TÜRK ƏSİLLİ İBERİYA
ÇARLARI
ƏR
ŞUŞA
İberiyanın Qorq Aslana qədərki çarlarının
ikisi Şuşa
nəslindən çıxmışdır.
Biz Şuşa deyəndə erməni işğalı altında
olan şəhərimizi
başa düşürük.
Əslində Şuşa yalnız şəhərin adı deyildir. Qədim Ön Asiyanın bənzərsiz mədəniyyətini
yaradan, şumerlərlə
eyni dildə danışan (Marr. 1914. s. 4; Ðàãîçèíà 1908. s. 311, 318) elitar bir
nəslin adıdır
(İlhami Cəfərsoy
2014. s. 60-76; Weissbach 1890. s. 3-94; Weissbach 1911. s. 3-241; Hersfeld
1930. s. 3-276).
Əhəmənilər Elamı tutanda (e. ö. VI əsr) Herodotun Suzian adlandırdığı şuşalılar
Qafqaza köçdülər (Øîïåí 1866. s. 215). Albaniya
ilə İberiya arasındakı Loru dərəsində Şuşa şəhərini
saldılar. Osmanlı səyyahı Övliya
Çələbi 1742-ci ildə
Loru dərəsindən
keçərkən həmin
şəhərin xarabalığını
görmüşdü. Övliya Çələbinin bir məlumatı xüsusilə
maraqlıdır. Səyyah
yazır ki, Şəki qalasını
İberiyanın Şuşa məliyi tikdirmişdir.
Şuşa nəslinin patriarxları
Ər Şuşa
titulu daşıyırdılar.
Gürcülər son nəşrlərdə çar Ər Şuşanın adını
Aşuşa kimi yazmaqla hamının anlaya bildiyi bir saxtakarlığa imza atdılar.
İberiyanın Şuşa nəslindən iki çarı olmuşdur. I
Ər Şuşa
xristian deyildi. Çünki onun dövründə
ölkədə hələ
xristianlıq yayılmamışdı.
II Ər Şuşa
isə xristian idi. O, Mesrop Maştosu Loru dərəsinə çağırıb,
çoxdilli İberiya
üçün əlifba
tərtib etdirdi. Onun himayəsi altında müqəddəs kitablar ölkənin yerli dillərinə tərcümə
edildi (Èñòîðèÿ Àãâàí
1861. s. 19-28).
Ər Şuşanın
övladları özündən
sonra yeni şəhərlər saldılar,
kilsələr tikdirdilər. Övliya
Çələbi yazır
ki, Şəki şəhərini Şuşa məliyi Aleksandr tikdirmişdir (Ýâëèÿ ×åëåáè
1983. s. 158).
Sasanilər güclənəndə Cənubi Qafqazın bir çox xalqları, o cümlədən
İberiyanın Şuşa zadəganları
onların təsiri altına düşdülər.
II Ər Şuşa
Ktesifona çağrıldı
və sasanilərin vassalı kimi İberiyanı idarə etmək səlahiyyətini
qazandı. Xristianlıqdan üz döndərib
zahirən də olsa, atəşpərəstliyi
qəbul etdi. Ümumiləşmiş elmi
fikrə görə, Ər Şuşa
II Yəzdigerdin (433-457) zamanında
xristianlıqdan dönmüşdür
(Áåðäçåíèøâèëè, Äîíäóà 1953. s. 250). O zaman
Vaxtanq Qorq Aslan (446-499) çox gənc idi və
hakimiyyət iddiasına
yenicə düşmüşdü.
Ər Şuşa öləndən
sonra oğlu Bars xan sasanilərin sarayına çağrıldı
və xristianlıqdan
üz döndərmək
şərtilə atasının
yerinə hakim təyin
edildi. Şahənşahın qayınanasını özünə arvad edib, Bərdə şəhərinə gəldi.
Vassal dövlət başçısı kimi
Albaniyanı idarə etməyə başladı.
Bars xanın dinindən
dönməsi yerli xristian icmaların xoşuna gəlmədi. Onlar Vaxtanq
Qorq Aslanın ətrafına toplaşaraq
484-cü ildə savaşa
girdilər. Ana kert çayının Kür çayına töküldüyü yerdə
onu qətlə yetirdilər (Áåðäçåíèøâèëè, Äîíäóà 1958, s. 251).
Gürcülər 1200 il sonra Bars xanın adını Varsxen formasında saxtalaşdırdılar. Ermənilər
bir az
da irəli gedərək o çarın
adını Vazgen eləyiblər.
Ər Şuşanın
nəsli İberiya üzərində hakimiyyətini
itirsə də, uzun illər Loru dərəsini öz əlində saxladı. Türkiyəyə gürcülərin Şuşeti adlandırdıqları
mahala köçənə
qədər Loru mahalının dini və dünyəvi hakimi oldular. Ətrafdakı kilsələri
Şuşa kilsə kafedrasına tabe etdilər.
Şuşa zadəgan nəslinin
bir hissəsi vətəndə qaldı,
bir hissəsi baqrationlarla vuruşa-vuruşa
Batum şəhərinin
şimal-qərbinə, indiki Türkiyənin Şuşa
mahalına çəkildi.
Türk qardaşlarımız indi
yanlış olaraq onların mahalını Şavşad adlandırırlar
və elə bilirlər ki, şavşadlar türklərə
yox, gürcülərə
qohumdurlar.
N.Y.Marr 1909-cu ildə
Şərqi Anadolunun Şavşad mahalında oldu. Mahalı kəndbəkənd gəzdi. Gördü
ki, onlar bir zaman Gürcüstanda
yaşadıqlarını xatırlasalar
da, gürcü dilini bilmirlər (Ìàðð 1911.
s. 5-27).
Akademik Marr onların
yaddaşında qorunub
qalan mərasim nəğmələrini toplayıb,
1911-ci ildə Tiflis şəhərində
çap etdirdi. Gürcü əlifbası
ilə yazıya alınmış həmin
şeirlər türk
dillərinin arxaik bir ləhcəsindədir
(şeilər əlavə
olunur).
Ümid var ki, qonşu
ölkənin kitabxanalarında
saxlanan ilkin nüsxələrin hamısı
məhv edilməmişdir. Onları tapmaq,
elmi tədqiqatın obyektinə çevirmək
lazımdır.
İberiyadakı şuşalıların az bir hissəsi gürcülərlə
döyüşlərdən sağ çıxdı. Ölənlər öldülər, qırğınlardan xilas
olanlar İslam dinini qəbul etdilər, XVIII əsrin əvvəllərinə qədər
türk və müsəlman olaraq qaldılar. 1721-ci ildə
Osmanlı ordusu qərargahının tərtib
etdiyi “Dəftəri-müfəssəli-Tiflis”də
göstərilir ki, Şuşa camaatı yayda yaylağa köçür, qışda
Kara Yazı çölündə
qışlayır. O yerdə
ki, gürcülərin
bizdən almaq istədikləri, sonradan
David Qaraca adlandırılan
mağara-monastırlar yerləşir.
Gürcülərin sa+
Qareco adlandırdıqları
Qaraca çölünün
tərəkəmə elatları
XI əsrdə öz soydaşları olan səlcuqlara qoşuldular. XIV əsrin sonlarında
Zülqədər oğlu
Şahsuvarın çağırışı
ilə Suriyanın şimalını Misir sultanının basqınlarından
qorumağa getdilər.
Qara Yazı çölündən
yola düşən qoşunların başında
Şuşa bəy ilə Borçalı bəy dururdu (Faruk Sümər 1993. s. 230). Onlar Misir
sultanının Hələb
valisi Əmir Yaşbəy ilə qanlı döyüşlərə
girdilər. O Yaşbəy ilə ki, 1417-ci ildə İmadəddin Nəsiminin
dərisini soydurmuşdu.
Elamın
Şuşa şəhərindən İberiyaya
və Albaniyaya yalnız Şuşa və Bərdə nəsilləri gəlməmişdir.
Çoxəsrlik dövlət və
təsərrüfat ənənələri,
zəngin bir mədəniyyət gəlmişdir.
Onların dilindən Qafqaz
xalqlarının dilinə
yüzlərlə sözlər
daxil olmuşdur.
Elamın
Şuşa və Bərdə dilləri necə dil idi, hansı
dillərə qohum idi? Bu sualların
cavabını Fridrix Vaysbax XIX əsrin sonlarında, Herzeld, akademik Marr, Rozaliya Şor XX əsrin əvvəllərində tapmışdır.
Z.A.Raqozina 1903-cü ildə Sankt-Peterburqda nəşr olunan “Midiya tarixi” kitabında yazır: – Elamın Şuşa əhalisinin
dili Ural-Altay və Turan tipli idi.
Həmin dil qrammatik quruluşuna görə iltisaqi olub, Şumer
və Akkad dillərinə
bənzəyirdi (Ðàãîçèíà 1903. s. 298, 311).
Həmin
fikri on il
sonra N.Y.Marr çoxsaylı dil faktlarına istinadən davam və inkişaf
etdirdi. Şuşa şəhərini yunanlar kimi Suziana adlandırsa
da, belə bir ideya ilə
elmi ictimaiyyətin diqqətini özünə
yönəltdi ki, Elamın Şuşa, Bərdə, Anca mahallarında ölənlər
oldular, qırğınlardan
xilas olanlar ərəblərin və yəhudilərin əcdadlarının
gəlişinə qədər,
yəni e. ö. II minilliyin
əvvəllərinə qədər
Şumer dilində danışan etnoslar yaşayırdılar (Ìàðð 1914. s. 4).
Şuşa-türk dil uyğunluqlarını
Z.A.Raqozinadan və N.Y.Marrdan qabaq alman alimi Fridrix
Vaysbax görmüşdü. O, 1890-cı ildə
Leypsiq şəhərində
nəşr olunan “Nuu Buträge kur kunde Susischen
insischen inschriften” əsərində sübuta
yetirmişdir ki, Şuşa dili ari və sami
dillərinə yox, türk dillərinə qohum olmuşdur (Weissbach 1890. s. 3-94).
İlhami Cəfərsoy
fil.ü.e.d. AMEA Nəsimi
adına Dilçilik İnstitutu
Olaylar.- 2019.- 17-18 sentyabr.- S.12