“Güllələnmiş
Məzarlar”
sosial filmi təqdim
edildi
Oktyabrın 4-də Beynəlxalq Mətbuat
Mərkəzində Azərbaycan
Respublikası Prezidenti
yanında QHT-lərə
Dövlət Dəstəyi
Şurasının dəstəyi
ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən istehsal edilmiş "Güllələnmiş Məzarlar"
sosial filminin təqdimatı keçirilib.
Olaylar.az bildirir ki, Azərbaycan
və ingilis dillərində hazırlanan
film, Füzuli rayonunun
Aşağı Əbdürrəhmanlı
kəndinin, kənd məzarlığının erməni
hərbi birləşmələri
tərəfindən viran
edilməsi, dağıdılması
timsalında işğal
altındakı yaşayış
məskənlərimizdə məhv edilmiş bütöv bir sivilizasiya haqda məlumatları dünyaya
çatdırmaq məqsədi
daşıyır.
Tədbirdə millət vəkilləri,
media nümayəndələri və vətəndaş cəmiyyəti təmsilçiləri
iştirak edib. Tədbiri
giriş sözü ilə açan BAMF prezidenti Umud Mirzəyev layihə haqda məlumat verib. O, işğal altındakı ərazilərimizdəki
vəziyyəti dünyaya
çatdırmağın əhəmiyyətindən
danışıb. Bu məqsədlə çəkilən
filmlərin önəmli
olduğunu qeyd edib. Umud Mirzəyev işğal
faktının dünyaya
yayılması istiqamətində
hər bir vətəndaşımızın maarifləndirmə aparmasının
zəruri olduğunu bildirib. "Son 10 ildə
Amerika və Avropa ölkələri, xüsusilə Fransa, Macarıstan, Latviya, Litva, Türkiyə, Misir, İsrail, Özbəkistan, Rusiya, Qətər, Pakistan, Vyetnam
və.s ölkələri
təmsil edən 100-lərlə
media nümayəndəsini, vətəndaş cəmiyyəti
təmsilçilərini işğal
olunmuş ərazilərlə
həmsərhəd bölgələrimizə
və bir hissəsi işğaldan azad edilmiş kəndimizə apardım.
Qısa müddət ərzində
işğal altında
qalan kəndimizdə törədilən vəhşiliklər,
güllələnmiş məzarlıq,
dağıdılmış qədim bulaq, kəhriz və digər vandalizm aktları onların xatirəsində dərin iz buraxdı. Bu gün Qarabağın
900-dən yuxarı yaşayış
massivi Aşağı
Əbdürrəhmanlının üzləşdiyi acı
taleyi yaşayır.
Bu kəndlərdə, obalardakı evlərin yalnız izləri qalmaqdadır ".
Azərbaycan Respublikasının Prezident
Administrasiyasının İctimai-siyasi
məsələlər şöbəsinin
məsul əməkdaşı
Vüqar Səlimov bildirdi ki, ermənilər Azərbaycan ərazilərini
işğal edərkən
orada olan maddi -mədəni abidələri
vandalcasına dağıdıblar
və bu abidələrin əksəriyyətinin
onlara məxsus olması haqqında beynəlxalq aləmdə fikir yaratmağa çalışırlar: "Təəssüfləndirici
haldır ki, ermənilər Azərbaycanın
işğal altındakı
tarixi ərazilərində
beynəlxalq ekspertləri
cəlb edərək qazıntı işləri
aparırlar. Çox zaman bunu öz mətbuatlarında yayımlayırlar. Orada hər
hansı tarixi tapıntı əldə edəndə onun özlərinə məxsus
olduqlarını bildirirlər.
İşğal altında olan
muzeylərimizdəki tarixi
əşyalarımızı öz tarixləri kimi dünyada təqdim edirlər. Sirr deyil ki, silahlı
münaqişələr zamanı
onlar işğal olunmuş ərazilərdə
tarixi abidələrimizə
odlu silahla atəş açmışdılar.
Bizim torpaqlarımız müvəqqəti
işğal altındadır.
Biz fəaliyyətimiz zamanı onların bu vəhşiliklərini xarici dillərə tərcümə edib, beynəlxalq kitabxanalara göndəririk. Bizlər bu
cür təbliğatla
ermənilərin tarixi
saxtalaşdırmaq məqsədlərinin
qarşısını ala bilərik."
Umud Mirzəyev
son aylar BAMF-ın işğal altındakı
ərazilərimizdəki vəziyyətlə
bağlı bəyanatının
BMT-İnsan Haqları
Şurasında 5 dildə
dərc edildiyini bildirib. O, "Güllələnmiş Məzarlıq" sosial filminin Cenevrədə İnsan Haqları Şurasının müxtəlif
sessiyalarında, ayrı-ayrı
müzakirələr zamanı
nümayiş olunduğunu
qeyd edib. Nobel Sülh Mükafatını
qazanmış Beynəlxalq
Sülh Bürosunun sentyabr ayında Berlində keçirilən
"Avrasiyada Təhlükəsizlik"
adlı toplantısı
zamanı BAMF təmsilçisi
Anastasiya Lavrina tərəfindən "Güllələnmiş
Məzarlıq" filminin
təqdim edildiyini vurğulayan BAMF prezidenti qaçqın və məcburi köçkünlərin
öz doğma yurd-yuvalarında yaşamasına
dair hüquqlarının
təmin edilməsi, işğal olunmuş ərazilərimizdəki vəziyyətə
dair beynəlxalq ictimaiyyətin məlumatlandırılmasının
gərəkliliyini söyləyib.
Bu işdə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının
vətəndaş cəmiyyəti
qurumlarına göstərdiyi
dəstəyin əhəmiyyətindən
söz açıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət
Dəstəyi Şurası
Katibliyinin icraçı
direktoru Fərasət
Qurbanov bildirdi ki, bu
film bir daha sübut edir ki, bizim mübarizə
əzmimiz davam edir.Qarabağın hər
guşəsində, hər
qarışında bu
cür dağıdılmış
evlər, məzarlıqlar,
tarixi yerlər çoxdur. Bu erməni
xalqının mahiyyətini
ifadə edir. Onların mədəniyyəti göz
qarşısındadır. Onlar terror, insanları qətlə yetirmək, tarixi abidələri məhv etməyi ilə nədən ibarət olduqlarını bildirir.
Təəssüf ki, bizim belə qonşumuz var. Azərbaycan bu xalqın cavabını qısa zamanda verəcək. Bu gün
ölkədə fəaliyyət
göstərən QHT-lər Qarabağ problemi ilə bağlı layihələr
təqdim edir. Film bir kəndin
ətrafında bütün
Qarabağdakı vəziyyəti
çox gözəl göstərib.
Millət vəkili Qənirə Paşayeva bildirdi ki, biz bu filmdə
bir milyondan çox insanın acısını görə
bilirik. Bu acıları
paylaşırıq. Orada dağıdılan
evlər bizim evlərimizdi, dağıdılan
məzarlıqlar bizim
məzarlığımızdır, tarixi abidələr bizim tariximizdir. Harada doğulub, yaşamasından
asılı olmayaraq işğal olunmuş ərazilər bizim hamımızın torpağıdı,
vətənidir. Umud
bəy mütəmadi
olaraq xaricdən gələn jurnalistləri,
qonaqları tez-tez ora aparıb hadisə ilə onları yerində tanış edir. Bu çox
önəmli məsələdi.
Eşitmək və görmək
fərqli anlayışdır.Görmək
erməni cinayətkarlığını
əyani göstərməkdir.
Qəbirstanlıqlar, məzarlıqlar sadəcə əzizlərimizin
uyuduqları yer deyil. Və ermənilər bunu
planlı şəkildə
dağıdırlar. Ora bizim
tarixi yaddaşımızdır.
Orada neçə yüz illiklərin tarixi uyuyur. Ali baş
komandanımızın rəhbərliyi
altında, onun yanında olaraq torpaqlarımızn azad edilməsi üçün
çox çalışmalıyıq.
Hər kəs öz yerində nələr edə bilərsə və edirsə bu artıq bizim
qələbəmizdir. Buradakı insanların hamısı bu vəziyyəti bilir. Amma filmin ingilis
dilinə tərcümə
olunması, beynəlxalq
təşkilatlarda, auditoriyada
nümayiş olunması
bizim haqq səsimizin dünyaya çatdırılması deməkdir.
Tədbirdə çıxış edən Cahangir Məmmədli bildirdi ki, 10 dəqiqəlik filmdə biz illərlə
ermənilərin Azərbaycan
mədəniyyətinə qarşı
göstərdiyi
vəhşi münasibəti
görürük: "Bu gün
təkcə Füzuli
rayonunun Aşağı
Əbdürrəhmanlı kəndi
belə deyil. Bu gün ermənilər Qarabağın hər yerində bu cür vəhşiliklər
ediblər. Yaxın zamanlarda Ali baş
komandamızın rəhbərliyi
altında öz doğma torpaqlarımıza
qələbə yürüşü
edəcəyimiz gün
uzaqda deyil."
Tarixi əsərlər müəllifi
Yunus Oğuz çıxışı zamanı
qeyd etdi ki, ən böyük
işlər ən xırda işlərdən
başlayır.: "Ən xırda işə diqqət etsək, böyük uğurlarımız
olacaq. Bu film xırda iş deyil. Azərbaycan və Qarabağ tarixi və həqiqətlərinin dünyaya
çatdırılması üçün görülən
böyük işlərdən
biridi."
Yunus Oğuz çıxışı zamanı qeyd etdi ki, qəbir mədəniyyəti dünyanın ən qədim tarixi mədəniyyətidir. Bunu beynəlxalq ictimaiyyət də qəbul edir və qəbirlərin vəhçicəsinə dağıdılmasını düzgün hesab etmir. Qədim bir qəbirlə bütöv bir millətin tarixini yazmaq mümkündür. Təbii ki, ermənilər bunu da məqsədsiz etmirlər. Onlar işğal altındakı ərazilərdə olan məzarlıqları məhv etməklə Azərbaycan tarxini, mədəniyyətini məhv eləmək istəyirlər. Təəssüf ki, bu gün Qarabağda Alban kilsələri, abidələri məhv edilir, dağıdılır. Biz beynəlxalq aləmin diqqətini bu məsələlərə yönəltməliyik.
Bizlər də davamlı olaraq bu cür mədəni təbliğatlar aparıb, səsimizi dünyaya çatdırmalıyıq.
Tədbir millət vəkilləri, vətəndaş cəmiyyəti nümayəndələrinin müzakirələri ilə davam etdirilib.
Ay An
Olaylar.- 2019.- 5-7 oktyabr.- S.11.