Azərbaycan dövləti ölkədə fikir,

söz və məlumat azadlığının yüksək səviyyədə

təmin olunması üçün əlindən gələni edir

 

1,5 əsrə yaxın yaşı olan Azərbaycan mətbuatının bu günü, gəlib çatdığı mərhələ, əldə etdiyi nailiyyətlərə nəzər saldıqda qazanılan uğurların heçasan başa gəlmədiyi, bu yolda böyük zəhmət çəkildiyinin şahidi olarıq.  Bu gün Azərbaycan mətbuatının malik olduğu imkanlar, ictimai fikrə təsir potensialı, bu potensialdan səmərəli istifadə etmək kimi müsbət tendensiyalar zamanında maarifçi mütəfəkkir, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin çalışdığı, eyni zamanda arzuladığı, görmək istədiyi bir mənzərə idi.

Diqqət edək və tarixə qısaca nəzər salaq. Milli mətbuatımızın banisi Həsən bəy Zərdabi nə istəyirdi, hansı ideyalar üçün çalışırdı? Dahi mütəfəkkir, naşir Həsən bəy Zərdabi  1875-ci ildə "Əkinçi" qəzetini çap etməklə cəmiyyətdə ictimai şüurun formalaşması, maarifçiliyin, elmin, təhsilin inkişaf etməsi, insanların problemlərinin bəlli strukturlara, qurumlara, eləcə də cəmiyyətə çatdırılması, həmin problemlərin həllinə nail olmaq istəyirdi. Ən əsası xalqın, millətin maariflənməsinə çalışırdı. İndi diqqət edək görək, Həsən bəy Zərdabinin arzusunda olduğu proseslər reallaşıbmı? Əslində bu suala birmənalı şəkildə "bəli" cavabı verib kifayətlənmək olar. Ancaq bir qədər təfərrüatla hazırkı vəziyyətə, kütləvi informasiya vasitələrinin durumuna diqqət etsək mənzərə tam aydın olar.

Başlayaq günümüzdə kütləvi informasiya vasitələrinin cəmiyyətin maarifləndirilməsi prosesindəki rolundan. Tam əminliklə, mübaliğəsiz filansız deyə bilərik ki, bu gün kütləvi informasiya vasitələri, mətbu nəşrlər xalqın, cəmiyyətin maarifləndirilməsində mühüm rol oynayır. Burada maarifləndirilmə dedikdə, cəmiyyətə təhsil, savad verməkdən söhbət getmir. Günümüzdə, müasir dünyanın norma və prinsiplərinə uyğun cəmiyyətin yeni metodlar, texnologiyalarla maarifləndirilməsi anlamı verir. Eyni zamanda gündəlik həyatımızda, ayrı-ayrı sahələrdə mövcud olan nöqsanların cəmiyyətə, həmçinin müvafiq dövlət qurumları, onların rəhbərlərinə çatdırılmasından söhbət gedir. Günümüzdə Azərbaycanda fəaliyyət göstərən, işıq üzü görən kütləvi informasiya vasitələri, qəzet və jurnallların mütləq əksəriyyəti cəmiyyətimizin müxtəlif sahələrində baş verən neqativ hallar, mənfiliklərin Azərbaycan cəmiyyətinə çatdırılmasında fəal rol oynayır. Təbii ki, bu da ilk növbədə fikir, söz, məlumat və ifazə azadlığının mümkün olduğu müstəvidə baş verə bilər. Günümüzdə Azərbaycanın ictimia-siyasi, eləcə də media mühitinə diqqət etsək görərik ki, qeyd etdiyimiz müsbət tendensiya özünü əks etdirir. Yəni, Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığı kimi əsas demokratik prinsip mövcuddur, bu prinsip ildən-ilə inkişaf edir. Ən başlıca məqam isə ondan ibarətdir ki, Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti, xüsusilə də dövlət başçısı özü birbaşa bu prosesdə maraqlıdır. Təsadüfi deyil ki, dövlət başçısı əksər görüşlərində bunu açıq şəkildə ifadə edib və ölkədə fikir, söz, məlumat və ifadə azadlığının ən yüksək səviyyədə təmin edilməsində maraqlı olduğunu vurğulayıb. Elə iki il övvəl, 2017-ci il, iyul ayının 20-də jurnalistlər üçün tikilmiş yeni yaşayış binasının açılış mərasimində çıxışı zamanı da Cənab Prezident İlham Əliyev bir daha bunu  qeyd edib: "Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır. Azərbaycanda bütün azadlıqlar təmin olunur, o cümlədən söz azadlığı və siz jurnalistlər bunu yaxşı bilirsiniz. Azərbaycanda minlərlə mətbuat orqanı var ki, qeydiyyatdan keçib sərbəst fəaliyyət göstərir. Bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər aparır və ümumiyyətlə, ölkəmizin inkişafında çox müsbət rol oynayır. Mən həmişə çalışmışam və çalışıram ki, jurnalistlərə öz dəstəyimi göstərim. Mənim jurnalistlərlə çoxsaylı görüşlərim, səmimi söhbətlərim bunu göstərir. Xüsusilə jurnalistlər üçün binaların tikilməsi də bu siyasətin bir təzahürüdür. Bu təşəbbüs bir neçə il bundan əvvəl irəli sürülmüşdü, jurnalistlər belə məsələ qaldırmışdılar, mən də buna müsbət reaksiya verdim və nəticə etibarilə artıq biz burada ikinci binanın açılışını qeyd edirik".

Onu da qeyd etmək yerinə düşər ki, jurnalistika, kütləvi informasiya vasitələri barədə deyilən müsbət fikirlər, ifadələr heçgörüntü xarakteri daşımır və gəlişi xoş sözlər deyil. Dövlət başçısı ölkəyə rəhbərlik etdiyi 16 il ərzində öz fəaliyyəti ilə təsdiq edib ki, jurnalistlərin ən yaxın dostudur və əsas məqsədlərindən, hədəflərindən biri də mediamızın daha da inkişaf etməsi, ölkədə fikir, söz. Məlumat və ifadə azadlığının ən yüksək səviyyədə təmin olunmasıdır. 10 il əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinn İnkişafına dair Dövlət Konsepsiyasının qəbul edilməsi. qısa zaman keçdikdən sonra həmin konsepsiya əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması deyilənlərin əyani təsdiqi idi. Eyni zamanda dövlət başçısının prezident kimi ölkəyə rəhbərlik etdiyi ilk 4 ildə kütləvi informasiya vasitələrinin, qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının dondurulması da dövlətin, dövlət başçısının media, azad söz, kütləvi informasiya vasitələrinə diqqət və qayğısının əyani təzahürü idi. Elə bütün bu deyilənlərin, dövlət başçısının azad söz, fikirsöz, məlumat, ifadə azadlığına verdiyi töhfənin nəticəsi idi ki, Azərbaycan jurnalistləri Cənab İlham Əliyevi "Jurnalistlərin dostu" elan edib.

Bu günmedia təmsilçiləri, kütləvi informasiya vasitələri, jurnalistlərlə Cənab İlham Əliyevin sözün həqiqi mənasında dostluğu davam edir. Bu dostluq da öz növbəsində Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığının daha da möhkəmlənməsi, bu göstəricilər üzrə Azərbaycanın təkcə yerləşdiyimiz corafiyada deyil, eyni zamanda dünyada lider ölkələrdən birinə çevrilməsinə vəsilə olur. Burada diqqət çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, dövlət başçısı Cənab İlham Əliyev kütləvi informasiya vasitələrində dərc edilən materialları diqqətlə izləyir, mediada ictimailəşdirilən, cəmiyyəti ciddi narahat edən məsələlərin dərhal həll edilməsi istiqamətində müvafiq addımlar atır. Bir sıra ölkələrdən fərqli olaraq Azərbaycan hakimiyyəti, dövləti, şəxsən dövlət başçısı Cənab İlham Əliyev mediada, qəzet və jurnallarda cəmiyyətdəki neqativ halların, nöqsanların işıqlandırılmasında şəxsən maraqlıdır. Dövlət başçısının da qeyd etdiyi kimi mövcud olan nöqsanlar, problemlər barədə müxtəlif mənbələrlə yanaşı, kütləvi informasiya vasitələrindən də məlumat alır. Elə Prezident İlham Əliyev yuxarıda qeyd etdiyimiz mərasimdə, jurnalistlər üçün tikilmiş ikinci yaşayış binasının açılış mərasimində çıxışı zamanı da bunu açıq şəkildə söyləmiş və hətta jurnalistləri bir növ özünün köməkçisi də adlandırmışdı: "Jurnalistlər cəmiyyəti incidən, narahat edən problemləri üzə çıxarırlar. Sizə deyə bilərəm ki, mən bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edirəm. Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir. Yəni, əlbəttə ki, mənə həm xarici, həm daxili siyasətlə, həm də təhlükəsizlik məsələləri ilə bağlı əsas məsələlər məruzə edilir. İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir".

Sadaladığımız müsbət işlər və bu istiqamətdə atılan adddımların davamlı xarakter daşıması Azərbaycanda medianın, kütləvi informasiya vasitələrinin daha da inkişaf etməsi, ölkədə fikir, söz, məlumat və ifadə azadlığının tam təmin olunmasına imkan verir. Bütün bunlar təbii ki, dövlətin, şəxsən dövlət başçısının diqqət və qayğısı, dəstəyi ilə reallaşır. Ortada olan siyasi iradə və mediyaya olan münasibət, onun daha da inkişaf etməsi istiqamətində atılan addımlar bu sahədə daha böyük nailiyyətlərin əldə edilməsinəı ümid yaradır. Görünən odur ki, Azərbaycan mediasının inkişafından dövlət başçısı da razıdır və inkişafımızın daha da geniş olması üçün dövlət bu sahəyə dəstəyini davamlı olaraq verir. Elə dövlət başçısı da çıxışlarından birində açıq şəkildə bəyan edib ki, mediyaya dəstək bundan sonra da davam edəcək: "Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır. Azərbaycanda bütün azadlıqlar təmin olunur, o cümlədən söz azadlığı və siz jurnalistlər bunu yaxşı bilirsiniz. Azərbaycanda minlərlə mətbuat orqanı var ki, qeydiyyatdan keçib sərbəst fəaliyyət göstərir. Bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər aparır və ümumiyyətlə, ölkəmizin inkişafında çox müsbət rol oynayır. Mən həmişə çalışmışam və çalışıram ki, jurnalistlərə öz dəstəyimi göstərim. Mənim jurnalistlərlə çoxsaylı görüşlərim, səmimi söhbətlərim bunu göstərir. Xüsusilə jurnalistlər üçün binaların tikilməsi də bu siyasətin bir təzahürüdür. Bu təşəbbüs bir neçə il bundan əvvəl irəli sürülmüşdü, jurnalistlər belə məsələ qaldırmışdılar, mən də buna müsbət reaksiya verdim və nəticə etibarilə artıq biz burada ikinci binanın açılışını qeyd edirik".

 

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2019.- 2-4 noyabr.- S.15.