TÜRK
ƏSİLLİ İBERİYA ÇARLARI: ƏR ŞUŞA
Gürcüstanın
türk əsilli çarları: Vaxtanq Qorq Aslan
İberiyanın Qorq Aslana qədərki çarlarının ikisi Şuşa nəslindən çıxmışdır. Biz Şuşa deyəndə erməni işğalı altında olan şəhərimizi başa düşürük. Əslində Şuşa yalnız şəhərin adı deyildir. Qədim Ön Asiyanın bənzərsiz mədəniyyətini yaradan, şumerlərlə eyni dildə danışan (Marr. 1914. s. 4; Ðàãîçèíà 1908. s. 311, 318) elitar bir nəslin adıdır (İlhami Cəfərsoy 2014. s. 60-76; Weissbach 1890. s. 3-94; Weissbach 1911. s. 3-241; Hersfeld 1930. s. 3-276).
Əhəmənilər Elamı tutanda (e. ö. VI əsr) Herodotun Suzian adlandırdığı şuşalılar Qafqaza köçdülər (Øîïåí 1866. s. 215). Albaniya ilə İberiya arasındakı Loru dərəsində Şuşa şəhərini saldılar. Osmanlı səyyahı Övliya Çələbi 1742-ci ildə Loru dərəsindən keçərkən həmin şəhərin xarabalığını görmüşdü. Övliya Çələbinin bir məlumatı xüsusilə maraqlıdır. Səyyah yazır ki, Şəki qalasını İberiyanın Şuşa məliyi tikdirmişdir.
Şuşa nəslinin patriarxları Ər Şuşa titulu daşıyırdılar. Gürcülər son nəşrlərdə çar Ər Şuşanın adını Aşuşa kimi yazmaqla hamının anlaya bildiyi bir saxtakarlığa imza atdılar.
İberiyanın Şuşa nəslindən iki çarı olmuşdur. I Ər Şuşa xristian deyildi. Çünki onun dövründə ölkədə
hələ xristianlıq yayılmamışdı. II
Ər Şuşa isə xristian idi. O,
Mesrop Maştosu Loru dərəsinə çağırıb,
çoxdilli İberiya üçün əlifba tərtib
etdirdi. Onun himayəsi altında müqəddəs
kitablar ölkənin yerli dillərinə tərcümə
edildi (Èñòîðèÿ
Àãâàí 1861. s. 19-28).
Ər Şuşanın övladları özündən
sonra yeni şəhərlər saldılar, kilsələr
tikdirdilər.
Övliya Çələbi yazır ki, Şəki şəhərini
Şuşa məliyi Aleksandr tikdirmişdir
(Ýâëèÿ ×åëåáè 1983. s. 158).
Sasanilər
güclənəndə Cənubi Qafqazın bir çox
xalqları, o cümlədən İberiyanın Şuşa zadəganları onların təsiri
altına düşdülər. II Ər Şuşa
Ktesifona çağrıldı və sasanilərin vassalı
kimi İberiyanı idarə etmək səlahiyyətini
qazandı. Xristianlıqdan üz döndərib
zahirən də olsa, atəşpərəstliyi qəbul etdi.
Ümumiləşmiş elmi fikrə görə, Ər Şuşa II Yəzdigerdin (433-457) zamanında
xristianlıqdan dönmüşdür (Áåðäçåíèøâèëè, Äîíäóà 1953. s. 250). O zaman Vaxtanq Qorq Aslan
(446-499) çox gənc idi və hakimiyyət iddiasına yenicə
düşmüşdü.
Ər Şuşa öləndən sonra oğlu Bars
xan sasanilərin sarayına çağrıldı və
xristianlıqdan üz döndərmək şərtilə
atasının yerinə hakim təyin edildi. Şahənşahın
qayınanasını özünə arvad edib, Bərdə
şəhərinə gəldi. Vassal
dövlət başçısı kimi Albaniyanı idarə
etməyə başladı.
Bars xanın dinindən dönməsi yerli xristian
icmaların xoşuna gəlmədi. Onlar Vaxtanq Qorq
Aslanın ətrafına toplaşaraq 484-cü ildə
savaşa girdilər. Ana kert
çayının Kür çayına
töküldüyü yerdə onu qətlə yetirdilər (Áåðäçåíèøâèëè, Äîíäóà 1958, s. 251).
Gürcülər
1200 il sonra Bars xanın adını Varsxen
formasında saxtalaşdırdılar. Ermənilər bir az
da irəli gedərək o çarın adını Vazgen eləyiblər.
Ər Şuşanın nəsli İberiya üzərində
hakimiyyətini itirsə də, uzun illər Loru dərəsini
öz əlində saxladı. Türkiyəyə
gürcülərin Şuşeti adlandırdıqları
mahala köçənə qədər Loru mahalının
dini və dünyəvi hakimi oldular. Ətrafdakı kilsələri
Şuşa kilsə kafedrasına tabe etdilər.
Şuşa
zadəgan nəslinin bir hissəsi vətəndə qaldı,
bir hissəsi baqrationlarla vuruşa-vuruşa Batum şəhərinin
şimal-qərbinə,
indiki Türkiyənin Şuşa mahalına çəkildi.
Türk qardaşlarımız indi yanlış
olaraq onların mahalını Şavşad adlandırırlar
və elə bilirlər ki, şavşadlar türklərə
yox, gürcülərə qohumdurlar.
N.Y.Marr 1909-cu ildə Şərqi Anadolunun Şavşad
mahalında oldu. Mahalı kəndbəkənd gəzdi.
Gördü ki, onlar bir zaman Gürcüstanda
yaşadıqlarını xatırlasalar da, gürcü dilini bilmirlər (Ìàðð 1911. s. 5-27).
Akademik Marr onların yaddaşında qorunub qalan mərasim
nəğmələrini toplayıb, 1911-ci ildə Tiflis şəhərində
çap etdirdi. Gürcü əlifbası ilə
yazıya alınmış həmin şeirlər türk dillərinin
arxaik bir ləhcəsindədir (şeilər əlavə
olunur).
Ümid var ki, qonşu ölkənin kitabxanalarında
saxlanan ilkin nüsxələrin hamısı məhv edilməmişdir. Onları
tapmaq, elmi tədqiqatın obyektinə çevirmək
lazımdır.
İberiyadakı
şuşalıların az bir hissəsi
gürcülərlə döyüşlərdən sağ
çıxdı. Ölənlər
öldülər, qırğınlardan xilas olanlar İslam
dinini qəbul etdilər, XVIII əsrin əvvəllərinə
qədər türk və müsəlman olaraq qaldılar.
1721-ci ildə Osmanlı ordusu qərargahının tərtib
etdiyi “Dəftəri-müfəssəli-Tiflis”də göstərilir
ki, Şuşa camaatı yayda yaylağa köçür,
qışda Kara Yazı çölündə
qışlayır. O yerdə ki, gürcülərin bizdən
almaq istədikləri, sonradan David Qaraca adlandırılan
mağara-monastırlar yerləşir.
Gürcülərin
sa+ Qareco adlandırdıqları Qaraca
çölünün tərəkəmə elatları XI əsrdə
öz soydaşları olan səlcuqlara qoşuldular. XIV əsrin sonlarında Zülqədər oğlu
Şahsuvarın çağırışı ilə
Suriyanın şimalını Misir sultanının
basqınlarından qorumağa getdilər.
Qara Yazı
çölündən yola düşən qoşunların
başında Şuşa bəy ilə
Borçalı bəy dururdu (Faruk Sümər 1993. s. 230). Onlar Misir sultanının Hələb valisi Əmir
Yaşbəy ilə qanlı döyüşlərə girdilər.
O Yaşbəy ilə ki, 1417-ci ildə İmadəddin
Nəsiminin dərisini soydurmuşdu.
Elamın
Şuşa şəhərindən
İberiyaya və Albaniyaya yalnız Şuşa və Bərdə
nəsilləri gəlməmişdir. Çoxəsrlik
dövlət və təsərrüfat ənənələri,
zəngin bir mədəniyyət gəlmişdir. Onların dilindən Qafqaz xalqlarının dilinə
yüzlərlə sözlər daxil olmuşdur.
Elamın
Şuşa və Bərdə dilləri
necə dil idi, hansı dillərə qohum idi? Bu
sualların cavabını Fridrix Vaysbax XIX əsrin
sonlarında, Herzeld, akademik Marr, Rozaliya Şor XX əsrin əvvəllərində
tapmışdır.
Z.A.Raqozina
1903-cü ildə Sankt-Peterburqda nəşr olunan “Midiya tarixi”
kitabında yazır: – Elamın Şuşa
əhalisinin dili Ural-Altay və Turan tipli idi. Həmin dil
qrammatik quruluşuna görə iltisaqi olub, Şumer
və Akkad dillərinə bənzəyirdi (Ðàãîçèíà 1903. s. 298, 311).
Həmin
fikri on il sonra N.Y.Marr çoxsaylı dil
faktlarına istinadən davam və inkişaf etdirdi.
Şuşa şəhərini yunanlar kimi Suziana adlandırsa
da, belə bir ideya ilə elmi ictimaiyyətin diqqətini
özünə yönəltdi ki, Elamın Şuşa, Bərdə,
Anca mahallarında ölənlər oldular,
qırğınlardan xilas olanlar ərəblərin və yəhudilərin
əcdadlarının gəlişinə qədər, yəni
e. ö. II minilliyin əvvəllərinə qədər
Şumer dilində danışan etnoslar yaşayırdılar
(Ìàðð 1914. s. 4).
Şuşa-türk dil uyğunluqlarını
Z.A.Raqozinadan və N.Y.Marrdan qabaq alman alimi Fridrix Vaysbax
görmüşdü. O, 1890-cı ildə Leypsiq şəhərində nəşr
olunan “Nuu Buträge kur kunde Susischen insischen inschriften” əsərində
sübuta yetirmişdir ki, Şuşa dili ari və sami dillərinə
yox, türk dillərinə qohum olmuşdur (Weissbach 1890. s.
3-94).
Ümumiləşmiş
elmi düşüncəyə görə, Şuşa
kahin və zadəgan nəslinin adı Suz, Şuşa şəhərinin
adı Suziana olmuşdur. Ancaq Xuzistandakı Yedi
Təpə yaşayış məskənindən tapılan
bir kitabə həmin düşüncənin əsassız
olduğunu göstərir. Yeddi Təpə xətti
yazısında şəhər Suz yox, Şuşa
adlandırılır (Õðàíîâñêèé 2010. s. 135).
İbrit
dilli mətnlərdə Elamın Şuşa
şəhərinin adı Şuşa, şəhərin əhalisinin
adı Şuşaan, Suzaam formalarında yazıya
alınmışdır (Êâèíòà Êóðöèÿ 1750. s.
51; Áåðäçåíèøâèëè, Äîíäóà 1958. s. 40).
Şuşa dilindən Albaniya və İberiyanın qəbilə
tayfa dillərinə çoxlu sözlər və şəkilçilər
gəlmişdir. Onların çoxu gürcü dilində
deformasiyaya uğramış, Azərbaycan dilində isə
olduğu kimi qalmışdır (Marr. 1914.
s. 44).
-ma – 1. feilin inkar şəkilçisi;
2. isim yaradan şəkilçi (Ìàðð 1914. s. 31; Þñèôîâ 1968. s. 224).
-ma – bir şeyi mənimsəmək (Ìàðð 1914. s. 43).
-lu – adlarının sonunda etnik mənsubluq
yaradan şəkilçi (Ìàðð 1914. s. 85. 157, 184, 390).
-lar – çoxluq, topluluq anlamı yaradan şəkilçi
(Þñèôîâ 1968. s. 40; Õèíö 1987. s. 181).
E – ev, eba – yaşayış məskəni – Eba
sözü İber və Qafqaz dillərinə şəkilçiləşmiş
-ba, -pa, -pi variantlarında gəlmişdir (Ìàðð 1914. s. XI; Ìàðð 1927. s. 83). Azərbaycan
dilindəki ev, oba sözləri
Şuşa və Şumer mənşəlidir.
Deda – qadın (Ìàðð 1914. s. 43). Bu söz qədim iber və gürcü
dillərində qadın, xanım mənalarında
keçmişdir. Dədəmiz Qorqudun
kitabında ananın atası mənasında dədə
sözü vardır.
Appa
–ağa, hakim (Ìàðð
1914. s. 43). Bu söz qədim iber və
gürcü dillərinə qadın, xanım mənalarında
keçmişdir. Türk dillərində buna uyğun olaraq
apa sözü vardır. Apa
ata xəttilə böyükləri bildirir.
Atta – ata, akka-ana (Ìàðð 1914. s. 35, 58, 63). Ata sözü Ön Asiyanın
mixiyazılı mənbələrində daha çox at-ta
sillabik işarələri ilə yazıya
alınmışdır. Ana
sözünün ak-ka forması daha qədimdir. Materiarxal ailədə qadınlar evin ağaları
olurdular.
Ela –
N.Y.Marra görə Kart dilindəki bu söz Şuşa
mənşəlidir (Ìàðð 1914. s. 41). Bu söz gürcü dilinin tarixi
leksikasında -eli, -li formalarında da
işlənmişdir: Kartli, sa + Qareli və s.
Kide – Şuşa dilində son mənzilə,
sınıra yaxın, ibercə yurd, yaşayış məskəni
(Ìàðð 1914. s. 48). Azərbaycan dilində buna uyğun olaraq gədik, yəni
çökək dağ aşırımı sözü
vardır.
Taş
şu tum – Şuşa dilində bu
uşağın atası. Qədim “İber salnaməsi”ndə
taş sözü qadının əri
anlamında işlənmişdir (Ìàðð 1914. s. 51). Şu
Anadolu türkcəsindəki bu əvəzliyidir. Tum tumurcuq sözünün köküdür.
Taş və
tum sözləri eyni və yaxın anlamlarda Şumer
dilində də vardır. Şumerlər
oğlan uşağına, şuşalılar oğlan və
qız uşaqlarına tum deyirdilər.
Qədim Şuşa
təqvimində biçin ayına yelelu deyilir (Õðàíîâñêèé 2010. s. 142). Yelelu yallı rəqs adının arxaik formalarından biridir.
Elamda taxıl biçilib döyüləndən
sonra xırmana yığılar, insanlar xırmandakı arpa,
buğda təpələri arasında əl-ələ tutub
yallı oynayardılar.
Armar – qala (Ìàðð
1914. s. 17). Bu söz İberiyanın tarixi coğrafiyasına
Armaz formasında gəlmişdir. Armaz
alınmaz deməkdir.
Gürcü dilçiləri Armaz qalasının
adını İran dillərindəki Hörmüz teonimi ilə
bağlamağa çalışırlar. Akademik Marr və Fridrix Vaysbax
sübuta yetirmişlər ki, Şuşa və
Anca yazıları əhəmənilərdən əvvəlki
dövrə aiddir (Weissbach 1890. s. Ìàðð 1914. s. 4-6). Elam
patriarxları Xuzistanda armaz adlı qalalar tikəndə
farsların əcdadları indiki İran ərazisində
görünməmişdilər.
Pan – 1. söz, 2. ban – ev (Ìàðð 1914. s. 35, 40). Pan sözü H’Ay tayfa dillərinə ban
formasında keçmişdir. Türk dillərində buna
uyğun olaraq banlamaq feili vardır: saqqalı uzun tat əri
banlayanda, yəni molla minbərə çıxıb əzan
verəndə.
Ban
sözü Dədəmiz Qorqudun kitabında ev
mənasında işlənir: Qara yerin üstünə ağ
ban evlərin qondurmuşdu. Yaxud: Altun ban evlərin kafirlər
çapdılar.
Xüsusilə
maraqlıdır ki, Şumer gil lövhələrində
dinqir kimi yazılan Allah sözü Şuşa və Anca mətnlərində
tanqri formasında yazıya alınmışdır. E. ö.
XIX əsrdə Şuşa şəhərinin Tanqri Xuratir
titullu vilayət hakimi (Þñèôîâ 1968. s. 63), Kuk Tanqri titullu tepiri, yəni yüksək vəzifəli
saray adamı olmuşdur (Õèíö 1987. s. 90). Kuk Tanqri göy tanrı deməkdir.
Bundan başqa, Elamın Kuk Naşur (e. ö. 1650-1635) və
Kuk Kirvaş (e. ö. 1545-1520) titullu çarları var idi. Kuk titulunu
hamı yox, göylər məbədinin himayə etdiyi
çarlar və vilayət hakimləri
daşıyırdılar. Göyləri təmsil
edən məbəd Kuk adlanırdı (Þñèôîâ 1968, s. 250).
Kime – işçi qadın, kəniz (Õèíö 1987. s. 179). Qədim
“İber salnaməsi”ndə kəniz, qul arvadı kime
adlandırılır (Ìàðð
1885. s. 228-229). Şota Urustavelinin
poemasında kime sözü k.ma formasında yazıya
alınmışdır (Ìàðð
1910. s. X, XI, XIII). Bundan əlavə,
çar VI Vaxtanqın qanunlar kitabında mərkəzi hakimiyyətə
tabe olan vilayət hakimləri k.ma adlandırılır (Çàêîíû Âàõòàíãà VI. 1980. s. 50).
Şuşa
mətnlərindəki kime sözü Şumer
gil lövhələrində geme formasındadır və qul
qadın deməkdir (Êàíåâà 1996. s. 23). Əbülqazi
Bahadır xanın “Türkmən səcərəsi”ndə bu
mənada koma sözü vardır (Êîíîíîâ 1958. s.
50).
Loru dərəsinin xristian sakinləri qola, biləyə
kornə deyirdilər. Şuşa mətnlərində isə
qol kor adlandırılır (Ìàðð 1914. s. 47). “r” – “l” əvəzlənməsi
nəticəsində iber dilində kur sözü qol
formasına düşmüşdür.
Şuşa şəhərinin döyüşlərdən
sağ çıxan dəstələri Batumdan keçərək
Türkiyəyə köçdülər. İki yüz il sonra N.Y.Marr onların hansı dildə
danışdığını öyrənmək
üçün Şərqi Anadoluya getdi. 1911-ci
ildə çap etdirdiyi “Savşetiyə və Klarcetiyə səyahətin
gündəliyi” kitabında yazdı ki, Şavşeti əhalisi
türk dillərinin qatışıq bir ləhcəsində
danışır və gürcü dilini bilmir (Marr 1911. s. 5,
17).
Nə yaxşı ki, Çorlu Yaqubun V əsrin 70-ci illərində
qələmə aldığı “Müqəddəs
Şuşanikin iztirabları” qalmışdır. Qonşularımız
onun likin nüsxələrini məhv etsələr də, iki
variantda tərcümələri qalmışdır (Ìåëèêñåòáåêîâ 1939. s. 3; Êåêåëèäçå 1973. s. 83).
Şuşanik Ər Şuşanın gəlini, Bars
xanın arvadı idi. Bars xan Bərdə şəhərində
oturub, Albaniya ilə İberiyanı idarə edirdi.
Şuşanik nə erməni qızı olub, nə
gürcü.
Bu məlumatı indikilərdən fərqli
olaraq köhnə nəsil gürcü mətnşünasları
özləri təsdiq edirlər (İoñåëèàíè 1843. s. 51, 63).
Şuşanik nəinki erməni və ya gürcü,
heç əməlli-başlı xristian da deyildi. O dara düşəndə
xristian müqəddəslərə yox, öz əcdadlarının
ruhlarına yalvarırdı. Öz əcdadlarının
ruhlarına yalvarırdı ki, əri sasanilərin tələbilə
farslar kimi öz bacısını və qızını
almasın. Çünki Bars xan II Yəzdigerdin
(438-457) sarayına çağırılmış, sasanilərin
dinini qəbul etmək şərtilə Albaniya və
İberiyaya hakim təyin edilmişdi. (Ïàòêàíîâ 1883. s. 259; Åãèø 1971. s. 10; Êåêåëèäçå 1973. s. 86).
Şuşanik
öz evində, Bərdə sarayında fars
əxlaqı yaşamaq istəmirdi. İstəmirdi ki, əri doğma
qızını alsın, İran şahının
qartımış qayınanasını ölkənin birinci
xanımı eləsin. Ona görə də
qollarına qandal vuruldu. 7 il həbsxanada
əzab çəkərək öldü (Ìåëèêñåòáåêîâ 1939. s. 3-4; Àáåãÿí 1975. s. 190-191; Åãèø 1971. s. 10).
Gürcü ədəbiyyatı yalnız gürcülərin
ədəbiyyatı deyildir, ayrı-ayrı dillərdə
danışan xalqların ədəbiyyatıdır.
Gürcüstan ərazisindəki kilsələr
yalnız gürcülərin kilsələri deyildir, müxtəlif
etnosların kilsələridir. Bu fikirlər bizə yox,
akademik Marra, Baron Senkovskiyə aiddir.
Kür çayının sağ sahilindəki şəhərləri
indiki gürcülərin əcdadları olan baqrationlar
salmamışdılar, albanlar və türklər
salmışdılar. Bunu biz demirik, Mari Brosse, Yevgeni Stakinski
deyir (Ìàðè Áðîññå 708 s. 5; Ñåíêîâñêèé 1859. s. 172; Åâãåíèé Ñòàëèíñêèé 1885. s. 20).
Ruslar Qafqazı işğal etməsəydilər, ermənilər
İrəvan çuxurunu, Göyçə mahalını
bizdən ala bilməyəcəkdilər. Stalinlə
Mikoyan Kremldə oturmasaydı, gürcülər Tiflisdəki
məscidləri dağıda bilməyəcəkdilər.
Gürcüstandakı
Bərdə, Şuşa, Ucar, Tutu, Alaverdi,
David Qaraca kilsələrini biz tikmişik. Qədim
kilsə ədəbiyyatının çoxunu biz
yaratmışıq.
Gürcülər David Qaraca
mağara-monastırlarına iddialıdırlarsa, biz
İberiyanın 6 şəhərinə, 16 kilsəsinə
iddialıyıq.
İlhami Cəfərsoy
fil.ü.e.d. AMEA Nəsimi
adına Dilçilik İnstitutu
Olaylar.- 2019.- 19-20 sentyabr.- S.12.