İlham Əliyevdən Paşinyana daha bir siyasi zərbə

 

Dövlət başçısı erməni xislətini dünyaya çatdırdı

 

İşğalçı Ermənistan dövlətinin saxta tarix üzərində qurulduğu saxta ideologiyaya əsaslandığı hamıya gün kimi aydındır. Saxta dövlətçiliyi qoruyub saxlamaqdan ötrü təbii ki, güclü himayədara  ehtiyac yaranır. Lakin beynəlxalq münasibətlər sisteminin, eləcə dövlətlərin maraqlarının tez-tez dəyişməsi himayədarın da yenilənməsi zərurətini ortaya qoyur. Çox təəssüf ki, xamilyon donu geyinmiş Ermənistan istər qonşu, istərsə dünyanın  aparıcı dövlətlərilə münasibətdə dondan-dona girməyi, yaltaqlığı tarix boyu özünə sığışdırıb. Hətta faşizm ideologiyasından yararlanmaqdan belə çəkinməyib.

Təsadüfi deyil ki, Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında iştirak edən  Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanda faşizmin dövlət səviyəsində dəstəkləndiyini çılpaqlığı ilə ortya qoydu: "Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi "Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında" məruzə təqdim edib. Həmin məruzədə deyilir: "Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb". Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir".

Siyasi ekspertlər hesab edirlər ki, MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən zirvə görüşündə Prezident İlham Əliyev Ermənistana çox ciddi diplomatik həmlə etdi. Belə ki, sözügedən açıqlama  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimizi kifayət qədər gücləndirdi. Nəzərə almaq lazımdır ki, bununla dövlət başçısı Ermənistanda faşizmin əbədiləşdirilməsi ilə bağlı yürütdüyü siyasəti bütün dünyaya göstərdi. Dövlət başçısının çağırışının məqsədi o idi ki, beynəlxalq ictimaiyyət bununla bağlı ölçü götürsün. Məlmat üçün qeyd edək ki, indiyə qədər ermənilərin tarixi, millət kimi xüsusiyyətləri, fəlsəfələri ilə bağlı çoxsaylı tarixi əsərlər yazılıb. Dövlət başçısı bir çıxışında nəinki bütün bunların hamısını əhatə etdi, ümumiyyətlə, dünyadakı erməni millətçiliyinə qiymət verdi, erməni dövlətinin saxta olmasını, həmişə separatçı mövqedə dayandığını çatdırdı. Bununla da, faktlar əsasında indiyə qədər tarixi şəxsiyyətlərin ermənilər barədə fikirlərini üstələyən bir fikir ortaya qoydu.

Ermənistanın baş naziri Nikol Paşinyan isə çıxışı ilə ölkəsini bir daha pat vəziyyətində qoymuş oldu. Belə ki, heç bir arqumenti olmayan Paşinyan ümumi söz yığnağından ibarət nitq söylədi. Çünki, Prezident İlham Əliyevin ortaya qoyduğu faktlar çox ciddi idi. Məlumata görə, Azərbaycan prezidentinin çıxış Ermənistana diplomaik zərbə olmaqla yanaşı, bu ölkədə daxili vəziyyəti ciddi şəkildə gərginləşdirib. Təsadüfi deyil ki, Ermənistan mətbuatı etiraf edir ki, "Paşinyan növbəti məğlubiyyəti ilə İrəvana dönür".

Yeri gəlmişkən qeyd edək ki, Amerikada yaşayan orada irqçi təşkilat yaradan Qareqin Njde 1930-cu ilin ortalarında vəziyyət dəyişdikdən sonra faşizmin mərkəzi olan Münhenə köçür Almaniyada Hitler hakimiyyətə gəldikdən sonra erməni faşizmi legitim hal qazanır. Güclü xalqların zəif xalqları əzmək haqqının olduğu fikrinin tərəfdarı olan Njdenin faşizm ideologiyasının tərəfdarı olması faktını ortaya çıxan arxiv sənədlər təsdiqləyir. Belə ki, Njde "Böyüməkdə olan erməni nəsillərə sözüm" adlı məqaləsində yazır: "...Əgər hakimiyyəti ələ keçirsə, "Daşnaksutyun"  özünün yarımçıq sosializm proqramı ilə hakimiyyətə gələcək. O zaman biz hamımız partiyanı tərk edəcəyik. Nəhayət ki, hərəkətə keçməyi Hitlerdən öyrənməliyik". Təsəvvür edin ki, belə bir şəxsə İrəvanda abidə ucaldılıb. Əslində  heç bir siyasi əsas buna haqq qazandıra bilməz. Məgər bu, Ermənistanda faşizmin qəhrəmanlaşdırılması demək deyilmi?

YAP icra katibinin müavini Siyavuş Novruzov qeyd edib ki, İkinci Dünya Müharibəsində SSRİ-nin tərkibindəki xalqlar aktiv iştirak edib, çoxlu sayda insan həyatını itirib: "Azərbaycandan da bu savaşda 600 mindən çox insan iştirak edib, 300 min nəfəri həlak olub. Azərbaycan İkinci Dünya Müharibəsində SSRİ qoşunlarının yanacaqsürtgü materiallarına tələbatının 95 faizini təmin edib. Belə olan halda Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana 6 metr hündürlükdə heykəl qoyan, onu özünə kumir seçən xalqın hansı ideologiyaya xidmət etməsi göz qabağındadır. Bu yanaşmada Xocalı soyqırımı, Azərbaycanın işğal olunmuş ərazilərində insanlara verilən işgəncələr, azərbaycanlı uşaqların borulara doldurularaq ağzının qaynaqlanması kimi vəhşiliklər öz əksini tapır". Sonda onu qeyd edək ki, dövlət başçısının səsləndirdiyi bu arqumentlə erməni xalqının əsil xislətini ortaya qoymuş olur. Ermənistan dövlət səviyyəsində fazizmi müdafiə etdiyindən Xocalıda soydaşlarımıza misli görünməmiş divan tutulub, körpə, qoca, qız, gəlin demədən yerli əhaliyə azərbaycanlı olduqları üçün misli görünməmiş müsibətlər yaşadılıb.

 

Alim 

 

Olaylar.- 2019.- 15-16 oktyabr.- S.6.