yaranacaq, turizmin və regionların sosial-iqtisadi inkişafı, yol istismar və nəqliyyat xərclərinin
azaldılması, vaxta
qənaətin əldə
edilməsi hesabına
Abşeron, Dağlıq
Şirvan iqtisadi rayonlarının və ümumilikdə respublika iqtisadiyyatının inkişafında
mühüm rol oynayacaq.
Dövlət proqramları çərçivəsində
regionlarda turizmin inkişafına gətirib
çıxaracaq layihələrdən
biri də Şəmkir-Yeni Göyçə-Dağ
Cəyir avtomobil yolunun tikintisidir. Belə
ki, Azərbaycan Respublikası Prezidentinin
2014-cü il
13 iyun tarixli Sərəncamına uyğun
olaraq 5 min nəfər
əhalinin yaşadığı
7 yaşayış məntəqəsini
birləşdirən, ümumi
uzunluğu 31,0 km olan Şəmkir rayonunun Şəmkir-Yeni Göyçə-Dağ
Cəyir avtomobil yolunun tikintisinə başlanılıb və
bu məqsədlə Şəmkir
rayon İcra Hakimiyyətinə
3,0 milyon manat vəsait ayrılıb. Prezidentin növbəti-
2017-ci il 13 yanvar tarixli 2607 nömrəli Sərəncamına uyğun
olaraq Şəmkir rayonunun Şəmkir-Yeni Göyçə-Dağ Cəyir
avtomobil yolunun tikintisinin başa çatdırılması "Azəravtoyol" Açıq
Səhmdar Cəmiyyətinə
həvalə edilib.
Qax rayonunun Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisi layihəsi turizmin inkişafına vəsilə olacaq layihələrdəndir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü ilin 22 fevral və 2014-cü ilin 2 mart tarixli Sərəncamlarına əsasən Qax rayonunun Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisinə Qax Rayon İcra Hakimiyyəti tərəfindən başlanılıb, 2016-cı il 22 avqust tarixində cənab Prezidentin imzaladığı 2282 nömrəli Sərəncamla sözügedən avtomobil yolunun tikintisi işlərinin başa çatdırılması "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilib. Yolun uzunluğu 23,5 km-dir və IV texniki dərəcəyə uyğun olaraq layihələndirilərək yenidən qurulub. Bu yolun tikintisi 7 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmağa imkan verəcək.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2019.- 16-17 may.- S.15.