Paris sülh konfransında

saxta “erməni xəritəsi”

 

("Parisdə, Londonda, San-Remoda-həmişə mənim yanımda nümayəndə  heyətimizin hərbi müşaviri  general   Q.Korqanyan (1880-1954) olub. O, həm də rus ordusunun parlaq şəxsiyyəti kimi hərb incəsənətini təmsil edirdi." (1919-1920-ci illərdə Paris sülh konfransında Ermənistan nümayəndə heyətinin başçısı  A.A.Aqaronyan (1886-1948), Ermənistan hökumətinin başçısı, 1926-cı ildə  Ədəbiyyat üzrə Nobel mükafatına namizəd olub.)

İbtidai hay qəbilə-tayfa sürüsünün 18 yanvar 1919-21 yanvar 1920-ci il tarixləri arasında Fransa Respublikasının paytaxtı Paris şəhərində I Dünya müharibəsinin  nəticələrinə həsr edilən beynəlxalq sülh konfransında   iştirak edən qondarma Ermənistan nümayəndələri  bu tədbirdə də etno-genetik milli xislətlərini gizlədə bilməmişlər. Onların ( iki heyətlərinə hərbi müçavir general Q.Q.Korqanyan (1880-1954), xarici işlər naziri A.İ.Xatisyan (1874-1945), Poqos Nübar (1851-1930), İstanbul episkopu Zaven Ter-Eqiyan (1868-1947), İrəvan keşişi  X.O.Muradbekyan (1873-1938) daxil  olub)  əsas məqsədləri yaranmış beynəlxalq  hərbi-siyasi şəraitdən maksimum yararlanmaqla dünyanın güc dövlətlərindən Ermənistan naminə  əsasən Osmanlı Türkiyəsi və Azərbaycan əraziləri hesabına əlavə  ərazilərin-torpaqların ələ keçirilməsi, qondarma dövlətlərinin sərhədlərinin genişləndirilməsi və Qara dənizə çıxışı təmin etmək  olmuşdur.  Osmanlı Türkiyəsinin I Dünya müharibəsində üzləşdiyiy ağır  hərbi-siyasi durumundan hay sürüsünün yararlanmağı üçün əlverişli beynəlxalq şəraiti əldən buraxmamaq daşnak töküntülərinin başlıca istəyi idi-1918-1920-ci illərdə.  Bu istəklə hay qəbilə-tayfa üzvlərinin ABŞ, Fransa və Böyük Britaniya rəhbərləri ilə görüşlərindən əlavə, həmin ölkələrin, eləcə də İtaliya, Almaniya, Rusiya  dövlətlərinin hərbi-siyasi dairələri ilə gizli sövdələşmələri olmuş, müəyyən təkliflər irəli sürməklə Ermənistanın bölgədə hərbi-siyasi qüvvəsinin artırılmasına xeyli qüvvə sərf etmişlər. Düşmən nümayəndə heyətinin tərkibində ən aparıcı ünsür general Q.Q.Korqanyan idi. Müsəlman-türk dünyasına qatı düşmən nəslindən olan bu tip əmisi oğlu Q.N.Korqanyan  (1886-1918, Bakı Xalq Komissarları Sovetində ali hərbi komandanı və hərbi-dəniz işləri üzrə komissarı)  kimi də qanlı əməllərə (1913-1918-ci illərdə çar Rusiyasının Qafqaz cəbhəsindəki ordusunun qərargah rəisinin müavini kimi) imza atıb.  O, həm də 1947-49-cu illərdə Yəhudi Qardaşlığı Cəmiyyətinin "Lotos" palatasının üzvü kimi fəaliyyət göstərib. Əlavə olaraq onu da bildirək ki, daşnak     Q.Q.Korqanyanın    gördüyü işlər  aşağıdakılar olmuşdur:

- "Böyük Ermənistan" saxta xəritəsini  tərtib etməklə hüdud sərhədlərinin keçdiyi ərazilərlə (ilk növbədə Osmanlı Türkiyəsinin Muş vadisi, Bitlis nahiyəsi, Van gölü hövzəsini (Cənubi Azərbaycana bitişik ərazilərədək), Ərzurum, Trapezund vilayətlərini, Qara dənizə çıxış üçün  Batumi, Axalkələk nahiyələrini, Azərbaycanın Naxçıvan, Zəngəzur və Qarabağ  bölgələrini əhatə edən sərhədləri (Ermənistana aid edilməsi nəzərdə tutulan uydurma xəyalına əsasən) güc dövlətlərinin başçılarına tanıtmaq;

-həmin ərazilərin təbii-coğrafi şəraitinin  və tarixi keçmişinin Ermənistan ilə bağlılığını ("Böyük" və "Kiçik Ermənistan" adı altında) "təsdiqləmək" üçün yer adlarının-toponimlərin xəritə üzrə "erməniləşdirilməsi"ni əsaslandırmaq;

-yer adlarının erməniləşdirilməsi ilə eyni vaxtda Azərbaycan, Cənubi Azərbaycan, Gürcüstan və Şərqi Andolu ərazilərində guya 1 milyona yaxın erməni ailələrinin yerləşdirilməsini statistik-demoqrafik  baxımdan qiymətləndirmək;

-ermənilərin miqrasiya və məskunlaşma ərazilərinin arealını, köçkün düşdükləri   məkanın təsvirini coğrafi ərazilər üzrə yerləşdirmək;

-xəritə-sxemdə "Böyük" və "Kiçik Ermənistan"a aid edilməsi nəzərdə tutulan ərazilərin  tarixi-coğrafi və hüquqi baxımdan əsaslandırilması məqsədi ilə Fransanı, Böyük Britaniyanın və İtaliyanın baş  kəşfiyyat və hərbi dairələrinin səlahiyyətli nümayəndələri ilə  görüşləri təşkil etmək və Ermənistan Respublikasının siyasi, hərbi-strateji və maliyyə ehtiyaclarının təmin edilməsi üçün tələb olunan ehtiyacları əsaslandıran  arayışları işləyib hazırlamaq;

-xəritədə göstərilən ərazilərə qarşı iddialarının təmini naminə bir neşə hay sürsü dəstəsinə ayrı-ayrılıqda  bir neçə variantda sxemləri  hazırlamaq;

Bu xəritələr Ermənistan nümayəndələrinin  Qərb dövlət başçıları qarşısında qoyduqları tələblərin

- milli irsin yad, özgə qüvvələrdən azad edilməsi;

-azad, müstəqil və özünüidarə edən Ermənistan dövlətinin yaradılması;-onlarla qonşu olan xalqlarla və ya etnik qruplarla siyasi əlaqələrdən imtina etmək;-qonşularla heç bir siyasi əlaqələrə girməmək-sxematik təsviri idi.

Paris sülh konfransına iki nümayəndə heyəti ilə  soxulan hay dəstəsinin (əlavə olaraq istanbul və İrəvan keşişləri  Zaven Ter-Yeqiyan və Xoren Muradbəyyan, erməni xeyriyyə cəmiyyətinin prezidenti Poqos  Nübar (Misirin 1-ci baş və xarici işlər naziri Poqos Nübar (1825-1899) paşanın oğlu) əsas hədəfi Osmanlı Türkiyəsinin şərq əraziləridə 30 min kv.km sahəni və Qara dəniz sahillərində (Trabzon-Rize xətti üzrə) 120 millik zolağı ələ keçirmək olduğundan, eləcə də Zəngəzurda və Qarabağda siyasi və hərbi gücə malik olduqlarından (bu bölgələri ələ keçirdiklərinə arxayın olduqlarına görə) beynəlxalq siyasi müstəvidə  əsas müzakirələri Şərqi Anadolu torpaqlarına (Qara və Aralıq dənizi aralarına) cəmləşdirmişdilər.

Hay nümayəndə heyətinin  bütün görüşlərində (18.01.1919-21.01.1920-ci il tarixdə Paris şəhəində, 12.02.-10.04.1920-ci ildə London şəhərində; 18.04.-23.04.1920-ci ildə İtaliya Respublikasının San-Remo şəhərində) hərbi müşavir qismində iştirak edən Q.Korqonyan tərtib etdiyi xəritə-sxemdə göstərilən ərazilərdə-Şərqi Anadoluda, Zəngəzur və Qarabağda bilavasitə iştirakçısı olduğu cəbhə xətti-səngər yerlərinə bələd olduğundan onun izahatı  qarşı tərəfdə qiymətləndirilmişdir. Mülahizələrini əsaslandırmaq və güc dövlətlərinin rəsmi nümayəndələrini (ilk növbədə  Ali Şura üzvlərini) inandırmaq üçün Q.Korqanyan əvvəlcədən bir neçə dəfə (13.02.1920-ci ildə) Forrin ofisinin (Böyük Britaniyanı xarici siyasət idarəsi) Coğrafiya cəmiyyətinin rəhbəri E.Vilyamsla görüşmüş, Rusiyanın Zaqafqaziya üzrə Hərbi Dairəsinin Tiflis şəhərində yerləşən Arxivindən bir sıra qiymətli topoqrafik xəritə nüsxələrini əldə edə bilmişdir. İxtisasca peşəkar hərbçi olan Q.Korqanyan tərtib etdiyi xəritələrdə hay sürüsünün iddia etdikləri aşağıdakı əraziləri göstərmişdir:

-Qara və Xəzər dənizi sahillərindən Aralıq dənizi sahillərinədək olan hissə (Ərdəhan, Qars, Naxçıvan, Maku, Van, Bitlis, Diyarbəkir, Adana, Xarput, Aleksandretta şəhərləri daxil olmaqla);

-Osmanlı Türkiyəsinin 7 vilayəti (Van, Bitlis, Diyarbəkir, Xarput, Sivas, Ərzurum, Trabzon);

-Kilikiya sancaqlıqları (Maraş, Xozan, Cebel, Berket, Adana);

-İrəvan quberniyası bütünlüklə (Zəngəzur və Naxçıvan qəzaları daxil olmaqla), Yelizavetpol (Gəncə) quberniyasının cənubu (Qarabağ ərazilərini əhatə edən Cəbrayıl və Şuşa qəzaları ilə birlikdə) və Tiflis quberniyasının cənub hissələri;

Qeyd etmək lazımdır ki, bu xəritələr həm də ABŞ-kı Erməni Milli Şurasının təklifləri əsasında işlənilmişdir.

Daşnak Q.Korqanyan tərəfindən bir neçə nüsxədə, bir neçə variantda və bir neçə dildə  işlənilmiş  erməni xəritələri Paris sülh konfransından sonra uzun illər ərzində Qərbi Avropa, Rusiya və ABŞ-da fəaliyyət göstərən peşəkar hay sürüsünün əsas   "tarixi-coğrafi  silahına" çevrilmiş və 1950-ci illrədən sonrakı mərhələdə isə müsəlman-türk dünyasına qarşı beynəlxalq uydurma "erməni soyqırımı" siyasətinin yürüdülməsi üçün  təbliğat vasitə kimi istifadə edilmişdir. İrimiqyaslı bu xəritələrdə ərazinin relyef quruluşu, suayrıcı yüksəkliklərinin ardıcıllığı təsvir edilsə də özündə etnoqrafik və iqtisadi məlumatları da ehtiva etmişdir. Bir cəhəti unutmaq olmaz ki, ələ keçirilməsi hay-daşnak sürüsünün əsas hədəfi olduğundan həmin xəritədə "Böyük ermənistan"ın tərkib hissəsi kimi göstərdikləri tarixi Azərbaycan əraziləri olan Naxçıvan, Zəngəzur və Qarabağ bölgələri (Naxçıvan istisna olmaqla) Paris sülh konfransında iştirak edən güc dövlətlərinin, eləcə də çar Rusiyasının hərbi-siyasi qüvvələrinin yardımı hesabına  de-fakto 1920-ci ilədək ələ keçirən düşmənlərimiz, sonrakı mərhələdə yenə də onların qayğısı ilə Vətən torpaqlarımızın işğalına de-yure-hüquqi don biçməyə çalışırlar. Hay-daşnak sürüsü həmin ərəfədə yenə də  milli xislətlərinə uyğun çoxistiqamətli hərəkət edir. Belə ki, Paris sülh konfransı  dövründə güc dövlətləri ilə əlaqəyə girərək yeni yaranmış Sovet Rusiyasının məğlub edilməsi üçün köməkliklərini təklif edirlər (hərbi qüvvələrinin sayının 40 minə çatdırılması, hərbi-silah təminatı müqabilində və siyasi dəstəyin ödənilməsi şərti ilə, həm də Zaqafqaziyada güc dövlətlərinin etibarlı tərəfdaşlığını qazanmaqla), bolşevik Rusiyası ilə hərbi-siyasi və iqtisadi-ticari əlaqələri möhkəmləndirməklə Zəngəzur və Qarabağın Azərbaycandan qopardılmasına siyasi-hüqudi təminat almışlar. Daşnak üzvü Q.Korqanyan Gürcüstan Hərbi komissarının köməkçisi A.Qedanova ünvanladığı 11.08.1920-ci il tarixli məktubunda gələcək fəaliyyətləri üçün xəritə materallarının təkmilləşdirilməsi məqsədi ilə aşağıdakı məlumatları (nəşrləri) istəmişdir:

-1879-cu ildə rus-türk sərhədlərinə dair protokolları;

-Ağrıdağ-Araz çayı və Ərzurum-Van hövzəsi istiqaməti boyunca rus-iran sərhəddinə dair protokolları;

- Xəritəşünaslar N.V.Xanıkov (1819-1879) və general-leytnant İ.İ.Xodzko (1800-1881) tərəfindən aparılmış Zaqafqaziya üzrə geodeziya məlumatlarını; 

Azərbaycan dövlətinin və xalqının haqq mübarizəsinə  qarşı son bir əsr ərzində beynəlxalq  güc dövlətlərinin  dəyişilməyən siyasi-iqtisadi və hərbi-psixoloji, dini-sosial münasibəti qarşıdan gələn onilliklərdə yəqin ki, düşmənlərimizin hədəfinin Naxçıvan istiqamətinə yönləndirilməsinə imkan verəcəkdir. Çünki, neşə illərdir ki, Naxçıvan toponiminin "erməniləşdirilməsi" həyasız hay sürüsünün məkrli niyyətlərinin işartılarından  xəbər verir. Ümumilikdə hay sürüsü torpaqlarımızı işğal etməzdən əvvəl toponimikimızı zəbt etməyi ("erməniləşdirməyi") artıq  siyasi-hərbi üsula çevirmişdir...

 

Qismət Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi

 

Olaylar.- 2019.- 5-6 sentyabr.- S.11.