İnsan özünün ya həkimi olur, ya qənimi

 

 Ərşad Əzimzadə: "Təəssüf ki, insan ölü qidalara üstünlük verir, üstəlik, uzlaşmayan qidaları qarışdırır"

 

"Olaylar" "Ana Təbiət" Natural Gigiyena Mərkəzinin rəhbəri, yazıçı-jurnalist, loğman Ərşad Əzimzadə ilə müsahibəni təqdim edir:

 

- Ərşad  müəllim, son zamanlar dünyada ölümcül xəstəliklərin sayı sürətlə artır. Kimdir günahkar, amansız təbiət, qlobal ekoloji problemlər, yoxsa insanın özü?

- İlk baxışda çox mürəkkəb sualdır. Amma cavab lap üzdədir. Yer üzündə baş verən bütün fəsadların səbəbi NADANLIQDIR. Nadanlıq isə qeyri-sağlam həyat tərzinin acı məhsuludur. Nadanlığın kökündə nəfs durub. Ona görə də Məhəmməd peyqəmbər nəfsi bəni insanın ən güclü düşməni sayırdı. Güclü nəfs, dünyaya yaradıcı və qurucu qüvvə kimi, xeyirxah işlər görmək üçün gəlmiş insanın ağlını başından alır, onu dağıdıcı şər qüvvəyə çevirir. Şər qüvvə ölü qidaların, papirosun, narkotik maddələrin, spirtli içkilərin, kimyəvi preparatların köməyi ilə həm öz qanını zəhərləyir, həm havanı, suyu, torpağı, həm də asimanı. Yerdən göyə "axan" zəhər OZON dəliyini aşılayır və onun deşiyini genəldir. Göydən Yerə süzülən isti normanı aşır - qlobal istiləşmə baş verir. İqlim korlanır. Bir yandan iqlimin korlanması, o biri yandan da süfrədə ölü qidaların həcminin artması, papiros, narkotik maddələr, ölü qidalar, kimyəvi dərmanılar, silah-sursat istehsalının sürətlənməsi,  gətirib ona çıxardır ki, bizi yaradanyaşadan Ana Təbiətin öz ağılsız  övladlarından aldığı tərpiklər günbəgün güclənir. İnsandan başqa heç bir canlı Təbiətin Əbədi qanunlarını pozmur və Təbiətə qarşı cinayət işlətmir. Təbiət  heç bir cinayəti cəzasız qoymur. Xəstəliklər də, münaqişələr də, müharibələr də, hətta, təbii fəlakətlər də nadan mutantların törətdiyi ağır cinayətlərin cəzasıdır.

- Siz, müalicə üsulu kimi, təbii qidalara üstünlük verirsiniz. Bu yandan da dünya bazarlarını  genetik modifikasiya olunmuş (GMO) məhsullar basıb. Belə məhsulların insanlar üçün təhlükəsi nə dərəcədədir?

- Sağlamlığın iki güclü düşməni var - texnikakimya elmi. Texnika Yeri-Göyü söküb dağıdır, zəhəri Yer üzünə, dəryaların dibinə, kosmosa daşıyır, kimya elmi isə zəhər istehsalını ilbəil gücləndirir. Bu gün təkcə GMO məhsulları deyil, öz bağlarımızda və bostanlarımızda istehsal olunan məhsullar da - başdan ayağa zəhərdi. Doğulduğum ucqar dağ kəndi Seyidlərdə (Zəngilan-red) ötən əsrin ortalarında yediyim meyvələrin, tərəvəzin, pencərin ətrini, dadını indiki məhsullarda tapa bilmirəm. Çünki pul düşkünü olan insanlar, məhsul yetişdirərkən, insanların taleyini deyil, ancaq  qazanc barədə fikirləşirlər. Torpağa daha çox zəhər verirlər ki, məhsulun çəkisi çox,  "əmtəə görkəmi" gözəl olsun. Bu yolla qazanılan pul rəncbərin özünə deyil, dələduz həkimlərə və əczaçılara  qismət olur. Bir bağban tanışım it zülmü ilə qazandığı pulun 15-20 min dollarını hər il həkimə və dərmana xərcləyir.

- Niyə insanlar təbii müalicə vasitələrindən istifadə etməyə həvəs göstərmir? Bəlkə, insanların maarifləndirilməsi yetərincə deyil?

- Bir qədər uzağa, eramızdan bir neçə min il qabağa gedək. Yunan sağlamlıq Allahı Asklapiyin (Eskulap) iki qızı vardı - lovğa Panakiyamüdrik Gigiya. Hər ikisi atasına kömək edirdi. Panakiya deyirdi: "Mən elə bir dərman icad edəcəm ki, bütün dərdlərin çarəsi olsun". Ağıllı Gigiya onu bu fikirdən daşındırmağa çalışırdı: "Dərman icad etməyə ehtiyac yoxdur. İnsan orqanizmi özünü mühafizə etməyə, yenidən qurmağa, təkmilləşdirməyə qadir olan bir mükəmməl aparatdır. İnsanın sağlam və xoşbəxt yaşaması üçün dünyada hər şey var. Yetər ki, biz insanlara Təbiətin Əbədi qanunlarını öyrədək ki, hər insan onlara dəqiq əməl etsin, sağlam və xoşbəxt olsun". O vaxtdan tibb elmi haçalandı: bir qol insanları zəhərli dərman bataqlığına sürüdü, o biri  - "Təbiət anadır" yoluna çəkdi. İkinci yola Gigiya yolu dedilər. Bu gün az işlədilən "gigiyena" sözü ordan yaranıb. Rəsmi tibb elmi "gigiya" terminindən istifadə etsə də, Panakiya yolunu tutub, müalicədə ancaq cərrah bıçağını, zəhərli dərmanları və aparatları tətbiq edir. Təbliğat maşını şəfalı bitkiləri deyil, ancaq dərmanı reklam edir. Çünki bu qol yaxşı qazanc gətirən dərman biznesini yaradıb.

- Belə bir deyim var: "hər kəs 100 il yaşamasa, günah onun özündədir". Digər tərəfdən də, insanın öz nəfsinə qalib gəlməsi - çox çətin məsələdir. Belə təzadlı vəziyyətdə insanlar nə etsinlər ki, özləri öz həkimləri olsunlar?

- Kim deyibsə, gözəl deyib. İnsan uzunömürlü varlıqdır. Səmavi kitablarda yazılıb ki, Nuh peyqəmbərin dövründə  940 ildən az yaşayan olmayıb. 95 il gənc qalmağı bacaran, qəza nəticəsində dünyasını dəyişən dünya şöhrətli amerikan alimi Pol Breqq tam əmin idi ki, insan ancaq təbiət tərəfindən ona ayrılmış qidanı qəbul etsə - 900 il yaşıya bilər. Təəssüf ki, insan ölü qidalara üstünlük verir, üstəlik, uzlaşmayan qidaları qarışdırır. Öz qanını müntəzəm  zəhərləyir, hüceyrələri qırır. Hətta, insanın əbədiyaşar olması fikrini  əsaslandırmağa çalışan alimlər var (professor Bolotov). Çünki insan orqanizmində daima təzələnmə gedir. Sağlam həyat tərzi yaşayan insanın bədənində hüceyrə ordusu hər gün  1 faiz təbii itki verir, o qədər də təzə hüceyrə yaranır.  Balans pozulmur. Qeyri-sağlam həyat tərzi yaşayan insanın bədənində isə ölüm faizi olum faizindən qat-qat yüksək olur. Ömrü gödəldən budur.

Lakin əsas məsələ nə qədər yaşamaq deyil, necə yaşamaqdır. Azar-bezar çamurunda  çabalamaq həyat deyil. Orqanizmə qulluq etmək elmini yaxşı əxz edən insan özü özünün həkimi olur, özünü pis vərdişlərdən təmizləməyi bacarır. Heç kəs dünyaya iradəsiz, nəfsin tamahın qulu kimi gəlmir. Analarımız bizi, canlarından əziz tutduqları övladlarını, çömçə-qaşıqla mədənin müti quluna, iradəsiz məxluqa çevirirlər. Çünki analar özləri düzgün qidalanmağın, sağlam yaşamağın, möhkəm iradə formalaşdırmağın yolunu bilmirlər. Onlara bu arxivacib biliyi ailədə veriblər, bağçada, orta ali məktəblərdə.

- Sağlamlığın qorunması məsəsləsində çox vacib amil olan idman barədə heç düşünmürük.

-Sağlamlığı təmin edən 4 amil var: düzgün qidalanmaq, faydalı hərəkət, su poseduraları özünütəqlin. Şənbaz cavanların can atdığı İdman faydalı hərəkət deyil, zərərlidir. Peşəkar idmançıların az yaşaması buna sübutdur. Müasir idman daha qəddar, daha kobud, daha təhlükəli olub. İdman biznesə siyasətə xidmət edir, uşaqların psixikasını pozur. Komandası uduzan fanatların törətdiyi fəsadları göz qabağına gətirin - vitrinləri qırırlar, maşınları yandırırlar, qabaqlarına çıxan hər şeyi uçururlar, adam öldürürlər. Amma hərəkətsiz qalmaq idmandan da dəhşətlidir. Adam az hərəkət edəndə - qida həzmə getmir, enerjinin mədaxil-məxaric balansı pozulur, əzələlər, damarlar, vətərlər atrafiyaya uğrayır, kirəcləşmə gedir.  Bəs necə olsun?

Yaşasın bədən tərbiyəsi!.. Minlərlə təmrinlər var ki, adamı daima gənc saxlayır, azar-bezardan qoruyur, ömrünü uzadır. İlin bütün fəsillərində, hər gün, sübh tezdən, açıq havada, iti addımlarla 8-10 kilometr gəzmək (bu normaya tədricən getmək lazımdır)  bütün təmrinləri əvəz edə bilir. Buna imkanı olmayan şəxs  yapon alimi Nişinin təklif etdiyi təmrinləri evdə yerinə yetirə bilər. Hər gün kontrast su vannası qəbul etmək, mümkün olmasa, sadəcə, yaxalanmaq da gözəl bədən tərbiyəsi deməkdir. Yarış məqsədilə deyil, sağlamlıq naminə sakit üzmək, gimnastika, tennis, voleybol faydalı hərəkət  sayıla bilər. 

- Ərşad müəllim, Azərbaycan insanının yemək mədəniyyətində hansı qüsurlar daha çox özünü büruzə verir?

-Bir məsələ mənə bərk yer eliyir. Xaricdən gələn qonaqların hamısı kameraya eyni sözləri deyirlər: "Xalqınız qonaqpərvər xalqdır, yeməkləriniz çox dadlıdır". Görünür, diqqətəlayiq başqa dəyərimiz yoxdur. Elə biz özümüz həmişə süfrəmizin zənginliyi ilə qürrələnirik. Kaş süfrəmiz kasad olaydı, zəkamız, dərrakəmiz dərin, mədəniyyətimiz yüksək. Fəxr etdiyimiz zəngin süfrə böyük faciədir! İnsan qidaları qədər çox qarışdırırsa, yığışıb bədəndə qalan şlakın (zibil) həcmi bir o qədər çox, cana dolan xəstəliklərin sayı bir o qədər çox, təpiyi bir o qədər güclü olur. Toylarımızı göz qabağına gətirəndə - ürəyim sancır: 20-30 növ qida! Hamısı da zülal, ət xörəkləri. Zülal ən gec həzmə gedən, həzm olmaq üçün bədəndən ən çox enerji alan qidadır. Özü bizə çox cüzi miqdarda lazımdır. Biz zülal normasını 10-20 qat ötürük. Eyni fikiri şəkər nişasta haqqında da demək olar. Milli süfrəmizin ən böyük faciəri budur ki, yaman çox yeyirik, əsasən da, ölü qida yeyirik, həm qidaları çox qarışdırırıq.

- İş elə gətirib ki, ölü qidalar - bişmiş xörəklər, çörək digər un məmulatları, mürəbbələr, şorabalar gündəlik qida rasionumuza çevrilib. Belə bir şəraitdə insanların ömrünün uzadılması üçün nələr tövsiyyə edərdiniz?

- Aqillər deyib: iki böyük bəladan nisbətən kiçiyini seçmək lazımdır. Bizbu günkü rasiona bu baxımdan yanaşaq - az zərərlini seçək. Təbii ki, bu qidaları qəbul edən insan sağlam olaçox yaşıya bilməz. Daha dəqiq desək, həmişə xəstə olmalı, sürünə-sürünə yaşamalı və tez ölməlidir. Bu - mübarizəsiz və fərəhsiz həyatdır, ağır əzab şələsinin altında dizin-dizin sürünmək deməkdir. Yükü bir qədər yüngülləşdirmək olar.

Çayı çiy su ilə, şəkəri, şirniyatı, şokaladı meyvə quruları və balla əvəz etmək, hər öynədə 1 növ xörəyi çörəksiz və güclü tərəvəz salatı ilə, çörəyi ancaq boyat şəkildə və mütləq tərəvəz salatı ilə yemək. Səhərlər çiy sudan 15 dəqiqə sonra 1 növ meyvə yemək, 30 dəqiqədən sonra tərəvəz salatı ilə birlikdə hər hansı "əsas" qida qəbul etmək. Şam yeməyini yuxudan 3 saat tez qəbul etmək məsləhətdir. Mümkün qədər çox hərəkət etmək vacibdir. Allah millətimizə dərin zəka, möhkəm iradə və işıqlı ideya ətrafında birləşmək qabliyyəti bəxş etsin!!!

 

Alim Hüseynli

 

Olaylar.- 2019.- 5-7 oktyabr.- S.13.