“DOST mərkəzləri müasir

Azərbaycanın siması kimi

 

Son illər bir-birinin ardınca sosial yönümlü xidmətlər yarandı və yaranmaqda da davam edir. Danışıq leksikonumuza ASAN, ABAD, DAİM, DOST kimi maraqlı abbreviaturalardan ibarət sözlər daxil oldu. Bu özünəməxsus və unikal xidmətlər təkcə elə sözabbriviatura olaraq qalmır, əksinə vətəndaşa layiqincə xidmət edir. Vətəndaşların məmnunluğunu göstərən ümumi statistik nəticələr də elə bunun sübutudur.

 

Yaxın keçmişə nəzər salsaq, Azərbaycan müstəqilliyi tarixində ilk dəfə olaraq ulu öndərimizin rəhbərliyi altında dövlətin sosial siyasəti,yönümlüyü, prinsipləri və vəzifələri ən yüksək səviyyədə bəyan edilib. Dəfələrlə "həyatımın məqsədi Azərbaycandır və Azərbaycan vətəndaşının rifahıdır"deyən ulu öndər Heydər Əliyev və hazırda davamçısı İlham Əliyevin həyata keçirdiyi siyasət birinci növbədə insan faktoruna, yəni Azərbaycan vətəndaşının rifahına köklənib.

Prezidentin bütün çıxışlarına nəzər yetirək. Dövlət başçısı dəfələrlə bildirib ki, görülən hər bir və atılan hər bir addım son nəticədə, Azərbaycan xalqının marağına xidmət edirbu sosial yönümlü siyasətin mərkəzində Azərbaycan vətəndaşı durur. Bu mənada onun 2018-ci il prezident seçkilərindən sonra keçirilmiş andiçmə mərasimində səsləndirdiyi fikirlər 2019 və növbəti illər üçün görüləcək işlərin xalqa bir növ mesajı idi.

Dövlətimizin imkanları genişləndikcə daxili siyasətin əsas istiqamətlərindən biri olan sosial siyasət, eləcə də əhalinin rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlər özünü daha qabarıq şəkildə, günün tələblərindən irəli gələn forma və məzmunda göstərməyə başlayır. Qeyri-neft sektorunun, sahibkarlığın inkişafı bir-biri ilə bağlı olan məsələlərdir və hazırda Azərbaycanda bu istiqamətdə işlər uğurla gedir. Bununla da ölkə iqtisadiyyatımız çoxşaxəli iqtisadiyyata çevrilir. Bildiyiniz kimi, özəl sektor ümumi daxili məhsulumuzda təqribən 80 faiz təşkil edir. Beləliklə, iqtisadi artım, iqtisadi sahədə aparılan islahatlar, büdcə daxilolmalarının artımı, əlbəttə ki, sosial sahəyə böyük diqqət göstərmək üçün imkan yaradır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ilin əvvəlindən başlayaraq imzaladığı fərman və sərəncamlar onu deməyə əsas verir ki, 2019-cu il böyük sosial səmərəlilik ili kimi tarixə yazılacaq.

Prezidentin 2019-cu il islahatlarının genişliyini göstərən ən müxtəlif məqamları vurğulamaq mümkündür Hələ bu ilin birinci rübündə İlham Əliyev tərəfindən həyata keçirilən sosial islahatlar paketinin uğurlu nəticələri kimi əhalinin rifah halının yaxşlaşdırılması istiqamətində atılan mühüm addımlar 3 milyondan artıq vətəndaşın rifahına mühüm dəstək olub. O cümlədən, minimum əməkhaqlarının və pensiyanın minimum məbləğinin 40 faizədək, sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırılması təmin edilib. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ötən il şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 626 mənzil verilib, 265 nəfər isə avtomobillə təmin olunub. 2019-cu ildə isə azı 800 mənzilin və 600 avtomobilin qeyd olunan kateqoriyalara aid şəxslərə verilməsi nəzərdə tutulub. Bundan başqa, 2019-cu ilin sonunadək bir neçə reabilitasiyasosial xidmət müəssisəsi də istifadəyə veriləcək. Ötən il Özünüməşğulluq Proqramından 7267 ailə istifadə edib. Bu il isə 10 min ailənin bu proqrama qoşulması nəzərdə tutulub.

 

Məmnunluq ünvanı-bir "DOST" qapısı

 

Dövlət başçımızın uğurlu sosial siyasəti əhalinin rifah halının yaxşılaşdırılmasına, həssas qruplara dövlət qayğısının artırılması istiqamətində kompleks tədbirlərin ildən-ilə güclənməsinə, bu sahədə mühüm addımların atılmasına, ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşmasına imkan yaradıb.

Bununla yanaşı, Prezident İlham Əliyevin sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevikoptimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir. Habelə, Prezidentin "Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2018-ci il avqustun 9-da imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin məqsədi də məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir.

DOST Mərkəzlərinin yaradılması Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sosial sahə ilə bağlı həyata keçirdiyi mühüm fəaliyyətinin növbəti uğurlu davamıdır. Həmçinin ölkədə aparılan sosial siyasətin icrasına, sosial məsələlərin həllinə, xüsusi qayğıya ehtiyac duyan insanların sosial müdafiə və reabilitasiya xidmətləri ilə təminatına, eyni zamanda, dövlət sosial xidmətləri sisteminin müasir innovasiyaların tətbiqi şəraitində tam şəffaf müstəvidə və sosial cəhətdən həssas əhali qruplarına əlçatan səviyyədə qurulmasına daha bir töhfəsidir.

Hazırda dünya təcrübəsində oxşar layihələr olsa da, DOST mərkəzləri əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 126 xidmətin "bir pəncərə"dən təqdim edilməsinə imkan verən, əhatə dairəsi geniş olan, innovativ yenilikləri özündə birləşdirən nadir bir layihədir. Ona görə də DOST mərkəzlərinin ölkəmizin dövlət sosial xidmətləri sahəsində Azərbaycanın yeni brendinə çevriləcəyi gözlənilir. Agentlik DOST mərkəzləri vasitəsilə "bir pəncərə" prinsipi ilə 2,8 milyon şəxsə xidmət göstərəcək

Hazırda Mərkəz ilkin mərhələdə yalnız Bakının Yasamal və Səbail rayonlarının əhalisinə xidmət etsə də Agentliyin 2019-2025-ci illərdə Bakıda və ölkəmizin regionlarında 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. Mərkəzdə 96 nəfər, "Gənc DOST" proqramı üzrə isə 30-50 könüllü fəaliyyət göstərir.Gələcəkdə isə könüllülər sırasına yaşlıların da cəlbi nəzərdə tutulur.

Burada "Pensiyasosial sığorta", "Sosial müavinətlər və təqaüdlər", "Əlillik, tibbi ekspertizaprotez-ortopedik təminat", "Sosial xidmətlər və övladlığa götürmə məsələləri", "Əmək münasibətləri", "Məşğulluq xidmətləri", "Sosial-hüquqi, sosial-pedaqoji, sosial-psixoloji, sosial-məişət xidmətləri", "Banknotarius xidmətləri" də var. Beləliklə, mərkəz vətəndaşların nazirlik üzrə bütün xidmətlərdən "bir pəncərə"yə müraciət edib və "bir pəncərə"dən faydalanmasına imkan verir. Vətəndaşlara məsləhət və məlumat xidmətləri də göstəriləcək. Onların bilavasitə, telefonya internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər üsullarla xidmətlərin həyata keçirilməsi də təmin ediləcək. Xidmətlər vahid standartlar əsasında və bir-birinə inteqrasiya olunmuş şəkildə elektron müstəvidə təqdim olunur. DOST mərkəzlərində proaktiv xidmətlər də göstərilərək, vətəndaşlara buya digər sosial hüquqları barədə məlumat veriləcək. Hesabatlılıq və şəffaflıq təmin edilərək, vətəndaşların müvafiq məlumatlara çıxış imkanı artırılacaq. Çevik hesabat vermə və şikayət, monitorinq və qiymətləndirmə mexanizmləri vasitəsilə şəffaflığı və prosesi izləmə imkanları təşviq ediləcək.

Əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər əlaqədar sahələrdə inzibati proseslərin və prosedurların sadələşdirilməsinə, göstərilən xidmətlər üzrə vəzifələrin inzibati bölgüsü yenidən təşkil edilməklə, vətəndaşlara xidmət müddəti və xərclərinin azaldılmasına nail olunacaq. Xidmətlər modernləşdiriləcək, sənəd dövriyyəsinin təkmilləşdirilməsi, prosedurların surətləndirilməsi və bununla səmərəliliyin artırılması təmin ediləcək.

Mərkəzlərə vətəndaş axını idarə olunacaq, hər bir müraciət edən qarşılanaraq dinləniləcək və üz tutduğu xidmətlərdən sadə prosedurlarla istifadə imkanı əldə edəcək. İnzibatçılığın səmərəli təşkili təmin olunacaq. DOST mərkəzləri yalnız əyani şəkildə müraciət edənlərlə işləməyəcək, vətəndaşların bilavasitə, telefonya internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər üsullarla xidmətlərin həyata keçirilməsini də təmin edəcək.

Beləliklə, DOST mərkəzləri "bir pəncərə"dən göstərdiyi operativ, keyfiyyətli, şəffaf xidmətlərlə ƏƏSMN-nin fəaliyyət sahələri üzrə xidməti kontingentin hər bir üzvünün - əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, işsiz və işaxtaranların, pensiyaçıların və b. DOST-u olduğunu qısa zamanda təsdiq edərək ümumən ictimai məmnunluğun ünvanı olacaq.

 

Məmnunqluq ünvanının statistikası

 

İndiyədək, Agentliyinin ilk DOST mərkəzinin xidmətlərindən artıq 30 mindən çox vətəndaş faydalanıb. Xidmətlərin göstərilməsi prosesi vətəndaş məmnunluğu prinsipinə uyğun qurulub. Mərkəzə gələn vətəndaşa xidmətdən yararlandıqdan sonra masadan ayrılmadan xidmətdən nə dərəcədə razı qalıb-qalmadığı barədə rəyini bildirmək təklif edilir. Rəyini elektron sistemə daxil edir. Bundan başqa, mərkəzin çıxışında da könüllülər vətəndaşlara yaxınlaşaraq sorğuda iştirak etməyi təklif edirlər. "Göstərilən xidmətdən nə dərəcədə razı qaldınız?" sualına aşağıdakı cavab variantları təklif olunur: 1.Razı qaldım; 2. Qismən razı qaldım; 3.Razı qalmadım; 4.Bilmirəm.Vətəndaşların məmnunluq səviyyəsi mərkəzin Təhlil və statistika departamenti tərəfindən həmin cavablara və Çağrı mərkəzinə əsasən hesablanır.

Bu günə olan məlumata əsasən, vətəndaşların DOST mərkəzindən tam məmnunluq səviyyəsi 93 faizi keçib, xidmətlərdən qismən məmnun vətəndaşlar isə 4 faiz təşkil edir.

İlham Əliyevin sosial siyasəti demək olar ki, DOST mərkəzlərində öz əksini tapır - islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni, bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla da inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək.

Heç şübhəsiz, Prezidentin fərman və sərəncamları ümumən vətəndaş məmnunluğunun daha da artırılmasına hesablanıb. Bəli, ölkə başçısı üçün vətəndaş məmnunluğu son dərəcə vacibdir. Bunu istər dövlət siyasətinin ayrı-ayrı məqamlarına aydınlıq gətirərkən, istərsə də dövlət idarəçiliyinin həyata keçirilməsinə məsul şəxslərin məsuliyyətliliyi ilə bağlı çağırışlar edərkən xüsusi vurğulayıb. Nəzərə alaq ki, dövlət başçısı sosial islahatlarla paralel şəkildə struktur islahatları da aparmaqdadır. Bunlar bir-birini tamamlayan addımlardır. Prezidentin belə yanaşma tərzi onun siyasi lider xarakterini vurğulamaqda, yeritdiyi kursun alternativsizliyini bir daha təsdiqləməkdədir.

Yeni sosial layihələrin əsas məqsədi ölkə iqtisadiyyatında rəqabət qabiliyyətini artırmaq, dünya iqtisadi sisteminə rasional inteqrasiya yolu ilə ölkədə dinamik sosial-iqtisadi inkişafın uzun müddətli  təmin etməkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiqlənən sərəncamlarla ölkənin mövcud iqtisadi potensialının möhkəmləndirilməsi və qeyri-neft sektorunun inkişaf etdirməsinə təkan verir. Bu potensialın intensiv həyata keçirilməsi yeni yerlərinin açılması üçün şərait yaratmaqdan əlavə, sahibkarlığın inkişafı, sosial xidmətlərin həcminin, keyfiyyətinin və yönümün əhəmiyyətli dərəcədə artması və yoxsulluğun azaldılmasına gətirib çıxarır. Buna görə də bu gün hər bir Azərbaycan vətəndaşı sosial cəhətdən təhlükəsiz və tamamilə özünü qorunan kimi özünü görməlidir.

 

Aysel Oğuz

 

"Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün"

 

Olaylar.- 2019.- 26-27 sentyabr.- S.11.