İmadəddin Nəsimi yaradıcılığında

 ilahi sevgi və vəhdəti vücud fəlsəfəsi

 

"XIV əsr şairi İmadəddin Nəsimi yaradıcılığında bir çox dini, əfsanəvi və mifoloji adlara geniş şəkildə müraciət olunmuşdur. Hz. Adəm, Hz. İbrahim, Hz. Yusif, Hz. Məhəmməd, Hz. Musa peyğəmbərlə bağlı hadisələr daha çox mövzu obyektinə çevrilmiş, simvollaşdırılmış obraz kimi verilmişdir. Şairin qəzəllərində tez-tez rast gəldiyimiz, rəğbətlə adının çəkilməsinə şahid olduğumuz şəxsiyyətlərdən biri də Həllac Hüseyn ibn Mənsurdur. Burada qeyd etək istərdik ki, hələ Nəsimidən əvvəl Qazi qəzəllərində Həllac Mənsura böyük hörmət və məhəbbətlə qarşılaşırıq. Sonrakı məqamda artıq Nəsimi qəzəlıərində bir poetik obraz kimi çıxış etdiyimin şahidi oluruq. Bəs Həllac Mənsur kim idi və XIII-XIV əsr şairlərinin ona rəğbətinin səbəbləri nədə idi?" Bu fikirləri Olaylar.az-a açıqlamasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin elmi işçisi Səltənət Əliyeva deyib.

 

Səltənət Əliyeva bildirir ki, "Həllac Mənsur bütün Yaxın Şərq ədəbiyyatında əsrlər boyu mərdlik, rəşadət, qorxmazlıq və fədakarlıq timsalı kimi məşhur olmuş, şairlərin və aşıqların dərin məhəbbətini qazanmışdır: "Nəsimi də gənc yaşlarından bu şairi ürəkdən sevmiş, onu əfsanəvi bir qəhrəman, həqiqət aşiqi mərd və cəsur bir insan kimi öz şeirlərində böyük ehtiramla tərənnüm etmişdir."(M.Quluzadə ) M. Quluzadıənin Nəismi yaradıcılığından bəhs edərkən dediyi bu fikirlər yuxarıda da bildirdiyimiz kimi Nəsimidən əvvəl bir çox şairlərin yaradıcılığında özünə yer etmişdir. Nəsiminin fikirlərinə görə o şəxs Mənsurdur ki, o ilahi eşqi yolunda Həllac Mənsur kimi canını fəda etmişdar ağacından asılmışdır. Aşağıdakı beytlərdə Həllac Mənsura Nəsiminin qibtə etdiyi qabarıq şəkildə özünü büruzə verir, eyni zamanda da Həllacın məhz "ənəlhəq" kəlməsinə görə edam olunduğuna işarə edilir:

Gər ənəlhəq söyləsəm, dara asılsam nə qəm,

Bunca Mənsurun asılmış başı bər-dar üştə gör.

Beləliklə də, Nəsimi yaradıcılığında təsəvvüfi ideyaların çarçısı olan Həllac Mənsura biganə yanaşılmadığının, ona dərin hörmət və rəğbətin əks olunduğunun şahidi oluruq.

Təsəvvüfi simvol və rəmzlər klassik şairlərin yaradıcılığında mühüm mövqeyə malikdir. XIV əsr şairi olan Nəsimi yaradıcılığında rast gəldiyimiz bu rəmzlərin çoxluğu bu dövr üçün təbii bir hal idi. Lakin bu simvollardan mükəmməl şəkildə istifadə hər şairə nəsib olmurdu Bu mövqedən yanaşdıqda zülf, küfriman, eşq dənizi, qabi qövseyns. bu kimi rəmzlər çox müraciət edilən simvollar kimi diqqəti cəlb edir.

Məlumdur ki, Yaradan klassik şairlərin yaradıcılığında bir sıra adlarla yad edilmişdir. "Allahı onun adı və atributları vasitəsilə dərk etmək mümkümdür. Əsli "Quran"a bağlı olan və Allahın camal sifətlərini bildirən adların metaforik ifadə olunması orta əsrlərin poetik üslubunda mühüm yer tutur."(Z. Allahverdiyeva ) Nəsimi qəzəlləri də bu baxımdan yanaşdıqda fərqlənmir. Bu baxımdan Yaradanın Nəsimi yaradıcılığında bir sıra adlarla yanaşı "nəqqaş" adlandırılması ilə də qarşılaşırıq.

"Nəqş" və "nəqqaş" klassik ədəbiyyatda rəmzi anlam daşıyır. Belə ki nəqş dedikdə "əzəldən əbədə kimi zaman çərçivəsində yaranan, xəlq olunan bütün varlıq aləmi" nəzərdə tutulur. (N.Göyüşov) "Xaliq isə nəqqaş və müsəvvir kimi təsəvvür edilir."(N.Göyüşov) Və metaforik obraz kimi diqqəti cəlb edir. Yəni bütün kainatın yaradıcısı, aləmləri yoxdan var edən Allah nəqqaş adlandırılır və beləliklə də, ədəbiyyatda "nəqqaş" və "nəqş" dedikdə Yaradan və yaradılan nəzərdə tutulur. Allahın nəqqaş kimi anılmasında da Nəsimi qəzəlləri diqqəti cəlb edir. Aləmləri yaradan, yoxdan var edən Allah ən gözəl nəqqaş kimi qeyd edilmişdir.

Ey camalın ərşi rəhman qabi-qövseyn qaşınız,

Nəqşi ma əhva yazıbdır hüsnünə nəqqaşımız.

Nəqqaşı nəqş içində hüsnündə gördü zahir,

Güzgüsünün üzündən hər kəs gedirdi pası.

Bu bir sirdir ki, Yaradan yaratdığının - insanın üzündə adını həkk etmiş, daha doğrusu, gizləmişdir. "Güzgü" insanın qəlbi mənasındadır. Bunu isə hər kəs bilə bilməz. Beləliklə də, belə gözəllikləri yaradanın məcazi analamda görünməməsi, yalnız yaratdıqlarında əks olunması fikrinətoxunulur. Dolayı yolla Allahın hər yerdə təcəllisi fikri irəli sürülür. Digər beyt isə sanki birinci beytdə olan fikirləri davam etdirir."

Klassik ədəbiyyatın əsasında duran və qəzəllərin mövzuca, demək olar ki, ana xəttini təşkil edən eşq fəlsəfəsi Nəsimi qəzəllərində özünəməxsus xüsusiyyətləri ilə diqqəti cəlb etdiyini qeyd edən Səltənət Əliyeva bildirir ki,  Nəsiminin "Eşq" rədifli qəzəlində də eşqin ucalığı, insanı mənəvi kamilliyə yüksəltməsi kimi fikirlər dönə-dönə vurğulanmışdır. Hər şeydən əvvəl deyə bilərik ki, orta əsr poeziyasında eşq dedikdə daha çoxilk anlamda ilahi eşq nəzərdə tutulur. Elə Nəsimi qəzəllərini ucaldan, bu qədər dəyərli edən cəhətlərdən biriilahi eşqin tərənnümüdür ki, buna - ilahi mahiyyət daşıyan eşqin tərənnümünə şairin yaradıcılığında geniş yer verilmişdir. Təsəvvüfi ədəbiyyatda eşq Allaha gedən yoldur. Bu yolun yolçusunun sonu Tanrıya qovuşmaqdır. İnsanın öz əslinə qayıtmaq istəyidir. Bu isə ilahi eşqdir. Eşqin yolları sirli bir aləm kimi sehrli və cəlbedicidir. Eşqi yolunda çanını fəda edən isə əsl aşiqdir. Yarına qovuşmağa layiqdir.

Könlümə eşqünü cün əzəldən qismət qıldı həq,

Ta əbəd eşqindən özgə nəsnə, zinhar isdəməz..

Təsəvvüfi ədəbiyyatda Allah bir nur, insan isə onun bir zərrəsi kim rəmzləşdirildiyini qeyd edən Səltənət Əliyeva qeyd edir ki, o, Allahdan - öz əslindən ayrılıb yer üzünə gəlir: "Elə o gündən də ayrıldığı yerə, məkana qayıtmaq istəyir. Geri dönüş üçün isə müəyyən şərtlər vardır ki, onlara da hər kəs əməl edə bilmir. Bu yolda insan mübarizə aparır. Bu mübarizənin dərəcəsi isə artıq onun eşqinin səviyyəsini müəyyən edir, onun göstəricisinə çevrilir. İnsan bu yolda nə qədər çox əzab çəkərsə, nə qədər çox bəla görərəsə, əslinə o qədər tez qovuşar. Və belə nəticəyə gəlirik ki, insan nə qədər bəlalara düçar olarsa, Allaha bir o qədər də yaxın olar. Beləliklə, bu eşq insanı Allaha qovuşduran bir yol kimi rəmzi məna daşıyır. Eyni zamanda hər şeyin kökündə eşqin dayandığına işarə olunur. Yuxarıdakı beytlərdə də məhz bu məsələyə eşqin hələ dünyaya gəlməmişdən öncə insanın mayasına Allah tərəfindən qatılmasına və hər şeyin ibtidasında eşqin dayandığna işarə vardır."

Nəsimi qəzəllərində eşqin sonu Allaha qovuşmaqdır. Yəni vəhdəti-vücud fəlsəfəsidir. Aşiq bu eşqdən usanmazsa, bu eşqin sonunda o, məşuquna qovuşar. Lakin bu yolda iztirablar, əziyyətlər çəkmək şərtdir. İztirab, əziyyət dedikdə isə, burada bu dünyadan, dünya ləzzətlərindən imtina, bu dünyadan tamamilə təcrid olunma, bir sözlə, nəfsin buxovlarınıdan yaxa qurtarmalı olduğu nəzərdə tutulur. Aşağıdakı beytlərdə də bu fikir vurğulanır. Haqq aşiqinin canından keçməsi isə onun ruhən məstliyidir.

Aşiq bəla yolunda gərək kim həmail ola,

Məşuqədən ana gəlirsə qəbul ola.

Gər xəlil olmaq dilərsən yar ilə gerçəkliyin,

Dilbərin yolunda əvvəl şərt budur ki, yanasan.

Yalnız bundan sonra yarına qovuşmaq olar.

Həm aşiq öz sevgisinin qarşılığını ummamalı, bu eşqin qarşlığöını gözləməməlidir. Çünki bu eşqin son yolçuluğu, elə ən böyük mükafat, əslinə qovuşma, vəhdəti vücuddur. Yox, əgər kimsə bu yolda umacağı varsa, onda həm Nəsimiyə görə onun əməlləri faydasız boşdur.

Can ilə həm cahanı tərh etməyən bu yolda,

Dünyəvi axirətdə bielmi biəməldir.

Bu yolda insanın birinci keçəcəyi isə onun canıdır.

Canını tərk eylə kim bu yolda canan bulasan,

Kim ki can versi bu yolda bu ol cananəyi.

Yalnız bundan sonra, yəni bu dünyanı ruhən tərk edərsə, dünya nemtlərini, bu dünyanın cahi-cəlalını görməzsə yalnız Məşuqunu düşünərsə, o zaman Aşiq Məşuquna qovuşmuş olur ki, bu da qeyd etdiyimiz kimi ən son mərhələ -.insanın ariflik məqamıdır."

Haqq aşiqinin Tanrıya qovuşması artıq son mərhələdir. Bu zaman onun üçün artıq ikilik yoxdur. Bu isə ruhun ölməzliyti, başqa sözlə desək, vəhdət anlayışıdır ki, bu mövzu da Nəsimi qəzəllərinin əsas mövzularındandır.

"Beləliklə , təsəvvüfdə iikilik, aşiq məşuqun eyniliyi, vəhdəti-vücud Nəsimi qəzəllərinin əsas mövzularındandır.

Səndən bəni kimdir ayıran, sən,

Zahirdə batinimdə sənsin.

Həq vahidü la şərüki ləhdür,

Sənlük aradan götür ki mənsən.

Göstərilir ki, əslində aşiq məşuq da eynidir. İnsan fənaya uğrayanda bu aydınlaşır. Məlum olur ki, onlar eyni varlıqlardır. Yəni "Əgər bəşəri həvəslər tamamilə atılırsa, insan öz varlığında Haqq nurundan başqa hər şeyi unudursa, yalnız pak əxlaqi-mənəvi dəyərləri qəbul edib nəfsi həyatla natamam əxlaqi-mənəvi düşüncə ilə əlaqəni kəsirsə, fənaya uğrayır" (Babayev.Y)

Məşuq ilə aşiq oldu vahid,

Qafvəl qələm oldu qissə kutab.

"Təsəvvüfçülərə görə bütün masiva haqq zatının təcəllisi olduğundan varlıqda hansı səmtə baxsanız, Allahı görərsiniz, kainatdakı hər bir cisim mövcudluqda Haqqın nişanəsi zühuru vardır." (Y. Babayev) Aşağıdakı beytlərdə məhz bu fikrin ifadəsinin şahidi oluruq.

Hər nəyə kim baxırsən onda sən Allahı gör,

Qəncərü kim əzm qılsan sümmə vəchullahı gör.

Belə şəxslər üçün isə artıq bu dünya puçdur, fanidir. Qəlbində ilahi sevgi olan insan gərək bu dünyanın nazi-nemətlərinə aldanmasın. Bütün bunların ötəri, müvəqqəti olduğunu bilsin. Elə mömünlərə görə bu dünya fanidir. Çünki bu dünyada heç kim sona qədər yaşamır. Bu dünyada olan varsa aldadıcıdır. Nəfsin insan üçün qurduğu bir tordur. Bu səbəbdən dünyanın faniliyi ilə bağlı fikirlər Nəsimi yaradıcılığında açıq şəkildə verilmişdir. Yəni şair dünyanın fanniliyi, müvəqqətiliyi fikrindədir.

Dünya duracaq yer deyil ey can səfər eylə,

aldanma anun alına, andan həzər eylə.

Burada qeyd etmək istərdik ki, Nəsimi təkcə dünyanın faniliyi fikrini söyləməklə qalmır, öz nəzəriyyəsini sübutlarla, təcrübələrlə verməyə çalışır.

Bununla da aydın olur ki, Nəsimi yradıcılığı i şairin qəlbindəki ilahi məhəbbəti əks etdirmək çün mühüm vasitəolmuşdur. Şair bunu əks etdirməklə qalmamaış, insanı kamilliyə qovuşduran yolları da göstərmişdir."

 

Nigar Adil

 

Olaylar.- 2019.- 18-20 may.- S.12.