Bu gün Azərbaycan
dünyada uğurlu
inkişaf yolu ilə gedən
bir ölkə kimi tanınır
Nailə İsmayılova: "Azərbaycanın
qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələrdən
biri də kənd təsərrüfatıdır"
"Azərbaycanın
hər bir bölgəsinin sürətli inkişafı dövlətin
iqtisadi siyasətində müsbət
rol oynayan mühüm amillərdəndir. Dövlət
proqramına uyğun olaraq regionların sosial-iqtisadi cəhətdən
davamlı inkişafının əsas göstəricisi cənab
prezidentin bölgələrə müntəzəm səfərlər
etməsi olub. Bu səfərlər zamanı cənab prezident
özünün dəyərli tapşırıq və
tövsiyyələrini verib. Təbii ki, bu səfərlər
regionlarda dövlət proqramı çərçivəsində
tikilib istifadəyə verilən dövlət əhəmiyyətli
yeni obyektlərin açılışı ilə əlaqədar
olub. Cənab İlham Əliyevin prezidentliyi dövründə
həyat keçirilən hər üç dövlət
proqramı (2004-2008, 2009-2013, 2014-2018) məhz regionların
sosial-iqtisadi cəhətdən sürətli inkişafı
üçün nəzərdə tutulmuşdur və
uğurla da həyat keçirilmişdir. Artıq sonuncu proqram
da yekunlaşmaqdadır."
Bu haqda
Olaylar.az -a "Yeni Həyat" Humanitar və Sosial Dayaq
İctimai Birliyinin sədri Nailə İsmayılova məlumat
verib.
Nailə
İsmayılova qeyd edir ki, Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı üzrə
birinci Dövlət Proqramının (2004-2008-ci illər)
icrasının yekunlarının mütəxəssislər tərəfindən
təhlili göstərir ki,
beş il ərzində Ümumi Daxili Məhsulun (ÜDM)
real həcmi 2,6 dəfə artaraq 38 milyard manata
çatmış, ÜDM-in adambaşına düşən
nominal həcmi 5 dəfə artaraq 4440 manat təşkil
etmişdir: "Qeyri-neft sektoru 1,8 dəfə artmış,
2008-ci ilin yekunlarına görə ÜDM-də qeyri-dövlət
sektorunun payı 84,5 faiz təşkil etmişdir. Ölkə sənayesində
2,5 dəfə, kənd təsərrüfatında isə 25,2
faiz artım olmuşdur. 2003-cü illə müqayisədə
2008-ci ildə əhalinin gəlirləri 4 dəfə artmış,
yoxsulluq səviyyəsi 13,2 faizədək
azalmışdır. Bu dövrdə muzdla işləyənlərin
orta aylıq əmək haqqı 3,5 dəfə artaraq inflyasiya
səviyyəsini 1,7 dəfə üstələmiş və
268 manata çatmışdır. Sahibkarlıq fəaliyyətinin
dəstəklənməsi məqsədilə Azərbaycan
Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun
vəsaitləri hesabına ölkədə sahibkarlıq
subyektinə kredit verilmiş və çoxlu sayda yeni iş
yerləri açılmışdır. Beləliklə,
2004-2008-ci illər ərzində ölkəmizdə 766 mindən
çox yeni, o cümlədən 547,5 min daimi iş yeri açılmış,
27,5 mindən çox yeni müəssisə
yaradılmışdır.
Vətəndaş
olaraq hər birimiz ölkə iqtisadiyyatının yeni
inkişafı dövrünün, yəni 2004-2008-ci illərdə
dövlət investisiyalarının həcminin
artmasının, regionlarda infrastrukturun, sosial xidmət obyektlərinin
tikintisinin bir neçə dəfə artmasının və
digər xidmət sektorlarında keyfiyyətli yüksəlişin
şahidi olmuşuq. Belə ki, yaşanmış 5 il ərzində
9 elektrik stansiyası tikilib istifadəyə verilmişdir,
Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi
13 illik fasilədən sonra bərpa olunmuş, eyni zamanda bir
çox rayonlar ilk dəfə olaraq təbii qazla təmin
edilmişdir. Oğuz-Qəbələ-Bakı su kəmərinin
tikintisi, Gəncə, Şəki, Ağdaş və
Göyçay şəhərlərinin, habelə ölkədəki
kiçik şəhərlərin su təchizatı və
kanalizasiya sistemlərinin yenidən qurulması ilə
bağlı işlərə başlanılması, regionlarda
1000 km-dən çox magistral yol çəkilişi və ya əsaslı
təmir edilməsi, 600 km respublika əhəmiyyətli və
2700 km yerli əhəmiyyətli yollarda təmir işləri
aparılması, 69 yeni körpü tikilişi, 34
körpünün təmiri
dövlət proqramı çərçivəsində
görülən işlərin əsas hissəsini təşkil
edir. Eyni zamanda müxtəlif bölgələrdə
(Naxçıvan, Gəncə, Lənkəran və Zaqatala)
müasir standartlara uyğun tikilərək istifadəyə
verilən yeni hava limanları, metro nəqliyyatı sahəsində
Bakıda "Nəsimi" stansiyası inşa olunmuş,
"İçərişəhər" və "28
may" stansiyaları yenidən qurulması ölkənin
strateji öbyektləri sərasındadır. Dövlət
Proqramı çərçivəsində regionlarda əlillər
və şəhid ailələri üçüntikilən
yaşayış binaları, əlillər üçün bərpa
mərkəzlərinin inşa sı, səhiyyə sahəsində
yeni müasir müalicə-diaqnostika mərkəzləri fəaliyyətə
başlaması xalqın xidmətinə verilmişdir. Ölkənin
regionlarında 18 müasir olimpiya kompleksi tikilmişdir."
"Yeni
Həyat" Humanitar və Dosial Dayaq İctimai Birliyinin sədri
bildirir ki, keçən əsrin 90-cı illərində ulu
öndərimiz Heydər Əliyevin təşəbbüsü
ilə həyata keçirilmiş aqrar islahatların
aparılması oilə bağlı torpaqlar xüsusi
mülkiyyətə verilmişdir və beləliklə ölkədə
fermer təsərrüfatları yaradılaraq kənddə
yeni iqtisadi münasibətlərin təməli qoyulmuşdur.
"Azərbaycanın
qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələrdən
biri də kənd təsərrüfatının
inkişafıdır. Bu sahə üzrə aparılan
ardıcıl islahatlar və yeni texnologiyaların cəlb edilməsi
davam etməkdədir. 12 yanvar 2015-ci ildə Prezident İlham Əliyev
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq, kənd təsərrüfatının
inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini
sürətləndirmək, aqrar sektorda mövcud problemlərin
həllinə sistemli və kompleks yanaşmanı təmin etmək,
bu sahəyə dövlətin inzibati və maliyyə
resurslarını səmərəli şəkildə cəlb
etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ
etmək məqsədi ilə 2015-ci ili Azərbaycan
Respublikasında "Kənd təsərrüfatı ili"
elan etmişdir. Məhz dövlətin kənd təsərrüfatına
ayırdığı diqqət və qayğıdan irəli
gələrək fermerlərin birləşməsi və
kooperativlərin yaradılması aqrar sektorda gəlirlərin
və kənd təsərrüfatı məhsullarının
rəqabət qabiliyyətliliyinin daha da artırılmasına
və beynəlxalq standartlara uyğunlaşmasına təkan
vermişdir. Bu günə qədər regionların
sosial-iqtisadi inkişafının
davamlılığının təmin olunması məqsədilə
aqrar sektorun inkişafı və əhalinin ərzaq təhlükəsizliyinin
təmin edilməsi Dövlət Proqramında əsas istiqamətlərdən
biri kimi nəzərdə tutulmuşdur. Aqrar sahənin
inkişafı üzrə prioritet istiqamətlər üzrə
mühüm tədbirlər həyata keçirilərsə, kənd
təsərrüfatının inkişafında böyük
nailiyyətlər əldə olunar."
Davamlı
inkişafının əsas hissələrindən biri olan
turizmin inkişafına dövlətimiz tərəfindən
xüsusi diqqət və qayğı göstərildiyini
xüsusi olaraq vurğulayan Nailə İsmayılova bildirdi
ki, ölkə
başçısı cənab İlham Əliyevin turizmin
inkişafı etdirilməsi ilə bağlı
imzaladığı hüquqi sənədlər turizm sahəsinin
inkişafına böyük dəstək
vermiş olur.
"Son
illərdə turizm sektorunun inkişafı istiqamətində
bir sıra məqsədyönlü tədbirlərin həyata
keçirilməsi bu sektorun davamlı inkişafına səbəb
olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 27 avqust
tarixli 1029 nömrəli Sərəncamı ilə "Azərbaycan
Respublikasında 2002-2005-ci illərdə turizmin
inkişafına dair Dövlət Proqramı"nın həyata
keçirilməsi nəticəsində turizmin inkişafı
üçün münbit şərait yaradılmış və
ölkəmizin beynəlxalq turizm bazarına inteqrasiyasının
əsası qoyulmuşdur. Bu siyasətin davamı olaraq Azərbaycanda
yüksək iqtisadi, sosial və ekoloji tələblərə
cavab verən müasir turizm sahəsinin
formalaşdırılması və onun ölkə
iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə
çevrilməsinin təmin edilməsi məqsədilə Azərbaycan
Respublikası Prezidentinin 2010-cu il 6 aprel tarixli 838 nömrəli
Sərəncamı ilə "Azərbaycan Respublikasında
2010-2014-cü illərdə turizmin inkişafına dair
Dövlət Proqramı" təsdiq edilmişdir. Azərbaycan
Respublikasında turizm sektorunun daha da inkişaf etdirilməsi və
turizm fəaliyyəti üçün əlverişli şəraitin
yaradılması zərurətini nəzərə alaraq, turizm
ehtiyatlarından daha səmərəli istifadə olunmaqla zəngin
coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin,
eləcə də xalqımızın qədim mədəni-tarixi
irsinin geniş miqyasda tanıdılmasını təmin etmək
məqsədilə Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 15 fevral tarixli 1320 nömrəli Sərəncamı ilə
Azərbaycan Respublikasında 2011-ci il "Turizm ili" elan
edilmişdir."
İctimai
Birliyinin sədri bu gün Azərbaycanın dünyada
uğurlu inkişaf yolu ilə gedən bir ölkə kimi
tanındığını qeyd edir: "İstər neft, istərsə də qeyri-neft
sektorunda, həm ölkədə, həm də xaricdə
mühüm, böyük obyektlərin açılması,
islahatların aparılması və digərlərini söyləmək
olar. Təbii ki, bütün bunlar Azərbaycan vətəndaşlarının
rifah halının yaxşılaşdırılmasına
istiqamətlənib. 2018-ci ildə həm ölkəmizin təhlükəsizliyi,
eyni zamanda vətəndaşlarımızın rifah
halının yaxşılaşdırılması istiqamətində
mühüm addımlar atılıb. İcraedici orqanlarda
müəyyən dəyişikliklərin olması, bunun həm
regional, həm də qlobal layihələrin inkişafına gətirib
çıxarması Azərbaycan 2018-ci ildə dünyanın
geosiyasi xəritəsində dəyişiklik edən ölkəyə
çevrildi."
Bir
anlıq ölkəmizin uğurlarına nəzər salsaq,
görərik ki, bütün sahələrdə böyük
uğurlara imza atmışıq. Belə ki, istər beynəlxalq
aləmdə, istərsə də aparılan siyasi-iqtisadi
islahatlar dünya birliyi tərəfindən yüksək qiymətlərək
ölkəmizi böyük nüfuz sahibi etmişdir. Demək
olar ki, bütün sahələr üzrə Azərbaycan
ön sıralarda bərqərar olur. Bu da ölkəmizdəki
sabitlik və təhlükəsizliyin təminatından xəbər
verir.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2019.- 8 yanvar.- S.15.