Azərbaycan multikulturalizm
dəyərlərini təbliğ edən
ölkələrdən biridir
İlham Əliyev: "Multikulturalizm
Azərbaycanda həm həyat tərzidir, həm də
dövlət siyasətidir"
Azərbaycan davamlı olaraq mühüm
mötəbər beynəlxalq
tədbirlərə evsahibliyi
etməklə aktivinə yeni-yeni
nailiyyətlər, uğurlar yazır. Təkcə son iki
ayda ard-arda 3
beynəlxalq tədbirin Bakıda keçirilməsi
ölkəmizə beynəlxalq səviyyədə verilən
dəyər, ona göstərilən
diqqət və qayğı olmaqla
yanaşı, Azərbaycanın dünyaya
daha yaxından tanıdılması, onun təbliğ edilməsi baxımından da əhəmiyyətli hesab
edilir. Burada xüsusi qeyd
edilməli məqam ondan ibarətdir ki, Bakının evsahibliyi
etdiyi tədbirlər konkret
hansısa bir sahə ilə
məhdudlaşmır, müxtəlif sahələri,
istiqamətləri özündə ehtiva edir. İstər siyasi,
istər iqtisadi, istər mədəni
və humanitar, istərsə də idman sahəsinə aid
olan hər bir
tədbiri Azərbaycan ən yüksək səviyyədə
təşkil edir, onu
reallaşdırır.
Bu günlərdə yenə dünyanın
diqqəti Azərbaycana, onun paytaxtı
Bakı şəhərinə yönəlib. Səbəb
Bakıda Dünya dini
liderlərinin II Sammitinin
keçirilməsidir. Əvvəla onu qeyd etmək yerinə düşər ki, belə bir
mötəbər tədbirin Bakıda keçirilməsi
sıradan bir hadisə deyil
və onun kifayət qədər ciddi dəyəri, mənası var. Sözügedən
sammitdə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da iştirakı sözügedən
tədbirə olan dəyərin,
diqqətin ən yüksək formada
göstəricisidir.
Ümumilikdə, dünya dini liderlərinin sayca ikinci sammitinin Bakıda
keçirilməsi bir sıra
müsbət məqamları ilə yadda
qalandır və Azərbaycan üçün
bunun müsbət dividentləri var. Və belə bir sammitin
keçirilməsi məkanının Bakı
seçilməsi də təsadüfi deyil.
Çünki Azərbaycan dünyada
yeganə ölkədir ki,
ölkəmizdə sözün həqiqi
mənasında tolerantlıq hökm sürür, dinlərarası
münasibətlər burada ən
yüksək səviyyədə qorunur,
təbliğ edilir. Təkcə
yerləşdiyimiz coğrafiyada deyil, eləcə də dünyada
Azərbaycan kimi barmaqla
sayıla biləcək ölkələr var
ki, orada bütün dinlərin
nümayəndələrinə hörmətlə
yanaşılır, onların öz
ibadətlərini azad və maneəsiz
şəkildə etmələri üçün
dövlət səviyyəsində hər bir şərait yaradılır. Bu bir tərəfdən ölkəmizdə
həyata keçirilən dövlət siyasəti və
tolerantlıq mühiti ilə
əlaqədardırsa, digər tərəfdən zəngin tarixi keçmişimiz
və əsrlərdən bu günə
qədər gəlib çıxan
adət-ənənələrlə bağlıdır. Elə Azərbaycan
Respublikasının Prezidenti Cənab İlham Əliyevin də dünya
dini liderlərinin ikinci
sammitində çıxışı zamanı qeyd etdiyi kimi ölkəmizin qədim
dinlərarası ənənələri vardır. Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq,
bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü
göstərib: "Əsrlərboyu ölkəmizdə bütün dinlərin, bütün
etnik qrupların
nümayəndələri bir ailə kimi sülh, mehribanlıq,
dostluq, qarşılıqlı anlaşma şəraitində
yaşamışlar. Azərbaycan çoxkonfessiyalı,
çoxmillətli bir ölkədir və
bu, bizim böyük sərvətimizdir. Dini və etnik
müxtəlifliyimiz bizim böyük
sərvətimizdir. Azərbaycanda uğurlu
inkişafın, sabitliyin bərqərar
olması istiqamətində atılmış bütün
addımların arxasında dini və milli dözümlülük,
tolerantlıq və multikultural
dəyərlər dayanır. Bizim
qədim tariximizi əks etdirən o cümlədən bizim dini abidələrimizdir. Bizim
dini abidələrimiz, ilk
növbədə, onu göstərir ki, Azərbaycan qədim diyardır. Digər
tərəfdən onu göstərir ki, müxtəlif dövrlərdə
müxtəlif dinlərin nümayəndələri
Azərbaycanda yaşamış, yaratmış və
gözəl tarixi miras
qoymuşlar. Qeyd
etməliyəm və biz fəxr edirik ki, İslam
aləminin ən qədim məscidlərindən biri Azərbaycanda yerləşir. Şamaxı
Cümə məscidi 743-cü ildə inşa
edilmişdir, bir
neçə il bundan
əvvəl əsaslı təmir olunmuşdur.
Bu məscid Dərbənd
məscidindən sonra Qafqazın ən
qədim məscididir. Eyni zamanda,
qədim dövlət olan Qafqaz
Albaniyasının kilsəsi Azərbaycanın digər tarixi şəhəri - Şəkinin
yaxınlığında yerləşir və bu
kilsənin qədim tarixi var.
Bu, Qafqazın ən qədim
kilsələrindən biridir. Bakıda
atəşpərəstlik məbədi - Atəşgah
yerləşir. Bu da onu göstərir ki,
zərdüştlük dininin
Azərbaycanda qədim kökləri vardır. Sonrakı
dövrlərdə rus pravoslav
kilsələri, sinaqoqlar, katolik
kilsəsi inşa edilib".
Ümumiyyətlə,
tarixin müxtəlif dövrlərində
baş verən işğalçı hücumlar, torpaqlar,
ərazilər zəbt etmək kimi
proseslər dinlərin də bir coğrafiyadan digər coğrafiyaya
transformasiyası, ayrı-ayrı dinlərin
təmsilçilərinin həmin işğallar,
istilalar nəticəsində bir yerdən başqa bir yerə köçməsi ilə sonuclanıb. Nəticə
etibarilə bir yerdən digər
əraziyə köç edən
ayrı-ayrı dinlərin nümayəndələri həmin
ərazilərdə özləri üçün
ibadət məkanları inşa
ediblər. Ancaq təəsüflər olsun ki. heç də bütün ölkələrdə
Azərbaycanda olduğu kimi
həmin müqəddəs dini məkanlar
qorunub saxlanmayıb, onlar
mühafizə edilməyib. Əksinə bir
çox ölkələrdə, yaxın qonşumuz Ermənistanda belə həmin
müqəddəs dini mıkanlar barbarcasına
dağıdılıb, məhv edilib. Ancaq Azərbaycanda bu
sahədə vəziyyət tamamilə fərqlidir.
Azərbaycanda ayrı-ayrı dinlərin
nümayəndələrinə xidmət edən ibadət
məkanları, tarixi abidələr
nəinki qorunur, hətta onlara
dövlət səviyyəsində belə diqqət və
qayğı göstərilir. Yaxın
illərdə istər Bakıda, istərsə də regionlarda mövcud olan kilsələrin, qeyri-islam
dini məbədlərin təmir
edilməsi, paytaxtımızda dövlət hesabına sinaqoqun tikilib
istifadəyə verilməsi və digər müsbət
addımlar fonunda bunu
əyani şəkildə görə bilirik.
Burada xüsusi qeyd edilməli məqam ondan
ibarətdir ki, həyata keçirilən bu kimi tədbirlər kampaniya xarakteri
daşımır və davamlı proses kimi gedir. Və ortada olan siyasi
iradə onu deməyə əsas verir ki, Azərbaycan
dövləti dini sahədə həyata keçirdiyi və bütün
bəşəriyyət üçün
nümunə olan siyasətini bundan sonra da davam
etdirəcək. Elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham
Əliyev də dünya dini
liderlərinin ikinci sammitində
çıxışı zamanı bu mövqeyi bir daha tədbir
iştirakçılarının, eləcə də
dünyanın diqqətinə çatdırmış oldu: "Azərbaycan dövləti tarixi-dini abidələrimizin qorunması və
yeni dini
məbədlərin inşası istiqamətində
səylərini əsirgəmir. Azərbaycan dövlətinin
maliyyə dəstəyi ilə bütün
dinlərin məbədləri əsaslı şəkildə
təmir edilmiş və ya
yenidən tikilmişdir. Beləliklə,
dinlərarası dialoqun Azərbaycanda
qədim tarixi vardır və müasir Azərbaycan dövləti bu ənənələrə sadiqdir.
Biz İslam dininə sadiqik. Öz dinimizi təbliğ edirik,
eyni zamanda,
Azərbaycanda bütün dinlərin
nümayəndələri sərbəst yaşayır,
fəaliyyət göstərir, öz dini ayinlərini icra
edirlər. Beləliklə, ölkəmizdə çox
gözəl ictimai ab-hava
vardır".
Rəsmi Bakının ortaya qoyduğu siyasi iradə və həyata keçirdiyi
məqsədyönlü tədbirlər ölkəmizin multikultural dövlət kimi
də dünyada tanııdır,
təbliğ edir. Məhz həyata
keçirilən məqsədypnlü siyasətin
nəticəsidir ki, bu
gün Azərbaycan dünyada
multikulturalizmin ən yüksək
səviyyədə təmin edildiyi
ölkə kimi xarakterizə edilir. Elə dövlət
başçısı İlham
Əliyevin də qeyd etdiyi
kimi Azərbaycan multikulturalizm
dəyərlərini təbliğ edən
ölkələrdən biridir: "Multikulturalizm Azərbaycanda həm həyat
tərzidir, həm də dövlət siyasətidir".
Süleyman
Olaylar.- 2019.- 16-18
noyabr. S. 9.