Xalq-iqtidar birliyi sabitliyimizin əsas şərtidir

 

Gövhər Baxşəliyeva: "Bu birliyi heç bir qüvvə sarsıda bilməz"

 

Əvvəli ötən sayımızda

 

Azərbaycanın 28-ci ilinə qədəm qoyan ikinci müstəqilliyi də asan başa gəlməyib, bir çox ağrılı-acılı hadisələrdən keçib. Bu illər ərzində Azərbaycanın müstəqilliyini, inkişafını həzm və qəbul edə bilməyən qüvvələr, yəni koordinasiyalı şəkildə fəaliyyət göstərən antiazərbaycançı dairələr ölkəmizin əleyhinə fəaliyyətlərini daim açıq və gizli şəkildə davam etdiriblər.

Millət vəkili Gövhər Baxşəliyeva qeyd edib ki, ötən ilin iyul ayında onlar bu dəfə dini zəmində qarşıdurma yaratmağa çəhd göstərdilər. Gəncədə baş verən hadisələrdə, çox təəssüflər olsun ki, qan da töküldü, yaralananlar, xəsarət alanlar, həlak olanlar da oldu. Ancaq iqtidar-xalq birliyi sayəsində Azərbaycanı yenidən qarışdırmaq istəyən dağıdıcı qüvvələrin niyyətləri baş tutmadı, onlara sarsıdıcı zərbə vuruldu: "Baş vermiş hadisələrlə bağlı hüquq mühafizə orqanlarının iştirakı ilə keçirdiyi 13 iyul müşavirəsində dövlət başçısı bir daha Azərbaycanın daxilixarici düşmənlərinə kəskin mesajlarını göndərdi. Dövlət başçısı çıxışında qeyd etdi ki, cinayətkarlar və onların arxasında dayananlar heç vaxt öz məkrli arzularına çata bilməyəcəklər. "Onların biribaş tutmadı. Bunun başlıca səbəbi ondan ibarətdir ki, Azərbaycanda xalq-iqtidar birliyi var. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm: xalq-iqtidar birliyi sabitliyimizin əsas şərtidir. Xalq-iqtidar birliyini heç bir qüvvə - nə xarici, nə daxili qüvvə sarsıda bilməz. Bizim siyasi iradəmizə heç bir qüvvə təsir edə bilməz. Bizi tutduğumuz yoldan heç kim döndərə bilməz. Azərbaycanın müasir tarixi mənim dediklərimi dəfələrlə sübut edib. Kim ki bizə qarşı çirkin niyyətlərlə hərəkət edib, özü bu hərəkətlərin qurbanı olub. Əvvəllər də belə olub, bu gün də belədir, bundan sonra da belə olacaq" deyə dövlət başçısı vurğuladı".

Millət vəkili qeyd edib ki, ötən ilin iyul ayında Prezident İlham Əliyev Belçikaya səfər etdi. Bu səfər siyasi tariximizə "Brüssel zəfəri" kimi düşdü. Həmin səfər zamanı Azərbaycan-Avropa İttifaqı əməkdaşlığında yüksək uğura imza atılmaqla yanaşı, Ermənistanın siyasi-diplomatik təcridi istiqamətində böyük qələbə əldə edildi. Birinci uğur tərəfdaşlığın prioritetləri ilə bağlı Avropa İttifaqı və Azərbaycanın münasibətlərini keyfiyyətcə yeni mərhələyə daşıyan sənədin paraflanması oldu. İkinci uğur isə NATO-nun Brüssel Sammitində qəbul edilən yekun kommunikedə Azərbaycanın ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının xüsusi olaraq qeyd edilməsidir: "Brüsseldə diqqət çəkən məsələlərdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı erməni tərəfinin siyasi avantürasına son qoyulması oldu. Məlum olduğu kimi, Ermənistanda ötən il baş verən may hadisələrindən, hakimiyyət dəyişikliyindən, hərbi xunta rejiminin populist Paşinyan iqtidarı ilə əvəzlənməsindən sonra yeni baş nazir tərəfindən avantürist fikirlər səsləndirilir, Dağlıq Qarabağ ermənilərinin danışıqlarda tərəf kimi təqdim olunması kimi məsələlər gündəmə gətirilirdi. Ancaq bu mötəbər toplantıda dünya siyasətini müəyyənləşdirən, onun keyfiyyətini, istiqamətlərini təyin edən beynəlxalq təşkilatların mövqeyi bir daha ölkəmizin lehinə oldu. NATO-nun qəbul etdiyi kommunikeni, habelə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan sənədi buna misal göstərmək olar. Bu, Azərbaycanın Ermənistan üzərində növbəti siyasi-diplomatik qələbəsi, uğuru idi". Ötən il həmçinin Azərbaycanın dünyanın ən nüfuzlu ölkələri - Rusiya, Böyük Britaniya, Fransa, İtaliya, Almaniya, Belarus və digər dövlətlərlə münasibətlərində yeni keyfiyyət dəyşiklikləri baş verdi. Dövlət başçısının Böyük Britaniyaya, FransayaRusiyaya səfərləri, eləcə də İtaliyaAlmaniya liderlərinin Azərbaycana gəlmələri, il ərzində Azərbaycan və Rusiya prezidentlərinin 6 dəfə görüşməsi Azərbaycanın etibarlı tərəfdaş kimi dünyadakı yerini bir daha təsdiqlədi, eyni zamanda Ermənistanın təcridi siyasətində böyük rola malik oldu.

G.Baxşəliyeva onu da bildirib ki, 2018-ci il eyni zamanda Azərbaycan elminin və təhsilinin inkişafında növbəti uğurlu mərhələ kimi yadda qaldı. Belə ki, ölkə parlamenti tərəfindən təhsilin inkişafına böyük və müsbət təsir göstərəcək bir sıra qanunlar qəbul edildi. Konkret olaraq "Peşə təhsili haqqında" yeni qanun qəbul edildi, "Təhsil haqqında" çərçivə qanununa birdəfəlik və üstə-üstə (parlament tarixində nadir sayılacaq hadisələrdəndir) 64 dəyişiklik olundumövcud qanun, demək olar ki, tam yeniləndi. Həmçinin dekabrın 28-də "Ümumi təhsil haqqında" yeni qanun layihəsi birinci oxunuşda qəbul edildi. Bundan başqa, 2019-cu ilin büdcə müzakirələrində deputatların təhsil kreditləri ilə bağlı təkliflərinin bir qismi nəzərə alınaraq 2019-cu ildən ödəniş qəbul planının azaldılması istiqamətində müvafiq addımlar atıldı: "Parlamentdən söz düşmüşkən onu da qeyd etmək istərdim ki, 2018-ci ilin yaz və payız sessiyalarında bütövlükdə 31 iclas keçirildi, 463 qanun qəbul edildi. 2018-ci il Milli Məclisin beynəlxalq əlaqələrinin intensivliyi baxımından da məhsuldar oldu. Belə ki, parlamentin nümayəndə heyətləri il ərzində 45 ölkəyə 135-dən çox səfər həyata keçirdi. Deputatlarımız Türkiyədə keçirilən prezidentparlament seçkilərində, Rusiyada, GürcüstandaMonteneqroda prezident, Latviyada keçirilən parlament seçkilərində müşahidəçi kimi fəal iştirak etdilər. Həmçinin bu il 85 xarici dövlətin və 27 beynəlxalq təşkilatın 160-dan çox nümayəndə heyəti, ümumiyyətlə, 2050 deputat və əcnəbi vətəndaş parlamentdə oldu. Beynəlxalq təşkilatların xətti ilə 9 tədbir keçirildi. Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşlarının artırılması haqqında 17 oktyabr 2018-ci il tarixdə sərəncam imzaladı. Ötən il AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu üçünyaddaqalan oldu. Belə ki, Azərbaycan və dünya şərqşünaslıq elminə böyük töhfələr vermiş Şərqşünaslıq İnstitutunun 60 illiyi tamam olduyubiley tədbiri yüksək səviyyədə keçirildi. İnstitutumuzda böyük alim, akademik Ziya Bünyadovun büstünün açılış mərasimi oldu. Ötən ilin sonlarına yaxın Rusiyanın Şərq Əlyazmaları İnstitutu ilə əməkdaşlıq sazişi imzalandı".

Millət vəkili bildirib ki, Azərbaycan heç vaxt tarixdə bu qədər güclü, bu qədər müstəqil, bu qədər azad olmamışdır: "2018-ci il əlamətdar hadisələr ilə tarixə döndü. Üstündən illər də keçsə, 2018-ci il yaddaşlardan, hafizələrdən silinməyəcək, hələ çox xatırlanacaq, yad ediləcək. Çünki ölkə Prezidentinin də 31 dekabr tarixində Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə Azərbaycan xalqına təbrikində qeyd etdiyi kimi, 2018-ci il ölkəmiz üçün uğurlu il olmuş, bütün istiqamətlər üzrə uğurla, sürətlə inkişaf etmiş, Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləmişdir. Ən əsası isə, ölkə Prezidentininqeyd etdiyi kimi, dünyada gərginlik, risklər, təhdidlər artdığı halda Azərbaycan sabitlik məkanı olmuşdur. Dövlət başçısı "2018-ci ildə xalqımız əmin-amanlıq, sabitlik şəraitində yaşayıb. Sabitliyin əsas səbəbi və onun mənbəyi xalq-iqtidar birliyidir" deyərək, bir daha bugünkü Azərbaycanın AXC-nin varisi olduğunu bəyan etdi və inamlı şəkildə vurğuladı ki, Azərbaycan heç vaxt tarixdə bu qədər güclü, bu qədər müstəqil, bu qədər azad olmamışdır. Bu, tarixi həqiqətdir. Bu həqiqəti bizlərə yaşadan isə Heydər Əliyev siyasi kursu - İlham Əliyev qətiyyətidir".

 

Alim

 

Olaylar.- 2019.- 11 yanvar.- S.4.