Regional proqramlar aqrar sahəni inkişaf etdirib

 

"Regionların sosial-iqtisadi  inkişafı Dövlət Proqramının qəbul edilməsi ilə iqtisadi inkişafın artımına nail olundu və işsizliyin göstərici faizi tamamilə aşağı düşdü. Ölkəmizdə keçirilən iqtisadi layihələr öz bəhrəsini verdi. Ümumilli lider Heydər Əlirza oğlu Əliyevin Azərbaycan Respublikasının prezidenti olduğu dönəmdən bu günümüzə doğru gəldikdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə həyata keçirilən Dövlət Proqramına uyğun layihələrlə yanaşı beynəlxalq layihələrin keçirilməsi iqtisadiyyatımızın inkişafına təkan verdi. Belə demək olar ki, ilk əvvəllər ölkəmiz neft sektorundan gələn gəlir hesabına iqtisadiyyatın müxtəlif sahələri o cümlədən kənd təsərrüfatı sahəsinə yönəldilən gəlirlərin hesabına daha yüksək inkişafa nail oldu".

Bu fikirləri Olaylar.az-a siyasi ekspert Fuad Heydər deyib.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə hal-hazırda neft sektoru ilə yanaşı kənd təsərüffatı vasitəsi ilə gələn gəlirlərin hesabına Azərbaycan iqtisadiyyatı daha da inkişafa doğru qalxır: "Bu inkişaf xalqın ərzaqla təminatında mühüm rol oynadı. Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi dünya iqtisadiyyatına böyük təsir göstərdi. Lakin buna baxmayaraq Möhtərəm prezindentimizin uğurlu siyasəti nəticəsində onun iqtisadiyyata göstərdiyi qayğı nəticəsində bu proses bizim ölkə iqtisadiyyatımıza zərər verə bilmədi. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarına uyğun olaraq regionlarda ixtisaslaşmış sahələrin inkişafına böyük diqqət yetirməklə, dövlət vəsaitini yönəltməklə, aqroparklar, pambıqçılıq, taxılçılıq, üzümçülük, kartofçuluq, baramaçılıq, çayçılıq, tərəvəzçilik, sənayə məhəllərinin inkişafına nail oldu. Möhətərəm prezidentimizin uğurlu siyasəti nəticəsində artıq ölkəmiz kənd təsərrüfatı məhsullarının böyük əksəriyyətini idxalçılıqdan ixracçılığa çevirdi. Ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsulları dünya standartlarına uyğun yetişdirilir və onların müxtəlif ölkələrə ixracı təmin olunur.

Dünya ölkələrində baş verən iqtisadi böhran zamanı ölkəmizdə dayanıqlı inkişaf qorunub saxlanıldı. Dövlət Proqramına uyğun olaraq regionların infrastrukturunun inkişafına diqqət xeyli artmış, nəticədə regionlarda yaşayan insanların həyat şəraitinin yaxınlaşmasına səbəb olmuşdur. Bu gün ölkəmizdə elə region yoxdur ki, oranın yol infrastrukturuna diqqət yetirilməsin. Ölkəmizdə tarixi adət-ənənələri qorumaq baxımında ölkə daxilində xalçaçılıq sexləri bərpa edildi. Bu isə həm tarixi adətlərimizin qorunmasının, həm də ölkəmizdə işsizliyin qarşısını aldı. Ölkə ərazisinin sağlam ərzaq məhsulları ilə təmin edilməsi üçün ərzaq təhlükəsizliyi agentliyi yaradıldı. Möhtərəm prezidentimizin regionlara səfəri regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla yerinə yetirilməsinə təkan verdi. Ölkə rəhbərimizin əsas məsələlərindən biri də ölkənin iqtisadi qüdrətini möhkəmləndirməkdən ibarət idi və buna nail oldu. Əhalinin çörəklə təminatı mövcud taxıl sahələrinin artımından müasir aqrotexniki xidmətin səviyyəsini yüksəltməklə xüsusi suvarma qurğularının yaradılması nəticəsində taxıla suyun verilməsi, su çiləmə və damcı metodlarından istifadə olunur. Bu qurğuların sayəsində həm suya qənaət olundu, həm də torpaqların eroziyaya uğramasının qarşısı alındı. Bu gün möhtərəm prezidentimizin rəhbərliyi və təşəbbüsü ilə yüksək potensiala malik gənc tələbələr dünyanın ən aparıcı universitetlərində təhsil alır və geri qayıtdıqda ölkəmizin inkişafına öz töhfələrini verirlər. Azərbaycan Respublikasının birinci  xanımı, Vitse Prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva təhsil sahəsində böyük xidmətlər göstərmişdir. Mehriban xanımın sayəsində ölkəmizdə 3000-dək məktəblərin tikilməsi və məktəblərin yenidən bərpası sahəsində regionlarda təhsilimiz yüksək səviyyəyə çatmışdır. Təhsillə bağlı Azərbaycanın səhiyyəsində, mədəniyyətdə böyük töhfələr vermiş layihələr həyata keçirilir".

Ekspert qeyd edib ki, ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımların böyük bir qismi aqrar sahəni əhatə etməkdədir: "Bu mənada indi aqrar sektorda ötən illərə nisbətdə daha dinamik inkişaf müşahidə olunur. Azərbaycanda pambıqçılığın inkişafı mühüm sosial əhəmiyyət daşıyır. Möhtərəm prezidentimizin sayəsində  pambığa təkcə xammal kimi baxılmır, ondan digər məhsullar istehsal edərək dünya bazarında satışa çıxarılmasına şərait yaradılır. Pambıqçılığın Azərbaycan tarixində qədim ənənələri vardır. Əsrlər boyu xalqımız pambıqçılığla məşğul olublar. Belə demək olar ki, pambıqçılığın ən güclü və ən uğurlu dövrü ümummilli lider Heydər Əlirza oğlu Əliyevin adı ilə bağlıdır. Ümumilli liderimizin təşəbbüsü ilə 1970- ci ildə, eləcə də 1980-ci ildə ölkəmizdə pambıqçılıq sürətlə inkişaf edib. Statistikaya nəzər salsaq görərik ki, ulu öndərin sayəsində Azərbaycana pambıq tədarükü bir neçə dəfə artıb. 1980-ci ilin əvvəlində 800 min tondan -1 milyon tona qədər pambıq tədarük edilirdi. Amma ötən əsrin 90-cı illərindən sonra müəyyən problemlər yarandı. İndi isə prezident İlham Əliyevin başçılığı altında artıq dövlət tərəfindən də bu sahəyə xüsusi diqqət yetirilir. Ölkə başçısının bu sahəyə uyğun müvafiq göstərişlərindən sonra Azərbaycanda pambıqçılığa maraq daha da artıb. Ən əsası ulu öndər tərəfindən qoyulan xarici siyasətin uğurla davam etməsi ölkəmizin iqtisadiyyatına daha da yüksək təsir göstərir. Beləki ulu öndərin adət-ənənlərini möhtərəm prezidentimiz  Cənab İlham Əliyev qoruyub saxlayır. Ölkəmizdə sabit sülh əmin-amanlığının  qorunub saxlanmasında xarici turistlərin ölkəmizə gəlişi hətta xarici investorların ölkəmizdə ildən ilə daha da çoxalması ölkəmizin iqtisadiyyatına güclü təsir göstərir. Ölkəmizin xarici dövlətlərlə əlaqə qurması ölkə iqtisadiyyatına yüksək təsir göstirir. Bunu qeyd etmək lazımdır ki, möhtərəm prezidentimiz İlham Əliyevin ölkəmizdə sülh və sabitliyi saxladığı üçün dünya siyasətçiləri, böyük şirkət sahibləri ölkəmizdə həyata keçirilən siyasəti daim diqqətdə saxlayır, bunu bəyənir, və müxtəlif sahələrə investisiyanın qoyuluşuna səy göstərirlər".

Fuad Heydər vurğulayıb ki, Azərbaycanın xarici dövlətlərlə əlaqədə olması iqtisadiyyatımıza böyük təsir göstərir: "Ölkəmiz son vaxtlarda Rusiya Federasiyanın, Xarvatiya Respublikasının Prezidentləri, türkdilli ölkələrin VI sammitinin iştirakçıları ilə işgüzar səfərləri nəticəsində ölkələr arası investisiyaların daha da qoyulmasına şərait yaradacaqdır. Ümumi dünya iqtisadi böhranının başlandığı ildən möhtərəm prezidentimiz İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində ölkəmizin iqtisadiyyatı böhranının qarşısı alınıb.  Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar onu göstərir ki, bir neçə ildən sonra Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığ göstəricisi minimum səviyyəyə enərək neftdən asılılığı olmayan ölkələrin sırasına daxil olacaqdır. Ümumi Dünya iqtisadiyyatın göstəricisində infilasiya baş verdi bunun səbəbi isə neft sektorunda qiymətlərin aşağı düşməsi nəticəsində oldu.  Lakin neftin qiymətinin aşağı düşməsi Azərbaycan respublikasının prezidenti İlham Əliyevin siyasəti nəticəsində iqtisadiyyatımızda göstəriş yüksək dərəcədədir. Cari ilin birinci yarısında iqtisadiyyatın qeyri-neft sektorunun əksər aparıcı sahələrində isə nəticələr pozitivdir. Əgər keçən illə müqayisədə qeyri-neft sənayesi, kənd təsərrüfatı istehsalı, nəqliyyat, informasiya və rabitə xidmətləri, pərakəndə ticarət və s. sahələr üzrə ciddi irəliləyişlər ola bilibsə, bu, o deməkdir ki, dövlətimiz postneft dövrünün nəbzini vaxtında və çox dəqiq tuta bilib və bu dövrdə apardığı islahatlar mövcud vəziyyətə tam adekvat islahatlardır. Bunun belə olduğunu və Azərbaycan hökumətinin postneft dövründə apardığı iqtisadi islahatların əhəmiyyətini dünyanın iki ən böyük maliyyə institutunun - Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının rəhbərlikləri də artıq rəsmi bəyan ediblər və onlar tərəfində də təsdiq edilmişdir ki, davamlı surətdə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində qısa müddət ərzində neft sənayesindən asılılıq minimuma enəcəkdir. Hal - hazırda Azərbaycan bu yolda daha inamla irəliləmək və postneft dövrünün islahatlarını maksimum qısa zaman kəsiyində başa vurmağı hədəfləyir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi islahatların əsas məqsədi ölkəmizin qeyri neft hesabına təmin etməkdir. Bunu isə tam şəkildə bildirmək lazımdır ki, islahatlar öz göstəricisini qısa zamanda göstərmişdir. Lakin bir neçə ildən sonra isə ölkəmiz qeyri-neft sektorundan heç bir asıllığı qalmayacaq deyə dünya bazarından neftin qiymətin  qalxıb və düşməsinin heç bir dəyəri qalmayacaqdır. Ölkəmizin şaxələnmiş iqtisadiyyatı nəticəsində əldə olunmuş gəlirlər nəticəsində ölkəmiz kosmik ölkəyə çevrilib. Bu gün yaradılmış 22 kosmik peykimizi xarici ölkələrə icarəyə verməklə xeyli vəsait əldə olunur. Enerji təhlükəsizliyinin edilməsi məqsədiylə möhtərəm prezidentimizin sayəsində günəş elektrik stansiyaları və külək elektronik stansiyalarının yaradılması və onun istifadəsindən meyillilik xeyli artmışdır. Ölkəmizdə iqtisadi qüdrətin yaradılması sayəsində ASAN xidmət şəbəkələri yaradıldı. Hətta belə qeyd etmək olar ki, ASAN xidmətin xarici ölkələrdə filialının yaradılması gözlənilir. Ölkəmizdə üzümçülüyün inkişafına xüsusi yer ayrılır. Üzümçülük inkişafında həm üzümün giləsindən, həm də şərabından istifadə edilir. Qeyd etmək istərdim ki, hal-hazırda iqtisadi göstəricilərimiz qeyri-neft sektoru üzərində qurulur. Ölkəmizdə iqtisadiyyatın güclü inkişafına, hətta məhsulların dünya standartlarına uyğun şəkildə istifadəsinə görə Azərbaycan məhsulları dünya ölkələrində satışa çıxarılır. Qeyd etmək istərdim ki, Azərbaycan üzümçülüyün inkişafına misal olaraq  son zamanlarda Çində açılan şərab zavodunu göstərmək olar. Bütün bunlar ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilən müstəqil siyasətin aparılmasının bariz nümunəsidir".

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2019.- 15 yanvar.- S.15.