Qərbi Azərbaycanın tarixi-maddi
ocaqları və yaxud
saxta “Ermənistanın
sakral coğrafiyası” barədə
(I məqalə)
...1836-cı ildə (həmin ildə
çar Rusiyası Alban Apostol
kilsəsinin Erməni Qriqoriyan Kilsəsi tərəfindən
idarə olunması barədə fərman vermişdir) Hindistanda
yaşayan imkanlı iki hay-Mkrıtıç Murad və Eduard
Rafael öz vəsaitləri hesabına İtaliyanın
Venetsiya şəhərində hayəsilli uşaqlar
üçün öz dillərində
tədris edilən kollec açırlar. Sonralar bu məktəb "Erməni elmi-dini mərkəzi"
kimi fəaliyyət göstərmiş və göstərməkdədir.
Rusiya
Federasiyasının paytaxtı Moskva şəhərində
yerləşən böyük türkoloq Lev Qumilyov adına
Avrasiya Mərkəzində həyata keçirilən "Bəyaz Hindistan" layihəsi
adı altında rus pravoslav kilsəsinin nümayəndəsi
Vyeçeslav Terexovun "Ermənistanın
sakral coğrafiyası" adlı məruzəsi işıq
üzü görmüşdür (2017). Bu keşiş həm
də paytaxtın
"Qırmızı qvardiya bulvarı, ev 1"
ünvanındakı
"Dünya səyahətçiləri klubu"nda bələdçilik
edərək sifarişli təfəkkür
nümunəsini uydurma məlumatlarının təbliğini də
unutmayır.
Təbii
ki, hay kilsəsinin "xeyir-duası" ilə. Müəllif "sakral coğrafiya" termininin
izahını mistikaçı Y.V.Qolovinin təbirincə
"müqəddəs yerlər, ziyarətgahlar, ruh ocağı" kimi
vermişdir. Daha sonra, o, eşitdiyi mülahizələri
ümumiləşdirərək bildirmişdir ki, qədim yunan
mifologiyasına görə Afina şəhərindəki
Panteonda 1-ci Allah hesab edilən Geya özü dünyanı
nizamlayan və idarə edən olduğundan yer kürəsi
onu adını ("geo") daşıyır. Bu mülahizələr mövzumuza aid olmadığı
üçün fikrimizi yayındırmayaq...
Qafqaz
tarixinə, eləcə də Azərbaycanın qədim
tarixi-coğrafiyasından bixəbər olan rus keşişi
V.Terexov Ermənistan ərazisinin
Moskva vilayətinin sahəsindən az olduğunu bildirsə də
"Böyük Ermənistan"ın "sərhədlərini" də
xatırlamağı unutmayıb. Çox maraqla bəyan
edir ki, keçmiş SSRİ ərazisində bu cür zəngin
müqəddəs, sakral mərkəzlərə malik region
çətin tapılar və bu zənginliyi o, qədim
yunan-Roma sakral mədəniyyəti ilə müqayisə edir.
O, Azərbaycanın qərb regionlarındakı (indiki Ermənistanda)
adi bulaq və çeşmələri də sakral mənbələr
kimi qiymətləndirir, hayların saxta təbirincə İrəvan
şəhərinin əski yeri-Erebuni qalasının
adını çəkir, guya əsasının urartulular tərəfindən
qoyulduğunu deyir və İrəvan qalasını 17-ci əsrdə
səlcuq türkləri tərəfindən tikildiyini
xatırlamağı unutmur. Məqalədə qeyd edilir ki, Həzrəti-İsa
Məsihin həvarilərindən olan Faddey və Varfolomey
xristianlığı "Böyük Ermənistan" ərazisində
yayıb və bu "dövlət"in
torpaqları İsrail dövlətinin
sərhəddinə qədər
çatırdı. Görünür ki, mərkəzləşmiş
hay kilsəsinin sifarişli
söz deyən rus keşişi V.Terexovun Qərbi Azərbaycan
ərazisinin (indiki Ermənistan)
"sarkal coğrafiyası"nın təsnifatında əsas
məqsədi əski müsəlman-türk
mənşəli dini-müqəddəs
ocaqlarının hesabına qondarma Ermənistan dövlətinin saxta qədim tarixiliyin sübut etmək
olmuşdur. Və ona xatırlamağı borc bilirik ki, Qərbi
Azərbaycan ərazisindəki qədim Alban məbədlərini
hay kilsəsi öz adlarına çıxaraq onları
"Ermənistan sakral coğrafiyası"nın nümunələri kimi verməkdən
həyasızcasına çəkinməmişdir. Axı,
V.Terexov bilməmiş deyil ki, Rusiya çarı I Nikolay
Pavloviçin (1796-1855) "Rusiyada Erməni-Qroqoryan Kilsəsinin
idarə edilməsi barədə" 11 mart 1836-cı il tarixli
Fərmanı ilə Azərbaycan ərazisindəki Alban məbədlərinin
idarəçiliyini Erməni Kilsəsinə həvalə etməklə indiki
saxtakarlağın dövlət səviyyəsində əsasını
qoyulmuşdur. Həmin mürtəce tarixi sənədin məzmununda deyildiyi kimi, I Nikolay bu
fərmanla Qafqaz torpaqlarına kütləvi şəkildə
köçürülən ermənilərə məxsus erməni
kilsəsinin vəzifə, hüquq və vəziyyətinin tənzimlənməsi
nəzərdə tutulmuşdur. Bu fərmana uyğun olaraq erməni
köçkünlər və erməni kilsəsi Alban
Avtokefal Kilsəsinin ləğv edilmiş məbədlərini
(kilsələrini), maddi yazılı nümunələrini
(kitablarını), əmlakını və ibadət-ayin təlimlərini
ələ keçirməyə nail olmuşlar. Nəticədə,
Alban mədəni-tarixi, dini (ruhani) və maddi irsi, eləcə
də, Alban əhalisi (əski türk qövmü) total şəkildə
erməniləşdirilməsinə təkan verilmişdir.
Bunula da, Qafqazda yerləşən Alban məbədləri və
etnik varlığı üzərində saxta "qədim erməni"
tarixi və mədəniyyəti boy vermişdir.
Bu
baxımdan ən qədim Qafqaz Alban kilsəsi də Şərqi
Azərbaycanın Şəki şəhəri
yaxınlığındakı Kiş kəndindəki müqəddəs
Yelisey məbədidir (eramızın I əsrində
xristianlığın təbliğatçıları
olmuş müqəddəs
Vorfolomeyin və müqəddəs Apostol Faddeyin həvarisi müqəddəs Yeliseyin fəaliyyətlərinə
nümunə kimi). Bu cür məbədlər Qərbi Azərbaycanını
Şəki, Sünni, Gorus, Üçmüəzzin... nahiyələrində
də az tikilməmişdir (eramızın I-VII əsrlərində).
Qərbi
Azərbaycan ərazisindəki müqəddəs ziyarətgah, ocaq, dini məbədlərin
etno-morfo mənşəyi barədə tarixi-coğrafi bilgisi
olmadan həmin "sarkal yerləri"
yanlış olaraq indiki Ermənistanın
adına bağlaması V.Terexovun həm də Qərbi Azərbaycanın kökənli müsəlman-türk
əhalisinin milli-etnik xüsusiyyətləri ilə tanış olmaması ilə
bağlıdır. Və keşiş V.Terexov yəqin ki, ondan
da xəbərsizdir ki, hay kilsəsi başda olmaqla
hay-daşnak ibtidai insan sürüsünün şüur təkamülü
işğal etdikləri (həm əvvəllər, həm də
indi) və zorla məskunlaşdıqları Azərbaycan ərazilərinin
sarkal zənginliyindən mənşəyindən uzaq
olduğu üçün hələ də barbar, vəhşi
düşüncə və həyat tərzi ilə ifadə
olunur. Əks halda bu qədər zəngin sarkal ocaqları özlərinə
doğma hesab edən hay
sürüsünün mənəvi-düşüncə təkamülünə
və əqli-psixiloji yetkinliyinə təkan vermiş
olardı. Təbii ki, bu ocaqlar müsəlman-türk mənşəli
olduğu üçün hay qəbilə-tayfa
sürüsünün mənəvi
dünyagörünüşünə təsir edə bilməz.
Hay kilsəsinin çoxşaxəli cəhdlərinə
baxmayaraq Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisindəki müqəddəs dini ocaqların,
ziyarətgah məbədlərinin
adlarının dəyişdirilməsi, "erməni sarkal
coğrafiyası"na aid təsnif edilməsi, uzun illər ərzində
hay ocaqları kimi dünyaya tanıdılması hay kilsəsinin
davamlı və xəyanətkar əməllərinə bariz
nümunədir.
Qərbi
Azərbaycan ərazisində zəngin sayda dini-ibadət və
müqəddəs ocaqlarının (məbəd, türbə,
qəbir yerləri, bulaq...) yayılması bölgənin
tarixi-coğrafi keçmişi ilə bağlı olsa da,
kökənli müsəlman-türk əhalisinin ruhani
dünyagörünüşünün duyğusal məzmunu
və tarixi keçmişini özündə əks etdirir.
Bölgənin əksər yer adlarının (toponimlərinin)
etnogenezisində sakral məzmunun ifadəsi məhz bu amili
özündə ifadə edir.
Bu
baxımdan Qərbi Azərbaycanın Cənubi Azərbaycanla həmsərhəd
olan, Araz çayının sol hissəsində yerləşən
Mehri nahiyəsinin Əlidərəsi kəndinin adı
("Əli bəndi" mənasında) xüsusi maraq
doğurur. Bu toponim əski mistik-dini inanc və xalqın ruhani
düşüncə tərzinin ruhu əsasında - imam Həzrəti
Əlinin adını özündə yaşadır (birinci
İmamımız guya həmin daş parçası
üstündə oturmuş, Araz çayının suyu ilə
dəstəmaz almışdır). Əlidərəsi kəndinin
adının dini-irfani məzmunu barədə kənd sakini Kərbəlayi
Allahyar Abbasqulu oğlu (1828-1943) olduqca ətraflı və
dolğun məlumat vermişdir.
Kəndin
adına layiq el bayatısı indi də yaşamaqdadır:
Əzizinəm,
Əlidərəyə,
Güllərin
əli dərəyə.
Cənnət
görmək istəyən,
Qonaq gəl,
Əlidərəyə.
Çayın sahilində, kəndin
kövşənində olan
bu iri daş
parçası müqəddəsliyə
nişanə olmaqla ətraf kənd sakinlərinin həm də ziyarətgahına çevrilsə də,
1940-cı illərdə Ələt-Culfa
dəmiryolunun çəkilişində
o daş oradan götürülmüş və bölgədə
sarkal ocağımızın
sayı azalmış
və kənd Aldərə adlanmışdır.
Həmin
illərdə isə
(1942-1943-cü illərdə) Əlidərəsi kəndinin
10-12 km aralıda istifadə
etdiyi Zəngəzur
dağlıq silsiləsinin
şərq ətəklərindəki
"Əbgas" yaylağında
( 40-50 evlik haylar yaşayan Əbgas kəndinin aşağı
hissəsində) hay keşişləri
kilsə tikmişlər.
Bu kənddən 2-3 km cənuba (Əlidərəsi
kəndinə tərəf)
"Əlvana" meşə
talasında da hayların bir kilsələri vardı. Eləcə də, "Əbgas" yaylağından "Meydan gədiyi"nə gedən yolun üstündəki talada da 1950-ci illərdə hay kilsəsi inşa edildi. Faciəvi hal odur ki,
o illərdə haylar daha sonra 30-40 müsəlman-türk
ailəsi yaşayan Tas kəndinin ortasında da kilsə inşasına imkan tapmışdılar.
Bu kənd eyni
aydlı yay otlağına bitişik idi, orada göz
yaşı kimi, bumbuz "Pişpişə
bulağı" axırdı.
Əlidərəsi kəndi
təqribən 1 km-də
15-20 hay ailəsi yaşayan
Malev kəndi ilə bir təsərrüfatda
("Partiyanın XVIII qurultayı"
adına kolxoz) idi. Bu kənddə
V-VI əsrə aid qədim
Alban məbədi var idi, onlar yaylaqda
da kilsə tikmişdilər. Əlidərəsi kəndinə məxsus
"Meydan gədik"
yaylağında qədim
yurd yerlərinin qalıqları və qəbirstanlıq hələ
də qalırdı.
Kəndin "Pir çinarı"
adlı yoxuşunun üstündə (200 m aralıda)
"İyis piri" müqəddəs ocaqlardan
sayılırdı, ziyarət
olunurdu. Orada qədim yurd yerləri və qəbirstanlıqla yanaşı
yaşı 500 ilodən
çox olan əzəmətli çinar
ağacı ucalırdı,
yuxarıya doğru qalxdıqca "Gəray yeri", Xəlləlcə",
"Meydan gədik"
və "Düz yaylağı" yerləşirdi.
Daha sonra, "Girvə yoxuşu"nu keçdikdən
sonra Sultan Seyid Əhməd pirinə yetişmək olurdu.
Dağın günbatan səmti
isə Ordubad nahiyəsinin əraziləri
idi.
Növbəti yazımızda Mehri nahiyəsinin digər kəndlərində olan müqəddəs ziyarətgah
və dini ocaqlarımız barədə
məlumat veriləcək.
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
(Yazının hazırlanmasında Qərbi Azərbaycanın
Mehri rayonu, Əlidərəsi kənd sakini Nargilə İmaməli
qızının (1929) söyləmələrindən istifadə edilib.)
Olaylar. – 2019.- 10-11 oktyabr.- S.11.