Azərbaycan dövlətçiliyinin şərəfli tarixi

 

28 May Şərqdə ilk demokratik respublikanın qurulduğu gündür

 

28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 101 il ötür. Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türkİslam dünyasında ilk parlamentli cümhuriyyət və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Azərbaycan müstəqillik elan etdikdən sonra özünü  Xalq Cümhuriyyətinin varisi elan edib və 1990-cı ildən Cümhuriyyət Günü dövlət bayramı kimi qeyd edilir. Onu da qeyd edək ki, 2017-ci il mayın 16-da Prezident İlham Əliyev "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilib.

Xatırladaq ki, 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) - müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıları tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyub. Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə - Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü. Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahats. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib. 1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Cümhuriyyətinin üç rəngli bayrağı qəbul edilib. O zamana qədər Azərbaycan Demokratik Cümhuriyyətinin bayrağı qırmızı rəngdəydi. Azərbaycan Demokratik Cümhuriyyətini rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub (4 iyun 1918-ci ildə). Azərbaycan Demokratik Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

Qürurla qeyd etməliyik ki, 28 May günü tariximizə Respublika günü kimi daxil olub. Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir. Çünki həmin gün - 1918-ci il mayın 28-də - Gülüstan və Türkmənçay müqavilələrindən sonra müstəqilliyini itirən, yüz ildən artıq müstəmləkə şəraitində yaşayan, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan azadlığa çıxdı. 1918-ci il mayın 28-də "İstiqlal bəyannaməsi"ndə Azərbaycanın müstəqil dövlət olduğu elan edildi. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman-şərqində yaranmış ilk xalq-demokratik respublikası statusunu qazandı. Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır. Lakin müstəqillik təsadüfən qazanılmır və ya onu hədiyyə etmirlər. Müstəqilliyə gedən yol böyük mübarizələrdən keçir. Onu qazanmaqqoruyub saxlamaq qurban tələb edir. Əldə edilmiş bu azadlıq xalqımızın böyük mübarizəsinin, onun böyük oğlu Məhəmməd Əmin Rəsulzadə başda olmaqla görkəmli ziyalılarımızın təfəkkürünün bəhrəsi idi. Müstəqilliyimizi qoruyub saxlamaq üçün ciddi tədbirlər görüldü. Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumət başçısı Fətəli xan Xoyski 1918-ci il mayın 30-da teleqrafla bütün dünya ölkələrinə Azərbaycanın müstəqil olması xəbərini elan etdi. İyun ayının 4-də qardaş Osmanlı dövləti ilə sülhdostluq müqaviləsi bağlanaraq, Osmanlı dövlətindən hərbi yardım alındı. Beləliklə də 1918-ci il iyunun 26-da Azərbaycanın milli ordusu yaradıldı. Azərbaycan dili dövlət dili elan edildi. Üçrəngli - göy, qırmızı, yaşıl bayrağımız yaradıldı. Türk-müsəlman şərqində ilk dəfə bizim ölkəmizdə qadınlara seçib-seçilmək hüququ verildi. Xalqımızın savadlanması üçün məktəblər, yaşlılar üçün savad kursları, türk olmayan xalqlar üçün türk dilli kurslar açıldı. 1919-cu ildə ən böyük ali təhsil ocağı Bakı dövlət universiteti açıldı. Məktəblər üçün dərsliklər yazılır, kitabxanalar açılır, onlarla qəzet və jurnal nəşr olunurdu. Milli muzeyimiz - "İstiqlal" muzeyi yaradıldı. Bütün bunlar hamısı qısa sürmüş müstəqillik zamanı əldə edilmiş uğurlar idi.

Çox təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Ölkəmizə əsən şimal küləyi müstəqilliyimizi təhlükə altında qoydu. Azərbaycanın müstəqillik qazanması ilə barışa bilməyən Sovet Rusiyası 1920-ci il aprelin 27-də 11-ci ordunu ölkəmizə yeridərək müstəqilliyimizə son qoydu. Təəssüflər olsun ki, uzun mübarizdən sonra bərpa edilmiş müstəqillik tezliklə itirildi. Onun süqutundan sonra Sovet imperiyasının 70 illik əsarəti dövrü başladı. Lakin xalqımız müstəqillik uğrunda mübarizəni davam etdirdi. Bu mübarizədə çoxlu şəhidlər verdik. 1991-ci ildə müstəqilliyimizi yenidən əldə etdik. Xalqımızın başına gəlmiş hadisələr, tarix bir daha göstərir ki, xalqın azadlıq əldə etməsilə qurtarmır. Xalq öz azadlığını və müstəqilliyini qoruyub saxlamağı bacarmalıdır. Bunun üçün də hər bir insan üzərinə düşən vətəndaş borcunu yerinə yetirməlidir. Nəzərə almaq lazımdır ki, Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirdi.

Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadisosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür.

YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayev qeyd edib ki, Azərbaycan dövləti və xalqının milli müstəqilliyimizin parlaq salnaməsi olan Azərbaycan Xalq Cümhuriyyətinə, onun qurucularına ən müqəddəs nemət kimi dərin və möhtəşəm məhəbbəti sonsuzdur, tükənməzdir. Xalq Cünhuriyyətinə dərin və sonsuz sevgisinin nəticəsidir ki, Cümhuriyyətin yarandığı şərəfli tarix - 28 May Respublika Günü kimi ölkəmizdə təntənə ilə geniş ümumxalq tədbiri, milli bayram kimi qeyd olunur:  "Prezident İlham Əliyevin milli dövlətçilik tariximizin qürur və şərəf səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinə dərin ehtiram hissi ilə yanaşır, Cümhuriyyətinin tariximizdəki yeriroluna xüsusi qiymət verir, bu tarixi günü daim əziz tutur. Onun bu diqqətinin nəticəsində Xalq Cümhuriyyətinin qurucularının adları əbədiləşdirilib, həm ölkəmizdə, həm də bir çox xarici dövlətlərdə Respublika günü yüksək xalq bayramı kimi qeyd edilir. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinə olan dərin ehtiramının nümunəsi olara AXC-nin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində abidə ucadılıb.  Dövlətimizin başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncam imzalaması, 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi və həmin il çərçivəsində ölkəmizdə və xarici dövlətlərdə silsilə tədbirlərin keçirilməsi, Azərbaycan Milli Ordusunun yaradılmasının 100 illiyinin qeyd olunması, sentyabrın 15-də Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm paradın keçirilməsi milli mənlik şüurumuzun, milli dövlətçiliyimizin şah əsəri olan Cümhuriyyətimizə diqqət və qayğısının göstəricisidir. Müstəqil Azərbaycan hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir. Bugünkü Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzuladığı qüdrətli dövlətdir. İndi Azərbaycanın əldə etdiyi uğurlar öz miqyası və əhəmiyyəti ilə seçilir. Bunun məntiqi nəticəsidir ki, hər bir Azərbaycan vətəndaşı qüdrətli, əzəmətli, müstəqil dövləti ilə fəxr hissi duyur. Prezident İlham Əliyevin fəxrlə bildirdiyi kimi bugünkü müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. "Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqikbu ənənələri yaradırıq".

 

Zəka

 

Olaylar.- 2019.- 28-29 may.- S.7.