Azərbaycan ədəbiyyatı tarixinin
dünyada zəfəri və uğuru
Milli-mənəvi
dəyərlərə diqqət və qayğı, bu dəyərlərin üstün
tutulması hər zaman Azərbaycan
mühitində hiss edilib.
Xüsusilə dövlət başçısı Cənab İlham Əliyev hər zaman
fəaliyyətində milli-mənəvi dəyərləri üstün tutub, ona böyük diqqət və
qayğı ilə yanaşıb. Onu da qeyd edək ki, bu siyasətin əsası
ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulub və
Heydər Əliyev siyasi kursunun
layiqli davamçısı Cənab İlham Əliyev hər zaman
bu siyasətə sadiqlik
nümayiş etdirir.
Cənab İlham Əliyevin prezidentlik dövründə bununla bağlı imzaladığı çoxsaylı fərman və sərəncamların timsalında bunu aydın şəkildə görmək mümkündür. Bu günlərdə isə dövlət başçısı milli-mənəvi dəyərlərə bağlılığını sübuta yetirən daha bir addım atdı. Belə ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzaladığı sərəncam əsasında 2019-cu il Azərbaycanda "Nəsimi ili" elan edildi. Fərmanda qeyd edilirdi ki, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir. Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Böyük söz ustasının 600 illiyinin YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlàmətdàr hadisələrin yubileyləri siyahısına daxil edildiyi və beynəlxalq miqyasda qeyd olunduğu həmin dövrdən etibarən Nəsimi ilə bağlı çox sayda araşdırmalar aparılıb. Qüdrətli şairin yaradıcılığının üzə çıxarılan əlyazma nüsxələri əsasında öyrənilməsi Azərbaycan dili və ədəbiyyatı tarixinin tədqiqində yeni mərhələ açıb. Nəsiminin əsərləri ölkəmizdə dəfələrlə işıq üzü görmüşdür. Şairin əsərləri Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən, kütləvi tirajla nəşr olunaraq ölkə kitabxanalarına hədiyyə edilib.
Ötən illər ərzində Nəsiminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilib və onun ədəbiyyatda, incəsənətdə parlaq obrazı yaradılmış, eləcə də 1979-cu ildə ölkəmizin paytaxtında heykəli ucaldılıb.
2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd edilib, 2018-ci ilin sentyabr ayında ölkəmizdə ilk dəfə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı keçirilib. 2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında" 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.
2019-cu ilin Azərbaycanda "Nəsimi ili" elan edilməsi birmənalı olaraq müsbət qarşılanıb və belə bir sərəncamın imzalanması dövlətin, dövlət başçısının milli-mənəvi dəyərlərə bağlılığı kimi dəyərləndirilib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyasının İdman işləri üzrə prorektoru, professor Yusif Babanlı da deyir ki, Cənab Prezident İlham Əliyevin milli-mənəvi, ədəbi dəyərlərimizə göstərdiyi yüksək qayğı Azərbaycanın dünyada növbəti uğurudur. Onun sözlərinə görə, Cənab İlham Əliyev tərəfindən dahi Azərbaycan şairi İmadəddin Nəsiminin şərəfinə və əziz xatirəsinə ehtiram və Azərbaycan mədəniyyətinə yüksək diqqət və qayğı əlaməti olaraq, 2019-cu ili "Nəsimi İli" elan etməsi təqdirəlayiq bir addımdır: "Son illər ölkəmizdə humanizim, multikultralizim prinsiplərinə söykənən ənənlər dövlət siyasətinin uğuru və Azərbaycanın hərtərəfli inkişafının bariz nümunəsidir. Bütün bu uğurlu fəaliyyətlər ölkə Prezidentinin, Azərbaycan dövlətinin mədəniyyətinə, milli-mənəvi dəyərlərinə verdiyi yüksək qiymətdir. Azərbaycanın dahi şairi, Seyid Əli Seyid oğlu İmaməddin Nəsimi 1369-cu ildə qədim diyarlarımızdan olan Şamaxı şəhərində anadan olub və o dövrün elmlərini, dinlərin tarixini, ən əsası da dəqiq elmləri mükəmməl öyrənmiş nüfuzlu şairlərdən olub. İmaməddin Nəsiminin zəngin yaradıcılığı haqqında nəyinki azəri xalqı, həmçinin dünya xalqları da geniş məlumata malikdirlər. 15-ci əsirdən etibarən bütün türk dünyası ədəbiyyatına qüvvətli təsir göstərmiş Nəsiminin əsərləri əlyazma şəkilində geniş yayılmışdır və dəfələrlə böyük nüsxələrdə çapdan çıxıb. Həmin əlyazmalar dünyanın bir sıra mötəbər kitabxanalarında saxlanılır. 1973-cü ildə YUNESKO-nun qərarı ilə İmaməddin Nəsiminin anadan olmasının 600 illiyinin qeyd olunması o dövürdə Azərbaycan mədəni irsinə göstərilən diqqət və verilən yüksək qiymət idi. O zaman Azərbaycan və Moskvada təşkil olunmuş yubiley tədbirlərində dünyanın çox ölkələrindən gəlmiş nümayəndələr də iştirak etmiş və bu tədbirləri yüksək qiymətləndiriblər. Məhz bu gün də, dahi şairin adının əbədiləşdirilməsi, dünya ədəbiyyatı inciləri sıralarında nüfuzunun daha da yüksəlməsi üçün atılan addımlar, təşkil olunan tədbirlər və ən əsası da dövlət başçısının 2019-cu ili İmaməddin Nəsimi ili elan etməsi Azərbaycan ədəbiyyatı tarixinin bütün dünyada zəfəri və uğurudur". Yusif Babanlı deyib ki, biz də öz növbəmizdə, bir ziyalı, elm adamı kimi Cənab Prezidentimizin dövlətin milli-mənəvi, mədəni irsinə yüksək diqqətini müsbət qiymətləndirir, Azərbaycanın bütün sahələrdəki uğurlarına ürəkdən sevinir və dövlətimizin nəyinki mədəni, həmçinin bütün sahələrdəki siyasətini tam gücümüzlə dəstəkləyirik.
Süleyman
Olaylar.- 2019.- 17 yanvar.- S.11.