Azərbaycanın 26 il əvvəl
başlayan inkişaf tarixil
Bu günlər müstəqil Azərbaycan
tarixinin ölkə üçün daha bir yadda qalan
gününü qeyd edirik. Ümummilli lider Heydər
Əliyevin ikinci dəfə siyasi hakimiyyətə
qayıtmasının ildönümünü. Tarixin məhz bu günündə,
1993-cü il, oktyabr ayının 3-də ümummilli lider Heydər
Əliyev ölkədə keçirilən prezident seçkilərinin
nəticələrinə əsasən xalqın mütləq əksəriyyətinin
səsini qazanaraq dövlət başçısı
seçildi. Əslində Heydər Əliyev prezident
seçildiyi müddətə qədər də dövlətin
idarəetmə sistemində çalışırdı. Belə
ki, həmin ilin iyun ayının 15-də ölkədə
baş qaldıran vətəndaş qarşıdurması
fonunda xalqın təkidli tələbi ilə Bakıya gələn
Heydər Əliyevə mühüm bir post, Ali Sovetin sədri
səlahiyyətləri həvalə edilmişdi. Məhz
ümummilli liderin Ali Sovetin sədri kimi qısa müddətdə
ölkəni ciddi təhdid edən vətəndaş
qarşıdurmasını aradan qaldırması Heydər
Əliyevin 1993-cü ilin 3 oktyabr tarixində dövlət
başçısı seçilməsi üçün ona dividentlər qazandırdı,
ümummilli liderin prezidentlik postuna gedən yoluna yaşıl
işıq yandırdı. Çünki Heydər Əliyev həmin
ilin iyununda Bakıya dəvət edilməsə və
ağır bir yükün altına girməsəydi,
şübhəsiz ki, bu günkü Azərbaycandan
danışmaq yersiz olardı.
Beləliklə, 1993-cü ilin oktyabr ayının 3-də dövlət başçısı seçilən Heydər Əliyev iyun ayından etibarən start verdiyi işləri davam etdirməyə başladı. Kifayət qədər çətin ağır dövrünü yaşayan Azərbaycanı o zaman inkişaf etdirmək, irəli aparmaq olduqca çətin idi. Lakin bütün qarşıya qoyduğu hədəfləri, məqsəd və vəzifələri qısa müddətdə reallaşdırmağı bacaran Heydər Əliyev bu dəfə də bacardı. Zəngin idarəçilik qabiliyyəti və siyasi təcrübəsi olan Heydər Əliyev gözəl bilirdi ki, siyasi sabitlik olmadan hər hansı bir inkişafa nail olmaq çətindir. Ona görə də ümummilli lider ilk olaraq ölkədə sabitliyi möhkəmləndirməyə, hələ də Azərbaycanı gözləyən təhdid və təhlükələri aradan qaldırmağa üstünlük verdi. Bu mənada Heydər Əliyevin həmin illərdə ölkədə mövcud olan qeyri-qanuniu silahlı birləşmələri ləğv etməsi və nizami ordu yaratması xüsusi qeyd edilməlidir. Düzdür, ümummilli liderin bu qərarı, qeyd edilən istiqamətdə atdığı addım təkcə qeyri-qanuni silahlı birləşmələrin rəhbərliklərini deyil, eləcə də onları bu və ya digər dərəcədə himayə edən xarici dairələri ciddi narahat edirdi. Ona görə də hətta bir neçə dəfə Heydər Əliyevə qarşı sui-qəsd cəhdi də təşkil edildi.
Tədricən ölkədə siyasi sabitliyi bərpa edən Heydər Əliyevin qarşısında duran ikinci bir vəzifə Azərbaycanı iqtisadi baxımdan inkişaf etdirmək idi. Sovetlərdən yenicə ayrılan, heç bir zavod və müəssisəsi işləməyən, iqtisadi potensialı olmayan bir ölkəni isə inkişaf etdirmək asan məsələ deyildi. Ancaq ümummilli lider yenə də özünün zəngin siyasi təcrübəsinə əsaslanaraq çıxış yolunu yapdı, Azərbaycan iqtisadiyyatını uğurlu neft strategiyası ilə tərəqqiyə apardı. Belə bir vəziyyətdə Azərbaycanı yalnız neft amili iləı irəli aparmağın mümkünlüyünü bir daha dəqiqləşdirən Heydər Əliyev Qərbin nüfuzlu neft şirkətləri ilə danışıqlara başladı. Düzdür, bu dövrdə dünyaca tanınmış neft şirkətlərini Azərbaycana cəlb etmək, onların ölkəımizə sərmayə yatırmasına nail olmaq kifayət qədər risqli və çətin idi. Çünki qeyd etdiyimiz kimi tez-tez ictimai-siyasi sabitliyi pozmağa yönəlik cəhdlər, sui-qəsdlər Azərbaycana sərmayə yatırmaq istəyində olan beynəlxalq maliyyə qurumlarında tərəddüd yaradırdı. Lakin ümummilli lider bunu da bacardı və 1994-cü ildə Qərbin nüfuzlu neft şirkətləri ilə Bakıda "Əsrin müqaviləsi"nin imzalanmasına nail oldu. Ümummilli lider "Əsrin müqaviləsi"ni imzalamaqla nəinki Azərbaycanın beynəlxalq aləmə çıxışını təmin etmiş, Bakıya olan beynəlxalq marağı artırmış oldu, eyni zamanda Azərbaycanın yeni inkişaf strategiyasının əsasını qoydu. Bu da günümüzdə də uğurla davam etdirilən və Azərbaycanın zirvələr fəth etməsinə yol açan neft strategiyası idi.
Beləliklə, ümummilli lider Heydər Əliyev 26 il əvvəl Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməklə ölkəmizin gələcək inkişafının, tərəqqisinin əsasını qoydu ki, bu gün də qürur və şərəf hissi ilə əldə etdiyimiz uğurların təməlində Heydər Əliyev strategiyasının dayandığını söyləyirik. O strategiya, siyasi xətt ki. Bu gün Heydər Əliyevin layiqli davamçısı Cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, icra olunur. Məhz əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin davam etməsi nəticəsində Azərbaycan bu gün təkcə yerləşdiyi Cənubi Qafqazın deyil, eləcə də dünyanın aparıcı ölkələrindən birinə çevrilib.
S. İsmayılbəyli
Olaylar.- 2019.- 3-4
oktyabr.- S.9.