“Əbədiyyət günəşi”
məqalə müsabiqəsinin qalibləri
mükafatlandırılıb
Ziyadxan Əliyevin "Nəsimi dünyası
rənglərin işığında" adlı
albom-kitabı təqdim edildi
Noyabrın 15-də Beynəlxalq
Mətbuat Mərkəzində "Kaspi" qəzeti və "Kaspi" Təhsil Şirkəti "Nəsimi ili" çərçivəsində elan etdiyi "Əbədiyyət
günəşi" adlı məqalə müsabiqəsinin
nəticələrini açıqlandı.
Olaylar.az bildirir ki, bundan başqa tədbirdə iki kitabın - "Əbədiyyət
günəşi" və Ziyadxan Əliyevin "Nəsimi dünyası rənglərin
işığında" adlı albom-kitabının
təqdimat mərasimi həyata keçirildi.
Azərbaycan Mətbuat
Şurasının sədri, Milli Məclisin
deputatı Əflatun Amaşov müsabiqənin əhəmiyyətindən söz açıb. Bu il dahi Azərbaycan şairi və
mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinin ölkəmizdə
təntənəli şəkildə qeyd edildiyini deyən
Ə.Amaşov bildirib ki, Nəsimi xalqımızın
ümumbəşər mədəniyyətinə
bəxş etdiyi qüdrətli söz ustalarındandır. Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin
azadlığını tərənnüm edib.
"Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bağlı
görkəmli şairin 650 illiyi ölkə daxilində və ölkədən
kənarda çoxsaylı tədbirlərlə qeyd edilib, Moskvada, Kiyevdə Nəsiminin abidəsi ucaldılıb.
Həmçinin şairin xatirəsinə
həsr edilən müxtəlif müsabiqələr
təşkil olunub. Belə
müsabiqələrdən biri də
"Əbədiyyət günəşi" adlı
məqalə müsabiqəsidir. Bu müsabiqəyə 60 yazı göndərilib.
Münsiflər heyəti tərəfindən üç yerin qalibi müəyyənləşib,
səkkiz iştirakçı isə
həvəsləndirici mükafata layiq görülüb", - deyə Ə.Amaşov söyləyib.
"Kaspi nəşrləri"
seriyasının rəhbəri, filologiya elmləri doktoru Sona Vəliyeva
vurğulayıb ki, Prezident İlham Əliyevin
2019-cu ili "Nəsimi ili" elan etməsi
haqqında Sərəncamı Azərbaycanın
dünyəvi, bəşəri ideyalarla yaşayan ölkə olduğunu bir daha sübut etdi. Çünki Nəsimi
ideyaları ilə yaşamaq dünyanı vahid vətən kimi qəbul eləmək, göy üzünü böyük bir çətir sanmaq, yer üzünü hüdudsuz bir meydan hesab etmək
deməkdir. S. Vəliyeva söyləyib ki,
"Nəsimi ili" xalqımıza sarsılmaz
Nəsimi ruhu aşılayır.
Ənənəvi olaraq ölkəmizdə
Nəsimi şeir, incəsənət və
mənəviyyat Festivalı keçirilir, ədibin
yaradıcılığına həsr edilən
müxtəlif təyinatlı müsabiqələr
reallaşır. İmadəddin
Nəsiminin 650 illiyinin qeyd edilməsi
haqqında ölkə başçısının müvafiq Sərəncamı ədiblə bağlı
görülməkdə olan işlərin
həyata keçirilməsi üçün uğurlu və
məqsədyönlü addım olub.
"Nəsimi
yaradıcılığına ən böyük, dürüst qiymət verənlərdən biri ümummilli lider, ulu öndər Heydər
Əliyev olub. Ulu öndər
hər zaman işləri ilə
örnək olur, klassiklərimizə
qayğısını əməli müstəvidə
göstərərdi. Məhz Ümummilli Liderimizin təşəbbüsü
ilə Nəsiminin 600 illiyi UNESKO-nun tədbirləri siyahısına daxil edilərək 1973-cu ildə beynəlxalq
müstəvidə qeyd olunub. Heydər
Əliyevin tapşırığı ilə Nəsiminin
Hələbdəki məzarı bərpa edilib, şairin portretini yaratmaq üçün beynəlxalq müsabiqə elan olunub, gözəl bir film ərsəyə
gəlib. Dahi ədibin böyük miqyasda təbliği
əsərlərinin dünya miqyasında çapı və ardıcıl
tədqiqata cəlb olunması da Ulu Öndərin qayğısı nəticəsində
reallaşıb. Bütün bunlar tariximizin,
ədəbi-mədəni həyatımızın
səhifələrində Ulu Öndərin
çoxsaylı silinməz izlərindəndir".
"Kaspi" Təhsil Şirkəti
və "Kaspi" qəzetinin
dəstək və təşəbbüsü ilə baş tutan "Əbədiyyət
günəşi" müsabiqəsinin
əhəmiyyətinə toxunan Sona Vəliyeva
diqqətə çatdırıb ki, müsabiqə bu il Nəsimi
yaradıcılığına həsr edilmiş ilk məqalə
müsabiqə olub. O, müsabiqədə iştirak edən hər kəsə təşəkkür edib, qaliblərə uğurlar arzulayıb.
Sonra müsabiqənin
qalibləri mükafatlandırılıb.
Nigar Adil
Olaylar.- 2019.- 16-18 noyabr. S. 5.