Azərbaycanda sözfikir

azadlığına xüsusi diqqət yetirilir

 

Ölkədə bu azadlıqların təmin olunması üçün lazım olan bütün zəruri şərait yaradılıb

 

Demokratiyanın əsas göstəricilərindən sayılan söz və məlumat azadlığı prinsipi dövlətlərin, xalqların hərtərəfli inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rol oynayır. Azərbaycan da söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdəndir.

Söz azadlığı dünyada bəlkə də ən əvəzolunmaz nemətlərdəndir. Bəşər övladının azad mühitdə yaşayıb, öz fikrini sərbəst ifadə etməsindən yaxşı heç nə ola bilməz. Fikir, söz və məlumat azadlığı, sərbəst düşüncənin ifadə olunması üçün hüquqların təmin olunması kütləvi informasiya vasitələrinin və bütövlükdə müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər və məqsəd olmaqla bərabər, ölkənin demokratik inkişaf səviyyəsini müəyyənləşdirməyə imkan verən əsas elementlərdəndir. İnsan hüquq və azadlıqlarının ayrılmaz hissəsi olan söz, fikir və ifadə azadlığı və bunların təminatı hər bir ölkədə demokratiyanın nə dərəcədə inkişaf etdiyinindemokratik təsisatların nə dərəcədə uğurlu işləməsinin əsasını təşkil edir. Jurnalist Mürtəza Bünyadlı qeyd edib ki, bu gün Azərbaycanda vətəndaşların söz, fikir və ifadə azadlığı Konstitusiyada və digər qanunvericilikdə öz əksini tapdığından ən yüksək səviyyədə təmin olunur. Azərbaycan da demokratik dünyanın  tərkib hissəsi olduğundan bu gün ölkəmizdə təkçə çap mediasi, radioteleviziyalar deyil, artıq internet media resursları-xəbər posrtalları, internet telekanalları  daha sürətlə genişlənir. Əgər 10-15 il əvvəl Azərbaycanda hər hansı media resursunun fəaliyyətinə başlamaq üçün Ədliyyə Nazirliyi  müvafiq digər qurumların razılığı tələb olunurdusa, bu gün artıq ona heş bir lüzum qalmayıb: "Son dövrlərdə biz artıq internet media portallardan daha çox internet telekanalların da açıldığının şahidi oluruq. Bu gün istənilən vətəndaş  hər hansı dövlət qurumunu xəbərdar etmədən belə internet telekanal aça bilir. Bunun üçün sadəcə həmin şəxsə müəyyən  texniki avadanlıq lazımdır, vəssalam!" Onun sözlərinə görə,  istər  portallar olsun, istərsə də internet telekanallar fəaliyyətlərində sərbəstdirlər və kimsə ona diqtə etmir. Hər bir media resursu öz düşüncəsinə, baxışına uyğun şəkildə mövqeyini cəmiyyətə çatdırıb, özünə auditoriya toplayır: "Lakin bəzi hallarda bu media resurslarında biz  KİV haqqında qanunları, jurnalistin etik davranışlarının kobud şəkildə pozulduğunun şahidi oluruq. Belə ki, həmin media resurslarda həm iqtidar, həm də müxalif cinahın  etikadan uzaq kəskin tənqidlərinin şahidi oluruq. Kimsə bu fəaliyyətinə görə nə təqib olunur, nə də məsuliyyətə cəlb olunur. Bu bir daha respublikada soz və ifadə azadlığına olan münasibətin göstəricisidir". Onun bildirdiyinə görə, söz və ifadə azadlığı ilə balı digər bir məqam  vətəndaşalrın öz fikirlərini sərbəst formada  ifadə etməsi və sərbəst toplaşması ilə bağlıdır: "Bu məsələdə də elə bir ciddi problem yoxdur və vətəndaşların öz fikirlərini sərbəst formada ifadə etməsi üçün şərait yaradılır. Bununla bağlı olaraq respublikanın müxtəlif bölgələrində xüsusi yerlər də ayrılıb. Paytaxt Bakıda da müxtəlif siyasi qruplar öz mövqelərini srəbəst şəkildə ifadə edə bilirbuna görə kimsə cəzalandırılmır. Lakin bir çox hallarda biz söz və ifadə azadlığı adı altında respublikada ictimai-siyasi sabitliyin pozulması cəhdlərinin və yaxud, aksiyanı bəhanə edərək qanunazidd hərəktələrin şahidi oluruq. Elə götürək  AXCP və Milli Şuranın son aksiyalarını. BŞİH müxaliftə düşərgəsinə piketin keçirilməsinə razılıq verməklə yanaşı, aksiyanın təhlükəsizliyinin təmin edilməsi, digrə vətəndaşların hərəkətinə və fəaliyətinə maneçilik törətməmək üçün yer də ayırdı. Nəticədə    baş verdi? Müxalifət  sivil formada, qanunun tələbinə uyğun olaraq aksiyanı keçirmək əvəzinə təxribata əl ataraq, polisin zor tətəbiq etməsinə cəhd göstərdi. Təbii ki, polis    asayişin pozulmamsı və qanunazidd hərəkətlərin qarşısını almaq üçün sivil formada hərkət etdi. Aksiya iştirakçılarının polisə hər vəchlə təxribata sövq edəcək hərəkətinə qarşı daha təmkinli hərəkət etdi. Ona görə də bəzən  bəzi qüvvələr söz və ifadə azadlığını xaos yaratmaq,  ictimai asayişi pozmaq kimi başa düşür. Bu qüvvələr  söz və ifadə azadlığından istifadə adı altında  ölkənin imicinə zərbə vurmağa çalışır və fəaliyyət göstərirlər. Söz, ifadə və fikir azadlığı başqa bir şey,  ölkədə bu ad altında qanunvericiliyin tələblərini pozmaq ayrı bir şeydir. Təbii ki, ayrı-ayrı epizodik hallar olur ki, sözfikir azadlığı pozulur. Buna təkcə cəmiyyət deyil, hakimiyət nümayəndələri, hətta ölkə rəhbərliyi səviyyəsində reaksiya verilir. Belə hallar dünyanın hər bir yerində olur. Azərbaycan da bundna xali deyil".

Hüquqşünas Alim Hüseynli bildirib ki, Azərbaycanda söz və ifadə, eləcə də məlumat azadlığı ən yüksək səviyyədə təmin olunur. Ölkəmiz sadalanan hüquqlarla bağlı bir sıra beynəlxalq konvesiyalara qoşulub, o cümlədən beynəlxalq standartlara cavab verən milli qanunvericilik bazası yaradıb. Elə bu səbədən də ölkədə istənilən şəxs sərbəst şəkildə öz fikrini ifadə etmək hüququna malikdir. Məlumat üçün qeyd edək ki, İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Avripa Konvesiyasına görə, fikri ifadə etmək azadlığı dedikdə hər kəsin öz fikrini ifadə etmək azadlığı hüququ başa düşülür. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaqyaymaq azadlığı daxildir. Bu müddəa dövlətlərin radio-yayım, televiziyakinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur: "Bununla yanaşı, Konvesiyada açıq-aydın qeyd edilir ki, bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyüya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçünya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təminetmək üçün qanunla nəzərdə tutulmuşdemokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Buna baxçayaraq, hazırda ölkədə hər kəsin müstəqil fikir bildirmək, istənilən məsələyə mövqeyini sərgiləmək və hüquqlarını tələb etmək imkanı var. Təhsilindən, peşəsindən, siyasi, diniirqi mənsubiyyətindən asılı olmayaraq hər kəs öz hüquqlarını tələb etməyə qadirdir. Təbii ki, bu proses dövlətin diqqət və qayğısı, yaradılan şərait nəticəsində yaranıb. Dövlətin müstəqil medianın inkişafına dəstəyi sözfikir azadlığının təmin olunmasına səbəb olub. Nəzərə almaq lazımdır ki, Azərbaycanda hesab edilir ki, ifadə azadlığı demokratik cəmiyyətin mühüm dayaqlarından, onun tərəqqisi və hər bir fərdin inkişafı üçün əsas şərtlərdən birini təşkil edir. Elə buna görə də sözfikir azadlığının təmin olunması üçün lazım olan bütün zəruri şərait yaradılır". Hüquqşünas əlavə edib ki, məlumat və ideyaları yaymaq azadlığı ölkənin siyasi həyatında və demokratik quruluşunda olduqca mühüm əhəmiyyət daşıyır. Bu azadlıq yoxdursa, həqiqi azad seçkilər mümkün deyil. Üstəlik, məlumat və ideyaları yaymaq azadlığının tam gerçəkləşməsi hökuməti azad tənqid etməyə imkan verir ki, bu da azaddemokratik idarəetmənin əsas göstəricisidir: "Etiraf edilməlidir ki, Azərbaycanda hər bir kəs məlumat və ideyaları yaymaqda sərbəstdir və bundan ötrü insanlardan heç bir hesabat tələb olunmur. Ölkəmizdə həmçinin hər bir vətəndaşın hökuməti tənqid etmək azadlığı var. İstənilən vətəndaş hökumətin onu qane etməyən qərarlarına fikir bildirmək, onu yaymaq hüququna malikdir. Heç şübhəsiz ki, siyasi məsələlər, eləcə də, ictimai maraq kəsb edən digər məsələlər barədə məlumat və ideyaları yaymaq vəzifəsi mətbuatın üzərinə düşür. Mətbuat nəinki belə məlumat və ideyaları yaymaq vəzifəsini daşıyır, həm də ictimaiyyət həmin məlumat və ideyaları almaq hüququna malikdir. Tamamilə aydındır ki, məlumat və ideyaları yaymaq azadlığı məlumat və ideyaları almaq azadlığını tamamlayır. Bu, həm mətbu, həm də yayım kütləvi informasiya vasitələrinə aiddir. Bu baxımdan birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycanda azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərinin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. İnsan azadlığı bəşəriyyətin əsrlər boyu arzuladığı, uğrunda mübarizə apardığı ali nemətdir. Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiyainformasiya azadlığının mühüm vasitəsi hesab edilir. Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Belə ki, fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqətindədir. Ulu öndər Heydər Əliyevin ölkəmizdə başlatdığı həqiqi söz və mətbuat azadlığının bərqərar olması prosesi onun siyasi varisi İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Dövlət başçısı bu postda fəaliyyətə başladığı ilk gündən mətbuatın inkişafının dövlət siyasətinin başlıca prioritetləri kimi elan edib və fəaliyyətində bu nüansa xüsusi diqqət yetirir".

 

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2019.- 22-23 oktyabr.- S.15.