Arpaçay
sahillərində tarixi-ziyarət məkanları və yaxud
“Ermənistanın sarkal coğrafiyası” mifi barədə
Əvvəli 2-3 noyabr tarixli
sayımızda
(IV məqalə)
"Ermənistanın və ermənilərin
tarixi mifdir. Hər şey həddən artıq gözəldir, mükəmməldir, idealdır.
Nağıllarda olduğu kimi. Həqiqətdə isə belə
olmur."
Filip Ekozyants, erməni mənşəli
Ukrayna tarixçisi, tədqiqatçı, bloger (2019).
İbtidai
hay sürüsünün yüzilliklər boyunca dünyaya
yaydığları yalan və iftiranın məzmunu, məqsədi
və istiqamətləri müxtəlif olduğu kimi,
hamısının mahiyyəti eynidir. Nəyin bahasına
olursa-olsun hayların Türkiyə
Cumhuriyyətinin və Azərbaycan Respublikasının
(dövlətinin) sərhədləri hüdudlarında "qədim
tarixə malık olmaları və dünya
sivilizasiyasının tərkib hissəsi kimi qəbul edilməsi"
kimi dünyaya tanıdılması yolunda bütün qüvvələrin
birləşdirilməsi başlıca məqsədləridir.
Təbii ki, bu istiqamətdə paylanan təhrif edilmiş,
saxta uydurmalar sırasında tarixi-coğrafi məlumatlar da az
deyildir. O cümlədən Qərbi Azərbaycan ərazilərdə
xalqımızın zəngin maddi-mənəvi tarixinin
ayrılmaz hissəsi olan
İslama qədərki və İslamdan sonrakı dövrlərə məxsus
dini-irfani dünyagörüşünün
formalaşması-inkişafı mənbələrini əhatə
edən müqəddəs ruh ocaqlarının
yayıldığı məkanların uydurma "Ermənistanın sarkal
coğrafiyası" adı altında təbliğatı hay
riyakarlığının davamlı olduğuna yetərli
sübutdur. Əslində bu ocaqlar ümumilikdə tarixi
coğrafiyamızın, nəinki Qərbi Azərbaycanımızın,
həm də Bütöv Azərbaycanımızın maddi-mədəni
irsi, müqəddəs, qutsal
inam-güvənc yerlərimizdir.
Hayların Qərbi Azərbaycan ərazisində
bu cür mənfur niyyətlərinin
qarşılığında həqiqətin
işığı daha gur və daha nurlu olacaqdır. Həmin
müqəddəs ziyarətgahların, pirlərin, ovliya
ocaqlarının mifik-mistik ruh dünyasının ziyası
kimi...
Bu
cür ocaqlar isə Qərbi Azərbaycanın Ağbaba
mahalının Amasiya nahiyəsi hüdudlarında da az
olmamışdır.
Nahiyənin
Öysüz kəndinin kənarında çoxsaylı bulaqlar
yaxınlığında yerləşən "Öysüz
piri"nin üstündə heç bir tikili olmasa da,
yığılmış daş qalağları ilə əhatəli
idi. Camaat orada dua edər, şam yandırar, bayram günlərində ocağa ellikcə ziyarətə gələrdilər,
ətrafını təmiz saxlayardılar. "Öysüz
piri"nin aşağı hissələrindən
şağlayan bulaqların suyunu haylar keçən əsrin
60-70-ci illərində Gümrü (düşmənlər
Leninakan adlandırırdı) şəhərinə çəkib
apardılar ki, camaat sudan korluq çəksin. Çaxmaq kəndi
Türkiyənin Qars vilayəti ilə sərhəddə yaxın (2-3 km aralı) yerləşir.
Hətta sərhəd xətti yerli icra nümayəndəliyinin
binasından 15-20 metr aralı keçirdi. Sərhəd
zolağı hüdudlarında ucalan "Şiş
dağı"nın üstündəki "Şişin
ocağı"-ziyarətgah idi. Müqəddəs
ocağın ətrafı kəskin meyilli, çılpaq
yamaclardan ibarət olsa da, ətəyi itburnu kolları ilə
örtülüydü (ərazi
iqliminə görə el arasında "ikinci Sibir"
adlanırdı). Amma, dağın
"şiş" hissəsində, ocağın
yanında da bir neçə itburnu kolu bitmişdi, meyvələrindən
tutiya kimi çay dəmlənilirdi. "Şişin
piri"nə getmək çətin idi-sərhədd hissədə
yerləşdiyinə görə, amma mövsümi işlər zamanı əkin-biçinlə
məşğul olanlar, qoyunçuluq təsərrüfatnın
üzvləri o yerə keçə bilidilər.
Öysüz
kəndindən 4-5 km aralı
Ellər kəndində 300-400 illik yaşa çatan qəbirstanlıq
salınmışdı. Və
bu kənddə dini-ruhsal "Məhbub
ocağı" külli-Ağbaba mahalının müqəddəs
inanc yerlərindən biri idi.
1970-ci
illərdə Güllübulaq kəndinin qədim (yaşı minillikdən çox
olan) qəbirstanlığında olan iri sal bünövrə
üzərindəki qoç heykəlli sinə
daşını hay kilsəsi və əlaltıları
aparmaq istəyirdilər. Camaat bu hiylənin
qarşısını ciddi etirazla aldı. Bundan sonra yerli
sakinlərdən Seyid Rza
Seyid Ələkbər oğlu
(1926-1992) qardaşı Seyid Qasımla (1932-2005) birlikdə
1977-1978-ci illərdə Seyid Muxtar Babanın (o, 1850-ci illərdə
Təbriz şəhərindən köçüb gəlmişdir) qəbri üzərində gümbəz
tikərək xalqımızın tarixi-maddi irsini hay-daşnak
təcavüzündən qoruya bildilər. Bu tədbir təsadüfi
olmamışdır. Çünki, bu ailə 7-ci İmam Seyid
Museyi-Kazımın nəsil-şəcərə
davamçılarından olduğu üçün
ocağın sahibi (onların evləri də "Seyid Muxtar
ocağı" kimi ziyarətgah olmuşdur) Seyid Ələkbər
Seyid Muxtar oğlunun (1898-Böyük Vətən müharibəsindən
qayıtmayıb)
övladları da bu addımı atmışlar.
Güllübulaq
kəndindən şimal-qərbə
doğru 15-20 km aralıda yerləşən Təpəkənd
və Şurabad kəndləri ərazisində
də qədim dövrlərə
aid əski qəbirstanlıqlar olmuşdur.
Güllübulaq
kəndində eramızdan əvvəl IV-III əsrə aid
Alban məbədinin daşlarını hay daşnaklar 1946-1947-ci illərdə
söküb kənddən 2-3 km aralıdakı "Çətin
dərə" deyilən yerdə Arpaçay
çayı
üzərində elektrik yarımstansiyası tikintisində
istifadə etmişlər. Eləcə də onun
yaxınlığında Sovet Ordusunun rabitə-hərbi
düşərgəsinin inşasında da məbədin
daşları işlədilmişdir. Məbədin
sökülmüş ərazisi "Kilsə yeri"
adlanırdı, yanındakı bulağa da "Kilsə
bulağı" deyilirdi. Haylar tərəfindən
dağıdılmış tarixi-milli məbəddən 100
metr kənarda camaatın təşəbbüsü ilə
yeni məscid tikilmişdi. Bu tikili iki qalın ağac dirək
üzərində olmaqla hündürlüyü 4-5 metrə
çatırdı, üstü hamar daş lövhələrlə
və torpaqla örtülmüşdü.
"Arpagöl" ərazisinə yaxın yerləşən Yeni yol kəndində
(Güllübulaq kəndindən qərbə tərəf 17-18
km aralı) hündürlüyü 4-5 metrə qədər
olan qədim Alban kilsəsi
qalırdı, içərisində 2-3 baş və sinə
daşları ilə nişanəli qəbir var idi.
Daha
sonra, 1937-1938-ci illərdə Gümrü şəhərinin girişində, Arpaçay
çayının sol sahilindən
200 metr aralı "Ocaqqulu yeri"ndə
hündürlüyü 30 m-ə
çatan "Qara qala"nın
tikintisində də
Güllübulaq Alban məbədinin
sökülmüş daşları
hörülmüşdür, müdhiş, qara rəngdə
idi. 1960-cı ildə həmin tikintidə iştirak edən hay bənnalarından biri söyləyirdi
ki, o qalanın divarlarına bəzən daş əvəzinə
repressiyaya uğradılmış imüsəlman-türk
aydınları (şairlər, yazıçılar, alimlər,
din xadimləri...) hörülmüşdür, ona görə
də divarlarından yağ damırdı.
Mağaracıq
kəndindən Güllübulaq kəndinə tərəf,
yolun qırağında
"Göy dağ"dan (bu dağın bulaqları -
"Soyuq bulaq", "Şalxamgözə bulağı"
(suyunda qızıl balıqlar üzürdü),
"Taxtalı bulaq", "Daşlı bulaq",
"Südlü bulaq" (qoyun südünü qurudanda bu
bulağın suyu quruyardı), "Cinli bulaq"... birləşib
kəndin ortasından axan kiçik çay əmələ gətirmişdir)
axan çayın sahilində daş qalaqları ilə əhatələnmiş
ziyarət ocağı var idi, imanlı kəslər hər
cümə axşamı orada şam, çıraq
yandırardılar.
"Göy
dağı"n ətəyindəki
Çivinli kəndinin gündoğan tərəfində,
çayın kənarında hündürlüyü 2-3 metrə çatan,
qalınlığı 40-50 sm
olan hündür iki daş sütun qoyulmuşdu-üzü
qibləyə. Üstündə yazılı naxışlar
olsa da oxunmurdu. Bu daşlar da müqəddəs irs kimi
qorunurdu, buraya gəlib qurbanlar kəsilərdi.
Türkiyənin Ərdahan vilayətinin
dağlıq hissəsində yerləşən
Çıldır gölünün
yaraltı sulu layları ilə
qidalanan Arpagölün cənubunda
və sərhəddən 3 km aralı yerləşən Qonçalı kəndinin
mərkəz hissəsində 1974-cü ildə anbar tikintisi
üçün torpaq-qazma
işləri aparılarkən 2 m dərinlikdə insan
sümükləri, 3-4 ədəd iri, uzun qəbir (sinə) daşları aşkar
edildi. Həmin nümunələr laborator tədqiqatına
verildi, məlum oldu ki, bunlar əski
Alban qəbirlərinə aiddir.
Nahiyənin
Qaraçanta kəndi də Qars vilayətinə yaxın sərhəddə salınıb. Bu kəndin qəbirstanlığında
el ziyarəti ocağı kimi
"Seyid Məhəmməd ocağı" müqəddəs
məkanlardan sayılıb. 1920-ci illərdə Seyid Məhəmməd dua
edib ki, ömrünü evdən kənarda, kənddən
uzaqda başa vursun (onun evi kənd
məscidinin yaxınlığında olub). Elə də olur.
İsti iyul ayının günlərinin birində
Mağaracıq və
Qaraçanta kəndləri arasındakı
çayın kənarında dəstəmaz alaraq
namazını qıldıqdan sonra
80 yaşlı Seyid Məhəmməd fani dünya ilə vidalaşır.
Əvvəlcə istəyiblər ki, onu elə oradaca dəfn
etsinlər. Amma, ağsaqqaların təklifi ilə onu kənd qəbirstanlığında
torpağa tapşırırlar. Sonrada onun qəbri üzərində
2 m hündürlüklü (eni
və uzunluğu 2x3m olmaqla)
gümbəz tikilmişdir. Girişi qibləyə
açılan tikilinin divarlarında kiçik
ölçülü "ocaqlar" və şamdan qoyulmuşdur ki, camaat orada
şam-çıraq yandırardılar.
Ümumiyyətlə,
yazıda qeyd edilən Amasiya nahiyəsinin müqəddəs
inanc ocaqları mövcud olanların az bir hissəsidir və
Gümrü-Arpagöl yolu üzərində yerləşən
kəndləri əhatə edir.
Qismət
Yunusoğlu,
Bakı
Dövlət Universitetinin müəllimi
(Yazının
hazırlanmasında Qərbi Azərbaycanın Amasiya rayonu,
Güllübulaq, Çivinli, Qaraçanta, İbiş kənd sakinləri Nizami
Hüseyn oğlu Məmmədovun (1958), Seyid Təmraz
Seyid Qasım oğlunun (1964), Hacı Əmrah Nağı
oğlu İmanovun (1960), Yavər Yaqub oğlu Seyidovun
(1962) və Ələsgər Hüseyn oğlu
Vəliyevin (1962) məlumatlarından istifadə edilib.)
(Yazının
hazırlanmasında Qərbi Azərbaycanın Amasiya rayonu,
Güllübulaq, Çivinli, Qaraçanta, İbiş kənd sakinləri Nizami
Hüseyn oğlu Məmmədovun (1958), Seyid Təmraz
Seyid Qasım oğlunun (1964), Hacı Əmrah Nağı
oğlu İmanovun (1960), Yavər Yaqub oğlu Seyidovun (1962) və
Ələsgər Hüseyn oğlu Vəliyevin (1962) məlumatlarından istifadə edilib.)
Qismət Yunusoğlu.
Bakı Dövlət Universitetinin
müəllimi
Olaylar.- 2019.- 20 noyabr. S. 12.