Vasim Məmmədəliyevin son yolu...

 

Elçin Babayev: "Biz müəllimimiz üçün çox darıxacağıq"

 

Oktyabrın 14-də Bakı Dövlət Universitetində (BDU) mərhum akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib.

Olaylar.az xəbər verir ki, Akademik V.Məmmədəliyevlə vida mərasimində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Vergilər naziri Mikayıl Cabbarov, Təhsil naziri Ceyhun Bayramov, Mədəniyyət naziri Əbülfəs Qarayev, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Ombudsman Elmira Süleymanova, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, mərhumun ailə üzvləri, yaxınları, elm təhsil xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əkli göndərib.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev akademik haqqında fikirlərini bölüşüb: "Vasim Məmmədəliyevin həyatının böyük hissəsi BDU ilə bağlı olub. O, burada müxtəlif vəzifələrdə çalışıb. Mən onun həyatı fəaliyyəti barədə çox danışa bilərəm. Lakin çıxışımı protokoldan uzaq tutaraq, ürək sözlərimizi demək istəyirəm. O özü ilə əvəzolunmaz, şux aurasını apardı. Vasim Məmmədəliyev heç vaxt özünü düşünməyib. Elmə, insanlara xidmət edib, heç kimin haqqını tapdalamayıb. O, yaşından asılı olmayaraq, hər kəslə öz dilində, məntiqlə əsaslandırılmış şəkildə danışırdı. Ən maraqlısı odur ki, onunla danışmaq ona qulaq asmaq qədər maraqlı idi. Bu, hər kəsə nəsib olmurdu. Öz ixtisasını dərindən mənimsəyib yeniliklər tətbiq edirdi. O sahədə problemləri bilir həmkərlarına məlumat verirdi. O, elə bir nadir insanlardan idi ki, paxıllıq olduğunu bilmirdi. Hamının rəğbətini çoxdan qazanmışdı. Son günlər isə gözümüzü yolda qoymuşdu. Biz müəllimimiz üçün çox darıxacağıq".

Daha sonra çıxış edən Şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov akademikin şərqşünaslıq elminə gətirdiyi yeniliklərdən bəhs edib.

Akademik Nizami Cəfərov qeyd edib ki, Vasim Məmmədəliyev Azərbaycan elminə dünya şöhrəti qazandırıb: "Vasim Məmmədəliyev ərəb dilçiliyini ümumiləşdirən ziyalılardan olub. O, klassik ədəbiyyatı mükəmməl bilməklə yanaşı, ərəbcəni, türkcəni, farscanı gözəl bilirdi. Allah çox gözəl istedad nəsib edib.

O, həm çox yaxşı dost idi. Bu gün hər kəs onu yad edir. Şərqşünaslar üçün çox ağır itkidir.  Heç kim Vasim Məmmədəliyevi unutmayacaq".

Tədbirin sonunda akademikin qardaşı Vamiq Məmmədəliyev vida mərasimində iştirak edənlərə təşəkkür edərək, onun ölüm anından danışıb:

"Vasim müəllim hər şeyə layiq insandır. Onu hamı - bütün Azərbaycan, İran sevirdi. Bu gün onu yola salırıq. Bu gün vida mərasimində çıxış edənlərə təşəkkür edirəm. Vasim müəllim ədəbiyyatı, muğamı gözəl bilirdi. Hər adamla öz dilində danışardı. Vasim müəllim sağdı çıxışlardan hiss elədik ki, ona necə hörmət var. O, ziyalı idi".

Mərasimdən sonra mərhumun nəşi torpağa tapşırılması üçün İkinci Fəxri xiyabana aparılıb.

Qeyd edək ki, tanınmış ilahiyyatçı, şərqşünas alim, əməkdar elm xadimi V.Məmmədəliyev uzun sürən xəstəlikdən sonra oktyabrın 13-də, 77 yaşında vəfat edib.

Vasim Məmmədəli oğlu Məmmədəliyev 1942-ci il avqust ayının 27-də Bakı şəhəri Kürdəxanı kəndində anadan olub. 1949-1959 - Bakı şəhər 113 saylı orta məktəbdə təhsil alıb. O, akademik Ziya Bünyadov ilə sovet rejimi dövründə "Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə tərcümə edib. İlk dəfə 1991-ci ildə işıq üzü görmüş bu tərcümə indiyə qədər müxtəlif illərdə 10 dəfə nəşr olunub. 30-dan artıq dissertasiya işinə elmi rəhbərlik, 40-dan çox dissertasiya işinə rəsmi opponentlik edib. 20 kitabın, 600-dən çox elmi elmi-kütləvi məqalənin müəllifidir. Əsərləri dünyanın 15-dən artıq ölkəsində nəşr edilib.

V.Məmmədəliyev "Şərəf" "Şöhrət" ordenləri ilə təltif edilib.

 

Nigar Orucova

 

Olaylar.- 2019.- 15-16 oktyabr.- S.12.