Soçi və Aşqabaddan
İrəvana
vurulan diplomatik zərbə
Ermənistan rəhbərliyi
son on gün ərzində
bir-birinin ardınca iki diplomatik zərbə alaraq huşunu itirmiş vəziyyətə düşüb. Soçi şokunu
aradan qaldırmamış
Aşqabadda daha bir diplomatik zərbə alan
Ermənistan baş naziri Nikol Paşinyan
indi ciddi cəhdlə aldığı
zərbələri zərərsizləşdirməyi,
həm daxildə, həm də beynəlxalq aləmdə onsuz da aşağı
səviyyədə olan
nüfuzunu bir qədər qaldırmağı
qarşıya məqsəd
qoyub. Lakin hazırda istər daxili, istər beynəlxalq proseslər Ermənistan rəhbərliyininn
ziyanına işləyir.
Bütün bunların Ermənistan
rəhbərliyinin yarıtmaz
siyasəti səbəbindən
baş verdiyini diqqətə çatdıran
millət vəkili Nəsib Məhəməliyev
bu günlərdə Türkmənistanın paytaxtı
Aşqabadda keçirilən
MDB ölkələrinin dövlət
başçılarının sammitinə və orada Azərbaycan Respublikasının Prezidenti
Cənab İlham Əliyevin geniş və məzmunlu çıxışına diqqət
çəkib. Millət vəkili
qeyd edib ki, Türkmənistanın
paytaxtı Aşqabad şəhərində keçirilən,
MDB ölkələri başçılarının
sammiti, əvvəlkilərdən
fərqli olaraq bəzi tarixi həqiqətlərin açıqlanmasına
səbəb oldu.
Nəsib Məhəməliyevin
sözlərinə görə,
adətən bu tipli toplantılar, hər hansı bir gərginlik olmadan, hətta kəskin fikir ayrılığı olsa
belə, qarşılıqlı
hörmət şəraitində
keçirilir: "Sədrlik
edən MDB üzrə
icraçı direktor
Lebedev ilk sözü Azərbaycan prezidentinə
verdi və cənab İlham Əliyev gündəliyə
uyğun olaraq, Böyük vətən müharibəsində xalqımızın
600 mindən çox nümayəndəsinin cəbhəyə
yollandığı, onlardan
tam yarısının həlak
olduğu, yüzdən
yuxarı insanın Sovet İttifaqı qəhrəmanı, on minlərlə
insanın müxtəlif
orden və medallarla təltif olunması, Bakı neftinin, alimlərimizin rolu və s. barədə ətraflı
məlumat verdi. Məruzənin davamı olaraq, heç kimin gözləmədiyi halda, Rusiya Xarici
İşlər və
Müdafiə nazirliklərinin
ikinci dünya müharibəsi ilə bağlı hazırladıqları
hesabatlara əsaslanaraq,
tarixi faktlarla, iki il bundan
öncə Ermənistanın
əvvəlki rəhbərliyinin,
Hitlerin silahdaşı
faşist generalı Qaregin Njdeyə ucaldılan heykəli barədə danışdı.
Prezident haqlı olaraq faşizmin qəddar cəlladlarının, qəhrəmanlaşdırılmasının
olduqca ziyanlı olduğunu və xalqa qarşı təhqir hesab olunduğunu bildirdi və Ermənistanın yeni hakimiyyəti tərəfindən, heykəlin
sökülməsi ilə
əlaqədar heç
bir tədbirin görülmədiyini dövlət
başçılarının nəzərinə çatdırdı".
Millət
vəkili bildirib ki, diqqət çəkən məqamlardan
biri də, küçədən hakimiyyətə
gəlmiş Nikol Paşinyanın acınacaqlı
görüntüsü idi:
"Hiss olunurdu ki, Azərbaycan prezidentinin gözlənilməz çıxışı
onu şoka salıb.
Kadrlardan
göründüyü kimi,
əvvəldən də
rus dilində çox kobud danışan baş nazir, Njde kimi
"qəhrəmanın" cinayətlərini belə
bir səviyyədə
açıqlanmasından sonra,
çıxış üçün
ona söz veriləndə hiss olunurdu
ki, həyəcanın
təsirindən İlham
Əliyevin dediklərini
tam həzm edə bilməyib. Ona görə də rabitəsiz, absurd fikirlər
səsləndirməklə, özünün o tərkibdə
necə təsadüfi
bir adam
olduğunu sübut etmiş oldu. Onun çıxışından sonra
Prezident İlham Əliyev təkrar söz alaraq, baş nazirin, onun çıxışının
mahiyyətini başa düşmədiyini, ermənilərin
o ləkənin üzərlərindən
götürməli olduqlarını
bir daha bildirdi. Yəqin ki, bu sammitdən sonra, ermənilər belə bir yetişməmiş baş nazirləri olduğuna görə xəcalət hissi keçirirlər. Hiss olunur
ki, Ter Petrosyandan
sonra onlarda ciddi kadr problemi
yaşanır. Əks halda,
bu səviyyədə
cırlaşma olmazdı.
Paşinyan hakimiyyətə
gələndən sonra
kobud silsilə səhvlərə yol verdi. Hesab etdi
ki, küçədə
etdiyi həyasızlıqlar
hakimiyyətdə də
keçərlidir. Qarabağda
beş altı
separatçının qarşısındakı
"nöqtədən" sonra cəzasız qalacaq. Həm Soçidə, həm də Aşqabadda İlham Əliyev mahir qrossmeyster kimi, onu öz
silahı ilə vurdu. Hər kəs üçün bəllidir ki, məlum səbəblərdən
ordunun gücü ilə torpaqların azad olunmasına mane olan qüvvələr var.
Ancaq, gün gələcək, o qüvvələr
də sammitdə olduğu kimi ermənilərin iç üzünü tam dərk
edəcəklər. Qarabağ mütləq
azad olacaq. Öz tərəfimdən prezident
İlham Əliyevə,
onsuz da çox xırda olan Nikolu daha
da kiçiltdiyinə
görə təşəkkür
edirəm".
Politoloq Ramiyə Məmmədova isə qeyd edib ki, Böyük Vətən müharibəsinin 75 illiyi münasibəti ilə MDB ölkələrinin Prezidentlərinin Aşqabaddakı növbəti yiğıncağında etdiyi cıxış Valday klubunda olduğu kimi yenə də İlham Əliyevin Paşinyana endirdiyi növbəti zərbə kimi yadda galdı. Onun sözlərinə görə, prezident öz cıxışında Ermənistanın faşistlərin adını əbədiləşdirməsinə qəti etirazını bildirdi: "Prezident dəfələrlə bu məsələnin qaldırıldığını bildirdi və bu barədə də Rusiyanın 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyinin "Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında" qərarını misal kimi qöstərdi. Bu məruzədə İlham Əliyev Böyük Vətən Müharibəsi zamanı faşistlərlə qulluq edən Garigen Njdenin Ermənistanda xatirəsinin əbədiləşdirilməsi və heykəlinin ucadılmasını qəti şəkilində pislədi". Ramiyə Məmmədova deyib ki, əslində bu cıxışın hər bir cümləsi Azərbaycanın Ermənistan üzərində tarixi siyasi qələbəsinin bariz göstəricisidir: "Prezidentin sübüt kimi göstərdiyi faktların özü Ermənistanın baş naziri Nikol Paşinyanın cıxılmaz vəziyyətə düşməsinə şərait yaradırdı ki, bu da həmin görüşdə onsuz da hər kəsə bəlli olan erməni vandalizmini tədbir iştirakcılarına bir daha sübüt etmiş oldu. Valdaydan sonra ikinci dəfə nokaut vəziyyətinə düşən Paşinyan yəqin ki, üçüncü dəfə alacağı siyasi zərbədən sonra ətrafında olanların da onun ətrafından yavaş-yavaş cəkildiyinin fərqinə varacaq və ona verilən axrıncı şansı lazımınca dəyərləndirəcək. Ermənilərin xasiyyətinə uyğun olaraq satqın və quldur kimi tarixdə qalan Garigen Njdenin tarixi varisi olan Paşinyanın və ondan əvvəlki rəhbərlərinin insanlığa qarşı törətdikləri vəhşilikləri bir daha ictimaiyyətə catdıran İlham Əliyev ermənilərin nə olursa olsun, məkana və şəraitə baxmayaraq hec vaxt dəyişməyəcəyini də dolayı yolla da anlatdı. Paşinyanın verdiyi cavabda düşdüyü cıxılmaz vəziyyətə baxmayaraq, yenə də özünün erməni sifətini göstərərək vəziyyətdən cıxmağa calışsa da Rusiyada Prezidenti Vladimir Putinə kitab təqdim edərkən əslində necə diletant bir siyasətci olduğunu bir daha göstərdi".
Süleyman
Olaylar.- 2019.- 15-16 oktyabr.- S.7.