İlk insan və ilk peyğəmbər Həzrəti
Adəmin
“Türk (Tatar) sifətində”
olduğuna dair fikirlər
Türkiyədəki
və türk dünyasındakı bir çox din alimləri,
ümumiyyətlə, ilk insan və ilk peyğəmbər Həzrət
Adəmin hansı millətə bənzəməsi məsələsində
mübahisə etməkdədirlər. Lakin bu müzakirə
obyekti yeni deyil. Sözügedən məsələnin məşhur
türk səyyah və tarixçisi
Övliya Çələbi dönəmi olan XVII əsr
və daha əvvəlki dövrlərdə ciddi şəkildə
müzakirə edildiyini də qaynaqlardan aydın şəkildə
görürük.
Övliya Çələbi ilk insan və ilk peyğəmbər olan Həzrəti Adəmin hansı millətə bənzədiyi məsələsində öz dövrü və daha öncəki mərhələlərdə ortaya atılan fikirləri göstərməklə zaman-zaman Osmanlı mənbələri ilə yanaşı, xarici qaynaqlara da istinad etmişdir. Məşhur səyyahın "Səyahətnamə" adlı məşhur əsərində ortaya qoyduğu görüşlər bu kontekstdə dəyərləndirildiyində məlumatların istifadəsi baxımından onu əhəmiyyətli bir elmi səciyyəli əsər hesab edə bilərik.
Övliya Çələbinin Həzrət Adəm ilə bağlı verdiyi ilk önəmli məlumat "Abxaz Qövmü Vilayəti"ndən bəhs etdiyi bölümdə təqdim olunmuşdur. Məşhur səyyah Tuhfə Tarixində bu ifadələrin yazıldığını göstərməkdədir: "Uca Tanrı Həzrəti Adəmi sonsuz qüdrəti ilə yaratdığında onu Tatar sifətində yaratdı. Cənnətinə dəvət etdi və bütün mələklərə əmr etdiyi üçün mələklər Adəmə səcdə etdilər" (Evliya Çelebi. Günümüz Türkçesiyle Evliyâ Çelebi Seyahatnamesi, (Haz. Y. Dağlı - S. A. Kahraman - R. Dankoff), 2003, 7. Cilt, 2. Kitap, s 432, Yapı Kredi Yayınları, İstanbul).
Bu ifadələr "Quran"dakı Bəqərə surəsinin 34-cü ayəsində "Biz mələklərə "Adəmə səcdə edin! - dedikdə İblisdən başqa hamısı səcdə etdi" şəklində ifadə olunmuşdur. Zamanımızdakı Quran təfsirlərində "Uca Tanrı Həzrəti Adəmi sonsuz qüdrətində yaratdığında Tatar sifətində yaratdı" təfsiri yer almamaqdadır. Bu sözlərdən aydın şəkildə anlaşıldığına görə ilk insan və ilk peyğəmbərin "Tatar sifətində", yəni tatar tipində olması düşüncəsi mövcud idi. Övliya Çələbi "Tatar" kəlməsindən bütün türkləri ifadə etmək üçün sanki "üst kimlik" kimi istifadə etmişdir. Çağdaş dövrümüzdə "Türk milləti" ifadəsi də "üst kimlik" kimi işlədilir və öz çərçivəsində "Qırğız", "Qazax", "Başqırd", "Tatar" və yaxud "Tatar Türkləri", "Qazax Türkləri", "Qırğız Türkleri", "Başkırd Türkləri" və digər bu kimi milli adları birləşdirir. Bu sosioloji amili nəzərə alsaq, Övliya Çələbinin ilk insan və ilk peyğəmbər Həzrət Adəmin "Türk tipində" olduğunu göstərən fikirlərini gündəmə gətirmək maraq doğurmaqdadır.
Burada diqqəti cəlb edən məsələlərdən biri də "Türk sifəti" ifadəsidir. Övliya Çələbi dövründəki Osmanlı türkcəsində "sifət" kəlməsi hər hansı bir insana aid fiziki özəllikləri ifadə etmək üçün istifadə edilən bir söz idi. İlk insandan bəhs edildiyi üçün burada onun hansı soydan gəldiyinə dair bir mübahisə də ola bilməzdi.
Tuhfə Tarixində ilk insan və ilk peyğəmbər Həzrəti Adəmin "Tatar sifətində" (Türk tipində) yaradılması xatırlandığından sonra ayətin davamının verilməsi, şübhəsiz ki, çox önəmlidir. Ayətin "Uca Tanrı Həzrəti Adəmi cənnətinə dəvət etdi və bütün mələklərə əmr etdiyi üçün mələklər Adəmə səcdə etdilər" hissəsinin özəlliklə verilməsi "Tanrının əmri ilə mələklərin belə səcdə etdiyi" bir varlığa diqqət çəkmək istəyindən irəli gəlmişdir. Sanki "Tanrı mələklərə türk sifətindəki birinə səcdə etmələrini əmr etdi" deyilməklə şüuraltında "Türklərə itaət edin" mesajı çatdırılmaqdadır.
Müasir dünyamızda "irqçilik" kimi təhlükəli anlayışlar mövcud olduğu üçün qeyd olunan fikir ortaya atılarsa, o fikri söyləyən insan "irqçi" olmaqda günahlandırıla bilər. Bəlkə də sağlam dəllillərə istinad olunsa belə, özünü ifadə etməyə icazə verilməyə bilər. Lakin burada bəhs olunan mənbə səkkiz yüzillik bir qaynaqdır. Başqa sözlə, belə bir mənbədə "irqçilik" edildiyini söyləmək mümkün deyil.
Övliya Çələbi əsərinin yeddinci cildində dördüncü bölümdə verdiyi məlumatları belə zənginləşdirmişdi: "Tuhfə Tarixində göndərilmiş bir çox peyğəmbərlərin mübarək vəsflərini təsvir edən mənzum və ya nəsrlə yazılmış yazılarda (Hilye-i Şerif) "Allah Həzrəti Adəmi sonsuz qüdrətiylə palçıqdan xalq etdiyində Tatar sifətində yaratmışdır" deyə daha ətraflı bir şəkildə ifadə edilmişdir" (Evliya Çelebi. Günümüz Türkçesiyle Evliyâ Çelebi Seyahatnamesi, (Haz. Y. Dağlı - S. A. Kahraman - R. Dankoff), 2003, 7. Cilt, 2. Kitap, s 432, Yapı Kredi Yayınları, İstanbul).
Övliya Çələbi Həzrəti Adəm və Həzrəti Həvvanın məzarlarını da ziyarət etmiş, onlar haqqında az məlum olan bilgilərin günümüzə gəlib çatmasına yardım etmişdir. Məşhur səyyah qəbir ziyarətləri təsvir edərkən yazır: "Məzar Həzrəti Havva insanların atasına hamilə olduğunda əsl vətənimiz olan qarnı üzərində bir kiçik günbəz şəklində qurulmuşdur. Səhra və səhralıq yerdə olduğu üçün günbəz o qədər də baxımlı deyildi.
Yaşıl atlasla sarılmış bir məzar içində idilər. Lakin günbəzdən bayırda ətrafına və üzərindəki torpağın üstünə çınqıl mınqıl növündən satılacaq şeylər yığılmışdı. Mübarək boyları yetmiş addım idi. Mələk Əhməd Paşanın xatunu mərhumə Kaya Sultan Havva Ananın məzarı üzərinə yeddi günbəz inşa edilməsi üçün malından əlli kisə ayırmış, buradakı təmiz suyu Hiddə və Ciddəyə axıtmağa göstəriş vermişdi. Lakin erkən yaşlarında vəfat edincə bu arzusunu yerinə yetirə bilməmişdi.
Bəziləri "Hazrəti Adəm burada
mdfundur" dedikləri halda, bəziləri də "Hindistanda
Sərəndibdədir" deyirlər. Lakin bunlar zəif
ehtimallardır. Adəm Sərəndibə
düşdüyündə göz yaşlarından zəncəfil,
qara bibər və qərənfil ortaya çıxardı.
Daha sonra qaranquşun vasitəsilə Adəm və Həvva
Ərəfat dağında bir araya gəldikləri, orada
görüşüdükləri üçün ona
"Ərəfə dağı" deyirlər. Həzrəti
Həvva Ciddəyə enmişdi" (Evliya Çelebi.
Günümüz Türkçesiyle Evliya Çelebi
Seyehatnâmesi, (Haz. Yücel
Dağlı, Seyit Ali Kahraman, Robert Dankoff), 2005, 9. Cilt, s 397, YK
Yay, İstanbul).
Övlia
Çələbinin yazdığına görə, Adəm və
Həvva Məkkə dərəsində uzun zaman
yaşadılar. Uca Tanrı onları təvaf ziyarəti
üçün Cənnətdən abad vəziyyətə gətirdiyi
dünyaya endirdi. Hər zaman onda ibadət edərdilər. Daha
sonra Məkkə daşlıq bir yer olduğundan Tanrı ziraət
etmələri üçün Həzrəti Adəmi Şam
yaxınlarındakı Harran düzünə göndərdi.
Orada ziraət edib keçinirdilər. Hər il abad etdiyi diyara
gəlib təvaf edərək Ərəfata
çıxardılar (Evliya Çelebi. Günümüz
Türkçesiyle Evliya Çelebi Seyehatnâmesi, (Haz.
Yücel Dağlı, Seyit Ali Kahraman, Robert Dankoff), 2005, 9. Cilt,
s 397, YK Yay, İstanbul).
Övliya
Çələbi tarixçi və təfsirçi
İshaqın fikirlərinə istinad edərək qeyd edir
ki, o Həzrəti Adəmin
Ərəfat dağında mərhum olduğunu və
matbah-ı Adem olan mahalda dəfn edildiyini, Sərəndibə
girmədiyini yazmışdır. Yenə də Evliya Çələbinin
"Səyahətnamə" əsərindən oxuyuruq ki, Həzrəti
Həvva Adəmdən sonra uzun bir zaman yaşadı. Deyirlər
ki, Ciddə yaxınlığında Habil, Qabil və Şit
Peyğəmbər Hazrəti Həvva ananı dəfn etdilər.
Bir rəvayətə görə, Həzrəti Nuh Tufandan bir
ilə qədər sonra Həzrəti Adəmin cəsədini
Ərəfat dağından, Həzrəti Həvvanın cəsədini
Ciddədən çıxarıb pozulmamış cəsədlərini
duzlayıb kirçələrə çəkərək
Qüdsdə dəfn etmişdir". Böyük tarixçilərin
yazdıqlarına görə, Həzrəti Adəmin
övladları iki iki doğulardı. Toplam qırx min
övlad idi. Adətə görə bir qız və bir
oğlan doğardı. O qızı daha əvvəl
doğulan oğlana verirdi. Bu dava səbəbiylə Qabil Habili
öldürdü. Dünyada ilk insanın qanını
axıdan və öldürərək üsyan edən
Qabildir. Qabil Tanrının əmrinə itatət etmədi.
Lakin bu hadisələrin üzərindən yeddi min otuz il
keçmişdir. Allah əff etsin. Amin" (Evliya Çelebi.
Günümüz Türkçesiyle Evliya Çelebi
Seyehatnâmesi, (Haz. Yücel Dağlı, Seyit Ali Kahraman,
Robert Dankoff), 2005, 9. Cilt, s 397, YK Yay, İstanbul).
Həzrət
Adəmin "Türk sifətində"
yaradıldığı məsələsini
aydınlaşdırmaq üçün əhəmiyyətli
mənbələrdən biri də dünya rəssam və
heykəltəraşlarına məxsus əsərlərdir.
Əlimizdə Hz. Adəm dönəmində çəkilmiş
bir rəsm yoxdur. O halda digər qaynaqlarda və insan beynində
formalaşan Həzrəti Adəmin tipini araşdırmaq
lazım gəlir. Heç şübhəsiz ki, bu xüsusda
yazılı qaynaqlardan çox Həzrəti Adəm rəsmlərini
araşdırmaq əhəmiyyətlidir.
Həzrəti
Adəmin rəsmləri arasında ən məşhuru XVI əsr
məşhur italyan heykəltəraşı,
Mikelancelo Buonarroti tərəfindən
hazırlanmış və Vatikandakı Sikst kapellası
tavanını süsləyən "Adəmin
yaradılışı (Creazione di Adamo)" adlı rəsmdir
(Sutherland, Bruce (2013). "Cameo Appearances on the Sistine
Ceiling". Notes in the History of Art. University of Chicago Press. 32
(2): 14).
Bu rəsmdə
Adəm peyğəmbər qarışıq bir Orta Şərqli
tipindədir. Lakin sağ yanağındakı almacıq
sümüklərinin çıxması, burun və göz
tipi türkləri xatırlatmaqdadır.
XVIII əsrin
sonu XIX əsrin əvvəllərində yaşayan görkəmli
ingilis şairi və rəssamı Uilyam Bleyk (1757-1827) tərəfindən
çəkilən və Londonda Tate Britain muzeyinin
eksponantları arasında yer alan "Tanrı Adəmi
yaratdı" adlı rəsmində də Hz. Adəmin
alnı və gözləri tatarlara bənzəməkdədir.
Çikaqo
sənət institutu muzeyi kolleksiyasında olan rəsmində
tanınmış alman rəssamı Lukas Kranax (böyük)
(1472-1553) Hz. Adəmin bir Avropalı tipində,
sarışına çalan qızıl saçlı kimi
çəkmiş, lakin gözlərə verdiyi qıyıq
forma ilə sanki tatar tipinə meyl etdirmişdir.
İslam
qaynaqlarının ən dəyərliləri arasında yer
alan, İbn Behtişiyə aid və 1297-1299-cu ildə
İlhanilər hakimiyyəti zamanı Marağada Azərbaycanlı
ustalar tərəfindən yenidən yazılmış
"Manafi el-Hayvan" (Nyu York, Morgan kitabxanası) əsərindəki
Adəm və Həvva miniatürünə görə isə
Hz. Adəm tamamilə türk (tatar) tipindəndir.
Həzrəti
Adəmi və uşaqlarını türk tipində göstərən
çox dəyərli bir əsər də mövcuddur. XVI əsrin
zəngin rəsmli əl yazmaları arasında 1583-cü ildə
Sultan III Murada təqdim edilmiş sözügedən əsər
İstanbuldakı "Türk və İslam əsərləri
muzeyi"ndə sərgilənir. 1573-cü ildə yazılan
Zubdat əl-Tavarix adlı əlyazmada da Həzrəti Adəm
və Həzrəti Havva ekiz uşaqları ilə birlikdə
türk (tatar) tipində rəsm edilmişdir. Bu əsərin
Dublində "Chester Beatty" kitabxanasında da örnəkləri
vardır.
Topqapı
sarayı muzeyi eksponantları arasında yer alan və XVI əsrin
ikinci yarısında çəkildiyi düşünülən
"Falnamə" adlı əsərdə də Həzrəti
Adəmin gözləri qıyıq şəkildə təsvir
olunmuşdur. Azərbaycan Səfəvilər dövləti
dönəmi olan XVI əsrdə yazılan, Cafər əl-Sadıq
tərəfindən Təbriz və ya Qəzvində çəkildiyi
hesab olunan kitabda yer alan miniatürdə də Həzrət Adəm
açıq bir şəkildə tatar (türk) tipindədir.
"Quran"dakı
ayədə deyildiyi kimi, mələkləri Hz.Adəmin
önündə səcdə edərkən rəsm edən
miniatür son dərəcə dəyərlidir. Qeyd olunduğu
kimi, müasir dövrümüzdə Topqapı sarayında sərgilənən
və X əsrə aid olan bu əsər 1416-cı ildə
Osmanlı türkcəsinə tərcümə ediliyi
düşünülən "Təbəri tarixi"
içində yer almaqdadır. Bu miniatürdə Hz. Adəm
tamamilə türk tipində çəkilmiş, eyni zamanda,
Hz. Adəm türk qiyafətlərində təsvir
olunmuşdur.
Alman rəssamı
və qrafiki Albrext Dürer tərəfindən 1507-ci ildə
çəkilən rəsm və alman həkim və
tarixçisi Hartman Sçedelin "Nürnberq
xronika"sındakı rəsmləri başda olmaqla bir
çox qərbli rəssam Həzrəti Adəmi tam bir qərbli,
yəni alman, ingilis və fransız tipində təqdim
etmişdir.
Digər tərəfdən, Qərb dünyasında Adəmin üzü tatarlara (türklərə) bənzədildiyi üçün üzünə zərər verilən bir çox freskalar da vardır.
Həzrəti Adəmin fiziki özəllikləri, Tanrının hansı insan tipini yaradılışda ilk sıraya yerləşdirdiyini qavramaq baxımından önəmli və dəyərlidir. Bütün bunlardan belə bir nəticə çıxarırıq ki, həm islam dünyasında, həm də Qərb qaynaqlarında Hz. Adəmi türk (tatar) tipində göstərən miniatürlər mövcuddur. Son dərəcə qədim tarixlərdə hazırlanmış bu miniatürlər Həzrəti Adəmin türk tipində olduğuna dair önəmli dəlillər təqdim etməkdədir. Qədim türk atalar sözündə də deyildi kimi "atəş olmayan yerdən duman çıxmaz"...
Dr.Muhsin
Kadıoğlu
Azərbaycan
türkcəsinə
uyğunlaşdıran: Bəsirə
Əzizəli
Olaylar.- 2019.- 16 yanvar.- S.11.