Sütunları zədələnmiş evlərimiz

zamansa yıxıla bilər

 

Avropa nə yunan sözüdür, nə latın. Bu barədə Bibliyada, qədim yunan və latın tarixçilərinin əsərlərində danılması mümkün olmayan bilgilər vardır. Avropa Alp Aranın qızının adıdır. O, mifə görə Asiyada doğulmuş, Elladaya köçüb getmişdir.

Vilhelm Vaqner 1901-ci ildə nəşr etdirdiyi "Ellada" kitabında yazır:- Alp Aran (Bibliyada bene-kadem, yəni şərq oğlu) Zevsin oğurladığı qızı Avropanı axtara-axtara Beotiyaya gəlib çıxır, Orada Təpə şəhərini salır. Yunanlar Elladanı tutandan sonra Təpə şəhərini Fiv adlandırdılar.

Aranın oğlunun adı Sarı, bacısının adı Cemela idi (Âèëüãåëüì Âàãíåð 1901.s.30, 115). Sarı, Cəmilə latın adları deyildir. Bu barədə hələ eradan əvvəl I əsrdə Mark Terenti Varro "De linqus latina" Publi Maron Vergili "Eneida" əsərində məlumat vermişdir. Onların yazdığına görə İtaliyadakı Sari şəhərini Troyalı Sarı salmışdır (Varro 1938.s.115; Ýíåèäà 1971.s.408, 411).

Mark Terenti Varro (e.ö. I əsr) əsərin latın dilinin mənşəyinə həsr olunan fəslində əsərində yazır ki, Avropa Elladaya Finikiyadan gəlmişdir (Varro 1938.s.115). O zamankı Finikiya indiki Fələstin və Suriyanın cənub-qərbidir.

Aran alpları Araz çayı ilə  Urmiya gölü arasında, Balıx çayının Fərat çayına töküldüyü yerdə yaşayırdılar. Onlar eradan öncə XV əsrdə güclü ordu yaradıb Finikiyanı tutdular. Sonra Tir və Sidon şəhərlərini, Aralıq dənizindəki adaları nəzarət altına aldılar. Aran müdrikləri Misirdə h`eroqlifləri, Finikiyada dünyanın ilk fonetik əlifbasını yaratdılar.

Plininin (23-79-cu illər) yazdığına görə, Aran müdrikləri Troyanın süqutundan bir az qabaq Finikiyada tərtib etdikləri 22 hərfdən ibarət əlifbanı Beotiyaya gətirmiş, Ellada filosofları sonralar ona 3 işarə artıraraq  qədim yunan əlifbasına çevirmişlər (Òðà÷åâñêèé 1889.s.58.115; Âèëüãåëüì Âàãíåð 1901.s.30.115).

M.Maspero 1911-ci ildə nəşr etdirdiyi "Şərq xalqlarının qədim tarixi" kitabında yazır:- Avropa alimləri bunu uzun müddət inkar etdilər, ancaq yenə də Ellada mədəniyyətinin şərq mənşəyini gizlətmək mümkün olmadı (Ìàñïåðî 1911.s.251).

Tarixçilərin, köhnə nəsil mətnşünasların 150 il bundan qabaq yazdıqlarından indiyədək xəbərimiz yoxdur. Ona görə də Avropa bizi özündən aşağıda görməkdədir.

Avropa inanmaq istəmirsə, Britaniya adalarına tək Allah haqqında ilk xəbəri müqəddəs əzabkeş Alban gətirmişdir (Ìóðàä Àäæè 2007.s.162), biz nəyə görə onların parlamentinə inanmalıyıq?

Aran müdrikləri xristianlığı yaya-yaya Avropanı gəzdilər, ingilisləri Temza çayında xaç suyuna çəkib təmizlədilər. İ.İ.Şopen yazır ki, Temza çayının adı Aran dilindəki təmiz sözündən törəmişdir. Təmiz xalis tatar sözüdür (Øîïåí 1866.s.13).

Bu yaxınlarda Şotlandiyanın Aran adasından türk əlifbası ilə yazılar tapıldı (Ìóðàä Àäæè 2007.s.163). Mən arilərin  türk mənşəyinə həsr olunan kitabımda həmin əlifbanın bir neçə nümunəsini  çap etdirmişəm (Cəfərsoy 2017.s.9-12).

XIII əsrdə Qərbi Avropada xristianlığın Arian təriqətinə qarşı Səlib müharibəsi başladı. Katolik keşişlərin fitvası ilə  türk dillərində yazılmış kitablar latın dilinə tərcümə edilib, əlyazmaları yandırıldı. Həmin nadir nüsxələr məhv edilməsəydi, biz Avropa mədəniyyətinin  türk mənşəyi haqqında daha tutarlı fikirlər irəli sürə bilərdik.

XIII əsrin əvvəllərində Fransanın cənubunda  1 milyon nəfər Aran əsilli Qədər övladı yaşayırdı (Ìàtlîñê 2015.s.11, 19-20). İndi fransızlar öz qızlarına Katerina adı qoyurlar. Katerina Qədərin qızı deməkdir.

Yevrey dinli türk alimi Eldad ha-Dani (IX əsr)  yazır ki, Azərbaycan əhalisinin çoxu Qədər dilində danışır (ßìïîëüñêèé 1954.s.106).

Qədər kişi adı kimi  Azərbaycan dilindən Avropa dillərinə  daxil oldu. İndi Katerina  qadın  adı kimi  geri qayıdır.

Ruslar bir zaman öz dillərini bəyənmirdilər. Evlərində fransızca danışırdılar. Ona görə ki, fransızları müsyö, özlərini mujik hesab edirdilər.

Hindistanın racaları da öz dillərini bəyənmirdilər. Çünki onların nəzərində ingilislər ser, hindlilər xer idi.

Bizim nəyimiz və haramız İzabelin, İtobelin törəmələrindən əskikdir ki, qızlarımıza İzabella, Melita adları qoyaq?

İzabel Belin eşqi, İtobel Belin iti deməkdir. Mənim qollarımda  Rüstəm Zal oğlu kimi 120 filin gücü olsaydı, yenə avrofillərin zəhmindən bu sözləri dilimə gətirməzdim. Şükürlər olsun ki, o sözlərn sahibi mən deyiləm, Henrix Qrets ilə A.Traçevskidir. Qeyzə gələnlər qoy gedib onların sümüklərini qəbirdən çıxartsınlar (Ãåíðèõ Ãðåöü 1907.s.41, 101; Òðà÷åâñêèé 1889.s.57-58).

Bel fil deməkdir və müqəddəs kitablarda  lənətlə xatırlanan Nimrudun totem adıdır. Nimrud Babili tutanda əsir etdiyi tayfa başçılarını İtobel, onların arvadlarını Belita, İzabel adlandırdı. O, İtobeli qapıda zəncirlədir, Melitanı yanına çağırırdı. Avropalılar öz arvadlarını Melita, İzabella deyib əzizləyirlərsə, bunun bizə nə dəxli var?

Əgər birinə desən ki, latın dilindəki senator türk mənşəli tituldur, adamı multimillətçilikdə ittiham edərlər. Dulsineyanın dar tumanının multi büzmələrinə and olsun ki, mən belə şeylərdən qorxuram.

Etruskların San Ata adlı zadəgan  nəsli var idi. Latınlar onların adını senate kimi mənimsədilər. Sonra həmin söz senat, senator formalarında Avropa dillərinə yayıldı. Bunu mən desəydim, adı bizdən olanlar pişiyimi ağaca dırmaşdırardılar. Yaxşı ki, mən deməmişəm, Mark Terenti Varro deyib.

Mark Terenti Varro e.ö.116-cı ildə anadan olub, e.ö.36-cı ildə rəhmətə gedib. İndi nə onun özünü tapmaq mümkündür, nə də pişiyini!

Latın dilində etrusk dilindən alınma vallium sözü var (Mark Terenti Varro 1938.s.62). Etrusklar biçib  xırmana tökdükləri  sünbülləri vəl ilə əzər, buğdanı samandan ayırardılar. Vallium sözünün kökündə vəl etnoqrafiq leksemini görəndə necə  sevindimsə, Mark Terenti Varronun ruhuna 70 dəfə salavat çevirdim.

Sonra bizim dilçilərin ruhlarına dua oxumaq üçün AMEA-nın kitabxanalarına yollandım. Müdafiə olunmuş dissertasiyaların adlarına baxanda qollarım yanıma düşdü: - "Fransız və Azərbaycan dillərində gül adlarının müqayisəli-linqvistik təhlili", "Azərbaycan dilində Avropa dillərindən alınma terminlər!" və s.

Əgər görsəydim ki, bircə nəfər "Avropa xristian salnamələrində türk sözləri" mövzusunda dissertasiya yazıb, onun ruhuna 7 dəfə salavat çevirərdim. Heyf ki, çevirə bilmədim. Çünki qollarım yuxarı qalxmırdı.

Bu torpağın çörəyini yeyib, bu ölkənin havasını udan övladlarımız o zaman öz dilini yad ünsürlərdən təmizləyəcək ki, özünü özgələrdən alçaqda yox, ucada görsün. Bunun üçün öz tariximizin şanlı səhifələrini öyrənməli və onlara öyrətməliyik.

Əgər tələbələrimiz bilsələr ki, babaları Romada papa, Misirdə sultan olmuşdur, özlərini  özgələrdən uca tutacaqlar.

Xaçın və Laçın məlikləri monqollarla vuruşa-vuruşa Suriyaya gedib çıxdılar. Onların elbəyi  Hüsaməddin əl-Mənsur əl-Laçın Misirdə sultan oldu. Əslən Avropa Albaniyasının Qəbələ kəndindən olan Məhəmməd Əli də Misirdə sultan olmuşdur (Ëåâèí È. Åãèïåò, Ì, 1937 s.15, 96). Əgər övladlarımız bilsələr ki, Troyanın qədim məbədlərindən biri Kebela, yəni Qəbələ adlanırdı, dilini yad dillərdən, düşüncəsini yad təsirlərdən qoruyacaqdır.

1075-ci ildə Toskana əsilli kardinal Toğrul VII Qriqori  adı ilə Roma papası seçildi (Ìóðàä Àäæè 2006.s.151).

Albaniyanın Toskan mahalından (Èñòîðèÿ Àãâàí 1861.s.69) olan alplarımız Azərbaycandan İtaliyaya köçüb, orada Toskana şəhərini saldılar. Bunu biz deyəndə pişiyimizi ağacdan enməyə qoymurlar. Yaxşı ki, biz demirik, latın tarixçiləri özləri deyirlər (Mark Terenti Varro 1938.s.71).

Toskanalı Toğrul Romaya gələndə papa yox, apa titulunu qəbul etmişdi. Apa türk dillərində ataya və ata xətti ilə əcdadlara deyilir.

Roma imperatorlarının Yuli titulu Eneyin nəslindən Yulaqın adından törəmişdir. Bunu biz yazmırıq, Roma dövrü latın tarixçilərinə istinadən baron Vaux de- Carra yazır (Vaux de-Carra 1911.s.3-62).

Yulaq troyalı Eneyin finikiyalı Ana xatdan olan oğlunun adı idi. Yuli Sezar və Oktavian Avqust ana xətti ilə həmin Yulaqın nəslindəndirlər (Ýíåèäà 1933.s.352). Mən avrafillərin qəzəbinə düçar olmamaq üçün deyə bilmərək ki, xat xatun sözünün köküdür?

Baron Varra de- Caux yazır ki, Romanın adlı-sanlı konsullarından birinin soyadı Manli olmuşdur (Vaux de-Carra 1911.s.26-27; Haarman 2002.s.65). Manli, Kara Manli, Ak Manli türkmən nəsilləridir (Faruk Sümər 1992.s.132)

Karaman bəyləri Siciliyanı tutdular (Ýíåèäà 1933.s.21; Êâèíòà Êóðöèÿ 1750.s.204). Suriyadan makedoniyalıları qovdular (Ãóñåéíîâ 1960.28, 91). Təbrizli tacir Xaçatur XVII əsrdə Venetsiyada onların alplıq və ərənlik dastanını çap etdirdi (Ìàðð 1895.s.13, 222; Õàõàíîâ 1901.s.19, 20).

Əgər desəm ki, İtaliyaya, getmək üçün vəsait lazımdır, bizim maliyyə məmurlarının daş kimi sifətini görərəm və dediyimə peşman olmaram.

İtaliyanın Neapol şəhəri eradan əvvəl Bərdə adı ilə salınmışdı. Publi Maron Vergilinin və Sili İtalikin poemalarında Bərdə şəhərinin adı Parteoniya və Parteqoniya formalarında yazıya alınmışdır (Ýíåèäà 1971.s.9).

Parteqoniya Bərdək nəslinin yurdu deməkdir. Elam kitabələrində Bərdək knyaz nəslinin ölkəsi Partaqena adlandırılır (Áëåéõøòåéíåð 1936.s.193).

Bərdək alpları  Şuşa cəngavərləri ilə birlikdə 10 il Troyanı müdafiə etmiş, İlionun  süqutundan sonra İtaliyaya köçmüşlər. Onların Qafqaza köçən qolları burada  Bərdək şəhərlərini salmışdır. Erməni və gürcü salnaməçiləri həmin şəhərləri Berdak adlandırırlar (Êîðþí 1962.s.135; Äàâðèæåöè 1973.s.380).

Bərdə Bərdək şəhərinin samiləşmiş adıdır. Səid Nəfisi yazır ki, ərəblər sözün son  samitini yeyirlər (Səid Nəfisi 1940.s.34, 75). Nəticədə Gəncək şəhərinin adı Gəncə, Bərdək Bərdə olur.

İtaliyada yaşayan rutulların başçısı Durna totem adı daşıyırdı. "Åíåèäà"nın təfsirçiləri onu İtaliyanın Axillesi adlandırırlar (Ýíåèäà 1933.s.343). Azərbaycan ilə Dağıstan arasında yaşayan rutullar Durna nəslinin son qalıqlarıdır.

Troya müharibəsi illərində Apollon məbədinin kahini Kalkan titulu daşıyırdı (Âèëüãåëüì Âàãíåð 1901.s.129). Qalxanın türk sözü olduğunu təsdiq etmək üçün  lüğətlərə baxmağa ehtiyac yoxdur.

Kalkanın bir qızının adı Xer, bir qızının adı Ber idi. Qədim bulqar və çuvaş dillərində xer qız deməkdir. Ber bərdək, yəni bardaq sözünün köküdür. Troya xaqanı Piramın xəzinəsi qadın formalı saxsı bardaqlarda saxlanırdı.

Troyalı Pandar Eneyə ağa deyib müraciət edirdi. Bəzi mətnşünaslar bu titulu aqa, bəziləri axa kimi oxuyurlar. Misir fironu Ramzes vəliəhd ikən axa, yəni ağa titulu daşıyırdı. Eyni zamanda ən qədim Misir fironlarından birinin titulu Axa olmuşdur (Òóðàåâ 1922.s.36, 37, 38).

Eneyin atasının adı Anxiz idi (Ýíåèäà 1933.s.17). An göy, xiz qız deməkdir. Çünki Eneyin atası adi adam deyildi, göylər qızı ilahə Ananın oğlu idi.

Etrusk zadəganlarından birinin adı Ozan olmuşdur. E.ö I əsrə aid latın mənbələrində həmin zadəganın adı Ozeniy, Oziniy formalarında yazıya alınmışdır (Ýíåèäà 1971.s.371-372).

İstər Ozan olsun, istər Ozen,  türk sözüdür. Türk dillərində uzen axar sulara, ozan el aşıqlarına deyilir.

Avropa atasını tanımasa da, anasının aşnalarını tanıyır. Yunanların inancına  görə Afroditanın, latınların mifik təsəvvürünə görə  Veneranın ərinin adı  Er olmuşdur (Ñåíêîâñêèé 1859.s.101; Àâðààì Íoðîâ 1828.s.195-196; Âèëüãåëüì Âàãíåð 1931.s.34; Âàéíøòåéí 1909.s.33).

Yunan qadınları ər nəslindən olan oğlanları Erot adlandırır və inanırdılar ki,  erotlar heç zaman kişilikdən düşmürlər. Keçid dövrünə çatanda yenidən gənc oğlan olurlar. Həmişə qadınlara erotik xidmət göstərirlər (Èñòîðèÿ ãðå÷åñêèé ïðîèçøåñòâèé 1824.s.49).

Latın şairlərinə görə, gözəl Er Eneyin nəslindəndir. O, Troyadan İtaliyaya gəlib, Veneranın qızlarını xoşbəxt etmişdir (Àâðààì Íoðîâ 1828.s.195-196). Roma şəhəri salınanda ona üç addan birinin  verilməsi təklif olundu: Er, Amur, Roma (Èñòîðèÿ 1872.s.243). Bu məlumat göstərir ki, o zaman  Eney nəslindən Er övladları İtaliyanın üç güclü etnosundan biri olmuşdur.

İ.İ.Şopen yazır ki, er Aran sözü olub, erkək deməkdir (Øîïåí 1866.s.17).

Avropa dillərindəki Erik kişi adı bizim erkək sözündən törəmişdir. İndi həmin söz erot, erotik, erotika formalarında geri dönür. Biz onları dilimizə qaytaraqmı?

Bonapart Napoleona qədər Fransanın kişiləri arvadlarının bic balalarını böyütməyə məhkum idilər. Ər arvadının yanında bir uşaq qoyub müharibəyə gedirdi. Qayıdanda onun yanında üç uşaq görürdü. O özünün də, arvadının da bic balalarını böyütməyə məhkum idi.

Napoleonun təkidi ilə Fransanın Konstitusiyasına belə bir maddə salındı: Kişinin varidatı yalnız özündən olan uşaqlarına çatmalıdır.

Kayzer Vilhelmə qədər Prussiyanın kişiləri öz arvadlarını evə gələn qonağa təklif edirdilər. Kayzer Vilhelm bu adətə xüsusi sərəncamla son qoydu: Arvadlarınızı hər gecə bir ayğırın ayağına verməyin.

Bəziləri bizə deyirlər ki, avropalaşın. Avropada Bonapart kimi, Vilhelm kimi kişilər qalıbsa, biz onların nümunəsində avropalaşa bilərik.

Şah Abbas qorçubaşı Oruc bəy Bayatı Avropaya göndərdi. Arvadlar Don Juan deyib onu əzizlədilər və növbə ilə evlərinə gətirdilər. Çox çəkmədi onların beşiyində balaca Bayat bəyləri oynaşmağa başladılar.

A.S.Puşkin yazır:- Mənim ana babam İbrahim general-mayor rütbəsində təqaüdə çıxdı və nənəmin malikanəsinə gəldi. Beş-altı ildən sonra ətraf kəndlərdə yüzlərlə qarabəniz, qıvrımsaç uşaqlar qaçışmağa başladılar.

İldən ilə Avropanın kəndlərində qaçışan uşaqların sayı azalır. Yalnız ona görə yox ki, oranın arvadları doğmaq istəmirlər. Həm də ona görə ki, o qitənin parlament binaları bir-birlərinin ardınca mavi rəngə bürünür. Mən o binaları içindəkilərlə birlikdə Oruc bəy Bayatın bir tükünə dəyişmərəm.

Əxlaqi dəyərləri bir tükə dəyməyən matriarxal Avropa öz katerinaları, dulsineyaları ilə üstümüzə gəlir. Məqsəd patriarxal ənənələrə söykənən  Azərbaycan ailəsinin sütunlarını zədələməkdir.

Sütunları zədələnmiş evlərimiz nə zamansa yıxıla bilər.

 

İlhami Cəfərsoy

AMEA Nəsimi adına Dilçilik

İnstitutunun Qədim dillər

mədəniyyətlər şöbəsinin müdiri.

 

Olaylar.- 2019.- 18 yanvar.- S.10.