Azərbaycanda söz, məlumat

və ifadə azadlığı tam təmin olunub

 

Ölkəmiz bu sahələr üzrə nəinki bölgədə, eləcə də dünyada  ön sıralarda durur

 

Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi söz, mətbuat, məlumat və ifadə azadlığı sahəsində də ciddi naliyyətlər əldə edib.

Demokratik inkişaf yolu seçmiş Azərbaycanda artıq sadalanan sahələrdə sözün həqiqi mənasında uğurlara imza atılıb. Hazırda ölkəmizdə azad mətbuat bərqərar olunub ki, istənilən vətəndaş sərbəst şəkildə öz fikrini ifadə edə bilir. Xüsusən ifadə azadlığı Azərbaycan cəmiyyətində tam təmin olunub ki, cəmiyyətin bütün  təbəqələri fikir mübadiləsində bulunmaqda heç bir çətinlik çəkmirlər. Xatırladaq ki, ifadә azadlığı  demokratik cәmiyyәtin  vacib tәrkib hissəsi olanbir çox digər әsas insan hüquqlarının həyata keçirilmәsi üçün zəruri olan beynəlxalq insan hüquqları qanunlarında tәsbit edilmiş әsas insan hüququdur. Bu informasiya vә fikirlәrin sәrbəst mübadilәsi, siyasi seçimlәr haqqında açıq müzakirә və hökumәtin hərәkətlәrinә ictimaiyyət tərәfindәn nәzarәtә imkan yaradan hüquqdur. Azәrbaycan Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Tәşkilatı üzvü olaraq, əsas beynәlxalq vә regional insan hüquqları sazişlәrinə qoşularaq ifadә azadlığı hüququna riayәt etmək vә onu mühafizә etmək öhdәliyi daşıyır. İfadə azadlığı bir çox digәr әsas insan hüquqlarının hәyata keçirilmәsi üçün başlıca şәrt olan beynәlxalq insan hüquqları qanununda tәmin edilmiş әsas hüquqdur. İfadә azadlığı fərdlәrә öz fikirlərini ifadә etmәk sәlahiyyәti verir. İfadә azadlığı həm də informasiya vә fikirlərin sərbəst mübadilәsi, siyasi seçimlər haqqında açıq müzakirә, vә hökumətin hərәkətlәrinә ictimaiyyәt tәrəfindәn nәzarətә imkan yaratdığından, demokratik cәmiyyәt üçün çox vacibdir.

Məlum olduğu kimi  Azәrbaycan 1992-ci ildəә ATӘT-ə qәbul edilmişHelsinki Yekun Aktını imzalamışdır. Helsinki Yekun Aktında ATӘT-ə Üzv Dövlәtlәrin "insanlara xas olan lәyaqәtdən ortaya çıxan vә onun sərbәst və tam inkişafı üçün zəruri olan mülki, siyasi, iqtisadi, sosial, mədəni və digər hüquqları vә azadlıqlarının effektiv həyata keçirilmәsini inkişaf etdirmәk vә dәstəklәmәk" vә "UİHB-nin məqsədləri vә prinsiplərinә uyğun olaraq hərəkәt etmәk" üçün öhdəlik daşıdığı qeyd edilir.  Həmçinin Azəәrbaycan ifadә azadlığı vә әlaqәdar əsas hüquqlara, o cümlədәn toplaşma və birlәşmə azadlığı hüququna hörmәt vəә onların müdafiəsini təmin etmək üçün beynәlxalq qanunlarla öhdəlik daşıyır. Bu öhdәliklərdәn başlanğıc götürәrәk, Azərbaycanın Konstitusiyası və Azərbaycanın yerli qanununda ifadə azadlığı vә digər əlaqәdar hüquqlarla bağlı bir çox müddəalar öz әksini tapır. Bunlardan bəzisindә beynəlxalq standartlara uyğun olaraq ifadə azadlığının müdafiәsi nəzәrdә tutulur. Belə ki, ölkə Konstitusiyada ifadə azadlığının müdafiəsinin nəzərdə tutulduğu bir neçə maddә öz әksini tapır. Məsələn,  Maddә 47-də qeyd edilir: Hər kəsin fikirsöz azadlığı vardır. Heç kәs öz fikir vә əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə mәcbur edilә bilməz. Maddә 45-dә hәr kəsin öz ana dilindən istifadə  etmәk hüququnun olduğu göstərilir. Maddə 48-də vicdan azadlığı nəzərdə tutulur və Maddә 49-da sərbәst toplaşma azadlığı tәmin edilir. Maddə 50-dә mәlumat hüququ nәzərdә tutulur və Maddә 51-də yaradıcılıq azadlığı tәmin edilir. Bundan başqa, Maddә 12-dә qeyd edilir ki, Konstitusiyanın bütün müddəaları beynәlxalq hüququn müvafiq müddəalarına uyğun tətbiq edilməlidir. 151-ci Maddәyə әsasәn, yerli vә beynәlxalq qanunlar arasında ziddiyyət yaranarsa, beynәlxalq qanuna üstünlük verilir. Eyni zamanda, 50-ci maddə məlumat azadlığını əks etdirir: "Hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və  yaymaq azadlığı vardır." Göründüyü kimi Konstitusiya, düzgün hakimiyyət və qanunun aliliyi ilə idarə olunan cəmiyyətin bünövrəsi olan söz azadlığını təmin edir, amma praktikada söz azadlığını həyata keçirənlər məhz kütləvi informasiya vasitələridir. Buna görə də, söz azadlığına qarşı məhkəmə iddialarının böyük hissəsi kütləvi informasiya vasitələrin tənqidinə məruz qalan məmurlar tərəfindən qaldırılır. Sözügedən məhkəmə iddialarında şəxsi həyatın toxunulmazlığı hüququ media nümayəndələrinə qarşı qaldırılmış iddia predmetlərinin böyük hissəsini təşkil edir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Konstitusiyasında, dünyada "Privacy Rights" kimi tanınan hüquqlar "şəxsi toxunulmazlıq" və ya "şəxsi həyatın toxunulmazlığı" kimi göstərilib. Azərbaycan Respublikasının qanunvericiliyi de jure sözügedən iki fundamental insan hüquqlarının qorunmasını və həyata keçirilməsini təmin edir. Amma, konstitusiyada əks olunmuş hüquqların praktik tətbiqinə gəldikdə, hakimiyyət yeni əlavələrlə ifadə azadlığını de fakto sıxır. Bu baxımdan demək olar ki, Azərbaycan Respublikasının yerli qanunvericiliyi şəxsi həyatın toxunulmazlığı və ifadə azadlığı haqqında müddəaları əks etdirir.

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ötən dövrdə bir çox sahələrdə olduğu kimi media sahəsində də naliyyətlər əldə edilib: "İlk növbədə 1998-ci ildə KİV-lər üzərindən dövlət senzurasının aradan qaldırılmasını qeyd edərdim. Senzuranın ləğvi həm qanunvericilik  bazasının təkmilləşdirilməsi baxımından, həm də mənəvi  siyasi  cəhətdən normal idi.  Nəzərə alaq ki, 70 illik Sovet hakimiyyəti dövründə Azərbaycan mətbuatı senzura şəraitində fəaliyyət göstərib. Senzuranın aradan qaldırılmasından sonra  Azərbaycanda Mətbuat və İnformasiya Nazirliyinin ləğv edilməsi mətbuat üzərindən dövlət nəzarətinin tam aradan qaldırılması ilə nəticələndi. Hazırda heç bir dövlət qurumu mediaya nəzarət etmir. Həmçinin, müstəqil Azərbaycan mediası 2005-ci ildə bir yerə toplaşaraq 1-ci qurultaylarını keçirtməklə Mətbuat Şurasını yaratdılar. Bu gün Azərbaycanda çoxsaylı  kütləvi informasiya vasitəsi-qəzet, jurnal, agentlik, informasiya agentliyi, xəbər portalı fəaliyyət göstərir. Bundan başqa ölkə və dünya miqyasında yayımlanan 30-dan çox telekanal fəaliyyətdədir. İnformasiya texnologiyalarının sürətli inkişafı internet medianın formalaşmasına ciddi təsir göstərir. Hazırda Azərbaycanda internet medianın sayı kifayət qədərdir. Azərbaycanda internetin yayımının və keyfiyyətinin artırılmasına ciddi diqqət yetirilir. İnternet medianın formalaşmasının əsas amillərindən biribudur.  Bu eyni zamanda ölkədə informasiyalı cəmiyyətin quruculuğunun mühüm tərkib hissəsidir. Hazırda Azərbaycan əhalisinin 3 milyonu sosial şəbəkə istifadəsidir". Ə.Amaşov əlavə edib ki, Azərbaycan media sahəsində kifayət qədər təkmil və dünya standartlarına cavab verən qanunvericilik bazasına malikdir:  "Mətbuat Şurası şikayətlərin araşdırılmasında Azərbaycan jurnalistlərinin işə baxılma qaydasına istinad edir. Şura KİV-lərlə bağlı problemlərin aradan qaldırılmasına etik kodekslə yanaşır. Əlbəttə, cəmiyyətin şikayətlərinə səbəb olan KİV materiallarında qanunvericiliyin tələbləri nəzərə alınır. Bununla əlaqədar cavabdeh KİV-lərə xəbərdarlıq ünvanlanır, onların problemi aradan qaldırması tövsiyyə olunur". Onun sözlərinə görə, Qərb və Şərqin qovuşduğu coğrafi məkanda yerləşən  Azərbaycan  millətlərarası  dözümlülükmultikulturalizm məkanıdır. Ölkəmizdə hər millətdən olan xalqlar, etnik azlıqlar mehriban şəraitdə yaşamaqdadır.  Belə bir mühitin formalaşması ölkədə aparılan dövlət siyasətinin təzahürüdür. Sevindirici haldır ki, Azərbaycan mediası həm dövlət siyasətinin həyata keçirilməsində həm də medianın bu baxımdan prioritet olan prinsiplərin qorunmasında nümunəvi missiyanı yerinə yetirməkdədir".

Göründüyü kimi, bu gün ölkəmizdə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi üçün kifayət qədər güclü qanunvericilik bazası var. Elə bu azadlıqların təmini və plüralizmin inkişafı Prezident İlham Əliyevin daim diqqətindədir və Prezidentin bu sahəyə xüsusi qayğısı göz qarşısındadır. Məhz Prezident İlham Əliyev tərəfindən mətbuata xüsusi diqqət və qayğının nəticəsidir ki, 2010-cu ildə Prezident İlham Əliyev  "Jurnalistlərin dostu" seçilib. Eyni zamanda 2009-cu ilin aprel ayının 3-də Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİV DDF) yaradılması haqqında Fərmanı da KİV sahəsinə dövlət qayğısının təzahürüdür. Məhz KİV DDF-nin yaradılması və mətbuata dövlət qayğısı Azərbaycanda mətbuat sahəsində irəli doğru atılmış bir addımdır. Qətiyyətlə demək olar ki, demokratiyanın əsas göstəricilərindən biri fikir, söz və məlumat azadlığıdır ki, bu prinsiplər də ölkəmizdə yüksək səviyyədə təmin edilir. Sevindirici hal ondan ibarətdir ki, qeyd edilən prinsiplərin, fikir, söz və məlumat azadlığının təmin olunmasının əsas qarantı Azərbaycanda hakimiyyət, dövlətdir. Xüsusilə, Azərbaycanın dövlət başçısı, prezident İlham Əliyev ölkədə fikirsöz, məlumat azadlığı, plüralizmin təmin olunması, bu prinsiplərə yüksək səviyyədə əməl edilməsi istiqamətində qətiyyətli və ardıcıl, məqsədyönlü addımlar atır. Məhz bunun nəticəsidir ki, Azərbaycan nəinki bölgədə, eləcə də dünyada fikirsöz, məlumat azadlığı sahəsində ön sıralarda durur.

 

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2019.- 14-16 sentyabr.- S.15.