Son illər yüzminlərlə yeni iş yeri
açılıb ki, bu
da işsizliyin aradan
qaldırılmasında müstəsna rol oynayır
Azərbaycanın
uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir
Azərbaycanda
sosial yönümlü
siyasət 2003 cü ildən başlayaraq mərhələli şəkildə
həyata keçirilir.2019 cu ilin əvvəlindən isə ölkənin iqtisadi gücü günbə-gün
artdığı üçün sosial sahəyə daha çox diqqət ayrılır. Bu gün ölkəmizdə yoxsulluğun
səviyyəsi 5 faizə düşüb.
Vətəndaşların sosial müdafiəsinin
gücləndirilməsi, əhalinin aztəminatlı təbəqələrinə
kömək göstərilməsi, yoxsulluğun
aradan qaldırılması Azərbaycanda
dövlət siyasətinin başlıca istiqamətlərindən
biridir. Artan iqtisadi imkanlarımız iktidara
şərait yaratdı ki, sosial
məsələlərə də çox
böyük diqqət yetirsin.
Son 15 il ərzində maaşlar 7, pensiyalar 9 dəfə artıb. Bu isə Azərbaycan dövlətinin Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində apardığı davamlı işlərin nəticəsidir. Dayanıqlı İnkişaf Məqsədlər təsdiq edir ki, yoxsulluğun aradan qaldırılması iqtisadi artımın təmin edilməsinə yönələn strategiyalarla əlaqəli şəkildə həyata keçirilməlidir. Onlar təhsil, sosial müdafiə və məşğulluq imkanları da daxil olmaqla geniş spektrli sosial ehtiyacları və bununla yanaşı, iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin mühafizəsini ön plana çəkir. Azərbaycanın dünya birliyində və regionumuzda aparıcı dövlətlərdən biri olamsı, diplomatik əlaqələrimizin genişlənməsi və bu illər prezident İlham Əliyev tərəfindən xarici dövlət başçıları, rəsimləri ilə ikitərəfli görüşlərin keçirilməsi, müqavilələrin bağlanması ilə nəticələnib. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Onunla hesablaşırlar, ona hörmət və ehtiramla yanaşırlar.
Bugünkü Azərbaycan Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmizdə müsbət dəyişikliklər baş verib. Bu dəyişikliklər hər birimizin gözü önündə reallaşıb. Hər bir vətəndaşımızın rahat yaşaması üçün təmin olunan rifah reallığının ən mühüm nemətlərindən biridir. Bu gün Azərbaycan güclü iqtisadiyyata, kifayət qədər dayanaqlı sosial duruma malik dövlət kimi vaxtılə bir məkanda olduğu ölkələrin çoxlarına nümunədir. Sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin olunması və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir. Regionların sosial-iqtisadi inkişaf proqramlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi, fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına müsbət təsir edir. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı döyüşlərdə fiziki sağlamlığını itirmiş vətəndaşların, əlillərin mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Şəhid ailələri və əlillərə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilir.
Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni dinamika gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Çünki, onun siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Bu gün Azərbaycan öz iqtisadiyyatı, büdcəsi, demoqrafik vəziyyəti, hərbi gücü və bir sıra digər parametrlərinə görə hər cəhətdən tənəzzülə uğrayan düşməndən qat-qat üstündür və bütün bunlar cənab Prezidentimiz İlham Əliyevin apardığı siyasətin nəticəsidir. Azərbaycan iqtisadi cəhətdən daha da yüksək potensiala sahib olduqca, sosial proqramlar da inkişaf edərək daha geniş təbəqələri əhatə edir. Son illər yüzminlərlə yeni iş yeri açılıb ki, bu da işsizliyin aradan qaldırılmasında müstəsna rol oynayır. Ölkəmizdə hökm sürən hərtərəfli dinamik inkişaf sabitlik əmin-amanlıq beynəlxalq mövqelərimizin də daha da möhkəmlənməsinə xidmət edir. Məhz yenə bu diqqət və qayğının bariz nümunəsidir ki, xalqın sosial rifah şəraitinin yaxşılaşdırılması üçün hər cür şərait yardılmış və yaradılmaqda da davam edir. Prezident İlham Əliyevin idarəçiliyində diqqəti çəkən ən mühüm məqam ictimai öhdəliklərə, xalq qarşısında verdiyi hər bir vədə sadiqlik göstərməsi, xalqın sosial rifahının yaxşılaşdırılması, ölkənin iqtisadi cəhətdən möhkəmlənməsi üçün davamlı tədbirlər həyata keçirməsidir. Artıq Azərbaycan sosial dövlət modelini uğurlu tətbiq edən ölkələr sırasındadır. Azərbaycanın qısa zaman ərzində nail olduğu bugünkü inkişafı və gələcəyə doğru hesablanmış hədəfləri beynəlxalq miqyasda maraq doğuran hadisə kimi qiymətləndirilir. Sosial sahədə uğurlar,xalqın ildən-ilə yüksələn rifahı dövlətimizin başçısı cənab Prezident İlham Əliyevin uzaqgörən siyasətini nəticəsidir. Azərbaycan prezidenti xalqın rifahının daha da yaxşılaşması üçün var qüvvəsi ilə bütün resusları işə salaraq işləyir, Xalq bütün məqamlarda dövlətin xalqın yanında olduğunu görür və dəyərləndirirlər.Bu sosial siyasət son deyil,davamlı olacağına inanırıq. Dövlət başçısının cəmiyyətin sosial sifarişinə uyğun çevik qərarlar qəbul etməsi, problemlərə böyük həssaslıqla yanaşması, daim ictimaiyyət arasında olması cəmiyyətin nəinki tərəqqisini, həm də xoş ovqatını təmin edən mühüm cəhətlərdir. cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində əhalinin sosial rifahının yüksəldilməsi və sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilmiş və mühüm uğurlar əldə olunmuşdur. Azərbaycan xalqını uğurlu gələcəyə aparan bu siyasət növbəti illərdə də davam etdiriləcək, respublikamız cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf tempini sürətləndirərək qabaqcıl dövlətlər arasında layiqli yerini tutacaq.
Azərbaycanın inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri ölkədə genişməzmunlu islahatların həyata keçirilməsi ilə bağlıdır. Bu gün Azərbaycanda genişmiqyaslı sosial siyasət aparılır. Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, dövlətin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu siyasətin məqsədi Azərbaycanda sosialyönümlü dövlət quruculuğunu təmin etməkdir. Bu istiqamətdə də son illər mühüm addımlar atılmaqdadır. Demək olar ki, hər il əməkhaqlarının, təqaüdlərin, sosial müavinətlərin artırılması buna sübutdur. O cümlədən, aztəminatlı ailələrə verilən ünvanlı sosial yardımlar, şəhid ailələrinin, Qarabağ əlillərinin, ümumillikdə sağlamlığı məhdud olan insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri addımlar atılır. Bu gün Azərbaycanda sosial siyasət prioritet istiqamət kimi müəyyənləşdirilib. Davamlı xarakter alan bu siyasətin reallıqları isə ciddi infrastruktur layihələr, artan əməkhaqları və sosial müavinətlər, bir sözlə, insanların yüksələn rifah halında konkret ifadəsini tapır. Son illərin reallıqları ondan ibarətdir ki, ölkəmizin dinamik iqtisadi inkişafı sosial sahənin də yüksəlməsinə səbəb olub. İqtisadiyyatda həyata keçirilən köklü dəyişikliklər makroiqtisadi sabitliyi təmin etməklə bərabər, əhalinin sosial müdafəsini də gücləndirmək üçün möhkəm zəmin yaradıb. Ölkəmizdə sosial məsələlərin həlli üçün güclü iqtisadi imkanlar varımızdır. Azərbaycan bu istiqamətdə də liderlik göstərir. Dünya miqyasında iqtisadi artım templərinə görə biz ön plandayıq. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial - iqtisadi inkişaf strategiyası Azərbaycan Prezidenti cənab İlham Əliyevin fəaliyyətində yaradıcı şəkildə uğurla davam etdirilir. Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir. Çünki bu siyasət xalqımızın rifah halının yaxşılaşmasına hesablanıb. Bu siyasət ölkəmizin güclü dövlətə çevrilməsinə hesablanıb. Azərbaycanda həyata keçirilən sosial siyasət ölkənin hər bir vətəndaşını əhatə edir.
Bu gün ölkəmizdə keçirilən beynəlxalq yarışlar Azərbaycanın iqtisadiyyatına xeyir verəcək bir amildir. Azərbaycan dünyada elə ölkələrdəndir ki, bütün sahələrdə əldə olunan nailiyyətlər konsepsiyaya əsaslanır. O cümlədən də, idman sahəsindəki qələbələr, nəticələr də məhz konsepsiyaların, uzun dövr üçün hazırlanan proqramların nəticəsində əldə olunub. Bu yarışlar sayəsində həm iqtisadi artıma müsbət istiqamətdə təsir göstərəcək, həm də ölkəmizin gözəlliyi xarici qonaqlar tərəfindən kəşf olunacaq. Bu uğurlu siyasət nəticəsində ölkəmiz dünya ölkələri arasında bütün sahələr üzrə günü-gündən inkişaf edən bir ölkə kimi tanınır.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2019.- 28-29 may.- S.15.