Naxçıvanın inkişafı daim diqqət mərkəzindədir

 

Azərbaycanın müəyyən etdiyi uğurlu siyasət kursu, bu siyasət nəticəsində ölkədə görülən işlər, həyata keçirilən tədbirlər respublikanın bütün bölgələrində inkişaf, tərəqqiyə yol açıb. Bir vaxtlar ölkəmizin inkişafı yalnız özünü paytaxtda büruzə versə də, indi artıq əyalətlər, hətta ucqar dağ rayonlarında da bu inkişaf, tərəqqi paytaxt Bakı ilə paralel gedir.

 

Müstəqillik illərində respublikanın sürətlə inkişaf etdiyi bölgələrindən biri də Naxçıvan Muxtar Respublikasıdır. Muxtar respublikada davamlı olaraq həyata keçirilən quruculu-abadlıq işləri, yeni infrastuktur layihələri, istehsal və emal müəssisələrinin açılması Naxçıvanın simasını dəyişməklə yanaşı, Muxtar Respublikanın əhalisinin sosial sifah halının yaxşılaşdırılmasına da təsir göstərir. Baxmayaraq ki, bu gün də Ermənistanın təcavüzkar siyasəti nəticəsində Muxtar Respublika demək olar ki, blokada vəziyyətindədir, lakin buna baxmayaraq Naxçıvan inkişaf edir, böyüyür, abadlaşır.  Naxçıvan Muxtar Respublikası bu gün özü-özünü idarə edib inkişaf etsə də, lakin hər zaman Bakının da diqqət mərkəzindədir və respublikanın hər bir regionu kimi Muxtar Respublika da davamlı olaraq Azərbaycan dövləti, rəhbərliyinin diqqət və qayğısı ilə əhatələnir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin respublikaya rəhbərlik etdiyi 16 il ərzində bir neçə dəfə Naxçıvana səfər etməsi, Muxtar Respublikada bir sıra sosial obyektlərin açılışında iştirak etməsi fonunda bunu aydın görmək mümkündür. Ötən gün Cənab Prezidentin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovu qəbul etməsi və görüş zamanı Muxtar Respublikanın daha da inkişaf etdirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələrin müzakirə edilməsi deyilənlərin əyani sübutudur.

 

Qeyd etdiyimiz kimi bu gün Naxçıvanda sürətli şəkildə inkişaf, tərəqqi prosesi gedir ki, bu da Muxtar Respublikanın hər bir sakini tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılanır. Çünki həyata keçirilən hər bir iş Muxtar Respublika sakininin sosial rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir. Bu müsbət tendensiya Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ərəfindən də təqdir olunur müsbət dəyərləndirilir. Elə Cənab İlham Əliyev Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbovu qəbul edərkən də bunları açıq şəkildə ifadə etdi, Muxtar Respublikada görülən işlər, nəticədə əldə edilən tərəqqini yüksək qiymətləndirdi. Cənab İlham Əliyev bildirdi ki, mühasirə şəraitində yaşamasına baxmayaraq, Naxçıvan yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir: "Naxçıvan Muxtar Respublikasının inkişafı daim diqqət mərkəzindədir. Respublikada gedən abadlıq-quruculuq işləri məni çox sevindirir. Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf etmişdir, həm sosial sahədə, iqtisadi sahədə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində böyük addımlar atılmışdır. Bu, çox sevindiricidir. Xüsusilə nəzərə alsaq ki, Naxçıvan uzun illər ərzində mühasirə şəraitində yaşayır, üç tərəfdən düşmənlə əhatə olunub. Buna baxmayaraq, respublika yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir".

Bu gün Muxtar Respublika elə bir inkişaf səviyyəsinə qədəm qoyub ki, artıq Naxçıvan əvvəlki illərdən fərqli olaraq idxal deyil, ixraca üstünlük verir. Elə təkcə elektrik enerjisi ixracı prosesində qeydə alınan müsbət dinamikanı buna misal göstərmək olar. Hər kəsə bəllidir ki, müstəqilliyin ilk illərində, eləcə də Qarabağ münaqişəsi başlayan ərəfədə enerji daşıyıcı xətlərinin dağıdılması Muxtar Respublikanı elektrik enerjisi ilə təminat baxımından ciddi sınaq qarşısında qoymuşdu. Həmin illərdə, eləcə də son illərə qədər Muxtar Respublika İran və Türkiyə vasitəsilə elektrik enejisinə oan tələbatını minimum səviyyədə ödəyə bilirdi. Hətta ümummilli lider Heydər Əliyevin Muxtar Respublikaya rəhbərlik etdiyi dövrlərdə də bu acınacaqlı hal yaşanırdı və elektrik enerjisinin Muxtar Respublikada kəsildiyi zaman ulu öndər gərgin iş rejimini şam, lampa işığında davam etdirirdi.  Eyni zamanda hələ o dövrdə ümummilli lider Muxtar Respublikanın bu acınacaqlı həyat tərzindən xilas olması, Muxtar Respublikanın elektrik enerjisinə olan tələbatının tam mənada ödənilməsinin mümkün yollarını axtarır, alternativ variantlar üzərində çalışırdı. Məhz ümummilli lider Heydər Əliyevin zamanında təməlini qoyduğu işlərin nəticəsidir ki, bu gün Mixtar Respublikada elektrik enerjisi problemi hiss edilmir. Muxtar Respublikada emergetika istiqamətində görülən işlər dövlət başçısı tərəfindən də diqqətdədir və Cənab Prezident bu sahədə görülən işləri yüksək dəyərləndirir: "Energetika istiqamətində böyük işlər görülüb. Hazırda Naxçıvanda generasiya gücü 220 meqavata yaxındır və sevindirici hal ondan ibarətdir ki, bunun əksəriyyəti bərpaolunan enerji növləridir. Su və Günəş elektrik stansiyalarının tikintisi geniş vüsət almışdır. Hazırda uzun illər üzərində işlədiyimiz və İran İslam Respublikası ilə imzalanmış anlaşma nəticəsində reallaşan önəmli layihə icra edilir - 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyası tikilir. Soruşmaq istəyirəm, bu istiqamətdə hansı işlər görülüb və stansiyanın tikintisi ilə bağlı əlavə hansı addımlar atılmalıdır? Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas hissəsindən coğrafi baxımdan ayrılıb və belə olan halda enerji təminatı xüsusi əhəmiyyət kəsb edir. Bu, əslində, təhlükəsizlik məsələsidir və heç bir daxili enerji resursu olmayan Naxçıvan hazırda elektrik enerjisini ixrac edir. Bir neçə il bundan əvvəl bunu təsəvvür etmək belə mümkün deyildi, bu gün reallıqdır. Şadam ki, bərpaolunan enerjinin ümumi enerji balansındakı payı getdikcə artır və Ordubad Su Elektrik Stansiyasının istifadəyə verilməsi nəticəsində prinsip etibarilə Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına qarşılayacaqdır".

Qeyd etdiyimiz kimi günümüzdə Azərbaycan müharibə şəraitindədir və Ermənistanın ərazilərimizə təcavüzündən ən çox əziyyət çəkən bölgələrdən biri də Naxçıvan Muxtar Respublikasıdır. Ona görə də hər zaman olduğu kimi günümüzdə də Muxtar Respublikanın təhlükəsizliyinin gücləndirilməsi əsas prioritetdir. Elə dövlət başçısının Muxtar Respublikanın Ali Məclisinin sədrini qəbul edərkən məhz bu məsələyə də diqqət yetirməsi təsadüfi deyildi. Və eyni zamanda bu ondan xəbər verirdi ki, Azərbaycan rəhbərliyi dövləti hər zaman Naxçıvanın təhlükəsizliyini diqqətdə saxlayır. Prezident İlham Əliyev də sözügedən görüşdə bunu açıq şəkildə ifadə edib: "Çətin coğrafi vəziyyəti nəzərə alaraq, ilk növbədə, Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir. Son illər ərzində bu istiqamətdə böyük işlər görülüb, ordu quruculuğu sahəsində böyük inkişaf var. Bu gün Naxçıvandakı ordu hissələri ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir".

 

Süleyman İsmayılbəyli

Olaylar.- 2019.- 20 noyabr. S. 9.