Keşiş Vartanın uydurduğu
"erməni Naxçıvanı" mifi ifşa edildi
İşğalçı
rus imperatorluğunun
"Mərkəzi Baş Kilsəsi"nin
himayədarlığı altında Eçmiadzin
kilsəsi qədim Naxçıvanın oğuz
- türk tarixini dini-mistik əfsanə qəhrəmanı Noyun (Nuhun) mifik
şəxsi rəmzində keşiş
Vartanın (XIX əsrin I yarısı) uydurduğu
"erməni Naxçıvanı" adyla
dünya ictimaiyyətinə saxta,
yanlış məlumat verilmişdir. Bu fantastik mif
ilk dəfə professor
Əjdər Tağıoğlunun (İsmayılov) bu yaxınlarda nəşr edilmiş
"Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir"
əsərində elmi-tarixi faktlarla darmadağın edilir.
Müəllif dünya arxeologiyasına
söykənərək o nəticəyə
gəlir ki, tarixdə nə "Dünya Daşqını" baş
vermişdi, nə də dini
mistikada guya yeni insan cəmiyyətinin
"əcdadı" hesab edilən Noy/Nuh real
şəxsiyyətdir.
Arxeoloji ədəbiyyatdan məlumdur ki,müxtəlif dövrlərdə Dəclə və Fərat çaylarında baş vermiş güclu daşqın zamanı Mesopotamiya vadisində olan bir sıra qədim Şumer şəhərləri tarixin ayrı-ayrı çağlarında su altında qalmışdı. Babalarının başına gələn bu tarixi faciəni şumerlərin sonrakı nəsilləri "Bilqamıs" dastanının XI bölməsində yarıəfsanəvi şəkildə Şuruppak şəhərinin timsalında əbədiləşdirmişlər.
Əjdər Tağıoğlu Şumer əfsanəsinin qısa məzmununu verir. Əfsanədə deyilir ki, tanrılar hökmdar Ksisuörini məhv etmək üçün Şuruppak şəhərini su altında qoymaq qərarına gəlirlər. Məsələdən xəbər tutan Ksisuöri qısa müddətdə rəyyətlərinə "4 künc" nəhəng ban tikdirir,var-dövlətini,ailəsini,ev və çöl heyvanlarını ora yerləşdirir, gurşad yağışı gözləyir. Çox keçmir sanki yerlə göy birləşəcək kimi,gurşad yağış gəlir,ban yaranmış ümman üstünə qalxır, dəhşətlə guruldayan qorxunc fırtınalar bir neçə gündən sonra Ksisuörinin banını hündür bir dağda nəhəng qayalar arasına sıxır,onu tərpənməz edir. Tədricən su aşağı çökür,hava açılır,Ksisuöri ailəsi ilə birlikdə bandan çıxır,dağın zirvəsinə qalxır, "xilaskar tanrı"ya qurban kəsir. "Bilqamıs"da bu dağ "Nisir" dağı adlandırılır.
Əjdər Tağıoğlu araşdırmaya nəticə olaraq, mötəbər mənbələrə istinadən yazır ki, "Dünya Daşqını" əfsanəni ilk dəfə xristian missionerləri tarixi m.ö.5000-ci illərə gedib çıxan Şumer- Türk əhalisinin abidəsi olan "Bilqamıs" dastanının XI bölməsindən götürmüş, m.s. "Bibliya"da dövrün dini-siyasi tələblərinə uyğun olaraq, etnik zəmində fantastik əlavələrlə xristian tarixinə çevirmişlər. Onun fikrincə, "Bibliya"da Noyun_Ksisuörinin banının torpağa oturduğu Nisir dağında ilk dəfə torpağa ayaq basması təsadüfü deyildir.
Tarixçilər Nisir dağını indiki İraqın şimalında yerləşdirirlər. "Bibliya"da bu dağa "Ararat", Assuriya yazılarında "Urartu","Qur`ani- Kərim"də "Cudi dağ" ("Hündür dağ") dağı deyilir. Əjdər Tağıoğlu bu fakta söykənərək yazır ki, erməni kilsəsi və onun tarixçi varisləri qədim türk dağı olan "Ağrı dağı"nı "Ararat",türk dövləti olan "Biaini çarlığı"nı "Urartu" adı ilə "erməniləşdirərkən" özlərini klassik saxtakar olduğunu göstərir.
Yerli əhalinin Nisir dağında Noyun/Nuhun şərəfinə "Kovçek məbədi" abidəsi ucaltmağı, ermənilərin tarixi saxtakarlığını daha qabarıq şəkildə meydana çıxır. Hər il 14 sentyabrda yerli əhali (müsəlman, xristian və yezit cəmiyyətləri) "Cudi dağa" qalxıb, "Noya/Nuha və onun kovçekinə bəşər cəmiyyətinin xilası naminə Allaha qurbanlar kəsirlər."
İslam tarixi ilə məşğul olan ilahiyyət alimləri Nuhun "gəmisi"nin harada torpağa oturması fikrinə müxtəlif mülahizələrlə yanaşırlar və ona əlavələr edirlər.Onların bəziləri Nuhun "gəmisi"nin Kufədə,bəziləri Bəni-Təyy adlı ərəb qəbiləsinin məskunlaşdığı ərazidə, digərləri Mosul yaxınlığında quruya oturdiğunu yazırlar.
Başqa bir ilahiyyətçi alim risalələrə istinadən yazır ki,günlərin birində "Tövrat" əhli olan dindar bir yəhudi Məhəmməd peyğəmbərdən /s/-ə soruşur:
"- ...Nuh gəmiyə
harada mindi?
- İraqda.
-Onun gəmisi harada dayandı?
-Gəmi bir həftə
Beyti-Ətiqdə və
bir həftə də Beytülmüqəddəsdə
təvaf etdi,sonra
Cudidə yerə oturdi."
Bəzi müsəlman araşdırıcılarına
görə, "Nuhun
qəbri Ğəriydədir
(Nəcəfdədir). Əmirül-möminin Əli əleyhis-səlamın
qəbri də Adəmlə Nuhun qəbrinin üstündə
vaqe olur".
Ziyarətə gedənlərin şahidliyinə
görə, Nəcəfdə
"xilaskar gəmi"nin maket rəmzi qoyulmuşdu və bu günə
kimi həmin məkan müsəlman dünyasının ziyarətgah
yeri olaraq qalır.
Əjdər Tağıoğlu verdiyi
bu materiallara istinad edərək yazır ki, nəinki mifik, hətta real tarixi məlumat olsa belə, nə "erməniləşdirilmiş" yəhidi Noyun "kovçeki", nə müsəlman Nuhun "xilaskar gəmi"si İraqın hüdudlarından
nə Anadolu torpaqlarına,nə də
Ön Qafqaz ərazisinə keçməmişdir.
Bu fakt sübut edir ki, saxtakarlıqda
ad çıxarmış erməni
keşişlərinin türk
torpaqlarının ermənicəsinə
"sakit işğalı"
ilə əlaqədar
məkrli dini-siyasi iddialarının əksinə
olaraq, onların qədim Naxçıvan qala-şəhərilə heç
bir bağlılıqları
yoxdur.
Əjdər Tağıoğlu gətirdiyi
faktlara əsaslanaraq bildirir ki, XIX əsrin I yarısından
başlayaraq, gəlmə
yarıdilənçi ermənilər
özlərini "qədim
yerli əhali" etmək üçün işğalçı rusların
yaratdıqları "Türksüz
Ön Qafqaz" ideoloji savaş makinəsinin ənənələrinə
söykənirlər. Eçmiadzin kilsəsi Mərkəzi Rus Kilsəsinin hamiliyi altında yəhudi Noyu "erməniləşdirir", onu
İraqın şimalından
Ön Qafqaz Oğuz Alban ərazisinə
keçirməyə çalışır.
Tədqiqatçı "Erməni Noy"un kovçekdən
çıxıb, ayağını
ilk dəfə hansı
ərazidə torpağa
basması ətrafında
ziddiyyətli fikirlərin
kifayət qədər
olmasına bir neçə nümunədir.
Qr.Kapantsyan yazır: "...kovçek
birinci dəfə Qurqur dağında dayanır, ancaq ondan məsləhət alır ki, daha
hündür Masisə
(Ararata) üzsün."
Göründüyü kimi, bu əfsanədə
Naxçıvan yada düşmür.
Başqa
bir əfsanədə
də "erməni Noy"un "ilk ayaq basdığı torpaq" Naxçıvan
deyil, başqa bir ərazidir.
İ.Şopen yazır: "Əgər
erməni rəvayətinə
inansaq, Noy kovçekdən çıxıb
əvvəlcə Ark-uri
kəndində dayandı,
ancaq buradan başqa yerə getdi, bu səbəbdən
də ora "Nax-içe-van", yəni "birinci dayanacaq" adlandırıldı."
Əfsanənin təsvirindən aydın
görsənir ki,
"Ark-uri" "Tufan
və Daşqın"
"fəlakədindən" uzaq,guya torpaqda "mövcud" olmuş abad bir erməni
kəndidir, "erməni
Noy"un kovçeki də möcüzəli şəkildə bu yaşayış məskənində
torpağa oturmuş və "ermənilərin
əcdadı" da
ilk dəfə "müqəddəs
qədəmlərini" bu
kənddə torpağa
basmışdır. Sağlam
ağıldan uzaq anonim keşişin uydurmasına şərti inansaq, bəs, "Naxçıvan" alamının
"ilk dayanacaq" "etimologiyası"
harada qaldı ?!
Anonim keşiş müəlliflər
əfsanələrin birində
Eçmiadzini, o birində
Erevan (İrəvan) şəhərini
kovçekin "ilk dayanacaq"
yeri və Noyun "ilk məskən"
saldığı torpaq
kimi qələmə verirlər.
Erməni
alimləri arasında
"Eçmiadzin" məbədinin
tarixini bəziləri
guya kovçekdən düşən Noyun həmin torpağa "ilk
ayaq basdığı"
"tarix"lə, bəziləri
də Xristosla bağlayan fikirlər də var.
Görkəmli tarixçi və
bibliyaşünas B.Ö. Korf
yazır: "Ermənilər
uydurublar ki, guya Eçmiadzin kilsəsinin inşa edildiyi yerdə Noy kovçekdən düşüb, allaha birinci qurban kəsib. Eyni zamanda Noyun üzüm
tənəkələri əkdiyi
yeri göstərirlər
və yazırlar ki,onlar böyüyərək
Erevanın (İrəvanın-Ə.T.),
Eçmiadzinin və ətraf yerlərin üstünə yayıldı.
Fikrimcə,bu rəvayətin də tarixdə hüquqi yeri ola bilməz."
Əjdər Tağıoğlunun başqa
bir əfsanədə,
guya kovçekin dayandığı yerdən
su tədricən çəkilir, "Erevan şəhəri"
görsənir. Erməni tarixçiləri "Erevan" sözünün "zühur
edən", yaxud
"möcüzə" olaraq
"görsənən" anlamına gəldiyini söyləyirlər. Əjdər
Tağıoğlu bildirir
ki, babamız Rəvanqulu xanın (XVI əsr) öz şərəfinə saldırdığı
Oğuz-türk qala şəhəri olan İrəvan şəhərinin
"yaranmasını" guya
"yeni insan cəmiyyətinin əcdadı
olmuş" "erməni
Noy"un torpağa
ilk ayaq basması müqəddəsliyi ilə
bağlanmasını haqlı
olaraq cəfəngiyyat
sayır. Erməni tarixçiləri iddia edirlər ki, guya Noyun
gəlişi ilə
"zühur etmiş"
"möcüzəli şəhər"
"bu günə kimi erməni vilayəti olaraq yaşayır."
Əjdər Tağıoğlu yazır
ki, Sovetlər Birliyi dağılandan sonra erməni tarixçilərinin uydurduqları
bu cəfəng,sərsəm iddialarda
məqsədləri 29 noyabr
1920-ci ildə qədim
türk torpaqlarında
Kremlin təşkil etdiyi
"Erməni Respublikası"na
29 may 1921- ci ildə Azərbaycan türklərinin
orta əsr dövr tarixindən qoparılaraq, mərkəz
kimi verilmiş Oğuz-türk şəhəri
İrəvanin, guya Noyun dövründən
"Erevan" adında erməni
babalarına aid yaşayış
yurdu olduğunu "sübuta yetirməkdi".
"Naxçıvan toponiminin etnokökü əfsanələr
qədər qədimdir"
əsəri görünür
ki, eləcə də əfsanələrdə
"Naxçıvan" adının
çəkilməməsi sübut
edir ki, keşiş Vartanın uydurduğu "erməni Naxçıvanı" iddiasının
nə əfsanəvi,
nə də mifoloji əsası yoxdur.
Əjdər Tağıoğlu araşdırmalarını
ümumiləşdirərək yazır ki, erməni kilsəsi və onun tarixçi
varisləri, əsassız
torpaq iddiası ilə əlaqədar, bu günə kimi bir həqiqəti
anlamamışlar (əslində
anlamışlar, ancaq
əlacsızdırlar,başqa yolları da yoxdur!) ki, " Noy - Ararat", "Noy-Erevan","Noy
- Naxçıvan", "Noy-Eçmiadzin", "Xristos-Eçmiadzin"
və s. sağlam ağılın qəbul etməyəcəyi uydurma
fantastik əfsanələrlə
nə Anadolu torpaqlarında, nə də rusların gətirib yerləşdirdikləri
Ön Qafqaz Oğuz Albaniyası coğrafiyasında özlərini
"qədim yerli əhali" kimi qələmə versələr
də, bu onların ucalığını
deyil,miskin,cılız,oğru xalq olduğunu sübut edir.
Əjdər Tağıoğlu bu
deyilənlərdən o nəticəyə
gəlir ki, guya XIX əsrın I yarısında yaşamış,əslində
heç bir elmi ədəbiyyatda adı qeydə alınmamış anonim keşiş Vartanın adına kilsənin uydurduğu "erməni Naxçıvanı" iddiası
yarıdilənçi qaçqın,köçəri
ermənilərin "qədim
Qafqaz tarixi" qədər illuziyadır,mifdir!
Sonda minnətdarlıqla qeyd edirəm ki, Əjdər Tağıoğlu
"Qədim Ön Asiya və Ön
Qafqaz türk tayfaları (ermənilər
və gürcülər
Ön Qafqaz Oğuz Albaniyası ərazisində)" adlı
monumental əsərində, eyni zamanda, "Moisey Xorenatsi anonim keşiş müəllifdir " və
"Mesrop Maştos əlifba "ixtiraçısı"
deyil, fırıldaqçı
anonim keşişdir"
kitablarında olduğu
kimi, onların ideya davamı olan "Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər
qədimdir" əsərində
də Azərbaycan türklərinin qədim Ön Qafqaz tarixini Böyük Vətəndaş qeyrətilə
tədqiq etmişdir.
Hörmətli professor Əjdər Tağıoğlunun (İsmayılov) əsərləri bu gün erməni məsələsi problemləri ilə bağlı apardığımız ideoloji müharibə cəbhəsində çox kəsərli silahdır. Bu əsərləri xarici dillərə tərcümə olunmalı və dünya ictimaiyyətini "erməni mifindən" xilas etmək zərurəti beynəlxalq miqyasda yayılmalıdır.
VƏLİ
Əliyev
AMEA-nın muxbir üzvü
Olaylar.- 2019.- 24-25 sentyabr.- S.11.