Zəngəzur mahalının ruhsal tarixi-maddi
ocaqları
və ya saxta “Ermənistanın
sarkal
coğrafiyası”nın uydurmaları
(III məqalə)
1943-cü ildə rejissor Amo bəy Nazaryanın çəkdiyi (Yakov Dukorun, Vladimir Solovyovun və Saratel Arutyunyanın senari müəllifliyi ilə) "David bəy" filminin baş qəhrəmanı 1722-1730-cu illərdə Səfəvi xanədanına qarşı çar Rusiyasının təhriki ilə qaldırdığı üsyan zamanı cənubi Zəngəzur mahallarında yerli əhaliyə qarşı soyqırım törətməklə yanaşı, həm də tarixi-maddi abidələri yerlə-yeksan etmiş, qiymətli nümunələri isə daşıyıb hay kilsəsinə təhvil vermişdir. Zəngəzurun Əlidərəsi qalasında cəhənnəmə vasil edilən bu quldur və xəyanətkar haya tarixi romanlar müəllifi Akop Məlik- Akopyan-Raffi (1835-1888) "David bəy" romanını həsr etmişdir.
Qərbi Azərbaycanın qədim və bütöv oğuz-türk mədəniyyətinin ayrı-ayrı elementlərinin etno-genetik mənşəyində əski duyğusal-ruhsal dünya qavramını əks etdirən maddi ocaqlarının tarixi də minilliklərlə ölçülür. Və baxmayaraq ki, bu uzun müddətli yüzilliklərdə həmin ocaqların yağı, yadelli düşmənlər tərəfindən dağıdılması, sökülüb daşınması halları davamlı halda olsa da, yenə də ilkin mənşə izini bu torpaqdan və tarixin yaddaşından silmək mümkün olmamışdır. Eləcə də mənfur hay kilsə və daşnak ünsürləri tərəfindən adları və coğrafi məkanları dəyişdirilsə də, dünyaya təbliğatı düşmən niyyətinə uyğun olaraq aparılsa da...
Bu baxımdan ölkəmizin sərhədləri hüdudunda bu cür tale yaşayan ruhsal-sarkal məbədlər (ziyarətgahlar) və ocaqlar, əski türkdilli Alban xalqlarının dini-inanc məbədləri Qərbi Azərbaycanın Qarakisə nahiyəsinin (haylar adını dəyişib Sisiyan qoyub) ərazisində az olmamışdır.
Zəngəzur dağlıq silsiləsindən başlayan Bazarçay çayının sol sahilində yerləşən Qarakisə nahiyəsinin Urud kəndinin dini-ruhsal abidələrinin taleyində yuxarıda adı çəkilən hay quldurunun da izi qalmaqda idi. Belə ki, kəndin çənubunda, çayın sağ sahilindəki qədim insan yaşayış məskəni kimi tarixi əhəmiyyət daşıyan yüksəkilikdə, çılpaq dağlıq hissədə hündürlüyü 100 m-dən çox olan böyük bir sal qaya parçası el arasında "Xan oturan" adlanırdı və xalqın müqəddəs sandığı bir yer idi. Və mahalda bir fikir də yayılmışdı ki, guya böyük türk hökmdarı Çingiz xanın nəvəsi, Ögedey xanın böyük oğlu və varisi Güyük (Göyük) xanın (1206-1248) Orta Asiyadan ötüb Xəzərsahili ərazilərə və Qafqaza hərbi yürüşü zamanı Zəngəzurda, Bazarçay çayının sahilində, burada düşərgələnib və dincini bu daşın üstündə oturmaqla almışdır. Təbii qala, səngər yeri kimi əhəmiyyətli olan bu hissədə həm də qədim yaşayış məskənlərinin yurd yerləri, xarabalıqlarının izi qalırdı.
1970-ci illərdə hay-daşnak sürüsünün nümayəndələri bu qaya parçasına "David bəy" yazılmış bir dəmir lövhə vurdular, guya o quldurun səngər yerlərindən biri burada olub. Bu kəndin ruhsal-dini ocaq kimi yerlərindən biri də qə körpünün yaxınlığındakı "Nəzir qayası" idi, kənd sakinləri orada çümə axşamları şam yandırardılar.
1918-1920-ci illərdə Q.Nijde başda olmaqla hay-daşnak quldurlarının Urud kəndinə qanlı hücumlarından qurtulmaq istəyən camaat hətta Füzuli nahiyəsinin Alxanlı kəndinə kimi köçməyə məcbur olub. Nəticədə, 3-4 km aralıdakı haylar yaşayan İlizin kəndi (100-ə qədər ev olub) Urud kəndinin evlərini tutub yaşamağa başlayıblar. Geri qayıtmaq üçün camaat ovsunladıqlar və tutduqları ilanları bacalardan evlərə buraxdıqdan sonra haylar kütləvi surətdə qaçaraq kəndi boşaltmışlar. Deməli, dini-mistik və hursal duyğular bölgədə həm də hakim qüvvəyə çevrilibmiş.
Keçən əsrin 60-cı illərində Urud kəndi yaxınlığında Bazarçay üzərində su-elektrik stansiyası tikilərkən kəndin qədim Alban qədirstanlığındakı qoç fiqurlu baş daşları, əski əlifbalı yazı və naxışlarla örtülü sənduqələri haylar yığıb apardılar.
1918-1920-ci illər ərzində hay-daşnak quldurlarının yerli dinc sakinlərə qarşı amansız qətllərindən və qarətlərindən sonra nahiyənin Dulus kəndinə (50-60 ev olardı) Cənubi Azərbaycanın Muş vilayətindən köçürülmüş haylar yerləşdirildi, qədim müsəlman-türk qəbirstanlığı dağıdılaraq qəbirüstü tarixi-maddi nümunələr də yox edildi. Bir müddətdən sonra, su-elektrik stansiyasının texniki qurğuları tikməklə Urud kəndindən 3 km aralıdakı qədim Şam kəndi (Səfəvilərin Şamlı tayfalarının əski yurdu) və qədim qəbirstanlıq su altında qalmışdır. Bu kəndin məhsuldar alma bağlarından isə 3-4 km aralıda olan Dağabas kəndinin ( "dağ-dərə içində yerləşmə" mənasında, amma haylar "Şamb" adlandırıb) hayları istifadə etmişlər. Şam kəndində "Dağdağan piri" ziyarət olunan ocaq idi.
Urud kəndinə bitişik, quzey tərəfdə "Kilsə yeri" adlanan ərazi 1918-1920-ci illərdə quldur Q.Nijdenin hücumları nəticəsində dağıdılmış, yandırılmış, yerlə-yeksan edilmiş e.ə. II əsrə aid qədim Alban məbədinin yeri idi. Ətrafında kənd evləri yerləşirdi. Kəndin aşağı hissəsində isə çar Rusiyası dövründən qalan məscid və mədrəsə hücrələri də dağıdılmış, qədim naxışlı-yazılı qəbirlərin izi qalmaqda idi. Bu kəndin quzeyindəki "Üçtəpə yaylağı" da qaçaq Nəbinin səngər yerləri idi.
1970-ci illərdə haylar Urud və Şam kəndləri arasında yol çəkmək adı altında torpaq-qazma işləri apararkən apara bilmədikləri tarixi qəbirüstü abidələrin (epiqrafik yazı və naxışlarla örtülü) basdırılmasına və bir neçə ziyarətgahın dağıdılmasına nail oldular.
Əski türk mənşəli Ağadü kəndinin 2 km-də salınmış meyvə bağları (əsasən alma, armud ağacları çox idi) əhatəsində hay quldurları tərəfindən viran edilmiş qədim Alban məbədinin yeri açıq-aydın nəzərə çarpırdı.
Nahiyənin Vağadü kəndindəki Alban məbədindən 1828-32-ci illərdə köçürülmüş haylar istifadə etmiş, oğurladıqları yazılı, naxışlı daş lövhələri divarlara həkk etməyi unutmamışlar.
Zəngəzur dağlıq silsiləsinin İşıqlı dağında (haylar "İşxan" adlandırıb)" Hacalı yaylağı"na qonşu Qırxdağ zirvəsi yerləşirdi ki, yaxınlığında nahiyənin Murxus kəndi görünürdü. Zirvənin açıq daşlıq-torpaqlıq səthində qalınlığı 40 sm, uzunluğu 2 m-ə çatan sal, ağır, dəmir kimi taxta parçası (qaldırmaq mümkün deyildi) düşmüşdü. Rəvayət görə, Nuh peyğəmbərin gəmisinin qalıq parçası olan bu "taxtalı" zirvənin adı da "qırx dağdan bir" kimi məna daşıyır. Ətrafında, 1 m hündürlüklü daş yığınlarından ibarət hasar hörülmüşdü. Müqəddəs hesab edilən bu ocağa Sofulu, Murxuz kənd camaatı ilə yanaşı, Ordubad nahiyəsinin Ləkitağ kəndinin sakinləri də ziyarətə gələrdilər, üstündə qurbanlar kəsilərdi. Zirvə həmişə qarlı-dumanlı olardı.
"Hacalı
yaylağı"nın (bu yerlərdə
"Mollu yurdu", Sirik yurdu" Qubadlı və
Cəbrayıl nahiyəsinin tərkəmələrinin otlaq-örüş yerləri idi,
qaçaq Nəbi Alı oğlunun
gəzib-dolaşdığı dağ-qaya
səngər yerləri olub) qoynunda "Molla Qayıb bulağı" axırdı. Bu bulaq və Sofulu kəndindəki eyni
adlı pir ocaq kimi ibadət yeri idi. Guya, Sofulu
kəndinin irfanlı-imanlı mollası bu
bulağın suyundan dəstəmaz
almış və bu ocaqda
da qeyb olmuşdur.
Kəndin ortasında olan bu
yerin ətrafı həm də qədim qəbirstanlıq
olub.
Sofulu və Qızıl Şəfəq
kəndləri arasında (bu məsafə 6 km idi) "Hərəmlər piri" ətraf
kənd sakinlərinin ziyarət etdikləri ocaq idi (ikinci kəndə daha yaxın idi,
2 km aralı), üstündə qurban kəsilirdi, nəzir-niyaz
qoyulurdu. Ərazi Sofular kəndinə aid olduğundan ətrafında
qoyunçuluq təsərrüfatının qışlaq binələri yerləşirdi.
Ümumiyyətlə, Qarakisə
nahiyəsinin bəzi toponimlərinin genezisində
ruhsal-dini məna yozumu aydın
nəzərə çarpır (Qərbi Azərbaycanda bu
cür yer adları kifayət qədərdir və bu cür
toponimlərin yaranması region
üçün səciyyəvidir). Elə "Sofulu" toponimi etno-genetik
baxımdan müqəddəsliyi ilə seçilən dini
şəxslərin coğrafi məkanı mənasını
daşıyır. Bu təsadüfi olmayıb. XVIII-XIX əsrlərdə
Qarabağ bölgəsinin məşhur Hacı Qaraman və
Hacı Qasım Çələbi nəslinin adını
özündə yaşadan yer-yurd, ocaq adlarına Zəngəzur qəzasında da
rast gəlinir. Sofulu kəndində Hacı Qaramanın
müridlərindən biri Hacı Cümşüd
yaşamışdır, XX əsrin əvvəllərində.
(Yazı
Qərbi Azərbaycanın Qarakisə (Sisiyan) rayonu, Urud kənd
sakini Hilal Muradxan oğlu Tahirlinin (1949) və Sofulu kənd sakini Hacı Sərxan Alxan oğlu
Quliyevin (1963) məlumatları əsasında
hazırlanıb.)
Qismət
Yunusoğlu,
Bakı
Dövlət Universitetinin müəllimi
Olaylar.- 2019.-
2-4 noyabr.- S.14.