Azərbaycan beynəlxalq tribuna əldə
etdi
Bakı
dünyanın 100-dən artıq ölkəsindən dəstək
ala biləcək
Azərbaycan ay ərzində
ikinci mühüm beynəlxalq əhəmiyyətli tədbirə
evsahibliyi edərək həmin tədbirlərin yüksək
səviyyədə təşkilini həyata keçirdi.
Bunlardan biri Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının zirvə görüşü idisə, digəri
Qoşulmama Hərəkatının XVIII zirvə
görüşü idi. Hər iki tədbirin Azərbaycanda
keçirilməsi ölkəmiz üçün kifayət qədər
əhəmiyyətli idi.
Nəzərə
alsaq ki, Qoşulmama Hərəkatı dünyada BMT Baş
Assambleyasından sonra ikinci böyük siyasi bir təşkilatdır,
o zaman sözügedən zirvə görüşünə
Azərbaycanın evsahiblik etməsinin ölkəmiz
üçün nə dərəcədə əhəmiyyətli
olduğunu araşdırmağa, şərh etməyə gərək
qalmaz.
Qoşulmama Hərəkatının Bakı zirvə görüşünün ölkəmiz üçün əsas əhəmiyyətindən biri də ondan ibarət oldu ki, Azərbaycan qarşıdakı 3 il müddətində Hərəkatın sədri seçildi. Elə bu və ya digər üstünlüklərinə görə, Qoşulmama Hərəkatının Bakıda zirvə görüşünün keçirilməsi birmənalı olaraq müsbət qiymətləndirilir. Millət vəkili Pərvin Kərimzadə deyir ki, BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilatən toplantısının Bakıda keçirilməsi və Azərbaycan Respublikası 2019-2022-ci illərdə Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin dünya birliyində qazandığı böyük nüfuzundan xəbər verir. Onun sözlərinə görə, bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində güclü ölkədir: "Regionun lider dövləti kimi bu coğrafiyada baş verən istənilən məsələ ilə əlaqədar ölkəmizin maraqları nəzərə alınır. Azərbaycan nəinki regional layihələrin iştirakçısı, həmçinin təşəbbüskarı və lokomotivi rolunda çıxış edir. Bu uğurlar əsasını ulu öndər Heydər Əliyevin qoyduğu, hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən uzaqgörən və praqmatik xarici siyasət strategiyası sayəsində qazanılıb".
Millət vəkili bildirib ki, Azərbaycan uğurla inkişaf edir, ölkəmizdə Azərbaycanın dinamik inkişafı, bütün sahələri əhatə edən məqsədyönlü islahatlar və əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilir: "Ölkəmizin Qoşulmama Hərəkatına üzv olduqdan cəmi 8 il sonra belə nəhəng bir təşkilatın çox mühüm beynəlxalq tədbirinə ev sahibliyi etməsi Azərbaycanın müstəqillik tarixində ən böyük siyasi hadisədir. Həmçinin 2019-2022-ci illərdə təşkilata sədrlik etmək kimi statusa malik olması da Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini gücləndirməsi, ikitərəfli və çoxtərəfli münasibətlərini inkişaf etdirməsi baxımından ölkəmizə mühüm dividentlər gətirəcək. Qoşulmama Hərəkatının üzvləri bloklara qoşulmayan, öz ərazisində xarici hərbi baza yerləşdirməyən, beynəlxalq münasibətlər sistemində mövcud olan konfliktlərin sülh yolu ilə həll olunmasına dair mövqe ortaya qoyan bir hərəkatdır. Hərəkat üzv dövlətlərin milli müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinin qorunması çərçivəsində imperializm, müstəmləkəçilik və post-müstəmləkəçilik, irqçilik və hər hansı xarici müdaxilə, zorakı kənar təsir və təzyiq, eləcə də böyük güclərin münaqişə zəminində yaratdıqları çoxüzvlü hərbi və siyasi bloklara qarşı formalaşıb". Pərvin Kərimzadə ərazi bütövlüyümüzün dəstəklənməsi üçün ölkəmizin dövlətlərin suverenliyi və ərazi bütövlüyünə və onların beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət prinsiplərinə ciddi riayət edən Hərəkatda iştirakı Ermənistan-Azərbaycan münaqişəsində haqlı mövqeyimizin üzv dövlətlərin diqqətinə çatdırılması baxımından da çox əhəmiyyətlidir: "Qoşulmama Hərəkatının 2016-cı ildə Venesuelada keçirilən Sammitində qəbul edilmiş yekun sənəddə iştirakçı dövlətlər Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı prinsipi ilə həll edilməsinin zəruriliyini bildirib, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməsinə çağırışlar ediblər. Bu ilin iyul ayında Hərəkat üzvləri tərəfindən Venesuela Respublikasının Karakas şəhərində keçirilən Nazirlər Şurasının yekun sənədində də oxşar mövqe ortaya qoyulub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2018-ci ildə Bakıda keçirilmiş Qoşulmama Hərəkatının nazirlər konfransı zamanı söylədiyi nitqində Qoşulmama Hərəkatının beynəlxalq hüququn prinsiplərinə sadiqliyinə toxunub: "Yarım əsrdən çoxdur ki, Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliği ilə məşğuldur. Dünyanın ən böyük təşkilatlarından olan Qoşulmama Hərəkatı dünyada sabitlik, sülh və təhlükəsizliyin bərqərar olmasında vacib rol oynayır. Qoşulmama Hərəkatı beynəlxalq hüququn normalarına, ərazi bütövlüyü prinsiplərinə, bütün üzvlərin suverenliyinə və müstəqilliyinə sadiqdir"". Qoşulmama Hərəkatına üzvlük Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinə daha çox dəstəyin əldə edilməsinə töhfə verib. XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi regional və beynəlxalq təhlükəsizlik, əməkdaşlıq baxımından əhəmiyyətli olduğu kimi Azərbaycanın haqq səsinin dünyada eşidilməsinə yeni bir təkan olacaq".
Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, Azərbaycanın sözügedən hərəkata sədrlik etməsi olduqca əhəmiyyətlidir: "Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşündə Hərəkata sədrlik Venesueladan Azərbaycana keçib. Prezident İlham Əliyev təşkilatın sədri elan edilib. Beləliklə, Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək. Bu həqiqətən də çox əlamətdar hadisədir. Nəzərə alsaq ki, Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından (BMT) sonra dünyanın ikinci ən böyük beynəlxalq siyasi təşkilatı sayılır və çoxtərəfli əməkdaşlığın və çoxqütblü dünyanın əsas hərəkətverici qüvvələrindən biridir, o zaman belə bir mötəbər beynəlxalq təşkilata sədrlik etmək ölkəmizin nüfuzunu daha da artıracaq". Partiya sədri deyib ki, hərəkata sədrliyin dünyada mürəkkəb geopolitik proseslərin cərəyan etdiyi ən həssas bir dönəmdə Azərbaycana keçməsi həm böyük məsuliyyətdir, həm də Qarabağ məsələmizin həlli baxımından əlavə imkanlar deməkdir: "Biz hazırki dünya gerçəkliklərində çoxtərəfliliyin, çoxqütblülüyün nə qədər vacib olduğunu bütün çılpaqlığı ilə dərk edirik. Və qarşıdakı 3 il ərzində bu beynəlxalq platformanın dünya proseslərindəki önəmli rolunu, nüfuzunu qoruyub saxlamaq bizim üzərimizə düşəcək. Biz bu məsuliyyət yükünü böyük məmnuniyyətlə qəbul edirik və Qoşulmama Hərəkatına sədrlik etməkdən də gerçəkdən qürur duyuruq. Ölkəmizin beynəlxalq siyasətin bu cür önəmli aktorlarından birinə çevrilməsi eyni amanda hər bir azərbaycanlının da qürur duya biləcəyi məsələdir".
Politoloq Məhəmməd Əsədullazadə də qeyd edib ki,
Qoşulmama Hərəkatının Bakı sammiti və sədrliyin Azərbaycana keçməsi, ölkəmizin üzv dövlətlər arasında nüfuznun artmasına, həmçinin Qarabağ münaqişəsi ilə bağlı həqiqiətləri çatdırılmasında ən başlıca platformadı: "Bu gün ölkəmizə səfərə gələn üzv dövlətlərin dövlət və hökumət başçıları Azərbaycanla bundan sonra daha da siyasi əlaqəri sıxlaşdıracaq. Bu gün Azərbaycanın Afrika, Latın Amerikası və Çənubi Şərqi Asiya ölkələri ilə əlaqələrinin dərinləşdirməsi mühüm əhəmiyyıt kəsb edir. Bu ölkələrin BMT və digər beynəlxalq təşkilatlarda Azərbaycana dəstəyi ölkəmiz üçün vacib əhəmiyyət kəsb edir. Azərbaycan bu təşkilatın inkişafında öz siyasi məqsədləri üçün maraqlı olmalıdır. Amma, bu hərəkatın üzvüyüksə, o demək deyil ki, ölkəmiz digər hərbintəyinatlı təşkilatalara qoşulmamalıdır. Zərurət yaranacaqsa və ölkəmizin maraqlarına cavab verəcəksə ölkəmiz hərbi bloklara qoşulmalıdır".
Politoloq deyib ki, ölkəmiz böyük dövlətlərin maraqlarının kəskin toqquşduğu Cənubi Qafqaz regionunda yerləşir və məhz bu geosiyasi rəqabətin nəticəsidir ki, uzun illərdir Azərbaycanın 20% əraziləri işğal altındadır: "Məhz ölkəmiz bu işğalın aradan qaldırlması istiqamətində bu təşkilatın siyasi platformasından və digər hərbi bloklara qoşulmaqla öz mövqeyini gücləndirməlidir. Ümumiyyətlə Azərbaycanın bu təşkilatda sədirliyi ölkəmizin əlində bir beynəlxaq tribuna oldu. Azərbaycan buradan dünaynın 100 -dən çox ölkəsindən siyasi dəstək ala biləcək".
Süleyman
İsmayılbəyli
Olaylar.- 2019.- 26-28 oktyabr.- S.12.