Bütün oyunlar kitab
üzərində qurulmuşdu
Kitab sərgi-yarmarkasından REPORTAJ
Birinci gün
Sentyabrın 27-dən- 29 -na qədər Bakıda
6-cı kitab sərgi-yarmarkası
keçirildi.
İlk gün sərgi-yarmarkaya gedən mərkəzi küçələrdə
tıxaclar hamını
çaşbaş salmışdı.
Hər kəs təqvimi xatırlayır. Bir-birlərindən küçədə, avtobusda
bu gün hansı bayramın olmasını soruşurlar.
Heç kim bu gün təqvimdə
hansı bayramın olmasını
xatırlamır. Birdən hansısa
qadın laqeyd şəkildə "yəqin,
yenə kimdənsə
qurtulub, dirçəlmişik"
deyərək, müzakirələrə
son verir.
Əl Oyunları
sarayının qarşısında
xeyli sayda insanlar. Təşkilatçılar rəsmilərin gəlməsinə
hazırlaşırlar. Bu zaman vəzifə
səlahiyyətimizdən istifadə
edib saraya daxil oluruq. Nəşriyyatlar, müəyyən qurumlar da burada
rəsmilərin və
iştirakçıların "qəbul"una hazırlaşırlar.
Adı ilk dəfə
sərgi -yarmarkada qarşımıza çıxan
nəşriyyatlar, kitab
mağazaları da az deyil.
Oxucular adətən il ərzində əsasən
"Qanun", "Hədəf",
"TEASS PRESS", "Alatoran", "Altun" nəşriyyatların
kitabları ilə satış mərkəzlərində rastlaşırlar.
"Letterpress" nəşriyyatının
təmsilçisnə yaxınlaşıb,
nəşriyyat haqda suallar verirəm. Məlum olur
ki, "Letterpress" nəşriyyatı
əvvəllər "Bərəkət"
nəşriyyatı kimi
fəaliyyət göstərib.
İndi isə yeni adı
ilə sərgidə uşaqlar üçün
olan kitablarını təqdim edirlər.
Artıq rəsmilər sərgi-yarmarkaya
daxil olur. Çıxışlar, təbrik nitqləri bir-birini əvəz edərkən, Amerika səfirliyinin stendindən
təqdim olunan "Alatoran" nəşriyyatının
kitablarını, Azərbaycan
Tərcümə Mərkəzindən
"Xəzər" jurnalını
sevə-sevə qəbul
edib məkandan ayrılıram.
İkinci gün
Sərgi -yarmarkaya daxil olanda bir anlıq
çaşdım. Özümü
facebookda yeriyən
status kimi hiss etdim. Gün ərzində paylaşımlarını
bəyənib, şərh
yazdığımız dostlarla
salamlaşıb, sanki
canlı statuslarımızı
bəyənirik. Yarmarkanın ikinci günündə valideynlərin övladları
ilə birgə qatılmaqları sevindirici
hal didi. Uşaqlar kitablarla tanış olurdular.
"Qanun" və
"Əli və
Nino" stendlərinin qarşısı
insana şəhərdə
saatlarla davam edən tıxacları xatırladır. Amma nə gözəl
ki, bu dəfə
tıxacın səbəbkarı
hansısa naşı
sürücü yox, məhz kitabsevərlərdir.
Kitaba baxan, əldə etmək istəyən gənclərdir. Bu "tıxac"dan
çətinliklədə də olsa Pərviz
Cəbrayılın "Məryəm
surəsi" ni əldə edib, imzaladırıq.
Daha bir izdiham isə "Altun" nəşriyyatında
müşahidə olunur. Burada valideynlər
və məktəbli balacalar üstünlük
təşkil edir.
Hər kəs məktəblərin
məşhur Namazov bütünü sındırmaq
üçün övladlarına
fərqli və bir o qədər də maraqlı testlər, bədii kitablar alırdı.
"Parlaq imzalar"
nəşriyyatından isə
gənc şair Ruzbeh Məmmədovun şeir kitabını əldə edirik.
"Hədəf" nəşriyyatının
stendinə yaxınlaşanda
Müşfiq Xanın
kitabları digər müəllifləri görməyə
çətinlik yaratsa
da, bir az irəlilədikdən
sonra gözləri oxucu yolu çəkən
Azər Qisməti intizarda qoymayıb, kitabını əldə
edirik.
Və bu gündə Azərbaycan Tərcümə Mərkəzindən
daha bir hədiyyə qəbul edirəm. Jurnalist, yazar İlqar Rəsul imzalı olaraq "Getmə" romanını təqdim edir. Növbəti gedəcəyimiz ünvan isə "Alatoran"
nəşriyyatıdır. Rasim Qaraca ilə söhbət və sonuncu kitabını əldə etmək üçün kitab tıxacında bir xeyli irəliləmək lazımdır. Mən
artıq "Alatoran"a
çatanda məlum olur ki, Rasim
müəllimin sonuncu
kitabı olan "Zürafəsiz dünya"
artıq bitib.
Növbəti kitab tıxacı isə Tərcümə Mərkəzinin önündə
müşahidə olunur. Səbəbkar
isə təbii ki,
Şəhriyar Del Gerani və yeni "Gecəniz şeirə..." şeirlər kitabıdır.
Üçüncü gün
Bu gün yarmarka
iştirakçıları daha çoxdur. Saat
12:30-da "Qızıl kəlmə"
mükafatlarının sahibləri
ilə görüş,
15:00 -da gənc şairlərlə görüş,
Hikmət Hacızadə,
Şərif Ağayar ("Qanun" nəşriyyatı), Vüqar
Zifəroğlu ("Hədəf"
nəşriyyatı), BookZone
kitab evinin stendində "Çapar"
dərgisinin təqdimatı
və Dilqəm Əhmədin, digər yazarların ima günləri ilə 6 -cı Bakı kitab sərgi-yarmarkasına
yekun vuruldu.
Üç gündü hər kəsin maraqla "bu gün nə
bayramıdı?" sualına
cavab olaraq qeyd edim ki,
Bakıda 3 gün kitab bayramı oldu. Bilənlərdən çox, bilməyənlər
də var idi. Amma əvvəlki illərlə
müqayisədə bayramın
sədası bu dəfə daha geniş yayılmışdı.
Məsələn, ötən
il stendlərarası
heç bir tıxac yox idi. Amma bu dəfə
ilboyu oxucular üçün davamlı
kitab dərc edən nəşriyyatların
önündə 3 gün
oxucu sıxlığılığı
müşahidə etdik. Aktiv fəaliyyəti olmayan,
yalnız sərgidən-sərgiyə
peyda olan nəşriyyat təmsilçilərinin
gözləri isə mobil telefonlarına "köklən"mişdi.
Ticarət mərkəzlərində butik
paketlərini daşıyan
qadınların, içki
masalarında, oyun zallarında hesab ödəyən kişilərin
əllərində 3 gün
boyunca nəşriyyat
paketlərini görmək
sevindirci hal idi. Bu gün ərzində sosial şəbəkələrdə restoranlarda, kafelerde paylaşılan fotoları
kitab, yazarlarla çəkilən fotolar əvəz etdi. Və paylaşılan fotoların sayı və paylaşımlar nə qədər çox olsa da, heç kim narazılıq
etmədən paylaşımları
sevərək bəyənirdi.
Əl Oyunları saray artıq Bakı oxucusuna darlıq edirdi. Bu dəfə insanlar bir-biri ilə getdikləri restoran, əyləncə mərkəzinə görə bəhs etmirdilər. Bu dəfə insanlar bir -birləri ilə aldıqları kitabların sayına görə bəhs edirdi. 3 gün Bakıda bütün oyunlar kitab üzrərində qurulmuşdu.
Nigar Adil
Olaylar.- 2019.- 1-2 oktyabr.- S.10.